“Saxta diplomla işləyən 2000-dən çox müəllim var” – Təhsil ekspertindən ilginc açıqlamalar
Oxunub: 10914
02 Jun 2018 | 09:43
“Saxta diplomla işləyən 2000-dən çox müəllim var”  – Təhsil ekspertindən ilginc açıqlamalar
Moderator.az tanınmış təhsil eksperti Etibar Əliyevin AzEdu.az-a müsahibəsini təqdim edir:

-"Təhsil haqqında” qanuna zaman-zaman dəyişikliklər edilir. Bu dəyişikliklərin səbəbi nədir?

 - Müstəqilliyimizdən sonra Azərbaycanda  “Təhsil haqqında” ilk qanun 1993-cü ildə qəbul olunub, amma təəssüf  ki, işlək  olmayıb. 2009-cu ildə yeni “Təhsil haqqında” qanun qəbul olundu.  Demək olar ki, bu da işlək və funksionallığı ilə seçilmədi. Dünyada təhsil sahəsində daim dəyişikliklər gedir. Müşahidələrimiz göstərir ki, təhsil haqqında qanunlarda tez-tez dəyişikliklər edilmir. Təhsil aktları, islahat proqramları qəbul olunur. Məsələn, “Amerika -2000” - prezidentin təhsil”  Aktı var. Onun devizi belədir: “Heç bir uşaq kənarda qalmamalıdır”.  Həmin təhsil aktı işlək sənədə çevrilib. Mikayıl Cabbarov nazir təyin olunduqdan sonra  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” adlı mükəmməl  sənəd hazırlandı. O sənəd əsasında təhsilimizdə xeyli islahatlar aparıldı. 2009-cu ildə qəbul olunmuş qanun  bir o qədər mükəmməl olmadığından dəyişikliklərə məruz qalmalı idi. İstənilən İnkişaf etmiş ölkənin təhsil haqqında qanununu köçürmək də olar. Qanunun icrası və ölkədə təhsilə münasibət önəmlidir. Təhsilin problemlərinin həlli vəsait və peşəkar kadrlardan asılıdır. Təəssüf ki, bu iki istiqamət bizim zəif yerimizdir. 1999-2013-cü illərdə Təhsil sahəsinə xeyli vəsait ayrılmışdı, lakin  satın aldıqları kurikulumlar təhsilin keyfiyyətində ciddi dəyişikliklər yaratmadı, məktəblərin İKT təminatına ayrılan vəsait dağıdıldı və s. 

-Müzakirə olunan dəyişikliklərdən biri orta məktəblərə qəbulda yaş məhdudiyyətinin aradan qaldırılmasıdır. Xüsusi  istedad və bacarığı ilə seçilən uşaqlar 6 yaşı olmadan da qəbul olunurdu. Buna nə dərəcədə ehtiyac var idi?

-Mən bunun əleyhinəyəm. Dünyanın əksər ölkələrində uşaqların məktəblərə qəbulunda konkret yaş göstərilir. Heç bir güzəşt tətbiq olunmur.  Yaşı çatmamış uşaqların məktəbə qəbulu bir sıra neqativ halların yaranmasına yol açır. Mütəxəssislərin qənaətinə görə, 6 yaşı tamam olmuş uşaqların I sinfə qəbul olunması  məqsədəuyğundur. Yaşı çatmayan uşaqlar hətta məktəbəqədər təhsil görsələr belə, I sinifdə xeyli çətinlik çəkirlər. Düşünürəm ki, maksimum 1 ay güzəşt etmək daha yaxşı effekt verə bilər.

-Müəllimlərin sertifikasiya və attestasiya məsələsi yenidən gündəmə gəlib. Bu məsələylə bağlı fikirlərinizi bilmək  istərdik.

-Azərbaycanda indiyə qədər müəllimlərin normal atteastasiyası keçirilməyib. Qərbdə müəllim üçün 2 diplom vacibdir: Universitet hazırlığı diplomu və peşəkar yararlılıq diplomu. Bu baxımdan, sertifikasiya daha önəmlidir. Pedaqoji işçilərin sertifikasiyası  onların peşəkar kompetensiyalarının daxili qiymətləndirilməsidir və müəllimin sosial statusunun yüksəldilməsinə xidmət edir. Diaqnostik qiymətləndirmə çox ağıllı addım idi. Bunun  sertifikasiya prosesinə köməyi olacaq. Digər tərəfdən Qərbdə müəllimlərin təkmilləşməsi həmişə gündəmdə olan məsələdir. Təkmilləşmə sertifikasiya prosesinin həyata keçirilməsinə yardımçı olur. Burda dərs deyən müəllimin bakalavr yaxud, magistr ali təhsilli olması da önəm kəsb edir. Məsələn, Finlandiyada yalnız magistr pilləsini bitirən şəxslər dərs demək hüququna malikdirlər. Sertifikasiyalaşma anlayışı sonradan düşünüldü və bu formal xarakter daşımasa, yaxşı nəticələr verə bilər. Bizim müəllimlər onların imtahana çəkilməsindən narahat olurlar.

Müəllimlərin sertifikasiyası mahiyyətcə tamamilə fərqli prosesdir: hər bir müəllim müstəqil qiymətləndirilmədən keçirilir, onun biliyi, səriştəsi müəyyən olunmuş qaydalar əsasında dəyərləndirilir və konkret parametrlər əsasında aparılan qiymətləndirmə nəticəsində onun pedaqoji yararlılığı müəyyənləşdirilir. Sertifikasiya Diaqnostik Qiymətləndirməni tamamlamalıdır.

- Attestasiya sonuncu dəfə 1994-cü ildə tətbiq olunub. Sizcə nəyə görə, yenidən buna ehtiyac yarandı?

-Müəllimlər formal olaraq 1995-ci ildə attestasiyadan keçirilib. Lakin bunun heç bir effekti olmadı. Həmin ildən düz, 2014-cü ilə qədər bu məsələyə qayıtmayıblar. Attestasiya keçirilsəydi, məktəblərdə işləyən 2000-dən çox saxta diplomlu müəllimlər aşkar olunardı. Lakin saxta diplom verənlər buna maneçilik törədə bildilər. Mikayıl Cabbarov Diaqnostik   Qiymətləndirmənin keçirilməsinə nail ola bildi. Bu prosedur müəllim  biliklərinin yoxlanılmasının ilk mərhələsi oldu və düşünürəm ki, davamlı olmalıdır. Attestasiya sertifikasiya ilə identik ola bilməz. Bir çox ölkələrdə müəllimlər 5 ildən bir mütləq attestasiyadan keçirilir. Təhsil qanununda edilən dəyişikliklərlə bağlı müzakirələr təhsil ekspertləri və QHT nümayəndələri dəvət olunmurlar. Biz kənar müşahidəçi rolundayıq. Bunun özü yaxşı hal deyil. Düşünürəm ki, sertifikasiya baş tutandan sonra attestasiyanın adı ondan sonra ümumiyyətlə çəkilməyəcək.

-Universitetlərin nəzdində kolleclərin yaradılması məsələsi də gündəmə gətirilib. Bildiyimiz kimi, bəzi universitetlərin nəzdində kolleclər fəaliyyət göstərirdi. Bunun hansısa vacib məqamları varmı?

-Kolleclərin bir çoxu universitetlərin nəzdinə verilib. Məsələn, Pedaqoji Kollec Pedaqoji Universitetin, İqtisad kolleci İqtisad Universitetinin  nəzdindədir. Bu düşünülmüş addım idi. Qərbdə kolleclərlə universitetlər bir - birinə inteqrasiya olunub. Kolleclərdən tələbələr ali məktəblərə adlaya bilirlər. Ancaq bizdə bu yoxdur. Kolleclərə kifayət qədər qəbul planı təsdiqlənir.  Əgər ali məktəblər kollec təhsili  versələr,  tədris prosesi necə həyata keçiriləcək? Kollec təhsili özünəməxsus spesifikliyi ilə fərqlənir. Yaxşı olardı ki, kolleclərin universitetlərə inteqrasiya prosesi başlansın. Kolleci əla qiymətlərlə bitirən şəxslər universitetin I kursuna qəbul olunsunlar. Burda yenə də biliyin qiymətləndirilməsi məsələsinə önəm kəsb edir. Amerika və İngiltərədə  elə kolleclər var ki, universitetlərdən nüfuzludur. Düşünürəm ki, universitetlər kollec təhsili verməkdənsə, mövcud maddi texniki bazanı gücləndirmək və tələbələrin kolleclərdən universitetlərə keçidini reallaşdırmaq lazımdır. Bu, həm də uşaqların kollecə daxil olma marağını artıra bilər. Tez –tez rast gəlirik ki, ən aşağı bal toplamış abituriyentlər  sual verirlər ki, mən kollecə də düşmürəm? İnteqrasiya prosesi baş versə, kolleclərə maraq çoxalacaq. Bu, həm də ali təhsillilərin sayında kəmiyyət dəyişiklikləri yaradacaq. Başqa bir dəyişiklik də etmək istəyirlər. Doktoratura pilləsi üzrə təhsilin həm də elmi tədqiqat  müəssisələrində keçirilməsi nəzərdə tutulub. Bu proses qanunda əksini tapmamış həyata keçirilir. Məsələn, AMEA-da doktorantura pilləsi üzrə təhsil verilir. Yaxşı olar ki, ali məktəblərdə elm maliyyələşdirilsin. Universitetlərdə təhsil maliyyələşdirilir, müəllim  keçdiyi dərsə görə, məvacib alır, elmi tədqiqatlara görə yox. Dünyada bütün tədqiqatlar  universitetlərdə həyata keçirilir. Akademiya sistemi yoxdur. Bizdə universitet elmi maliyyələşmədiyinə görə, universitetlərdə elmi tədqiqatlara maraq aşağı düşür. Daha yaxşı olar ki, “Təhsilin inkişafı üzrə Dövlət Straegiyası”nda qoyulan məsələlər tamamlansın. O daha işlək sənədə çevrilib. Dünyanın 100-dən çox ölkəsində 12 illik orta təhsil tətbiq olunur.  Postsovet məkanına daxil olan ölkələrin içərisindən 12 illiyə keçməyən bir-iki ölkə qalıb. Bu məsələləri müzakirə etmək lazımdır. Bizim orta təhsil haqqında sənədlərimiz xaricdə tanınmır. 12 illik orta təhsil təmayülləşmə prosesini də sürətləndirə bilər. Yalnız bundan sonra təhsilin bəlasına çevrilmiş repetitorluğu yumşaltmaq olar. 

-Mövcud qanunun təhsilin inkişafına mane olan tərəfləri varmı?

-Təhsilin pillərinə diqqət yetirmək lazımdır. Məsələn, “Məktəbəqədər təhsil haqqında qanun” qəbul olundu. Müşahidə etsək, görərik ki, bu hələlik hansısa müsbət dəyişiklik yaratmayıb. Məktəbəqədər təhsilə cəlb olunan uşaqların  faiz göstəricisi çox aşağıdır. Artım olacaqmı? Məktəbəqədər təhsildə çalışan tərbiyəsi müəllimlərin peşəkarlığı artacaqmı? Məktəbəqədər təhsil təhsilin birinci və əsas pilləsidir. Təhsilin bu pilləsinin keyfiyyəti İbtidai təhsil pilləsində özünü göstərir. Orta təhsildə baş verən dəyişikliklərlə qanunvericilik bazamız ayaqlaşa bilmir. Təsadüfi deyildir ki, bir çox ölkələrin Təhsil haqqında qanunlarına sosial yönümlü qanun deyirlər. Əlbəttə ki, burda söhbət müəllimlərin sosial vəziyyətlərinin yaxşılaşdırılmasından gedir. Məsələn, Finlandiya orta məktəb müəlliminin illik gəliri 45 min dollardır. Həmin məbləğ müqabilində keçirilən dərs də fərqlənir. Ali məktəblərimiz 2005-ci ildə Boloniya Bəyannaməsinə qoşulub. Bu bəyannamənin  5 prinsipi “Təhsil haqqında qanun”da qismən də olsa öz əksini tapıb. Lakin Ali məktəblər indiyə qədər normal akkreditasiyadan keçməyib. Təhsilin  keyfiyyəti qiymətləndirilməyib. Tələbə mobilliyi aşağı səviyyədədir. Ali təhsil haqqında sənədlərimiz dünyanın bir çox ölkələrində tanınmır. Qanunun icrası idarəetməsnin fəlsəfəsindən asılıdır. Milli Məclisin Elm və Təhsil komitəsi qanuna hansısa dəyişiklik etdikdən sonra kənara çəkilir. Qanunun icrası mexanizmlərini gücləndirmək lazımdır.

-Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlar ödənişli əsaslarla həyata keçirilir. Deputat Asim Mollazadə bildirib ki, bu ödənişlər yüksəkdir, müəyyən qədər aşağı salınmalıdır. Buna münasibətiniz necədir?

-Qəribə paradoks formalaşıb. Valideynlər repetitorlara külli miqdarda pul xərcləyirlər. Lakin imtahanda iştirak üçün kiçik bir məbləğin ödənilməsi narazılıq yaradır.  Dövlət İmtahan Mərkəzi böyük missiya daşıyır. Biliklərin dürüst qiymətləndirilməsi kimi şərəfli missiyanı. Bu qurumun saxlanılması, imtahanların keçirilməsi üçün böyük xərclər tələb olunur. DİM Publik hüquqi şəxs statusuna malik olduğundan özünü yaşatmalıdır. Bunun binası, işçiləri, maddi-texniki bazasının yaxşılaşdırılması, çap işləri var. Bu qurum zəhmətinin haqqını alır. Düşünürəm ki, imtahanların ödənişli həyata keçirlməsi  narazılıq yaratmamalıdır.Və qiymətlər də baha deyil.

-Müəllimlərin biliyinin yoxlanmasından danışdıq. Bunlar Azərbaycan təhsil sistemində bir pillənin digərinə inamsızlığından irəli gəlmirmi? Məsələn, Pedaqoji Universitet müəllim yetişdirib verir. Əgər bu müəllimi yoxlayacağıqsa, onda universitet nə üçündür?

-Əgər nə vaxtsa ideal universitet modeli qurulsa, buna ehtiyac qalmayacaq. Böyük maarif fədaisi akademik Mehdi Mehdizadə deyirdi ki, Pedaqogika və psixologiya müəllimin qoşa qanadı olmalıdır. Müəllim bu bənzərsiz elmlərə yiyələnəndə əsl tərbiyəçiyə çevrilir. Təəssüflər olsun ki, Bu elmlər Pedaqoji ali məktəblərdə normal tədris olunmur. Müəllimlərin imtahan edilməsinin əhəmiyyəti danılmazdır. Xarici ölkələrdə bu prosedur bizdən qat-qat çətindir. Rusiyadan kimyadan beynəlxalq Olimpiadada 1-ci yer tutmuş bir uşaqdan soruşdular ki,  necə etmək olar ki, sənin kimi ağıllı uşaqların sayı çox olsun. Cavabında bildirdi ki, bizə alimlər, magistr dərəcəsi olanlar dərs desə, buna nail olmaq mümkündür.  İxtisasları müəyyənləşdirərkən görün nə ediblər. Məsələn, BDU da Riyaziyyat, həm də Riyaziyyat müəllimi ixtisası var. Riyaziyyatı bitirən müəllim ola bilməz, Elmi tədqiqat institutunda da işləyə bilməz, çünki magistraturanı bitirməlidir. İxtisalara əmək bazarının tələbatına uyğun olaraq yenidən baxılmalıdır.

- Ceyhun Bayramov fənn olimpiadalarında respublika birincisi olanların istədiyi universitetə imtahan vermədən, digər uğurlu nəticə göstrərənlərin isə həmin fəndən imtahan vermədən qəbul olma təklifini irəli sürüb. Buna münasibətiniz necədir? Hansısa neqativ hallara yol açmazmı?

- Nazirin bu təklifini dəstəkləyirəm. Fənn olimpiadaları şagird biliklərinin təsdiqinin ən ali formasıdır. Bu bilik yarışmalarında yer tutan şagirdlərə güzəştlər olunmalıdır. Bu həm də onlar üçün motivasiya yaradacaq. 
Oxşar xəbərlər
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO