Ermənilərin qətlə yetirdiyi, bolşeviklərin isə məzarını dağıtdığı Cümhuriyyət fədaisi – Həsən bəy Ağayev
Oxunub: 7340
19 Jul 2018 | 10:30
Ermənilərin qətlə yetirdiyi, bolşeviklərin isə məzarını dağıtdığı Cümhuriyyət fədaisi  – Həsən bəy Ağayev

Bu gün Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri vəzifəsini icra edən, böyük dövlət xadimi, Həsən bəy Ağayevin anım günüdür. 

Moderator.az bu münasibətlə, tarix elmləri doktoru Nəsiman Yaqublunun Həsən bəy Ağayev haqqında yazısını təqdim edir:

Azərbaycanın demokratik və hüquqi bir dövlət olaraq formalaşmasında tanınmış dövlət xadimi Həsən bəy Ağayevin böyük xidmətləri olmuşdur.

Həsən bəy Ağayev 1875-ci ildə Gəncə şəhərində doğulub, orta təhsilini Gəncə klassik gimnaziyasında aldıqdan sonra məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin köməyi ilə Moskva Universitetinin tibb fakultəsinə daxil olub, 1901-ci ildə ali təhsilini başa vurub. 

H.Ağayev Moskvada təhsilini başa çatdırdıqdan sonra Bakıya qayıdır, əvvəlcə H.Z.Tağıyevin Toxuculuq fabrikində və Qızlar məktəbində həkimlik edib. Eyni zamanda o, “Kömürçü” meydanında sonradan onun adı ilə məşhurlaşan “Seyid xəstəxanası”nda çalışıb.

H.Ağayev Gəncədə ilk Tibb Cəmiyyətini də yaradanlardan biri idi. Mənbələrdə göstərilir ki, H.Ağayev və X.Rəfibəyov 1914-cü ildə Yelizavetpol Tibb Cəmiyyətini yaradıblar. 

H.Ağayev əslən Ufa türklərindən olan çar ordusunun istefadakı polkovniki  Sadıq Əbdürrəhmanovun Peterburqda Nücabə Qızlar İnstitutunda pedaqoji ixtisas almış qızı Xədicə xanımla ailə həyatı qurub. 

1918-ci ilin mayın 27-də Zaqafqaziya  Seyminin buraxılması ilə bağlı bura daxil olan Azərbaycan nümayəndələrinin fövqəladə iclası keçirilmiş və iclas Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürərək Azərbaycan Müvəqqəti Milli Şurasını elan etmiş, M.Ə.Rəsulzadə isə Milli Şuranın Sədri seçilmişdi. H.Ağayev və M.Seyidov isə Milli Şura sədrinin müavinləri seçilmişdilər. 

1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamentinin açılış mərasimi oldu. M.Ə.Rəsulzadə açılış nitqinin sonunda parlamentə bir sədr və bir baş müavin seçmək təklifi ilə çıxış etdi. Ayrılan 5 dəqiqəlik tənəffüsdən sonra Müsavat və bitərəflər adından Şəfi bəy Rüstəmbəyli  Ə.M.Topçubaşovun sədrliyə, Həsən bəy Ağayevin isə müavinliyə namizədliyini irəli sürdü və təklif hamı tərəfindən qəbul edildi. 
F.X.Xoyskinin çıxışından sonra H.Ağayev bu fikirləri söylədi: “İndiyə qədər bizim bir neçə təntənəli iclasımız olmuşdur. Lakin bu gün xariqüladə bir gündür. 19 ay yarım çəkdiyimiz zəhmət və məşəqqətlər nəticəsi olaraq bu gün istiqlaliyyətimiz təsdiq edilmişdir. Necə ki Fətəli Xan Xoyski cənabları buyurdular ki, bu gün tək bizim bayramımız olmayıb, ümumislam aləmi bayramıdır. Bu gündən etibarən hökumətlər sırasında yeni, müstəqil bir islam hökuməti də vücuda gəlmişdir. Bu gündən etibarən bizi tanıdılar. Lakin tanınmaq üçün özünü tanıtdırmaq lazımdır. İndiyə kimi nəzərə vəhşi verilmiş olan biz Azərbaycan türkləri bu bir il yarımın müddətində özümüzün vəhşi olmayıb da özümüzün mədəni və müstəqil yaşamağa qabil və layiq olduğumuzu bütün aləmə bildirdik. Bunun üçün biz böyük imtahanlar verdik, böylə ki, dəfaətlə məmləkətimizə və paytaxtımıza gələn Avropa nümayəndələri bizim belə bir yüksək məqama ləyaqətli olmağımızı təsdiq etdilər. Biz bu səadətə və xoşbəxtliyə nail olmağımız üçün az qurbanlar verməmişik, buna təxrib edilmiş şəhər və kəndlərimiz, yüz minlərlə qaçqınlarımız və vətən uğrunda canlarından keçən şəhidlərimiz sübutdur. Bu gün o şəhidin ruhu şaddır. Onların ruhu bu gün bizə deyir ki, biz sizin üçün əziz və möhtərəm bir nemət qoymuşuq, o neməti möhkəm saxlayınız. Çünki əldən versəniz daha ala bilməzsiniz. Mən əminəm ki, biz onu fədakarlıqla müdafiə edəcəyik. Yalnız istiqlalı almaq kifayət deyildir. Onu davam etdirmək lazımdır. Bunun üçün də Məclisi − Müəssisan seçkisi lazım gəlir və əminəm ki, bu xüsusda biz artıq ciddiyyət göstərib, vətənimizin ən səmimi oğullarını bu  Məclisi-Müəssisana seçəcəyik”.

Azərbaycan Parlamenti H.Ağayevin sədrliyi müddətində böyük fəaliyyət göstərdi. Bununla əlaqədar “Azərbaycan” qəzetində çap olunmuş “Azərbaycan Parlamentinin birinci illiyi” məqaləsində  geniş məlumatlar vardır. Məlum olur ki, bir il müddətində parlamentin 104 iclası keçirilmiş, 120-yə yaxın əsaslı və mühüm qanunlar qəbul edilmişdir. Bir il müddətində ən çox maliyyə nəzarətindən parlamentə 82 qanun daxil olmuş, 55-i qəbul edilmişdir. Həmin qanunlardan 19-u hazırda komissiyalarda müzakirə olunmuş, 5-i Parlamentdə müzakirədədir, 3-ü isə qəbul edilməyib. 

H.Ağayevin Parlamentə sədrlik etdiyi bir il müddətində Ədliyyə nazirliyindən  31 qanun layihəsi təqdim olunmuş,bunlardan 14-ü qəbul edilmiş, 6-sının müzakirə prosesində, 10-nun komissiyalarda olduğu,1-nin isə geri qaytarıldığı qeyd olunmuşdur.

Bu müddətdə Daxiliyyə nəzarətindən 24 qanun layihəsi daxil olmuş,bunlardan 14-ü qəbul edilmiş, 1-i müzakirə olunmuş, 6-sının komissiyalarda olduğu, 3-nin geri qaytarıldığı bildirilmişdir.

H.Ağayevin başçılıq etdiyi Azərbaycan Parlamenti xalqın çox ağır günlərində önəmli rol oynadı, onu fəlakətlərdən xilas etdi: “Bir tərəfdən ingilis komandanlığının qeyri-müəyyən siyasəti, digər tərəfdən Biçeraxov alaylarının qeyri-qabil təhəmmül  sərkeşliyi və bunlardan hasil olan ruh düşkünlüyü ancaq bir sığınacaq yeri və pənah tapırdı ki, o da Azərbaycan Parlamenti, Azərbaycan millətinin o məbədi-istiqbal və ümidi idi. Hər millətin elə dövrləri vardır ki, ani və fövqəladə bir surətdə vicdan təzahüratını meydana çıxarır...
... Parlament, həqiqətən, Azərbaycan istiqlaliyyəti tarixində böyük bir mövqe tutdu. Oradan çıxan qərarlar, oradan söylənilən əsaslı fikirlər, möhlik  və xatırlama zamanlarda yüksələn etirazlar, həyəcanlar hər bütün millətin vicdan və məfkureyi ümumiyyəsinin bir mərkəzi idi”.
H.Ağayev yalnız parlament iclaslarında sədrlik etmirdi. O, eyni zamanda qanunların hazırlanmasına dəstək olur, müzakirələrdə fəallıq göstərirdi. O, səhhəti ilə bağlı  parlament sədrinin müavini vəzifəsindən uzaqlaşsa da, fəaliyyətini davam etdirirdi.
1920-ci ilin fevralın 23-də Azərbaycan Parlamentinin növbəti iclası keçirilir. İclasa sədrliyi M. Y.  Cəfərov edir (o, həm də 1920-ci ilin fevralın 2-dən Parlament sədrinin müavini vəzifəsində H.Ağayevi rəsmi olaraq əvəz edir). İclasın gündəliyində səkkiz məsələnin müzakirəsi planlaşdırılıb. İclasda müzakirəsi nəzərdə tutulan 5-ci və 8-ci məsələlərlə bağlı qanun layihələrini H.Ağayev hazırlayıb müzakirəyə təqdim edir.
Parlament iclasının gündəliyindəki yeddinci məsələ belə adlanırdı: “Xəstəliklərlə mübarizə üçün səhhəti-ümumiyyə nəzarətinə 3 milyon 275 min rubl buraxılması haqqında qanun layihəsi”. Bu qanun layihəsinin məruzəçisi H.Ağayev idi. 
H.Ağayev çıxışında bir məqama da toxunurdu: “Son zamanlarda Azərbaycana bir çox müxtəlif yerlərdən qaçqınlar mühacirət etmişlərdir. Bununla bir tərəfdən əhalinin sayı artmış, digər tərəfdən qaçqınlar ruhca düşkün olduqlarından daha tez xəstələnirlər. Bununla bərabər qaçqınlar arasında müsri (yoluxucu) xəstəliklər də var. Bunların müəyyən yerləri olmadıqları üçün əksərən bir yerdə iqamət etməyib, Azərbaycanın müxtəlif nöqtələrini gəzdiklərindən müsri xəstəliyi də xalq arasında yayırlar. Bunları nəzərə alaraq, səhiyyə nəzarəti bir layihə tərtib etmişdir. Bu layihəyə görə nəzarət tərəfindən Azərbaycanın bir çox nöqtələrində xəstəxanalar açılacaqdır. Bu qanun layihəsi bu günlərdə parlamentə gələcəkdir. İndilik isə nəzarət istəyir ki, 10 dənə səyyar səhiyyə dəstəsi təşkil etsin. Hazırda belə səyyar səhiyyə dəstələrinə ehtiyac çoxdur. Bunun üçün də nəzarət 3 milyon 275 min manat pul istəyir”.
Sonra məruzəçi bu pulun həkim və feldşerlərin maaşına, yol xərclərinə, dərman ehtiyaclarına sərf ediləcəyini qeyd edirdi. H.Ağayev səyyar səhiyyə dəstəsinin gedəcəyi Azərbaycan bölgələrinin siyahısını da təqdim edirdi: Göyçay, Xaçmaz, Şamaxı, Gəncə, Gədəbəy, Qazax, Dondarlı, Zəngilan, Cəbrayıl, Ağdaş.
H.Ağayevin hazırladığı bu qanun layihəsi də 3-cü oxunuşdan sonra sədr tərəfindən səsə qoyularaq parlamentdə qəbul olundu.
Parlamentdə müzakirə edilən 8-ci məsələ − “Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında əvvəlinci bir maarif təsis haqqında” qanun layihəsi idi. Bu məsələ ilə bağlı əsas məruzəni  yenə H.Ağayev etmişdir.
1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdə, H.Ağayev Azərbaycan Ordusunun parlaq qələbəsi ilə nəticələnən Əskəran − Qarabağ müharibəsi nəticəsində Tiflisdə açılan Azərbaycan−Ermənistan konfransında səlahiyyətli nümayəndə olaraq iştirak edirdi. O konfransdan sonra bir müddət orada qalmışdı. 
Bu işğaldan sonra H.Ağayev əvvəl Gəncədə, buranın təhlükəli olduğunu gördükdə Tiflisdə qalır.Eyni zamanda o, bu şəhərdə bolşevik işğalına qarşı mübarizəni davam etdirirdi. O, burada bir gürcü dostunun evində yaşayırdı. 
Bir məlumatda isə onun Tiflisdən Batuma, oradan da gəmi ilə Türkiyəyə gedəcəyi qeyd olunurdu.
H.Ağayev 1920-ci ilin iyulun 19-da, axşam dostlarının toplaşdığı evə görüşə gedərkən, Tiflisdə məşhur “Kazyonnı teatr”ın  yan küçələrinin birində erməni terrorçuları tərəfindən qətlə yetirildi (bəzi faktlarda bu qətldə bolşeviklərin əlinin olduğu qeyd edilməkdədir).
H.Ağayevi Tiflisdə müsəlman qəbiristanlığında − M.F.Axundovun və bir ay əvvəl qətl edilmiş F.X.Xoyskinin məzarlarının yanında dəfn edildi. 
H.Ağayevin ölümündən xəbər tutan həyat yoldaşı Xədicə xanım təcili Tiflisə gedib, onun yas mərasimində iştirak etdi.
H.Ağayevin qızı professor Nəzakət Ağazadə isə sonradan  1946-cı ildə Tiflisə atasının qəbrini ziyarətə getdikdə, bolşeviklərin H.Ağayevin və F.X.Xoyskinin qəbirlərini dağıtdıqlarını, yerlə-yeksan etdiklərini görmüşdü.

MODERATOR.AZ

Oxşar xəbərlər
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 12:55
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 12:24
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
02 May 2024 | 12:30
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
02 May 2024 | 12:51
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
02 May 2024 | 12:39
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 12:55
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 12:24
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
02 May 2024 | 12:30
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
02 May 2024 | 12:51
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
02 May 2024 | 12:39
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO