Təhsil strateji məsələdir - şou-biznes deyil
Oxunub: 2481
20 Jul 2018 | 17:47
Təhsil strateji məsələdir -   şou-biznes deyil
Şair-publisist, AYB-nin üzvü Şəmsi Qoca jurnalistlərə müraciət edib.

Moderator.az müraciəti olduğu kimi təqdim edir:

"Ölkə Pezidentinin “Bütün işlər məhz məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir” fikri təhsilin dövlətin başlıca strateji hədəfi olduğu qənaətini qətiləşdirən əsas siyasi xətdir. Dövlət təhsilə qayğı göstərir, önəm verir, onun başlıca icraçısı olan müəllim əməyini dəyərləndirir, bütün dövlət orqanlarına da müəllimə qayğı göstərməyin vacibliyini tövsiyə edir.

Lakin bəzi adamların təhsilə də şou-biznes kimi yanaşması, gündəmdə qalmaq üçün ağlabatan və batmayan fikirləri cəmiyyətə həqiqət kimi ötürməsi və ya buna cəhd etməsi indiki strategiya ilə çox ciddi bir ziddiyyət təşkil edir.Son zamanlar artan bu tendensiya təhsil sahəsində çalışanları narahat etməyə bilməz. Belə ki, yeri gəldi-gəlmədi məktəbi, təhsil işçilərini, təhsili idarə edən insanları aşağılamaq, qarışqadan fil düzəltmək şakərinə yoluxan adamlara cavab verməyin vaxtı çatıb.
Bu günlərdə KİV-də təhsillə bağlı yazıları oxuduqca düşünürəm ki, deyəsən bəzi adamlar təhsil sahəsi ilə şou-biznesi qarışıq salıb. Gündəmə gəlmək, gündəmdə qalmaq xəstəliyinə yoluxmuş bu adamlar göydəndüşmə rəqəmlər, fikirlər səsləndirməklə yeni Amerika kəşf edirmiş kimi qürrələnir, özünü bu sahənin bilicisi hesab edirlər. Təəssüf ki, qələm dostlarımız da bu fikirləri tirajlamaqdan çəkinmirlər.Ona görə də ilk sözüm dəyərli jurnalist həmkarlarımadır:

Əziz qələm dostlarım!

36 il pedaqoji, ondan da çox jurnalistlik təcrübəsi olan bir şəxs kimi deyirəm ki, məktəb və təhsil işi özünəməxsus xüsusiyyətlərə malik sahədir. Bu prosesin içində olmayan adam nə təhsilin, nə də məktəbin problemlərini bilə bilməz. Hər özünü ekspert adlandıran adamın fikirləri məktəb və təhsil üçün keçərli ola bilməz. Yaxud təhsilin bir sahəsini yaxşı bilən bir adam digər sahədən anlayışsız ola bilər. Uzağa getmirəm. Özümdən misal gətirə bilərəm. Mən məktəbəqədər təhsil sahəsini orta, ümumi təhsil sahəsini yaxşı bilirəm. Amma ali, orta ixtisas və peşə təhsili sahələrindən cüzi anlayışa malikəm. Bu sahələrin spesifikasını bilmirəm.Amma durub universitetlərin, yaxud kolleclərin idarə edilməsi haqqında mülahizələr söyləməyim, tənqid xatirinə tənqid eləməyim nə qədər  doğru olar? Yaxud hardansa bir statistik rəqəm götürüb universitetlərin fəaliyyətini qiymətləndirməyim caizdirmi?
Təəssüf ki, sizlərin də ekspert deyib fikirlərini tirajladığınız çoxları təhsilin bütün sahələri haqqında rəy verməkdən, fikir bildirməkdən çəkinmirlər. Bu adamlar eyni vaxtda həm məktəbəqədər, həm ümumi təhsil, həm ali təhsil sahələri haqqında fikir və mülahizə yürüdürlər. Təəssüf ki, həmin fikirlərin nə mənbəyi, nə də tənqidə davamlılığı yoxdur. Çünki gündəmdə qalmaq xatirinə deyilib.

Bu yaxınlarda həmin ekspertlərdən biri- hörmətli Kamran Əsədov deyir ki, "Təsəvvür edin ki, bu il ərzində Bakı şəhərində yerləşən 317 orta ümumtəhsil məktəbdən 300-nün direktoruna töhmət verilib.  Sənədləşdirmə işlərini düzgün aparmayıblar”.

Bu  rəqəmi həmin şəxs haradan alıb? Bəs bu məslədən bizim niyə xəbərimiz olmayıb?

Kamran Əsədov bilmirmi ki, Bakı şəhərində 317 məktəb yox, daha çox məktəb var. 317 məktəb yalnız BŞTİ-nin tabeliyində fəaliyyət göstərir. Mən biləni isə BŞTİ-nin tabeliyində olan məktəblərin direktorlarından 300 nəfərə töhmət verilməyib. Bu rəqəm il ərzində olsa-olsa 30-40 ola, olmaya. Həmin nöqsanlar da sənədləşmə ilə yox, bir sıra sahələr üzrə qruplaşdırıla bilər. Axı əgər bir nəfər təcrübəsizdirsə və sənədləşmədə nöqsana yol verilibsə dərhal belə bir sərt tədbirə əl atmaq lazımdırmı? Məncə yox. Və BŞTİ-nin rəhbərliyi də gənclərlə, yeni təyin edilmiş direktorlarla cənab Kamran Əsədovun dediyi kimi rəftar etmir. 317 məktəb direktorunun 90%-ni şəxsən tanıyan təhsil işçisi  kimi deyirəm ki, bu rəqəm və fakt doğru deyildir!

Yaxud, "Onlar sənədləşdirmə işlərini bacarmırlar. Onlar şəffaf yolla direktor təyin olunublar, amma bu təyinat keyfiyyətli deyil. Ona görə də, direktorların təyinatı zamanı əsas keyfiyyət önə çıxarılmalıdır. Şəffaflığı o qədər də önəmli deyil. Hesab edirəm ki, bu şəffaflıq daha böyük təhlükələrə gətirib çıxara bilər” fikrindən kim nə başa düşür? Şəffaflıq olmasın? Şəffaflıq olmayan yerdə keyfiyyət necə olsun? Təyinatların keyfiyyətsizliyini kim ölçüb, kim bu qərarı verib? İndiyə qədər şəffaflığın hansı fəlakətlər törtədiyini bilən varsa, desin biz də bilək.

Təbiidir ki, özünü doğrultmayan, iddiası ilə imkanları üst-üstə düşməyən şəxslər olub və olacaqdır. Onlar da işin mahiyyətini, çətinliyini dərk edərək tutduqları vəzifədən ya gedibər, ya da göndəriliblər. Burada qəbahət nə var?

"Təkcə 2017-ci ildə 236 direktor təyinatı olub. Onlar arasında 30-a yaxın direktor iki aydan sonra öz ərizələri ilə işdən çıxıb və yaxud da çıxarılıb”. Bu rəqəmlər də doğru deyil! Əgər təkcə keçən il 236 direktor təyinatı olubsa belə çıxır ki, əvvəlki illəri də nəzərə alsaq tərkib tam yeniləşib. Yaxud 2 ay ərzində yeni təyin olunmuş 30 nəfər direktorun işdən çıxması və çıxarılmasını başqa bilən varmı? Və o direktorlar kimlərdir?

Ekspert daha irəli gedərək məktəbi baytarın da idarə edə biləcəyini vurğulayır və biliyin yox, bacarığın üstün olduğunu iddia edir. Məktəb işini bilməyən, pedaqoji yanaşmalardan anlayışı olmayan baytar-direktor müəllimə hansı istiqaməti verəcək, şagird-müəllim-valideyn münasibətlərini necə tənzimləyəcək.

Məni bağışlayın, burada Dədə Ələsgərin bir şeirindən misal gətirməli olacağam:

Görməmişəm öküz yeriyə yorğa,
Gədədən bəy olmaz, dəlidən darğa.
Sularda çimməklə sağsağan, qarğa,
Silkinib göllərdə qaz olmaz-olmaz.

Olmaz, qardaşım, olmaz! Baytardan, mühəndisdən kollec direktoru, universitet rektoru olar. Ümumtəhsil məktəbinə direktor olmaz! Çünki bu sahə çox həssas və özünəməxsus sahədir. Qıraqdan baxana döyüş asan gəlir. Məktəbə tədbirdən-tədbirə getməklə məktəbin problemlərini, qayğılarını bilmək mümkün deyildir. Məktəb direktoru səndləşmə işlərini,  müxtəlif təlimatları, qaydaları, pedaqoji yanaşmaları, psixoloji vəziyyətləri bilməli, məktəbi idarə edərkən bu biliklərindən yararlanmalıdır.
Gələk  “...Hesab edirəm ki, dövlət məktəblərə ayırdığı maliyyəni dayandırmalıdır. Direktorlar da yaxşı idarəçidirlərsə, məktəbə pul qazandırmalıdır. Necə olur ki, özəl təhsil müəssisələri qazanc əldə edə bilir, amma bizim bu direktorlar kreslolarında oturub rahat şəkildə aylıq qazanclarını alırlar. Nə keyfiyyət var, nə də kəmiyyət”fikrinə. Dünyanın elə bir ölkəsi yoxdur ki, dövlət təhsilə maliyyə ayırmasın. Təhsilə maliyyə ayırmayan dövlət də, millət də zəlil olar. Ona görə də danışanda fikirləşib danışmaq daha yaxşıdır. Məktəb direktoru dövlətin ona verdiyi yetki çərçivəsində yeri gələndə pul da qazandıra bilir. Bir anlığa təsəvvür edək ki, dövlət təhsilə maliyyə ayırmasın. Məktəblər boş qalmazmı? Birbaşa ödənişli təhsilə keçmək imkanlarımız nə qədərdir? Bu gün cəmiyyət buna hazırdırmı? Bax bu suallara cavab vermək lazımdır,  keyfiyyət tərəzisi düzəltmək yox. 

Direktorlar kreslolarında oturub aylıq qazanc almırlar. İşinin müqabilində dövlətdən əmək haqqı alırlar. İndi neyləyək ki, kimsə direktor ola bilməyib? Onda bütün direktorlar müftəxor və bivecmi olur? Nə üçün bir fikir  ucdantutma bütün direktorlara şamil edilir?

Mən bilən  Kamran Əsədov alimdir. Durub desəm ki, bütün alimlər müftəxordur, dövlətin cibinə girirlər, onda  xoşu gələrmi? Əlbəttə yox. Ona görə də adam özünə rəva bilmədiyini başqasına da rəva bilməməlidir. Elə bir direktor  tanıyırsa konkret desin, əsaslandırsın camaat da ona afərin desin.
“Nə keyfiyyət var, nə də kəmiyyət” ifadəsinə də sual verək. Onda bəs nə var? Görmüşük ki, keyfiyyət olmayanda kəmiyyət olar. Belə çıxır ki heç nə yoxdur. Bu heç nə olmayan yerdə, bu qədər fikir səsləndirib bütöv bir müəllim ordusunun qanını heç nədən qaraltmağa  ehtiyac haradan doğub?
Dəyərli qələm dostlarım!

Mübahisəli məsələlərin həlli üçün dəvət edilən mütəxəssis ekspert adlanır. Biz də bu fikirləri mübahisəli hesab edirik. Ona görə də dəyərli təhsil ekspertləri kimi tanıdığımız  Şahlar Əsgərov, Nadir İsrafilov və Etibar Əliyevi də dəvət edin, soruşun, görək bu məsələlərə münasibətləri necədir? Onlar da Kamran Əsədovun dediklərini təsdiq eləsə day mən də, həmkarlarım da susaq.

Və sonda bildirmək istəyirəm ki, gündəmdə qalmaq üçün təhsil sahəsinə girişməyə ehtiyac yoxdur. Bunun üçün şou-biznes var. Saçyoldu, dava-şava, küsmək, ağzına gələni danışmaq kimi məsələlər orada həll olunur. Təhsil və məktəb isə dövlətin strateji məsələ elan etdiyi sahədir.Ona görə də təhsilə və məktəbə qiymət verəndə düşünüb danışmaq daha məsləhətlidir.

Şəmsi Qoca"
Oxşar xəbərlər
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
GÜNLÜK
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
03 May 2024 | 09:47
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
AYLIQ
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
03 May 2024 | 09:47
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS