İŞİD-çi Elşən Məmmədov edam edildi, 4 uşağı Suriyada kürdlərə əsir düşdü - FOTO+VİDEO
Oxunub: 2143
21 May 2018 | 15:47
İŞİD-çi Elşən Məmmədov edam edildi, 4 uşağı Suriyada kürdlərə əsir düşdü -  FOTO+VİDEO
Bakı sakini Pərvanə Şıxməmmədova Suriyada kürdlərin nəzarətində olan Ayn Əl İssa qəsəbəsində yerləşən düşərgədə saxlanılan, əvvəl İŞİD terror qruplaşmasının əlində olan 4 övladını Azərbaycana qaytara bilmir. Dəhşətli işgəncələrə məruz qalan və düşərgədə səfalət içərisində saxlanılan uşaqlar analarına zəng edərək onları buradan qurtarması üçün yalvarırlar.

Bunu virtualaz.org-un redaksiyasına gələn və uşaqlarının qaytarılması üçün kömək istəyən P. Şıxməmmədova deyir.

Bu yaxınlarda virtualaz.org Türkiyə mətbuatına istinadən ataları tərəfindən zorla Suriyaya aparılan və “xilafət” ərazisində yaşamağa məcbur edilən həmin azərbaycanlı uşaqlar barədə yazmışdı. P.Şıxməmmədova deyir ki, uşaqlarının kürdlərin nəzarətindəki bölgədə qaçqın düşərgəsində saxlanıldığını ötən il öyrənib.


Onun sözlərinə görə, 2013-cü ildə keçmiş əri, İŞİD üzvü Elşən Məmmədov 2000-ci il təvəllüdlü Dilbər, 2002-ci il təvəllüdlü Məryəm, 2004-cü il təvəllüdlü Rəfiqə və 2007-ci il təvəllüdlü Abdulla Məmmədovu analarından xəbərsiz Türkiyədən Suriyaya keçirib. Müsahibimizin sözlərinə görə, uşaqlarını Azərbaycandan Türkiyəyə aparmaq üçün etibarnaməni özü verib. Qadın keçmiş ərinin İŞİD-çi olduğunu bilə-bilə ona nədən uşaqlarını Azərbaycandan çıxarmaq üçün etibarnamə verdiyini “aldadılması” ilə əsaslandırır.

37 yaşlı Pərvanə Şıxməmmədova redaksiyamıza atasının müşaiyəti ilə gəlib, özü də geyiminə görə Bağdadinin “xilafətinin” sakinlərini xatırladır, qara çadradan qadının təkcə gözləri görünür. Bizimlə söhbətləşəndə üzündə niqabını götürür, amma qapı açılan kimi dərhal niqabını bağlayır. Deyir ki, özü radikal islamçı deyil, yəni İŞİD ideologiyasını bölüşmür, amma “əhli sünnədir”, çadranı da Bakıda “naməhrəmlərdən özünü qorumaq” üçün geyinir...


Hazırda Bakıda dayəliklə məşğul olan qadının danışdıqlarından: “Elşən Məmmədovla boşandım, amma uşaqlarım mənimlə qalırdılar. 2013-cü ildə Türkiyəyə getdim və orada Ömər Aydın adlı Türkiyə vətəndaşı ilə ailə qurdum. Amma gedəndə uşaqlarımı apara bilmədim, keçmiş ərim dedi ki, onsuz da bir aydan sonra özü də Türkiyəyə gələcək və gələndə uşaqları gətirəcək. Mən də buna görə ona etibarnamə verdim. Həqiqətən də, bir aydan sonra uşaqları da götürüb Türkiyəyə gəldi. Məni heç vaxt aldatmamışdı, həmişə gəlib uşaqları aparıb bir-iki həftə saxlayırdı. Bir dəfə zəng elədi ki, mən artıq İstanbula yerləşmişəm, işim də var, qoy onlar yanıma gəlsinlər, bir-iki həftə qalsınlar. Mən də inandım, uşaqları ona verdim. Bir həftədən sonra uşaqlar zəng elədilər ki, ata bizi Suriyaya aparıb. Yalvarırdılar ki, ataya de bizi sənin yanına gətirsin, burada qalmaq istəmirik...”

P. Şıxməmmədova deyir ki, həmin nömrəyə dəfələrlə zəng etsə də cavab verən olmayıb. 2013-cü ilin dekabr ayında uşaqlarla “skype” vasitəsilə danışıb, sonra uzun müddət onlarla əlaqə kəsilib.

2014-cü ilin dekabrında isə bir nəfər ona yazıb ki, uşaqlar Raqqadadır, ataları tutub və gəlib onları götürə bilər. Həmin vaxt Şıxməmmədovanın təzə ərindən uşağı dünyaya gəlmişdi.


Ayn əl-İssa düşərgəsi

“Bu xəbəri alanda 5-ci uşağım dünyaya gəlmişdi. Ərim dedi ki, sən gedə bilməzsən, özüm gedib onları gətirərəm. Amma neçə dəfə cəhd eləsə də, sərhədi keçə bilmədi. Mən dözə bilmədim, xəbərsiz Suriya ilə sərhədə, Kilisə getdim. Amma Türkiyədə oturma iznim bitdiyinə görə məni sərhəddən qaytardılar və Azərbaycana deportasiya elədilər. O vaxtdan uşaqlarımın heç birini, o cümlədən təzə ərimdən olan övladımı görə bilmirəm”-qadın deyir.

Şıxməmmədova iddia edir ki, keçmiş həyat yoldaşı E. Məmmədov sonradan İŞİD-ə qarşı çıxıb, uşaqlarını da götürüb qaçmaq istəyərkən tutulub. 2015-ci ildə isə onun edam xəbərini alıblar. Bundan sonra uşaqların həyatı daha da məşəqqətli olub.


“Böyük qızım Dilbəri 14 yaşı olanda İŞİD üzvlərindən birinə ərə veriblər. Onda hələ atası da sağ olub və onu özü ərə verib. 15 yaşında isə uşağı doğulub. İkinci qızımı da Türkmənistandan olan İŞİD üzvünə ərə veriblər. Qızların hər ikisinin əri orada öldürülüb. Uşaqlarım orada işgəncələrə məruz qalıblar, böyük qızımı İŞİD-çi zorlayıb. Hələ başlarına gətirilənləri mənə danışa bilmirlər, çünki danışdıqlarına görə onları orada cəzalandırırlar. Böyük qızım öz 3 yaşlı uşağı və iki bacı-qardaşı ilə birlikdə İŞİD-in zülmündən qurtarmaq üçün qaçıb. Uşaqlar dəfələrlə qaçmaq istəyiblər, amma alınmayıb, axırıncı dəfə bir nəfər onlara kömək edib. Amma qaçarkən kürdlərin əlinə keçiblər. İkinci qızımın isə nə ölüsündən, nə də dirisindən xəbər var...”, - deyə P. Şıxməmmədova göz yaşları içərisində danışır.

Şıxməmmədova uşaqları İŞİD əsarətindən qaçandan və qaçqın düşərgəsinə yerləşdiriləndən sonra ilk dəfə 2017-ci ilin sentyabrında onlarla danışıb. Uşaqlar qaçqın düşərgəsində olduqlarını deyərək analarından kömək istəyiblər. Onlar analarına deyiblər ki, düşərgədən buraxılmaları üçün gərək səfirlik müraciət etsin. Dediyinə görə onlarla bir yerdə düşərgədə olan Filippin və bir neçə Avropa ölkələrinin vətəndaşlarını səfirlik vasitəsilə oradan çıxarmaq mümkün olub.


Müsahibim deyir ki, qaçqın düşərgəsində olan uşaqlarına hər ay 100 dollar göndərir. Əgər pul göndərməsə onları öldürə bilərlər. Uşaqlar həmin pulun bir hissəsini nəzarətçilərə, qalanını isə ən zəruri qidalarına verirlər. Uşaqlar orada o qədər aclıq çəkiblər ki, gəzməyə belə taqətləri qalmayıb.

Şıxməmmədova deyir: “Qızımın bildirdiyinə görə onlara orada deyirlər ki, sizi ölkənizdə istəmirlər, əgər tələb eləsələr, sizi buraxarıq. Düşərgədə uşaqlarıma olmazın işgəncələr verirlər. Mənimlə ancaq pul istəmək üçün orada çalışan bir qadının telefonu ilə arada yazışır. Axırıncı dəfə may ayında danışmışam. Deyir mən burada əsirəm, məndən məni təhlükəyə salacaq heç nə soruşma. Nə deyirlər, dediklərini edirik. Mənimlə danışdığına görə onları bir ay həbsxanaya salmışdılar. Həbsxana daha dəhşətlidir. Orada onlara gündə bir dəfə 1 stəkan su və bir tikə çörək verirlər. Tualetə belə getməyə qoymurlar, əsirlər təbii ehtiyaclarını elə paltarlarına edirlər”.






P. Şıxməmmədova Azərbaycan Xarici İşlər Nazirliyinə gedərək ərizə yazsa da, ona kömək edən olmayıb. Ona Livandakı və İraqdakı Azərbaycan səfirliklərinə ərizə yazdırıblar. XİN-dən bildiriblər ki, əgər indiyə qədər bir cavab çıxmayıbsa, deməli heç nə etmək mümkün deyil: “Heç kim özünü təhlükəyə atıb ora getmək istəmir”.

Çarəsiz qadın uşaqlarını gətirmək üçün Çeçenistanın Rusiya prezidenti yanında səlahiyyətli nümayəndəsi Ziyad Sabsabinin ofisinə də müraciət edib. Oradan bildiriblər ki, onlar yalnız Rusiya vətəndaşlarını gətirə bilirlər.




Beynəlxalq Qırmızı Xaç cəmiyyətində də uşaqların vəziyyətindən xəbərdardırlar. Cəmiyyətdən P. Şıxməmmədovaya bildirilib ki, uşaqların harada olduqlarını bilirlər, onların nəzarəti altındadırlar, amma oradan çıxarılmaları üçün heç nə edə bilmirlər. Çünki bunun üçün Azərbaycan tərəfinin müraciət etməsi lazımdır.

Xatırladaq ki, İŞİD Suriya və İraq ərazisində işğal etdiyi ərazilərdən qovulduqdan sonra bu terror qruplaşmasına qoşulmuş Azərbaycan vətəndaşlarının bir çoxu öldürülüb, digərləri qaçıb. Onların yüzlərlə arvad-uşaqları isə İraq hökumətinin, yaxud Suriyada kürdlərin nəzarəti altında olan xüsusi düşərgələrdə saxlanılır. Azərbaycanda İŞİD-çilərin uşaqlarının geri qaytarılması məsələsinə ehtiyatla yanaşırlar, çünki onların beyninin təhlükəli dini ideologiya ilə zəhərləndiyi təxmin edilir. 


Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev virtualaz.org-a problemdən xəbərdar olduğunu və nazirliyin orada olan Azərbaycan vətəndaşlarının qaytarılması üçün danışıqlar apardığını bildirdi: “Çox təəssüf edirik ki, Azərbaycan dövlət təşkilatlarının xəbərdarlıqlarına baxmayaraq bəzi vətəndaşlarımız yerli qanunları pozaraq xarici ölkələrin ərazisində qanunsuz hərbi birləşmələrə qoşulublar. Özlərinin şəxsi həyatları ilə bərabər yaxınlarının da həyatlarını təhlükəyə atıblar. Bu kimi hallarda məsələnin kompleks şəkildə öyrənilməsi, araşdırılması işləri gedir. XİN-də belə şəxslərin ailə üzvləri ilə həm fərdi, həm də qrup halında görüşlər keçirilib, iş aparılıb. Amma bu məsələnin həllində müəyyən obyektiv çətinliklər var, bu isə ondan ibarətdir ki, bu məsələ kompleks şəkildə öyrənilməli, həmin ölkənin də yerli qanunlarına hörmət edilməlidir. Məsələlərin həllinin tapılması üçün İraqın həm Azərbaycandakı səfirliyi, həm də Azərbaycanın İraqdakı səfirliyi ilə mütəmadi olaraq təmasdayıq”.
Oxşar xəbərlər
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO