"Dağlıq Qarabağ münaqişəsini Rusiya yaradıb, mən yaratmışam ki...?!" - İTTİHAM
Oxunub: 9953
14 Jul 2018 | 15:00
Moderator.az deputat Vahid Əhmədov Mingəçevirdə baş verən elektrik enerjisi qəzası və Gəncədəki qanlı hadisələrlə bağlı “Yeni Müsavat”a verdiyi geniş müsahibəni oxucularına təqdim edir:

- Vahid bəy, kifayət qədər siyasi təcrübəli şəxs olaraq son günlər ölkəmizdə baş verənləri necə dəyərləndirirsiniz, mövcud vəziyyətlə bağlı narahatlığınız varmı?

- Əlbəttə, vəziyyətdən ciddi şəkildə narahatam. İlk olaraq deyim ki, belə hadisələrin baş verməsini hansısa bir məmura qarşı adi cinayət kimi qəbul etmək olmaz. Bu, çox ciddi bir prosesdir və bu prosesin də həyat keçirilməsində xarici qüvvələrin əli var. Bunu ilk gündən demişəm. Qəfildən Mingəçevirdə məlum hadisələrin baş verməsi, daha sonra Gəncədə icra başçısına sui-qəsd edilməsi, ardınca iki polis zabitinin öldürülməsi... Allah polislərimizə rəhmət eləsin, deyirlər hər ikisi çox yaxşı insanlar olub, onlar barədə müsbət fikirlər səslənir. Cərəyan edən hadisələr onu göstərir ki, Azərbaycana qarşı bir mərkəzdən idarə olunan proses gedir. Fikir verin, son vaxtlar Azərbaycanda iqtisadi sahədə bir sıra problemlər olsa da, çox ciddi layihələr həyata keçirilməyə başladı.

TANAP-TAP layihəsi ilə əlaqədar ciddi addımlar atıldı. Azərbaycan öz qazını Avropaya çıxarmaq ərəfəsindədir. Bu ilin axırında yəqin ki, layihənin ilk hissəsi yekunlaşdırılacaq, 2020-ci ildə isə ikinci hissə başa çatdırılacaq. Açığını deyim, əvvəldən də Rusiya dövləti bu layihənin reallaşdırılmasının əleyhinə idi. Moskva deyirdi ki, gəlin Azərbaycan qazını Rusiya vasitəsilə Avropaya çıxaraq. Çünki Avropa bazarında olan bu hegemonluq Rusiyaya məxsusdur. Amma cənab prezident öz uzaqgörənliyini bir daha göstərərək, Azərbaycanın müstəqilliyini ön plana çəkərək, belə bir layihəni Gürcüstan, Türkiyə vasitəsilə Avropaya çıxartmaq qərarını verdi, bu da uğurla həyata keçirilir. Bu layihənin reallaşması həm Avropanın marağındadır, həm də ABŞ-ın, ona görə də bizə bu layihədə dəstək verirlər. Mən belə hesab edirəm ki, bütün bu hadisələrin məğzi məhz həmin proseslərlə əlaqədardır.

“Bunların hamısını araşdırmaq, lazım gələrsə, müdaxilə edən hansısa bir dövlətə nota da vermək lazımdır ki, Azərbaycanın müstəqilliyinə xələl gətirən hadisələrə yol verilməsin”

- Siz təhlükəli proseslərin Rusiyadan idarə olunduğu qənaətindəsiniz?

- Rusiyadan da ola bilər, İrandan da. Amma məqsəd budur: Azərbaycanın daxilində ciddi problemlər yaratmaq, Azərbaycanın müstəqilliyinə zərbə vurmaq və insanlarda “Azərbaycan müstəqil dövlət kimi yaşamaq iqtidarında deyil” və s. kimi rəy formalaşdırmaq istəyirlər.  Son vaxtlar bəzi dövlət xadimlərinin, siyasət adamlarının da çıxışlarını izləyirəm ki, deyirlər Qarabağ məsələsini yalnız və yalnız Rusiya həll edə bilər...

- Eks-prezident Ayaz Mütəllibovun dediklərini nəzərdə tutursunuz?

- Mən onun da müsahibəsini oxudum. Bu fikirlərlə tamamilə razı deyiləm. Əvvəla, Qarabağ məsələsi çox böyük problemdir. Artıq bu, siyasiləşmiş məsələdir. Qərb, ABŞ, Türkiyə olmadan Rusiya heç vaxt bu problemi təkbaşına həll edə bilməz. Ancaq Azərbaycan istəsə, Qarabağ məsələsini hərbi yolla həll edə, torpaqlarını azad edə bilər. Burada isə müəyyən ciddi problemlərin yaranmasını gözləmək olar. Necə ki, cənab prezident həmişə deyir ki, biz bu məsələni sülh yolu ilə həll etmək istəyirik. Bəzi siyasət adamlarının Rusiyanı bu qədər şişirtməsi və Rusiyanın bu məsələni həll edəcəyini deməsi ilə qəti şəkildə razılaşmıram, bunu qəbul etmirəm.

Rusiya bizim strateji müttəfiqimiz, qonşumuzdur, onunla çox ciddi iqtisadi-siyasi, humanitar əlaqələrimiz var. Dövlət başçılarının da münasibətləri yüksək səviyyədədir. Amma Rusiyanın digər dövlətlərdə apardığı işğalçılıq siyasətini qəbul etmirəm. Biz müstəqil dövlətimizi qurmuşuq. Bu dövlət özbaşına qurulmayıb axı, dövləti quran, bu yolda canından keçən insanlar olub. Çalışmaq lazımdır ki, bu münasibətlər normal şəkildə inkişaf etsin. Dağlıq Qarabağ münaqişəsini Rusiya yaradıb da, mən yaratmışam?! Bəlkə başqa dövlətlər yaradıb? SSRİ yaratdı, onun da varisi Rusiyadır. 1994-cü ildə atəşkəs haqqında sazişi imzalamışıq. 24 ildə Rusiya deyibmi ki, gedin 1 kv m. torpağınızı azad edin? Yox. Yalnız iki dəfə, aprel döyüşlərində və Naxçıvan istiqamətində ərazilərimizin bir hissəsini azad etdik, bu da prezidentin göstərişi ilə həyata keçirildi.  Biz 70 il bu dövlətin əsarətində olmuşuq. Baxmayaraq ki, müəyyən müsbət cəhətləri də olub, biz o vaxt təhsil almışıq və s. Həmçinin digər müsbət amillər də olub.

“Gəncədə baş verən hadisələr zamanı ağsaqqallar da öz sözlərini deməliydilər, çıxıb əhali ilə danışmalıydılar”

Amma biz öz sərvətlərimizə, neft-qazımıza heç vaxt sahib olmamışıq. Yalnız müstəqilliyimiz elan olunandan sonra bunun bəhrəsini görməyə başlamışıq. Düzdür, indi müəyyən çətinliklər, problemlər ola bilər, amma vaxt gələcək bizim övladlarımız daha firavan yaşayacaq, Azərbaycan demokratik, inkişaf etmiş bir dövlət kimi dünyada mövcud olacaq. Ona görə də hesab edirəm ki, baş verən hadisələr bizim üçün qəbuledilməzdir. Azərbaycan prezidenti İlham Əliyev iyulun 13-də hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda da çox düzgün olaraq bildirdi ki, müstəqillik illərində bir neçə belə cinayət törədilib, lakin həmin qüvvələr niyyətlərinə çatmayıb. Dövlət başçısı Azərbaycanda xalq-iqtidar birliyinin olduğunu deməklə yanaşı, qətiyyətlə bildirdi ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Bu hadisələri törədən şəxslərlə bağlı ciddi araşdırma aparılmalı, onlar cinayət məsuliyyətinə cəlb edilməlidir.

- Sosial şəbəkədə bir yanaşmanı gördüm ki, əgər Gəncənin Vahid Əhmədov kimi deputatı, yaxud icra başçısı olsaydı, bəlkə də vəziyyət bu qədər kritik həddə çatmazdı, insanlarla təmas yaradıb gərginliyi azaltmaq olardı, necə ki, Qubada daha ağır faciələrin baş verməməsi üçün əlindən gələni etdi. Bu kimi yanaşmalara münasibətiniz necədir? Yeri gəlmişkən, dövlət başçısı da hər zaman məmur-vətəndaş münasibətləri il bağlı tövsiyə və xəbərdarlıqlarını edib. Siz burada daxili amillərin rol oynadığı barədə fikirləri bölüşürsünüzmü?

- Mənimlə bağlı fikirləri oxumamışam. Amma məmur-vətəndaş münasibətinə toxunmaq istərdim. Cənab prezident də dəfələrlə bu barədə mövqeyini ifadə edib. Bu, çox ciddi məsələdir və hazırda bu problem var. Deməzdim ki, bu problem yalnız Gəncədədir. Bir çox regionlarda bu problem var. Prezident hər zaman icra başçılarını, nazirləri təyin edəndə onlara tövsiyələr verir. Ona görə də mən həmişə məmurlara deyirəm ki, sizin ibrət dərsi götürəcəyiniz şəxs var. Prezidentin vətəndaşlarla, insanlarla münasibətini həmişə göz qabağına gətirin, bu münasibətlər həmişə sizin üçün nümunə olsun! Çox təəssüflər olsun ki, bəzi icra başçıları - hamısını deyə bilmərəm, yaxşıları da var,  amma əksəriyyəti - məmur-vətəndaş münasibətlərində çox ciddi problemlər yaradırlar. Onlar özlərini vətəndaşdan yuxarıda hissi edirlər, insanları aşağıda görürlər, bu, qəbuledilməzdir! Hesab edirəm ki, Gəncədə baş verən hadisələr zamanı ağsaqqallar da öz sözlərini deməliydilər, çıxıb əhali ilə danışmalıydılar. Heç bir günahı olmayan iki polisin öldürülməsi qəbuledilməzdir. Onların ana-bacıları, balaları niyə gözüyaşlı qalmalıydı? Onların bu məsələlərdə heç bir günahı yoxdur.

Ümumiyyətlə, bu silsilə xarakterli hadisələrin hamısı idarə olunan hadisələrdir. Bunların hamısını araşdırmaq, lazım gələrsə, müdaxilə edən hansısa bir dövlətə nota da vermək lazımdır ki, Azərbaycanın müstəqilliyinə xələl gətirən hadisələrə yol verilməsin! Mən baş verənləri adi hadisələr saymıram. Bilirsiniz ki, mən müstəqilliyin qorunması uğrunda istənilən varianta hazıram. Hiss etsəm ki, bu gün Azərbaycanın müstəqilliyinə hansısa ciddi təhdid var, istənilən vaxt həmin insanlara qarşı mübarizə aparmaq əzmindəyəm. Çünki müstəqillik bizim üçün çox əzizdir, müstəqilliyimiz əbədi və daimi olmalıdır.

- “Azərenerji”də baş verənlərdə necə, xarici amillərin rolu ola bilərmi?

- Hər şey ola bilər, niyə ola bilməz? Mən heç nəyi istisna etmirəm. Elə bilirsiniz daxildə xarici ölkələri müdafiə edən insanlarımız yoxdur? “Beşinci kolon” təhlükəsi var. Elə son vaxtlar bu təhlükələrlə bağlı sizin qəzetdə nə qədər yazılar gedib. Ola bilər ki, həmin insanların da o dövlətlər qarşısında müəyyən öhdəlikləri var, bu, istisna deyil. Ona görə də məsələlər ciddi araşdırılmalıdır. Dövlət Təhlükəsizlik Xidmətində kifayət qədər təcrübəli insanlar çalışır. Mən şəxsən Mədət Quliyevi tanıyıram, təcrübəli bir insandır. Yəqin ki, bu hadisələrlə ciddi məşğul olub, həmin insanların müəyyən edilməsinə və cəzalandırılmasına nail olacaqlar.

Bir məsələyə də toxunmaq istəyirəm. Baxıram ki, “Azərenerji” ilə bağlı geniş müzakirələr gedir. İlham Əliyev prezident seçildiyi 2003-cü ildən bəri bu sistemə külli miqdarda vəsait xərcləmişik. Həmçinin 30-dan çox elektrik stansiyaları tikilib, istifadəyə verilib. Əvvəllər işıqla əlaqədar rayonlarda, elə paytaxtımızda çox ciddi problemlər var idi. Amma son hadisələrə qədər elə ciddi problem yox idi. Birincisi, o vəsaitin xərclənməsinin hamısını Etibar Pirverdiyevlə bağlamaq olmaz. Buna məsul olan digər qurumlar da var. Azərbaycan hökuməti, Nazirlər Kabineti, bu qurumda həmin sahəyə məsul şəxslər, şöbələr var, həmçinin baş nazirin müavini var. Mingəçevir İES həmişə nəzarətdə olub. Mən baş nazirin birinci müavini olanda mütəmadi şəkildə ora getmişik, baxmışıq, müəyyən işlər görülüb. Görünür, son vaxtlar bu məsələ nəzarətdən yayınıb. Ona görə də araşdırmanı ciddi aparmaq lazımdır. Azərbaycanda xüsusi nazirlik yaradılıb, Energetika Nazirliyi, o nazirlik nə ilə məşğul olur? Orada xüsusi şöbələr, nəzarət orqanları var. Bunlar araşdırılmalıdır ki, günahkarların kimliyi barədə əhaliyə məlumat verilsin.

- Gəncə hadisələrinin prezidentin Brüssel səfəri, NATO sammitinə qatılması, Avropa İttifaqı ilə sazişin imzalanması ərəfəsində baş verməsi bu əməkdaşlıqda maraqlı olmayan qüvvələrin sürprizi, təxribatı sayıla bilərmi? Dövlət başçısı da NATO zirvəsində iştirakdan bəhs edərkən dedi ki, “Bizim iradəmizə, siyasətimizə şər qüvvələr təsir edə bilmir”. Əminliklə demək olarmı ki, Bakı Avrointeqrasiya xəttindən imtina etməyəcək?

-Yox. Proses gedir. Mən həmişə demişəm, razılaşmayanlar da olub, amma Azərbaycan Avropaya inteqrasiya etməlidir, edəcək də. Biz istəsək də, istəməsək də. Avropa İttifaqı ilə imzalanan saziş bir daha onu göstərdi ki, yolumuz budur. Nə qədər ağır, çətin yol olsa da, biz bu yolu getməliyik, gedirik, necə ki, belə bir saziş imzalandı. Digər tərəfdən, NATO-nun sammitində cənab prezidentinin iştirakı elə-belə məsələ deyildi. Biz onsuz da Avropa ilə, ABŞ-la işləyirik. Məqsədimiz də ondan ibarətdir ki, müstəqilliyimizə kimsə toxunmasın. Bizim heç kimin puluna, köməyinə ehtiyacımız yoxdur. Azərbaycan kifayət qədər özünü dolandırmaq imkanına malikdir. Ona görə də biz normal, yüksək səviyyədə iqtisadi, siyasi, humanitar və v. əlaqələrimiz olsun. Müstəqillik məsələsini isə biz heç kəsə güzəştə getməyəcəyik.

- Prezident seçkiləri önə çəkiləndə bəzi ekspertlər deyirdilər ki, Azərbaycanı qarışdırmaq istəyən qüvvələr var. Baş verənlər həmin proqnoz və məlumatların doğru olduğu qənaətini yaratmırmı?

- Ümumiyyətlə, hər dəfə prezident seçkiləri ərəfəsində ölkəmizə müəyyən sürprizlər etmək istəyirlər. 2013-cü ildə də sürprizlər hazırlanmışdı, o təhlükə də şimaldan gəlirdi. İndi də ola bilər. Açığını deyim, bu sürprizlər Qərbdə də hazırlana bilər. Çünki hər bir dövlət Azərbaycan kimi varlı, perspektivli ölkəni öz yanında olmasını, onun maraqlarına cavab verməsini istəyir. Azərbaycan hökuməti, dövləti müəyyən məsələlərdə bir qədər ehtiyatlı olmalıdır.  Birincisi, cənab prezidentin göstərişləri var məmur-vətəndaş münasibətləri ilə bağlı. Birmənalı şəkildə bu, qaydaya salınmalıdır. Cənab prezidentin hökumətin son iclasında qaldırdığı korrupsiya və rüşvətxorluq məsələləri ilə bağlı ciddi tədbirlər görülməlidir. Düzdür, bunu tamamilə ləğv etmək mümkün deyil, bütün dövlətlərdə mövcuddur. Amma biz çalışmalıyıq ki, korrupsiya və rüşvət ölkədə ciddi şəkildə azalsın. Bu məsələləri həll etməliyik. Necə ki, “ASAN Xidmət” yaradıldı, müəyyən neqativlər aradan qaldırıldı, bu işləri davam etdirmək lazımdır ki, ölkəmizdə ciddi problemlər yaranmasın. Unutmayaq ki, korrupsiya və rüşvət bizim dövlətimizin imicinə, milli təhlükəsizliyimizə zərər vuran məsələlərdir.
Oxşar xəbərlər
19:54, Bu gün
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
19:36, Bu gün
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
19:22, Bu gün
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
19:20, Bu gün
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
19:20, Bu gün
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
19:09, Bu gün
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
19:06, Bu gün
Dördüncü kurs tələbəsi vəfat etdi
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
GÜNLÜK
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”