"Talışı, Madagizi, hətta Tərtər SES-i alsaydıq, Rusiya bizə nə deyəcəkdi ki?"
Oxunub: 17401
02 Jun 2018 | 13:42
Azərbaycanla həmsərhəd dövlətlərdə son vaxtlar ciddi proseslər baş verir. Gürcüstan sürətlə NATO-ya yaxınlaşır, Ermənistanda Qərbyönümlü qüvvələr hakimiyyətə gəlib, İran-ABŞ münasibətləri isə hər an böyük müharibəyə çevrilmək həddindədir… Bəs bu vəziyyət Azərbaycana nə və edir? 

Moderator.az xəbər verir ki, strateq.az “Təhlükəsizlik” Araşdırmalar Mərkəzinin rəhbəri İlham İsmayılla son vaxtlar regionumuzda gərginləşən bu məsələlər və onların Qarabağ probleminə təsiri barədə söhbətləşib:

Həmin müsahibəni təqdim edirik:

–   İlham müəllim, 2018-ci ildə regionda bir sıra mühüm hadisələr baş verib. Ermənistanda inqilab oldu, ABŞ nüvə sazişindən çıxaraq İrana qarşı sanksiyaları bərpa etdi. Şübhəsiz, bunlar Azərbaycana təsir edən hadisələrdir. Beynəlxaq mətbuatda yazırlar ki, bu iki hadisənin əslində biri-biri ilə əlaqəsi var, Ermənistanda baş verən hakimiyyət çevrilişinin arxasında ABŞ və İsrail durur, məqsəd də Azərbaycanın işğal olunmuş əraziləri hesabına İranla sərhədləri yaranan Ermənistandan istifadə etməkdir. Bu barədə Siz necə düşünürsüz?

–   Regionda baş verən proseslərin gedişatının xüsusi qlobal dəyişikliyə gətirib çıxarması az ehtimal olunur, amma istisna deyil ki, qlobal hadisə baş versə, elə İranda olacaq. Ona görə şərtlə deyirik ki, İran böyük və ideoloji dövlətdir. Onun birdən-birə yıxılması gözlənilmir. Amma İranda müəyyən dəyişikliklər olacaq, buna daxildən sosial sifariş, xaricdən kifayət qədər təsirli təzyiqlər var. Ölkənin mövcud şəriət dövlət quruluşunun dəyişib dünyəvi konstitusion quruluşla əvəzlənməsini istəyən qüvvələr var.

Təbii ki, ən güclü təzyiq xaricdəndir və onun başında da ABŞ və İsrail durur. İrana qarşı həm iqtisadi, həm siyasi, həm də hərbi təzyiqlər güclənir. Bu yaxınlarda Suriyada İranın qurduğu 16 hərbi bazası darmadağın edildi…

Regionda ikinci mühüm dəyişiklik artıq Ermənistanda baş verib. Bu ölkədə gedən prosesləri perspektivdə İrana təsir etmək kimi dəyərləndirmək doğru deyil. Əlbəttə, ABŞ-ın, Avropanın burada müəyyən qədər rolu var və bu yolu illərdir ki, səbrlə erməni cəmiyyətinin şüuruna yeridə biliblər. Çünki cəmiyyət, tədricən olsa da, Rusiyadan çox, Qərbə meyillənməyin tərəfdarıdır. Rusiya gözlənilmədən baş verən hadisələrlə yaxalansa da, situasiyaya tez nəzarət edə bildi. Paşinyan və tərəfdarları Rusiyanın aqressiv münasibəti ilə qarşılaşmamaq üçün “ məxməri inqilabın” şimal qonşusu ilə münasibətlərə xələl gətirməyəcəyini tələsik vurğulamaqla müdaxilədən yayına bildilər.  Amma Rusiya onu da bilir ki, yeni hakimiyyətin nümayəndələri daha çox Qərbə meyillidirlər, sadəcə Qarabağ problemi, Rusiyadan hərbi və iqtisadi asılılığa görə erməni tərəf hiyləgərliklə vaxt qazanır və xarakterlərinə uyğun olaraq hər zaman sürüşkən mövqe ortaya qoya bilərlər. Hər halda Paşinyan hökuməti bu gün daha çox Rusiyanın nəzarətindədir, amma bunun Sarkisyana olan nəzarət olmadığı da, birinci elə Rusiyanın özünə məlumdur.

Paşinyan hökuməti ilk növbədə  ölkəni iqtisadi cəhətdən ayağa qaldırmaq istəyir, bunun üçün Qərbdən də, Rusiyadan da ciddi dəstək almağa çalışırlar. Bu istiqamətdə vacib addım Abxaziya dəhlizinin açılmasına cəhdlərdir.

– Paşinyan Gürcüsatana elə bu məqsədlə getmişdi… 

– Bəli, bu barədə Gürcüstan rəhbərliyi ilə danışıqlar aparılıb. Bundan əvvəl isə Soçi görüşündə Abxaziya dəhlizinin açılmasını Putindən xahiş etmişdi. Amma bugünlərdə Suriya tərəfindən Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasından sonra Gürcüstan tərəfi prosesi tormozladı. Çünki aydındır ki, bu, Suriyanın deyil, Rusiyanın siyasətidir.

Regionda daha bir mühüm dəyişiklik kimi 27 mayda  NATO Parlament Assambleyasının Gürcüstan və Ukraynaın hərbi ittifaqa inteqrasiyasının sürətləndirilməsi ilə bağlı mövqeyi oldu. Litva prezidenti  xanım Qribauskaytenin “Cənubi Qafqazda bel bağlanası ölkə Gürcüstandır” deməsi təsadüf deyil.

– Bəs bütün bunların Azərbaycana təsiri necə olacaq? 

–   Ən böyük təsir İranla bağlı baş verə biləcək hadisələrdir. Bölgədə, həmsərhəd olduğumuz ölkələrdə yuxarıda qeyd etdiyimiz dəyişikliklərin və ehtimal olunan dəyişikliklərin Azərbaycana mütləq təsiri var. Tutaq ki, Ermənistanda və Gürcüstanda baş verən daxili idarəetmədəki rejim dəyişikliyi birbaşa olmasa da, dolayısı ilə təsirsiz ötüşmür və hansısa formada özünü göstərəcək. O cümlədən İran da. Azərbaycan ABŞ və İsail üçün həm də İrana görə maraqlıdır.  Burdan  heç kim,  təbii ki,  top qoyub İrana atası deyil. Amma coğrafi mövqeyimizə görə bir sıra məsələlərdə, sahələrdə – mən onları sadalamaq və konkretləşdirmək istəmirəm, – ciddi əməkdaşlıq ola bilər.

– Bəs İranın Azərbaycana qarşı münasibəti necə olacaq?

– İndiyədək aparılan və əsasən doğru olan siyasət nəticəsində Azərbaycan İrana qarşı hər hansı bir əks siyasətin iştirakçısı olmayıb və İrandan xüsusi təpkilər və hədələr almamışıq. Amma İranın bizə münasibətdə  kinli olduğu, hələ də müstəqilliyimizi qəbul edə bilmədiyi və burdakı təsir vasitələri ilə bizə problemlər yaradacağı gizli məsələ deyil.  Azərbaycanın İrana qarşı bir poliqon olması istisnadır.

Biz bundan sonra nə olacağını bəribaşdan deyə bilmərik. Bu, hadisələrin inkişafından, İrandakı daxili proseslərdən asılıdır. İran çətin vəziyyətdə olmasına baxmayaraq, Yəməndən tutmuş Suriyaya qədər öz sərhədlərindən kənarda təsir gücünə malikdir. Onlar Azərbaycanla müqayisədə böyük dövlətlərdir. Azərbaycan bu məsələlərdə ehtiyatlı olmalıdır. Onu da deyim ki, bütün bu hadislərin heç biri Azərbaycanda hansısa dəyişikliklərə gətirib çıxarası deyil.

– Hansı dəyişikliklərdən söhbət gedir?

– Burada xarici ölkələrin təsiri ilə nə inqilab olasıdır, nə də hakimiyyət dəyişikliyi. Amma gərginlik yarana bilər və ondan daxili, yoxsa xarici qüvvələrin daha çox istifadə edəcəyi sual altındadır.

–  O zaman Qarabağ məsələsinə də bir təsirdən söhbət getmir?

– Qarabağ problemi bu işlərin hamısından kənardadır. İndiyə qədər bizim diplomatiyada görsənməyib ki, Azərbaycanın atdığı iqtisadi, siyasi addımların qarşılığında Qarabağla bağlı məsələni qoysunlar. Biz hələ də 30 il əvvəl qəbul olunmuş BMT qətnamələrindən yapışırıq. Bu təşkilatın o qədər icra olunmayan qətnamələri var – Şimalı Kiprdən tutmuş Krıma qədər…

– Bizim status-kvonu dəyişmək gücümüz varmı?

– Bizim status-kvonu dəyişmək üçün bir neçə imkanlarımız yaranıb. Birinci hərbi imkanlardır, bundan istifadə edib dəyişiklik etmək olar.

– Yəni buna imkan verərlər?

–  Belə bir şey uydurublar ki, biz güc tətbiq etsək, dünya bizim üstümüzə gələcək. Aprel döyüşlərində 3 gün dünyadan səs çıxdımı? Bu müddət ərzində ABŞ-dan və Avropa Birliyindən nə bir kəlmə söz, nə də bir bəyanat oldu. Qərb mətbuatı sadəcə informasiya verirdi ki, Qarabağda müharibə gedir. Rusiyanın özü də bir gərgin münasibət göstərmədi. Bizimkilər tez-tez vurğulayırlar ki, müdafiə naziri Şoyqu dedi, “atəşi dayandırın”. Amma bunu onların öz dilindən eşitmədik.

– Amma yerli mətbuatda yazıldı ki, Rusiyanın Şimali Qafqazdakı ordusu döyüşə hazır vəziyyətə gətirilib, Xəzərdəki hərbi donanmaya döyüş hazırlığı komandası verilib…

–   Yerli mətbuat dediyiniz bu məlumatı hardan aldı?  Bu barədə heç Azərbaycan rəsmiləri bir söz deməyiblər. Bunlar Azərbaycanın sürüşkən jurnalsitikasına verilən pasların nəticəsidir.

– Amma sətiraltı həmişə deyirlər ki, Rusiya mane oldu…

– Bu, öz cəsarətsizliklərini və bacarıqsızlıqlarını sığortalamaqdan başqa bir şey deyil.

– Bəs müharibə niyə dayandı?

– Müharibə yox, döyüş. Nəzərdə tutulmamışdı ki, hərbi əməliyyatlar sona qədər davam etməlidir. Ölkədə müharibə əhval-ruhiyyəsi vardımı?

– Əlbəttə, vardı…

–   Yox, o mənada ki, səfərbərlik elan olunsun, fövqəladə vəziyyət rejiminə keçilsin, müharibə hazırlıqlarına start verilsin və s. Qəflətən genişmiqyaslı döyüşlər başlayır və bunun nəticəsində ölkədə bir ruh yüksəkliyi yaranır. Aprel döyüşlərinin ən böyük xeyri millətin ayaqda olduğunun, öz torpağı üçün vuruşacağının aydın şəkildə nümayiş etdirilməsi oldu. Bundan başqa, döyüşlərin bizə bir xeyri olmayıb.

– Bəs müəyyən qədər torpaq azad etmişik…

– Həmin döyüşlərdə Talış kəndi, Madagiz, hətta Tərtər su-elektik stansiyası da alınaraq, o yerlərdə möhkəmlənə bilərdik. Necə ki, Lələtəpədə möhkəmləndik. Buna görə Rusiya bizə nə dedi? Başqa yerləri azad edib möhkəmlənsəydik, nə deyəcəkdi ki? Bu, bizim torpağmızıdr. Bura Ermənistan ərazisi deyil ki, KTMT dəstək versin. Biz Ermənistanın ərazisinə girmirik axı. Jurnalistlər yazırdı və indi də yazırlar ki, Yalamada 25 minlik rus qoşunları hazır vəziyyətdə dayanıb. Yalan idi. Rusiya müdaxilə etsə, elə Qarabağdan edərdi və bunu üçün onun imkanları daha genişdir, nəinki Xaçmazdan. Sən Qarabağı azad etdiyinə görə, mən Xaçmazı işğal edirəm? Belə şey mümkün deyil.

– Amma Gürcüstan Abxaziyanı azad etmək istəyəndə rus qoşunları Tiflisin 40 kilometrliyinə qədər gəlmişdilər…

– Bəli gəlmişdilər. Amma qarşısında Gürcüstan yox, dünya durdu. Məsələnin o hissəsinə gəlirik. Dünya bizi bu işlərdə müdafiə edə bilərmi? Niyə bizim dünyada heç bir güclü müttəfiqimiz yoxdur? Söhbət hansısa bir müsəlman ölkəsindən deyil, beynəlxalq güclərdən gedir. Gürcüstan hadisələri zamanı Fransa prezidenti Sarkozi iki gün Medvedevin yanında oturub müharibəni dayandırmağı tələb etdi. Bizim üçün kim uçub gələcək? Ərdoğan gələcək?

– Gəlməz?

– Gəlsə də, təsiri olmayacaq. Gürcüstana elə-belə dəstək vermədilər axı. Gürücstan demokratiya yolunu tutumuşdu, ona görə də başda NATO olmaqla Qərb, ABŞ Rusiyaya qarşı xüsusi təzyiq göstərdi. Biz isə demokratik ölkə deyilik, tərəfimizdə duran olmayacaq, ona görə də müharibəni dayandırmağa məcbur olduq.

– Bizim geniş iqtisadi resurslarımız var. Diplomatiyada bu üstünlükdən necə istifadə edirik?

– Bəli, bizim iqtisadiyyatımız Ermənistanda da, Gürcüstanda da böyükdür.  Ermənistanı sıxırıq, amma bundan o tərəfə addım ata bilmirik. Bu məsələnin həlli diplomatik və hərbi yoldan ibarətdir. Diplomatiyamız qısırdır, əl-ayağı bağlıdır, dünyadan sona qədər dəstək görə bilmir. Daxildə aparılmayan islahatlara görə Qərb bizə xüsusi dəstək vermir. Qərb uzaqbaşı deyir ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Bundan o tərəfə addım yoxdur.

– Bu günlərdə Cənub Qaz Dəhlizinin açılışı oldu. Qərbin burada böyük sərmayələri var, Azərbaycan da bu layihələrin mərkəzində durur. Bu qədər güclü iqtisdadi əlaqələr var, amma bunun müqabilində bizə dəstək yoxdur…

–   Biz etdiklərimizin əvəzində Qarabağ tələbi qoymuruq. Amma onlardan tələb edirik ki, ölkənin daxili işlərinə qarışmayın. İnsan haqlarının təmin olunması, demokratik islahatların keçirilməsinə görə Azərbaycanın təzyiqə məruz qalmamasını istəyirlər.


–  Yəni Qərb də Qarabağ problemindən öncə daxili islahatları tələb edir?

–   Bəli. Postsovet məkanında Gürcüstan, Ukrayna, Moldova və Azərbaycan ərazi itkisinə məruz qalıb. Fikir vermisinizmi, böyük dövlətlər Azərbaycandan başqa bu ölkələrin milli bayramlarını təbrik edəndə, onlara deyirlər ki, “biz sizin ərazi bütövlüyünüzü dəstkləyirik, əminik ki, tezliklə ölkənin bütlünlüyü təmin olunacaq”. Amma bunu bizə arzulayan yoxdur.

–  Azərbaycan bunu Qərbin ikili standartları, erməni lobbisinin təsiri ilə əsaslandırır…

–  Səhv yanaşmadır. Hər üç respublika ərazi itkisində başlıca rolu Rusiyanın oynadığını açıq şəkildə bildirir. Amma biz Rusiyanı günahlandırmırıq. Daxildə deyirk ki, Rusiya qoymur, Yalamaya qoşun yeridir, amma beynəlxalq təşkilatlara bunu ünvanlamırıq. Saakaşvilinin BMT-dəki məşhur çıxışını yadınıza salın. Açıq dedi ki, Rusiya hər iki dövlətə təsir etmək üçün Qarabağ problemini həll etmir.  Bunu beynəlxaq səviyyədə də qabartmalıyıq. Bu, düzəlməyincə, biz Qarabağ məsələsində beynəlxaq aləmdən xüsusi dəstək qazana bilməyəcəyik.

– Belə çıxır ki, burada hakimiyyət və dövlət maraqları toqquşur.

– Hakimiyyət maraqları ilə milli maraqları tərəziyə qoyanda, hakimiyyətin mənafeləri daha üstün görsənir. Belə deyilsə, Qarabağ məsələsi ilə əlaqədar xalqa dürüst rəsmi məlumat verilsin.

– Aprel döyüşləri göstərdi ki, Qarabağ faktoru cəmiyyəti birləşdirən amildir. O zaman, cəmiyyət niyə bu məsələdə ortaya mövqe qoymur?

– Bu, bizim ən yaralı yerimizdir. Vətəndaşa olan münsaibət nəticəsində cəmiyyətimiz, ictimai mühit həddindən artıq aşınıb, deqredasiya olunub. Ölkədəki korrupsiya bəşəri və milli dəyərlərin üstündən xətt çəkib. Hər gün bunu televiziyalarda, vətəndaş-məmur münasibətlərində görürük. Əhalidə bir xof da yaranıb, milli və bəşəri dəyərlərə meyil yoxdur, insanlar başını aşağı salıb gündəlik yaşamağa, problemləri həll etməyə çalışırlar. Üstəlik cəmiyyəti haqsızlığa alışdırma prosesi gedir.

– Bu günlərdə Amerikanın məşhir xarici siyasət jurnalı belə bir məqalə ilə çıxış etmişdi ki, Azərbaycanın enerji layihələrinə mane olmaq üçün Rusiya Qarabağ münaqişəsindən istifadə edə bilər. Çünki biz Avropada Rusiyanın enerji maraqlarına mane oluruq. Bu konteksdə qarşıdurma realdırmı?

– Təkcə Azərbaycanın deyil, Orta Asiyanın da qazı buradan keçib Avropaya gedəcək. Rusiya buna razılıq verib. Bu layihələr axı ölkələrə pul gətirir. Bu olmayacaqsa, hakimiyyətlər necə dayanacaqlar? Vəsaitlər gəlməzsə, bölgədə vəziyyət daha da gərinləşə bilər. Hamı qazını, neftini Rusiyaya versə ki, al, sən sat, bu mümkün deyil, heç dünya da bunu qəbul etməyəcək.

– Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Azərbaycanda belə bir ümidlər yaranıb ki, Rusiya, nəhayət, Qarabağ məsələsində mövqeyini dəyişə bilər. Yəni artıq Ermənistanda Qərbpərəst bir hakimiyyət mövcuddur, Moskva bundan narahatdır, ona görə hansısa mərhələdə onları cəzalandıra bilər. Bu yanaşma barədə fikirləriniz maraqlıdır.

– Neçə illərdir ki, şüurlara yeridilir ki, Ermənistanla Rusiyanın münasibətləri pozulacaq, Moskva bizim tərəfə keçəcək, Ermənistanı cəzalandıracaq, Qarabağı bizə qaytaracaq və s. Bunlar tamamilə yanlış ümidlərdir. Ermənistanın gücü Azərbaycanın zəifliyindədir. Bunu amerikalılar da, ruslar da etiraf edirlər. Bu gün Ermənistan qərbpərəst mövqe tutur, tutacaq da. Eyni zamanda Rusiyanın qoşunları da orada qalacaq. Paşinyan göstərdi ki, nə Avrasiya İttifaqından, nə KTMT-dən çıxacaqlar. Əksinə, Rusiya vasitəsi ilə Abxaziya ilə sərhədləri açmağa çalışırlar. Paralel olaraq islahatlar üçün Qərbdən da böyük yardımlar almaq istəyəcəklər. Xatırlayırsınızsa, Paşinyanla görüşəndə Putin şərtlər qoyurdu: beynəlxaq məsələlərdə, BMT müstəvisində biz birgə addımlar atacağıq. Yəni, sabah Krım məsələsi müzakirə olunanda siz bizim tərəfimizi tutacaqsıznız. Ermənstan da bu yolu tutacaq, Qərb də buna anlayışla yanaşacaq ki, erməni niyə belə mövqe tutur.

– Belə nə qədər davam edə bilər?

– Bu, uzunmüddətli yol ola bilməz. Çünki Rusiya razılaşmayacaq, münasibətlərdə gərginlik yaşanacaq.

– Yəni 1999-cu ildə parlamentdə baş verən gülləbaran kimi olaylara gətirəcək…

– Hakimiyyət dəyişikliyi edə bilərlər. Qarabağ klanının, Sərkisyan və tərəfdarlarının kifayət qədər maliyyə imkanları var. Necə ki, parlamenti darmadağın elədi, yeni bir qüvvəni də həmin yolla hakimiyyətə gətirə bilər. Qarabağda elə bir vəziyyət yarada bilər ki, Xankəndində yaşayan əhali Yerevana yürüşə çıxar. Amma Rusiya heç vaxt Qarabağ məsələsində Azərbaycanın tərəfinə keçməyəcək. Rusiya hakimiyyəti dəyişsə belə, biz yenə udmuruq. Biz o zaman uda bilərik ki, Qarabağ məsələsində xalq və hakimiyyət eyni ruhda birləşib hərbi gücünü göstərsin. O zaman bizimlə hesablaşacaqlar.

– Qarabağ məsələsində dönüş etmək, nailiyyət qazanmaq iqtidarda olan siyasi qüvvəni daha da möhkəmləndirəcək. Bu, şəksizdir. Bəs bizim hökumət niyə bu imkandan yararlanmaq istəmir?

– Rusiyanın tələbləri, təzyiqləri ilə 94-cü ildən bəri tamamilə başqa yol tutulub. İndi bizə deyirlər ki, bu yolla nə qədər istəyirsiniz, davam edin. Bu status-kvo ilk növbədə Rusiyanın xeyrinədir, çünki Cənubi Qafqazda təsirini saxlayır. Ona görə də prioritet Qarabağ deyil, hakimiyyətdə qalıb davam etməkdir. Bu məsələdə xalqın iradəsinin nümayiş olunması qadağan olunub. Hətta süni şəkildə belə mümkün deyil ki, hökumətin təşkilatçılığı ilə bir milyon adam meydana çıxıb Qarabağ tələb etsin.

– Müxalifət də bu məsələdə çox israrlı deyil.

– Fikir verirsinizmi, hakimiyyət uğurunda mübarizə aparan müxalifət nədən çox danışır? Qarabağdanmı? Xeyr!

–  Bəs cəmiyyətə necə çatdırsınlar ki, biz Qarabağı istəyirik?

– Bunun yolları çoxdur. Millətə demək lazımdır ki, bizim demokratik islahatlardan sonra həm daxildən, həm xaricdən böyük dəstəyimiz yaranacaq və Qarabağ məsələsini həll edəcəyik. Cəmiyyət Qarabağ probleminin müharibə yolu ilə həllini qəbul etsə, Qərb ona mane ola bilməyəcək. Ermənistan da dirənə bilməyəcək, o zaman bilmək olmaz, hansı qərarı qəbul edəcəklər. Amma hazırki vəziyyət çox davam etsə, biabırçı sonluğu olacaq.

– Nə olacaq?

– Qarabağın Azərbaycanın əlindən çıxması üçün böyük planlar hazırlanır. Sadəcə Rusiya Cənubi Qafqazda öz maraqlarını qorumaq üçün buna mane olur.

– Qərbdə hazırlanır bu planları?

– Qərb istəyir ki, Azərbaycan və Ermənistan onun tərəfində dayansınlar, bu münaqişə də qan tökülmədən ermənilərin xeyrinə həll olunsun. ABŞ bu məsələdə, Avropaya baxanda, bizim mövqeyimizə daha yaxın mövqe qoyur. Vaşinqton həmişə birmənalı şəkildə deyir ki, işğal olunmuş 7 rayon mütləq qaytarılmalıdır. Amma Avropanın belə tələbi yoxdur.  Amerika ona görə belə mövqe qoyur ki, bölgəyə rus qoşunları deyil, beynəlxaq sülhməramlılar yerləşdirilsin.

– Ümumiyyətlə, bu məsələnin ölü nöqtədən tərpənməsi hansı perspektivdə görsənir?

– Yalnız daxili perspektivdə. Xaricdən heç nə gözlənilmir. O yerdə hərəkət var, ona beynəlxalq maraq yaranır. Azərbaycanda isə ətalət olduğuna görə heç bir dəstək yoxdur. Bu, çox pis tendensiyadır. Xaricdən, əlbəttə, təsir var, amma o daxildə bir qüvvəyə istinad etməlidir. Əgər istinad yoxdursa, heç bir dəstək ola bilməz.

– Ölkədə bu qədər narazlıq var, niyə o zaman müxalifət istinad nöqtəsi ola bilmir?

– Cümhuriyyətin 100 illiyi ilə bağlı hər siyasi qurum ayrıca tədbir keçirdi. Mən də Rəsulzadənin abidəsini fərdi şəkildə gedib ziyarət eləmişdim. Belə vəziyyətdə nə xalq, nə də xaric o gücü görmür.

– Belə çağırışlar var ki, üçüncü qüvvə meydana çıxmalıdır. Cəmiyyət belə qüvvəni doğmağa hazırdırmı?

– İndi hazır deyil. Amma bu proses gedir. Yəni iki il əvvəlki vəziyyət deyil.

– Cəmiyyətdəki qorxunun elə bir səbəbi budur ki, vəziyyət nəzarətdən çıxsa, hər şey məhv olacaq, ölkə Suriyanın, İraqın gününə düşəcək. Hökumət də bu fikirlərin oturuşmasında maraqlıdır.

–   Elədirsə, islahat aparsınlar.

– Hakimiyyət özünü qurduğu stabillik modelinin qalmasını təklif edir. Tutaq ki, inqilabı dəyişiklilər oldu, hazırda parçalanmış, dərin konfilikt içində olan cəmiyyəti birləşdirib dövləti qoruyacaq, sabitlik yaradacaq bir qüvvə varmı?

– Mən o qüvvəni görmürəm. Amma bu cür sabitlik də problemi həll etmir.

– Bütün imkanlar tükənib?

– Çoxdan tükənib. Amma ümidlər tamamilə bitməyib.

– O zaman perspektiv nədir?

– Perspektivə proqnoz vermək çox çətindir.  Ölkədəki bu günkü narazılıq böyük qarşıdurma yarada bilər.  Əgər bu vəziyyətdən qaçmaq istəyirlərsə, gerçək islahatlar aparılmalıdır. Bəzi kadr dəyişiklikləri mahiyyəti dəyişmir.

– Ziyalılar da susublar.

– Bizdə böyük bir susqunluq var. Çox təəssüf edirəm, hətta xahiş edəndə belə deyirlər ki, zaman yetişməyib. Bilmirəm, o zaman nə vaxt yetişəcək. Deqredasiya elə bu deməkdir, təkcə aşağılara təsir etmir ki, elə yuxarıdan, ziyalılardan başlayır. Əvvəllər qapı açıq idi, beş ziyalı durub dövlət başçısının qəbuluna gedib  problemi deyə bilərdilər. İndi ya o qapılar bağlanıb, ya da getmək istəyən yoxdur.

– Sonda belə nətəcəyə gəldik ki, perspektiv görünmür…

– Perspektiv hər zaman var, amma onun zaman kəsiminin bir il, ya bir əsr olacağını demək çətindir…
Oxşar xəbərlər
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:41, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb - YENİLƏNİB + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Avropa çempionu olan həmyerlimizə mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur