İmmanuel Kant: Özü özünə can sağlığı yaradan və ömrünü uzadan filosof...
Cəmiyyət
Oxunub: 1759
21 May 2018 | 22:43
İmmanuel Kant:  Özü özünə can sağlığı yaradan və ömrünü uzadan filosof...
Kant 1724-cü ilin 22 aprelində Könisberqdə (indiki Kalininqradda) köhnə Prusiya təqviminə görə, Müqəddəs İmmanuel Günü əməksevərlik, düzgünlük və əxlaqi məsələlərdə hədsiz ciddilik və tələbkarlıqla səciyyələnən ailədə dünyaya göz açır, ona mənası “Allah bizimlədir” olan İmmanuel adını qoyurlar.

Uşaqlıqdan o, çox zəif səhhətə malik olur. O vaxta qədər artıq iki uşağını itirən anası, necə deyərlər, onun üzərində əsir, onda hər şeyə maraq və təsəvvür hisləri aşılayır. Ahıl yaşlarında uşaqlıq illərini xatırlayan Kant yazırdı ki, heç vaxt anamı unuda bilmirəm.  Xeyirxahlığın ilk rüşeymlərini məhz o mənə aşıladı, o mənim ürəyimi təbiətə açdı, təbiət barədə təsəvvürlərimi oyatdı və genişlətdirdi, onun nəsihətləri mənim həyatıma daimi xilasedici təsirini göstərdi.

Uşaq vaxtlarında olan fiziki zəifliyi, gənc yaşlarında baş verən çoxsaylı xəstəliklər, əsəbi ürəkkeçmələr, melonxoliya, yəni qəmginliyə həvəs onun ömrünün uzun olmadığına işarə idi. Özünün etiraflarına görə, həyatdan doymaq kimi ruhi vəziyyəti, ümidsizliyə qapılma meylləri, xəstəlikdən qorxma nəticəsində baş verən ruh düşkünlüyü, məyusluq onu üzürdü. Bütün bunlara baxmayaraq, o, necə deyərlər, təbiətə qalib gəlir – öz zəif və xəstə bədənini gərgin elmi enerjinin möhkəm bazasına çevirə bilir, iradənin gücü və düzgün həyat tərzi hesabına piranə qoca həyatı (80 yaşına iki ay qalmışa qədər) yaşadı, gəncliyindən ölümünə qədər heç vaxt xəstələnmədi, tibbi yardıma da ehtiyacı olmadı. Dərman da qəbul etməzdi. Hesab edirdi ki, dərmanlar onsuz da zəif olan sinir sistemi üçün bir növ zəhərdir. Tədqiqatçıların təsdiqinə görə, ağılın və iradənin gücü ilə bir sıra xəstəliklərin, o cümlədən soyuqdəymə və zökəmin, tumorun qarşısını alırdı. O, iradənin ruhi qüvvəsini bədənin ali idarəedəni sayırdı.

Ümumiyyətlə, Kantın həyat və yaradıcılığını ağılın və əxlaqi borcun hislər, ehtiraslar, alçaq maraqlar üzərində ağalığını təmin edən tam bir varlıq kimi xarakterizə etmək olar. O, özünün elmi-fəlsəfi təyinatını ali vəzifə kimi dərk edir və bütün fəaliyyətini buna həsr edirdi. Ürək açan ünsiyyət tərəfdarı, tərbiyəsinə və həyat tərzinə görə zərif və nəzakətli olan Kant məhz bu məqsədlə hesab edirdi ki, ailə həyatı əqli əməyə maneçilik törədir. Odur ki, heç vaxt evlənmədi və bu mənada həmişə tənha qaldı.

Kant öz bədən quruluşunu, orqanizmini və əhval-ruhiyyəsini mükəmməl öyrənmişdi. Hətta vaxtından qabaq ölənlərin siyahısını tuturdu, hər gün onun xahişilə Könisberq şəhər polisi tərəfindən ona göndərilən ölüm hadisələrini araşdırırdı. Bütün bunlar əsasında Kant gigenik qaydalar müəyyənləşdirmişdi, bütün həyatı da əvvəlcədən müəyyən edilmiş, dəqiq, saata oxşayan bir ölçüdə, bir vəzndə bu qaydalara uyğun cərəyan edirdi. Həmin qaydalar aşağıdakı kimidir:

Birincisi, başı, ayaqları və döşü soyuqda saxlamaq:

Ürəkdən uzaq məsafədə olan ayaq damarlarının inkişafı üçün ayaqları buzlu suda yumaq. Qarını xüsusilə soyuq havalarda istidə saxlamaq; çünki qarında bağırsaqlar yerləşir, onların da vəzifəsi duru olmayan məhsulu uzun məsafədə qabağa ötürməkdir. Xüsusilə də qocalıqda qarını və qarın əzələlərini himayə edən, soyuqdan qoruyan  qurşaqdan yuxarı , yarımbədən kəmər geyinmək məsləhətdir.

İkincisi, az müddətə yatmaq:

“Yorğan-döşək xəstəlik yuvasıdır”-deyərdi Kant. O, həmişə ancaq gecələr, qısa müddətə və dərin yatmağı tövsiyyə edərdi. Gündüz yatmağı ziyanlı sayardı.  Yuxusu gəlmədikdə stoik vasitəyə müraciət edərdi. Başqa sözlə, öz fikirlərini mahiyyət etibarilə mənasız bir obyektə yönəldirdi və beləliklə də diqqətini yuxulamağa mane olan xoşagəlməz hislərdən yayındırırdı. Bu baxımdan, o, yuxusu gəlmədikdə müxtəlif assosiativ  təsəvvürləri özündə birləşdirən “Siseron” adını dəfələrlə təkrar etməklə yuxuya gedərdi. Saat 5-də yuxudan oyanardı, iki stəkan zəif çay içərdi. Kofeni zərərli saydığına görə içməzdi. Saat 7-də gəzintiyə çıxardı. Könisberq şəhərinin sakinləri saatlarını Kantın gəzintiyə çıxmaq vaxtı ilə yoxlayardılar.

Üçüncüsü, daim hərəkətdə olmaq, özü-özünə xidmət etmək:

O, hər cür havada, özü də tək gəzməyi təklif edərdi. Başqaları ilə birlikdə gəzdikdə istər-istəməz söhbət edirsən və bu halda da ağızdan bədənə soyuq hava daxil olur ki, bu da adamda revmatik ağrılar yaradır. Ancaq burundan nəfəs aldıqda soyuqdəymədən xilas olursan, yaxşı yuxuya gedirsən və yanğınlıq, susuzluq əmələ gəlmir.

Dördüncüsü, duru yemək yeməmək, mümkün qədər içkini azaltmaq:

Sutka ərzində neçə dəfə yemək? Kant bu suala belə cavab verirdi: “Cavan vaxtlarında appetitinə uyğun olaraq acanda yemək, susuzlayanda su içmək lazımdır. Qocalanda isə elə həyat tərzi seçməlisən ki, yemək və içmək appetitinlə müəyyən olunmasın, həmişə əvvəlcədən  nəzərdə tutulan vaxtda baş versin”. Qocalıqda orqanizm (xüsusilə kişi orqanizmi) böyük miqdarda maye (sup və yaxud su) qəbul etmək istəmir, daha kobud yeməklər, qıcıqlandırıcı içkilər (məsələn, çaxır) tələb edir. Duru yeməklər və su qanın hərarətini aşağı salır və nəticədə insan pis yatır, hər halda dərin yuxuya gedə bilmir. Qocalıqda yemək mədədə gec həzm olunur. Odur ki, mədədə yemək həzm olunmamış yenidən mədəyə yemək göndərmək insan səhhəti üçün çox ziyanlıdır. Kant hesab edirdi ki, insan sutkada bir dəfə yatdığı kimi, bir dəfə də yeməlidir. Bağırsaqların yaxşı işləməsi üçün çaxır içməməyi məsləhət görürdü.

O, doğrudan da gün ərzində bir dəfə - günortalar yemək yeyərdi. Özü də tək yeməzdi.  Hesab edirdi ki, tənha yemək yeməklə gücün bərpası deyil, daha da zəifləməsi baş verir. Təkbaşına yemək yeyən şəxs öz fikirlərindən ayrıla bilmir və həmişə nə barəsindəsə düşünür. Gümrahlıq və ruh yüksəkliyi başqaları ilə birlikdə yemək yeyəndə əmələ gəlir. Yemək prosesində stol arxasında söhbət etmək isə böyük qabiliyyət tələb edir. Nəzərə almaq lazımdır ki, belə söhbətlər iş deyil, bir oyundur, əyləncədir. Bu əsnada mübahisələr də olur və onu ləyaqətlə aparmaq, həmsöhbətinin fikirlərinə hörmətlə yanaşmaq, hər cür müzakirələri zarafatla bitirmək lazımdır. Bu halda müxtəlif fikirlər barışar, gülüşmə baş verər ki, bu da mədədə həzmə kömək edər.

Kanta görə, qocalara hörmət borcu heç də gənclərin qocalığın zəifliyinə rəhmi gəlmələri kimi başa düşülməməlidir. Çünki zəiflik özü-özlüyündə heç vaxt hörmətə layiq ola bilməz. Qocalığa hörmət xidmətə görə olmalıdır. Əgər insan uzun ömrü ləyaqətlə, necə deyərlər, günahsız yaşayırsa, bir növ, əbədiliyə yaxınlaşmış olur. Beləliklə də, bu şəxs öz ömrünü uzada bilir və başqaları da ondan nümunə götürəməlidir, ona hörmətlə yanaşmalıdırlar.

Kant, qeyd olunduğu kimi, evlənməmişdi, elm naminə tənha ömür sürürdü, təbii ki, uşaqları da yox idi. Buna baxmayaraq, südəmərlik dövründən tutmuş uşaqların tərbiyə edilməsinə dair orijinal maraqlı fikirləri vardı. O, təklif edirdi ki, uşaq doğan ana uşağına ancaq özü süd verməlidir.

Uşağı bələməyin də əleyhinə idi. Onun fikrincə, bələk uşaqda qorxu və ümidsizlik hisləri yaradır. Böyük adamı da bələsən, uşaq kimi bərk səs çıxararaq bağırar. Uşağı yırğalayıb yatırtmaq da düzgün deyil. Uşağın səsini kəsmək üçün yırğalamaq olmaz. Böyük adamı da yırğalasan, başı gicələr. Uşağı yırğalayırlar ki, səsi kəsilsin. Ancaq bilmirlər ki, uşağın çığırtısı, bağırtısı ağciyərlərini inkişaf etdirir. Uşaq ağlayan, çığıran, bağıran kimi dərhal yanına qaçıb könlünü almaq istəyilər. Əksinə, uşaq çığıranda ona əhəmiyyət verməməli, bu halda o özü öz səsini kəsəcək.

Uşağı yeriməyə öyrədərkən qundaq bağından, asma qayışdan istifadə etmək olmaz. Əks təqdirdə uşağın döş qəfəsi sınar və o, şikəst ola bilər. Mümkün qədər uşağı öz ixtiyarına buraxmaq lazımdır. Amma elə etmək lazımdır ki, nizam-intizam zərər çəkməsin. Uşaqların iradəsini sındırmaq olmaz, ancaq o gərək təbii maneələrlə bərkə-boşa düşsün. Lap balaca vaxtdan uşağı əməyə öyrətmək lazımdır. Avaralıqdan, veyillikdən zərərli heç nə yoxdur. Ərköyün böyüyən uşaq güc və iradənin gərginliyi ilə əlaqədar olan işlərlə məmnuniyyətlə məşğul olur.

Yeməyə gəldikdə uşaqları şirniyyata alışdırmaq olmaz. Ciddi səbəb olmadıqda uşağın xahişi yerinə yetirilməlidir. Səbəb olduqda isə xahiş rədd edilməli, onların yalvarışına məhəl qoyulmamalıdır.

Uşaqların fiziki təliminə - yüyürmək, qaçmaq, hoppanmaq, əlləri  qaldırmaq, suda üzməyə fikir vermək lazımdır. Heç bir halda oyunu əməklə əvəz etmək olmaz.

Məktəb mədəniyyətdir, ancaq onun məqsədi azad insan yetişdirməkdir. Latın zərb-məsəlində deyilir: “Mən yaddaşımda nə qədər saxlaya bilirəmsə, o qədər bilirəm”. Odur ki, yaddaşı həmişə inkişaf etdirmək lazımdır.  Daim oxumaq, oxuduğunu söyləmək, dil öyrənmək yaddaşı məhkəmləndirir.

Kant hesab edirdi ki, tərbiyənin məqsədi – insanı düşünməyə öyrətməkdir, ancaq şəxsiyyəti, yəni azad fəaliyyət göstərən, şəxsi ləyaqət hissinə malik olan və cəmiyyət üzvü kimi şüurlu surətdə öz üzərinə vəzifələr götürən şəxsi tərbiyyə etmək lazımdır. Ona görə də insan şüurlu surətdə tərbiyənin dörd mərhələsindən keçməlidir: nizam-intizamlı olmaq, əmək vərdişləri əldə etmək, cəmiyyətdə özünü aparmağı bacarmaq və əxlaqlı olmaq...


İlyas İsmayılov
Hüquq elmləri doktoru,
Ədalət partiyasının sədri

Oxşar xəbərlər
01:04, Bu gün
UEFA Çempionlar Liqası: "Real" "Bavariya" üzərində əzmkar qələbə qazanıb
00:22, Bu gün
Putin Paşinyanla görüşdü
00:17, Bu gün
"Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz" - Özgür Özəl
00:16, Bu gün
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
00:16, Bu gün
Faşizm üzərində qələbədən 79 il ötür
00:13, Bu gün
CHP-nin sədri Azərbaycana səfər edəcək
08 May 2024 | 23:51
Qubada çörək sexində YANĞIN - FOTO
08 May 2024 | 23:42
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
08 May 2024 | 23:40
İsveç daxili sərhədində müvəqqəti sərhəd nəzarətini noyabr ayına qədər uzadıb
08 May 2024 | 23:22
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTO
08 May 2024 | 22:59
Gürcüstanda güclü yağışlar ağır fəsadlarla nəticələndi: Kəndlər su altında qaldı - FOTO
08 May 2024 | 22:39
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var
08 May 2024 | 22:38
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
08 May 2024 | 22:36
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 22:25
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
08 May 2024 | 22:20
Tanınmış jurnalistə vəzifə verildi
08 May 2024 | 22:00
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
08 May 2024 | 21:59
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
08 May 2024 | 21:56
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
08 May 2024 | 21:34
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
08 May 2024 | 21:31
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
08 May 2024 | 21:29
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
08 May 2024 | 21:24
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
08 May 2024 | 21:22
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
08 May 2024 | 21:22
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
08 May 2024 | 21:16
Kim Çen In lideri kədər içindədir...
08 May 2024 | 21:14
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
08 May 2024 | 21:07
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
08 May 2024 | 20:56
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
08 May 2024 | 20:55
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
08 May 2024 | 20:21
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
08 May 2024 | 20:03
10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...
08 May 2024 | 19:54
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
08 May 2024 | 19:52
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
08 May 2024 | 19:51
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
08 May 2024 | 19:41
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
08 May 2024 | 19:39
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
08 May 2024 | 19:30
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
08 May 2024 | 19:17
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
08 May 2024 | 19:14
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
08 May 2024 | 18:59
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
08 May 2024 | 18:48
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
08 May 2024 | 18:37
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
08 May 2024 | 18:35
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
08 May 2024 | 18:35
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
08 May 2024 | 18:21
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
08 May 2024 | 18:06
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
08 May 2024 | 18:04
İstidən sərinləmək üçün suya girdi
08 May 2024 | 17:59
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
08 May 2024 | 17:56
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
08 May 2024 | 17:56
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
08 May 2024 | 17:53
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
08 May 2024 | 17:49
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
08 May 2024 | 17:45
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
08 May 2024 | 17:43
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
08 May 2024 | 17:40
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
08 May 2024 | 17:36
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
08 May 2024 | 17:33
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
08 May 2024 | 17:28
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
08 May 2024 | 17:24
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
08 May 2024 | 17:23
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
08 May 2024 | 17:19
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
08 May 2024 | 17:13
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
08 May 2024 | 17:10
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 17:07
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
08 May 2024 | 17:05
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
08 May 2024 | 17:00
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
08 May 2024 | 16:56
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 May 2024 | 16:55
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
08 May 2024 | 16:51
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
08 May 2024 | 16:46
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
08 May 2024 | 16:43
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
08 May 2024 | 16:40
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
08 May 2024 | 16:37
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
08 May 2024 | 16:35
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
08 May 2024 | 16:32
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
08 May 2024 | 16:26
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
08 May 2024 | 16:21
Bu taksi şirkəti qiymətləri ARTIRDI
08 May 2024 | 16:15
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
08 May 2024 | 16:15
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
08 May 2024 | 16:10
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
08 May 2024 | 16:07
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
08 May 2024 | 16:05
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
08 May 2024 | 16:02
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
08 May 2024 | 16:00
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
08 May 2024 | 15:58
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
08 May 2024 | 15:55
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
08 May 2024 | 15:52
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
08 May 2024 | 15:49
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
08 May 2024 | 15:46
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
08 May 2024 | 15:35
Peskov Putin və Paşinyanın görüşündən danışdı
08 May 2024 | 15:31
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
08 May 2024 | 15:25
Eddi İsrafilov “Neftçi”dən ayrılır
08 May 2024 | 15:20
Bakıda bərbərxanada FACİƏ: ölən var
08 May 2024 | 15:16
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
08 May 2024 | 15:12
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
08 May 2024 | 15:08
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 15:05
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
08 May 2024 | 14:59
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
GÜNLÜK
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır