Ayaz Mütəllibov Gəncə və Mingəçevir olaylarından elə şeylər danışdı ki...
Oxunub: 18413
11 Jul 2018 | 18:21
Ayaz Mütəllibov Gəncə və Mingəçevir olaylarından elə şeylər danışdı ki...
Eks-prezident: “İmkan vermək olmaz ki, təxribatçı ünsürlər bu dindar insanların inanclarından öz çirkin məqsədləri üçün istifadə etsinlər”

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov “Yeni Müsavat”a geniş müsahibə verib. Mingəçevirdə baş vermiş qəzadan, Gəncədə baş verən qanlı hadisələrdən və ən vacib problemimiz olan Qarabağ məsələsindən bəhs edən müsahibəni diqqətinizə çatdırırıq:

- Ayaz müəllim, Azərbaycanın ikinci böyük şəhərinin-Gəncənin icra başçısına qarşı sui-qəsd olayını və daha sonra iki polis zabitinin qətlə yetirilməsi ilə bağlı nə deyə bilərsiniz?

- Mən bu hadisəni çox böyük üzüntü ilə qarşıladım. Gəncədə şəhid olan polislərimizə Allah rəhmət eləsin! Həlak olan zabitlərimizin ailələrinə səbr diləyirəm. Onlar Azərbaycan övladları, ziyalılarıdır, çox təəssüf ki, belə faciə baş verdi. Allah bizim millətə bir daha belə faciələr göstərməsin. İnanıram ki. tezliklə cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar və cəzalandırılacaqlar.

- Bu hadisədə xarici qüvvələrin əlinin olmasından bəhs olunur. Maraqlıdır ki, həm Rusiya, həm də İrandakı qüvvələrdən danışılır. Siz hansı ehtimala üstünlük verirsiniz?

- Gəncədə baş verənlər böyük faciədir. Səbəbinin nə olmasından asılı olmayaraq, ortada qanlı cinayət hadisəsi var.  Silah işlətmək, qan tökmək vəziyyətdən çıxış yolu deyil, bu son mərhələdə ağır nəticələrə gətirib çıxara bilər. Hadisədə hansısa qüvvələrin əlinin olması  faktının araşdırılması, qeyd etdiyim kimi  təhlükəsizlik  xidmətlərin səlahiyyətlərində olan işdir. Amma bunu əminliklə vurğulayıram ki, bu hadisədən ölkəmizdə sabitliyi pozmaq istəyən, dövlətimizin müstəqilliyini gözü götürməyən mərkəzlər və onların daxildəki əlaltıları maksimum səviyyədə yararlanmağa çalışacaqlar.

Azərbaycan tarixən müxtəlif millətlərin, dini etiqad sahiblərinin bir yerdə, mehriban qonşuluq şəraitində yaşadığı Vətən olub. Müsəlman əhalinin əksər hissəsi şiə inanclı Hz.Əli, Hz.Hüseyn ardıcıllarıdır. Bu insanlara qayğı ilə, onların inanclarına həssaslıqla yanaşmaq lazımdır. Onlarda Azərbaycan vətəndaşları, bu xalqın övladlarıdır. İmkan vermək olmaz ki, təxribatçı ünsürlər bu dindar insanların inanclarından öz çirkin məqsədləri üçün istifadə etsinlər. Axır zamanlar bu cür  istifadə etmək cəhdi aşıq şəkildə özünü büruzə verir.

Qarşıdan Məhərrəm ayı, Aşura mərasimi gəlir. Tarixən bu mərasim əhalinin böyük bir hissəsi tərəfindən ehtiramla keçirilir. Demək olar ki, 100 illər ərzində bizim milli mədəni dini dəyərlərimiz arasında özünəməxsus yer tutub. Olduqca ehtiyatlı davranmaq, məsuliyyətsiz çıxışlar, qızışdırıcı bəyanatlar verməkdən çəkinmək lazımdır! Bu ilk növbədə bəzi məmurlara və millət vəkillərinə aiddir. Təxribatların qarşısı yerindəcə almaq vətəndaşlıq borcumuzdur.

- Ayaz müəllim, Gəncə və Mingəçevir şəhərlərində baş verənlər hadisələr arasında əlaqənin olduğunu düşünürsünüzmü?

 - Gəncə və Mingəçevirdə baş vermiş hadisələri dövlətçiliyimizə və müstəqilliyimizə qarşı zərərli bir hadisələr kimi qiymətləndirirəm! Gərək bu hadisələr baş verməyəydi. Amma təəssüflər olsun ki, obyektiv və subyektiv səbəblər üzündən bunların qarşısı alinmadı. Xüsusən  bu iki hadisənin bir birinin ardınca baş verməsi, haqlı təlaşlara və narahatçılıqlara səbəb oldu. Əhalinin əksər hissəsinə və dövlətimizə işığın sönməsindən ciddi mənəvi və maddi ziyan dəydi. Bu iki hadisə arasında bağlılığa gəldikdə isə, bu əlaqə ola da bilər, olmaya da. Yəqin ki, dövlət rəhbərinin sərəncamı ilə yaradılmış komissiya çox yaxın zamanda hadisəni təhlil edərək ictimaiyyətə açıqlama verəcəklər.

- Siz uzun illər Azərbaycan hökumətinə rəhbərlik etmiş, ölkə təsərrüfatından xəbəri olan, üstəlik, ölkənin birinci şəxsi-prezidenti olmuş şəxssiniz. Bu mənada Azərbaycanı elektrik enerjisi ilə təmin edən Mingəçevirdə bir blokun sıradan çıxması nəticəsində ölkənin qaranlığa qərq olması faktını necə dəyərləndirirsiniz?

“Biz də müəyyən müddət qaranlıqda qaldıq, amma panikaya düşmədik”

- Birmənalı şəkildə ölkənin bir anın içində zülmətə düşməsini faciə kimi qiymətləndirirəm! Bizim ailə də o çətinliyi yaşadı, müəyyən müddət qaranlıqda qaldıq, amma panikaya düşmədik, əmin idik ki, işıq tez bərpa olunacaq. Minlərlə insan metroda və digər yerlərdə əziyyətlə qarşılaşdı. Nəzərə alsaq ki, o cür istidə havalandırılmayan bir yerdə qalmaq nə deməkdir, hadisənin mürəkkəbliyini başa düşərik. Şükürlər olsun ki, hər şey salamatlıqla başa çatdı, dövlətimiz tez bir zamanda operativ şəkildə problemi aradan qaldırdı. Faciənin miqyasına nəzər salsaq, görərik ki, belə situasiyada vəziyyətdən çıxmaq o qədər də asan deyil. Yeri gəlmişkən, mən o faciəni əhali ilə çiyin- çiyinə keçirmiş polis işçilərinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının, metro  və kommunal xidmət işçilərinin zəhmətlərini qeyd etmək istərdim. Məhz onların çevik fəaliyyətlərinin nəticəsində böyük faciələrdən uzaq olduq! Bu əsl qəhrəmanlıq idi! Prezident başda olmaqla bütün dövlət xalqın yanında idi. Məhz bu fəaliyyətin nəticəsində düşmənlər sevinmədi!

Ölkəyə vaxtilə rəhbərlik etmiş bir şəxs kimi soruşursunuzsa, onu deyə bilərəm ki, rəhbərliyin həyəcanını dillə ifadə etmək mümkün deyil, heç bir rəhbərlik istəməz ki, onun xalqı faciə yaşasın. Bu baxımdan indiki iqtidar da istisna deyil. Hər bir dövlətdə problemlər yaşanır, təbii fəlakətlər olur bu qaçılmazdır. Hətta bu gün tez-tez misal gətirdiyimiz Qərb və Avropada da. Amma gəlin razılaşaq ki, obyektiv və subyektiv səbəblərə görə problemlərin olmasına  baxmayaraq, Azərbaycan bir çox sahələrdə onları qabaqlayır. Elə bir neçə il bundan qabaq dəhşətli sel basqınlarını, Kür çayının daşmasını xatırlayaq. Qarşısı alınmasaydı, Azərbaycanın tən yarısını su basacaqdı. Onda kim idi təqsirkar? O boyda fəlakətdə bir adamın burnu belə qanamadı. Biz yaxşı işləri tez unuduruq. Nə isə...

- Enerji olayında təxribat izindən danışmaq olarmı?

- Təxribat ehtimalını istisna etmək olmaz. Gəlin tələsməyək. Bizdə bu işlə məşğul olan qurumlar, nazirliklər var: DİN, Təhlükəsizlik xidməti və başqaları.

- Vaxtaşırı belə ehtimallar səslənir ki, Azərbaycanı Suriya, Liviyaya döndərmək istəyən qüvvələr var. Sizcə, bunlar hansı qüvvələrdir və onlar Azərbaycandan nə istəyirlər?

- Bu ehtimal yox, mən deyərdim ki, kimlərinsə arzusu, məqsədidir. Qeyd etdiyim kimi, bu qüvvələrin məqsədi dövlətimizi zəiflətmək, stabilliyi pozmaq, son nəticədə mərkəzi hakimiyyəti özündən asılı, idarə olunan bir struktura çevirmək. Zəif hakimiyyət vasitəsilə bütöv bir xalqı öz məqsədləri üçün istifadə etmək! Budur Suriya və digər müsəlman dövlətlərində aparılan müasir siyasət!

- Prezident İlham Əliyev son müşavirələrdə məmurlara növbəti xəbərdarlıqlarını etdi. Siz bu xəbərdarlıqların ardınca hansı addımları gözləyirsiniz?

- O müşavirəni mən də izlədim. Prezidentin narahatçılığı başa düşüləndir, hardasa səhlənkarlıqlar, kimlərinsə məsuliyyətsizliyi bu hadisələrə səbəb olub. Amma yenə də şükür olsun ki, böyük itkilərlə üz-üzə qalmadıq, düşməni sevindirmədik! Vəziyyət tam şəkildə prezidentin nəzarətindədir, əminəm ki, bu faciələrin təkrar olunmaması üçün o əlindən gələni edəcək. Qəzaya səbəb olan amillər komissiya tərəfindən araşdırılır, öz işində səhlənkarlıq edənlər təbii ki, cəzalanacaq. Yəqin ki, yaxın vaxtlarda komissiya  öz işini tamamlayacaq.

- Azərbaycan ən yüksək səviyyədə NATO sammitində iştirak edir. Ermənistan da israrla Qərbə doğru istiqamət götürüb. Necə bilirsiniz, Rusiya bu prosesə necə reaksiya verəcək? Sürprizləri ola bilərmi?

- Son hadisələr onu deməyə əsas verir ki, geosiyasi vəziyyət dəyişmək üzrədir. Ermənistan özü bilər hara gedir kimə qoşulur. Azərbaycanın isə NATO-ya  inteqrasiyasına ehtiyacı yoxdur. Bu çox ciddi məsələdir, ümumiyyətlə, biz çalışmalıyıq ki böyük güclərin arasında durmayaq. Bizim üçün əsas məsələ ondan ibarətdir ki, böyük güclərdən kim nəyə qadirdir? Qarabağ məsələsini götürək, kim bu məsələni təkbaşına həll edə bilər?  Ancaq Rusiya münaqişəni təkbaşına həll edə bilər. Açıq danışmaq lazımdır, ötən 25 ildə Azərbaycan Rusiya ilə heç zaman hesablaşmayıb. Bunun da səbəbi var. Biz Qarabağa görə Rusiyadan incik olmuşuq. Bu boşluğu da Ermənistan dolduraraq bizə qarşı istifadə edib. Amma bu gün Ermənistan Rusiyadan üz döndərib. İndi də biz bu boşluqdan yararlanmalıyıq. Düzdür, daxildən də bizim Rusiya ilə yaxınlaşmağımıza qarşı çıxan qüvvələr tapılacaq. Müxalifət hər zaman olur. Biz Rusiya ilə daha sıx əməkdaşlıq etməliyik. Necə ki, indiyədək Ermənistan Rusiyadan bizə qarşı istifadə edib, indi də biz Rusiyadan istifadə edib torpaqlarımızı geri qaytarmalıyıq. Bunun da yolu Rusiya ilə yaxınlaşmaqdan keçir. Son 25 ildə buraxdığımız səhvləri göz qabağına gətirməliyik. Bu baxımdan yeni münasibətlər yaratmalıyıq. Bu gün dünyanı idarə edən böyük dövlətlərdir. Bunların arasında Rusiyanın öz rolu var.

- Paşinyan hökuməti ilə aparılacaq Qarabağ danışıqlarından müsbət nəticə gözləyirsinizmi? Qarabağda savaşın alovlanmasını demək olarmı, yoxsa böyük güclər buna imkan verməyəcək apreldəki kimi?

- “Qarabağ respublikası” qondarma olduğu kimi, bu məsələ üzərində qurulmuş erməni siyasəti də qondarmadır. İnanmıram ki, bu və ya digər erməni rəhbəri bizim kimi müstəqil siyasət yeritsin. Yəqin yenə də növbəti dəfə kiminsə əlində təzyiq alətinə çevriləcəklər. Heç nəyə məhəl qoymadan öz siyasətimizi aparmalıyıq. Çox yaxın zamanda bu siyasət öz müsbət nəticəsini verəcək. Elə aparılan uzaq görən siyasətin nəticəsidir ki, ermənilər öz cinayətkar Sərkisyan hakimiyyətini devirdilər. Qarabağda cinayətlərə imza atmış quldurlardan bəziləri hətta həbs olunmaqdadır. Yeri gəlmişkən, onlardan bəziləri Çaykənd əməliyyatında həbs olunub Bakıya gətirilmişdi. O ki, qaldı müharibə variantına, son nöqtəyə qədər sülh danışıqlarından istifadə etmək lazımdır. Çünki bütün müharibələrin sonu danışıqlara gətirib çıxarır. Yox, əgər danışıqlar nəticəsiz qalarsa, Azərbaycan öz torpaqlarını Ali Baş Komandanın əmri ilə müharibə yolu azad etmək hüququnu özündə saxlayır. Bu bizim torpaqlarımızdır, babalarımızdan miras qalmış Vətənimizdir!  Əks halda, bu müstəqilliyi qazanmaq və suveren Dövlətimizi qorumaq yolunda canlarını vermiş həmvətənlərimizin ruhu bizi bağışlamaz. Və heç bir qüvvə bizi tutduğumuz bu haqq yoldan döndərmək hüququna malik deyil!
Oxşar xəbərlər
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:51
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
04 May 2024 | 12:14
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
04 May 2024 | 12:27
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
04 May 2024 | 12:54
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
04 May 2024 | 12:58
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
04 May 2024 | 12:32
Tanınmış müəllim vəfat etdi - FOTO
04 May 2024 | 12:39
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
04 May 2024 | 12:41
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:51
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
04 May 2024 | 12:14
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
04 May 2024 | 12:27
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
04 May 2024 | 12:54
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
04 May 2024 | 12:58
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
04 May 2024 | 12:32
Tanınmış müəllim vəfat etdi - FOTO
04 May 2024 | 12:39
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
04 May 2024 | 12:41
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...