"Bakıda və Gəncədə ən möhtəşəm bir yerdə Nuru Paşanın at belində abidəsi ucaldılmalıdır"
Oxunub: 2743
14 Sep 2018 | 14:36
Deputatların yay tətili artıq başa çatıb və komitə iclasları başlayıb. Bir neçə gündən sonra Milli Məclisin “Cümhuriyyət ili” çərçivəsində xüsusi iclası keçiriləcək, daha sonra isə payız sessiyası başlayacaq. Deputat, Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Mustafa ilə söhbətimizdə parlament müzakirələri ilə yanaşı, gündəmimizdə aktual olan digər mövzulardan da danışdıq.

- Fazil bəy, yay tətilində harada dincəldiniz? Sizin üçün harada istirahət etmək daha sərfəli və rahatdır, ölkə daxilində, ya xaricdə?

- Neçə illərdir yay tətilini Bakıda, Xəzərin sahilində keçirirəm. Sübh tezdən həftədə iki-üç dəfə qum futbolu oynayıram, qalan vaxtları da 7-8 kilometr yürüyürəm. Sonra da dənizə baş vurub evə dönürəm. Kimsə söyləyəndə ki, yayda hansısa xarici ölkəyə istirahətə getmişəm, mənə təəccüblü gəlir. Necə ola bilər ki, insanlarımız bu qumun, bu dənizin faydasını görməzdən gəlib başqa yerlərə gedə bilirlər? Doğrudur, xidmət sektoru bizdə aşağı səviyyədədir, lakin bu qumu başqa yerlərdə tapmaq çətindir. Bəzən dostlarımız dənizin çirkliliyini bəhanə göstərirlər və bu məsələdə insaf naminə haqlıdırlar da. Ancaq ən azı dənizin havasının və qumunun  dəyərini anlayandan sonra bu çirklilik bəhanəsini də asanlıqla unuda bilirsən.

- Təqribən yarım aydan sonra Milli Məclisin payız sessiyası öz işinə başlayacaq. Siz yeni sessiyaya hansı təkliflərlə gedirsiniz?

- Payız sessiyasının başlanmasına az qalır. Bu sessiyadan öncə sentyabr ayının 20-də AXC Parlamentinin 100 illiyi münasibətilə yubiley iclasımız keçiriləcək və orada iştirak edəcəyik. Mən adətən sessiyada qaldıracağım məsələlərin sıralamasını ilk öncə ayrı-ayrı vətəndaşların bizə ünvanladığı müraciətlərdəki təkliflərlə başlayıram. Xeyli maraqlı və ağlabatan təkliflər alıram və bunların qanunvericilikdə yer almasına çalışıram. Əhalinin sosial durumunu yaxşılaşdıracaq təkliflər də hazırlamışam və iclaslarda səsləndirəcəyəm. Bir də komitələr tərəfindən təqdim olunan qanun layihələrində zəruri müddəaların əks olunması üçün təkliflər hazırlamışam. Xüsusilə də dövlət büdcəsinin formalaşması prosesində səsləndirəcəyim fikirlərə diqqət yetirirəm və qeydlərimi müntəzəm aparıram.

- Qeyd etdiyiniz kimi, payız sessiyasına qədər Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illiyi münasibətilə parlamentin xüsusi iclası keçiriləcək. Həmin iclasla bağlı hansı düşüncələriniz var?

- Parlamentimizin 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi olduqca müsbət bir hadisədir və tariximizin bu qürurlu anını qeyd etmək bizlərin bir vəfa borcudur. Açığını deyim ki, bu iclasın hazırlıq prosesi ilə bağlı hər hansı bilgiyə sahib deyiləm, ümid edirəm ki, o böyük şəxsiyyətlərimizin ruhuna layiq olduqları sayğını ifadə edəcək bir tədbir gerçəkləşəcək.

- Fazil bəy, Bakının işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar hərbi parad da keçiriləcək. Həmin mərasimlərdə Türkiyə prezidentinin də iştirakı gözlənilir. İndiki həssas durumda Türkiyə və Azərbaycan arasında hansı anlaşmanın əldə olunmasını istərdiniz? Yeri gəlmişkən, bu arada Türkiyənin Naxçıvanda hərbi baza yaradacağı, Qarabağdakı PKK-çılara qarşı əməliyyatlara başlayacağı barədə fikirlər səslənir. Bu istiqamətdə razılaşmalar realdırmı?

- Belə bir paradın keçirilməsi möhtəşəm bir tarixi hadisədir. İllərdir bu mövzuda təkliflərimizi göndərmədiyimiz hansısa qurum qalmayıb və nəhayət ki, buzların sınması baş verdi. Türkiyə cumhurbaşqanının gəlişi də bu təntənənin önəmini daha da artıracaq. Bu, bizim istiqlalımız üçün şəhid olmuş Anadolu aslanlarının qarşısında birbaşa vəfa borcumuzu idrak etməmizin nümayişi olacaq. Bakının işğaldan azad olunmasını millətimiz ən böyük milli bayram kimi keçirməlidir. Bu, həm də dünyaya Türkiyə-Azərbaycan qardaşlığının yeni mesajı kimi anlaşılacaq. Türkiyənin Naxçıvanla bağlı atdığı addımlar olduqca vacib və faydalıdır, bütün hallarda güvəndiyimiz qardaş ölkənin məmləkətimizə bu və ya digər formada dəstək verməsi və bölgədə tədricən söz sahibinə çevrilməsi bizim istəyimizdir, hərbi sahədə də əməkdaşlığımız məhz bu istək əsasında gerçəkləşdirilir.

- Sizin zaman-zaman səsləndirdiyiniz bir təklif var ki, bu günə qədər nəzərə alınmayıb. Necə bilirsiniz, bir əsr əvvəl Azərbaycanın xilaskarı olmuş Nuru Paşaya abidə qoyulmasını əngəlləyən səbəblər hansılardır?

- Nuru Paşa şəxsiyyətinə qarşı ögey münasibətin səbəbini  anlamaqda hələ də çətinlik çəkirəm. Abidə məsələsinə, adının əbədiləşdirilməsi təkliflərinə qarşı soyuq münasibət çox güman ki, bu paraddan sonra tədricən aradan qalxacaq. Sevindirici bir məqam var, artıq Azərbaycanda insanların çoxu anlayır ki, Nuru Paşa bu millətin xilası, bu dövlətin qurulması üçün təkrarolunmaz bir iş görüb. O, milli qəhrəmanımızdır, xilaskarımız və həm də qisasçımızdır. O, millətimizi 31 mart faciəsinin məzlumluğundan altı ay keçməmiş, 15 sentyabr müzəffərliyinə qovuşduran böyük şəxsiyyətdir. Onun adına hərbi təqaüd təsis olunmalıdır, hərbi məktəblərdən birinə, prospektlərin birinə adı verilməlidir, Bakıda və Gəncədə ən möhtəşəm bir yerdə at belində abidəsi ucaldılmalıdır.

- Nəhayət, Türkiyə ilə viza məsələsinin aradan qaldırılmasının vaxtı çatmayıbmı?

- Fikrimcə, Azərbaycanın həm Türkiyə, həm də İran arasındakı viza rejimini ortadan qaldırmaq lazımdır, bu da həm iqtisadi, həm də siyasi münasibətlərin daha da genişlənməsinə faydalı olardı.  Bu gün insanların sosial durumunu yaxşılaşdırmaq üçün bütün süni maneələri azaltmalıyıq. Əgər təhlükəsizliklə bağlı problemlər dövləti narahat edirsə, müasir dünyada bunu önləmək üçün kifayət qədər modern texniki vasitələr var, onlardan yararlanmaq mümkündür. Əgər Gürcüstan vətəndaşı vizasız Avropa məkanına çıxış əldə edə bilmişsə, heç olmazsa Azərbaycan vətəndaşı da bölgənin hər üç dövlətinə vizasız gediş-gəliş imkanından yararlanmalıdır. Bu addım ölkəmizdə turizmin inkişafına da fayda verərdi.

- Fazil bəy, Cümhuriyyət ilində Azərbaycanın “Rus NATO”suna - KTMT-yə üzvlüyü ilə bağlı müzakirələrin aparılması sizə nə deyir? Sizcə, Azərbaycan hakimiyyəti bu addımı ata bilərmi?

- Azərbaycanın maraqları naminə hər hansı müzakirədən imtina etmək yanlışdır. Mahiyyətcə, MDB də, KTMT də, Gömrük İttifaqı da, Avrasiya Birliyi də Rusiyanın bölgədə ağsaqqallığını nümayiş etdirən formal xarakter daşıyan qurumlardır, lakin heç bir halda bizim əvvəllər düşündüyümüz kimi, müstəqilliyimizi sıfırlayacaq qurumlar deyil. Diqqət yetirsək, görərik ki, indiyədək MDB-də təmsilçilik bizim Avropa ilə inteqrasiyamıza, yaxud da müstəqillikdən uzaqlaşmamıza səbəb olmadı. Unutmayaq ki, istər Avropa məkanında, istər də digər məkanlarda aparılan müzakirələr müstəqilliyimizi gözləyən mümkün təhlükələrlə bağlı həm də manevr xarakteri daşıyır. Azərbaycanın müstəqilliyinə xələl gətirəcək, onun ərazi bütövlüyünü şübhə altına alacaq hər hansı bir addımdan və ya niyyətdən söhbət gedə bilməz. Lakin reallıqları gözardı etməklə özünü aldatmaq bizə daha çox problemlər yarada bilər. Kimin ağlına gələrdi ki, On il öncə NATO-nun önəmli sərhəd ölkəsi Türkiyə ilə Rusiya arasında bu cür yaxınlaşma baş verəcək?  Yaxud da ABŞ-ın xarici siyasətindəki bu qədər sərt kataklizmləri kim proqnozlaşdırırdı? Müzakirələri və alternativ axtarışları məhz bu səbəbdən anlayışla qarşılamaq lazımdır.

- Rusiya-Azərbaycan münasibətlərinin perspektivini necə görürsünüz? Azərbaycan bu münasibətlərdən yararlanıb torpaqlarını azad edə bilərmi?

- Rusiya ilə münasibətlərimizin bir qədər irəli getməsi məndə narahatçılıq doğurmur. Bizdə əvvəllər o düşüncə vardı ki, Rusiyanın dəstəyi ilə Ermənistan torpaqlarımızı işğal edib, ona görə də Avropa-ABŞ cinahı ilə daha yaxın təmaslarımız Rusiyanın neytrallaşmasına və maraqlarımızın daha ciddi şəkildə dəstəklənməsinə  gətirib çıxara bilər. Son iki on illiyin təcrübəsindən anladıq ki, qarşımıza həm Avropadan, həm də ABŞ-dan ingiliscə, fransızca danışan erməni sifətləri daha çox çıxmağa başladı. Kimsə bizə görə Rusiyaya xoşagəlməz söz söyləmədi, qəbul etdikləri qətnamələrin arxasında durmadılar. O halda özümüzün Rusiya ilə dialoq halında olmamız, Rusiyanın ənənəvi  siyasətində dəyişiklik üçün çalışmamız niyə pis qarşılanmalıdır? Əlbəttə, bu yaxınlaşmada ən prioritet məsələ Dağlıq Qarabağ və ətrafındakı işğal olunmuş ərazilərin geri qaytarılması üçün real irəliləyişə varmaqdır. Bunun üçün də Rusiya məkanında Azərbaycanla dostluq barədə çağırışların çoxalmasını, praqmatik baxışların artmasını, xarici siyasətdə faydamıza olan dəyişikliklərin baş verməsini addım-addım reallaşdırmalıyıq.

- Bakının Baş Planının təsdiqi və merinin seçilməsi məsələsi daim müzakirə olunur. Necə bilirsiniz, Hacıbala Abutalıbovdan sonrakı rəhbərlik qanunsuz tikililər sırasına Xəzər sahilindəki hasarları da daxil edə biləcəkmi?

- Bundan sonra Bakının Baş Planı təsdiq olunsa belə, şəhər infrastrukturunun dağınıqlığının ortadan qalxması mümkün olmayacaq. Almanlar kanalizasiyanı, su xəttini çəkmədən bina tikmirlər, biz isə binanı tikəndən sonra xəttin çəkilişi barədə düşünürük. Baş Plan 25 il öncə olsaydı, bu qədər dərininə “gecəqondulaşma” baş verərdimi? Bir də Bakının əsas problemi regionlarla bağlıdır, regionlarda statistik həyat deyil, real həyat canlandırılmalıdır ki, insanların könüllü mərkəzdənqaçması baş versin, şəhərin yükü əhəmiyyətli dərəcədə azalsın. Xəzərin hasarlanmasına gəldikdə isə, əslində bunlar ayrılıqda müdafiə səngərlərinə, yaxud da hansısa sunamidən qorunma vasitələrinə bənzəyən bir görüntü verir. Xəzərdə sunami ehtimalı olmadığından, görünür bu hasarlar və içindəki villalar daha çox Xəzərdən gələ biləcək mümkün xarici təhlükənin qarşısını almaq üçün vətənpərvərlik duyğuları ilə tikilib, o halda müraciət etmək lazımdır ki, həmin tikililərin hamısının sahibləri könüllü şəkildə bu yerləri  Sərhəd Qoşunlarının balansına versinlər və ölkəmizin müdafiə qabiliyyəti daha da güclənsin.

- Fazil bəy, oktyabr ayında Avropa İttifaqı ilə yeni saziş imzalanacaq. Sizcə, həmin sənədin imzalanmasınadək ölkə daxilində hansı addımlar atılmalıdır ki, əleyhdarlarımız dövlətimizə qarşı “qara piar”la çıxış etməsinlər?

- Əgər yeni sazişin imzalanması baş tutarsa, bu, xarici siyasətimizdə ən uğurlu addımlardan biri olacaq. Çünki biz bütün hallarda geosiyasi məkanlar arasında balansı qorumaq siyasətini davam etdirməliyik və hamısında mövcudluğumuzu göstərməliyik. Avropa İttifaqı ilə imzalanacaq sazişə süni əngəl yaradacaq məsələləri indidən sistemləşdirərək, dərhal çözməliyik. İstər onların “siyasi və ya vicdan məhbusu” hesab etdikləri, istərsə də “neqativ” saydıqları digər təzahürləri özümüz ortadan qaldırmaqla daha ciddi irəliləyiş əldə edə bilərik. (musavat.com)
Oxşar xəbərlər
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 11:31
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
04 May 2024 | 11:36
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
04 May 2024 | 11:25
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
04 May 2024 | 11:47
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
04 May 2024 | 11:42
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
04 May 2024 | 11:35
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
04 May 2024 | 11:38
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
04 May 2024 | 11:39
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
04 May 2024 | 11:50
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 11:31
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
04 May 2024 | 11:36
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
04 May 2024 | 11:25
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
04 May 2024 | 11:47
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
04 May 2024 | 11:42
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
04 May 2024 | 11:35
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
04 May 2024 | 11:38
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
04 May 2024 | 11:39
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
04 May 2024 | 11:50
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT