“Baxaq, görək orda Səlim Müslümovun nə dərəcədə günahı var, ya yox..."
Oxunub: 2110
21 May 2018 | 11:24

“Baxaq, görək orda Səlim Müslümovun nə dərəcədə günahı var, ya yox...
Moderator.az musavat.com-a istinadən Deputat, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı ilə müsahibəni təqdim edir:

- Fəzail bəy, bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş rəhbərliyinin fəaliyyəti ciddi şəkildə tənqid olunur, ciddi ittihamlar səslənir. Hətta parlament müzakirələrində də ağır ittihamları eşitdik. Siz bu barədə nə deyə bilərsiniz?

- Azərbaycanın dövlətçiliyində elə bir ciddi qaydalara əməl olunmalıdır ki, hər bir məmur fəaliyyətində böyük məsuliyyət hiss etsin. Bu məsuliyyət hissi onun başının üzərində “Domokl qılıncı” kimi asılsın ki, bu və ya digər xoşagəlməz vəziyyətlər yaranmasın. Mən vaxtilə bir müsahibəmdə də demişdim, indi də o fikirdəyəm ki, istənilən məmur ölkə prezidenti tərəfindən yüksək vəzifəyə, etimada layiq görülərkən işdən çıxdığı günü nəzərə almalıdır. Yəni işə başladığı andan son günə qədər fəaliyyətini elə qurmalıdır ki, vəzifədən gedəndən sonra onun haqqında xoşagəlməz sözlər yaranmasın. Buna çox gözəl bir nümunə var: uzun illər ölkənin boyu baş naziri işləmiş Artur Rasi-zadə nümunəsi. Baxın, görün onun ünvanına başqa sözlə deyilirmi? Mən hər zaman çox böyük hörmət bəslədiyim o kişini müdafiə edirdim. Yaşını önə çəkirdilər. Ancaq onun dövlətə sədaqətini, təmizliyini, iddiasız olduğunu hər kəs etiraf edir. İndi artıq istirahətdədir. Mən ona can sağlığı arzulayıram ki, bundan sonra çox gözəl günlər yaşasın.

Nümunə var, hər kəs belə olmalıdır. Səlim Müslümovla bağlı mən hər hansı mənfi fikir söyləmək istəmirəm. Mən onu uzun illər boyu tanımışam, biz İqtisad Universitetində bir yerdə çalışmışıq. Onu bir alim, yaxşı insan kimi də, dövlətə sədaqətli şəxs kimi tanımışam. Bilmirəm yanılmışam, səhv etmişəm, etməmişəm. Allahdan arzulayardım ki, səhv etməyim. İndi qəzetlər yazır, deyilir. Baxaq, görək orda Səlim Müslümovun nə dərəcədə günahı var, ya yoxdur. Ancaq sizə deyim, mən 3 ilə yaxın o sistemdə çalışmışam, birinci müavin olaraq, sonra 10 ay nazir vəzifəsini icra etmişəm. Deyim ki, orda bütün xoşagəlməz vəziyyəti aradan qaldırmaq üçün sistemli islahatlar aparılmalıdır, pensiya təyinatı tam elektronlaşdırılmalıdır, həkim-ekspert komissiyasının fəaliyyəti tam elektronlaşdırılmalıdır. Orada həkimlə, məmurla vətəndaş arasında təmasların səviyyəsi sıfra endirilməlidir. Bundan sonra, məncə, orada korrupsiya, rüşvət hallarına son qoymaq olar, yoxsa mümkün deyil. İstənilən nazir ideal bir insan olsa da, sistem dəyişilməyibsə, o sistemdə təmizlikdən söhbət gedə bilməz, mənim fikrim budur.

- Seçkidən sonra həmkarlarınızdan bir neçəsi vəzifələrə təyin olundular. Bəs, keçmiş məmur kimi hansısa bir post tutmaq, yaxud elə vaxtilə çalışdığınız qurumun rəhbərliyində olmaq sizin ürəyinizdən keçdimi?

- Mən dövlətin əsgəriyəm. Həqiqətən, bunu çox səmimi şəkildə etiraf edirəm ki, bu gün dövlətin, çox sevdiyim, pərəstiş etdiyim cənab prezidentimizin istənilən tapşırıqlarına, mənə həvalə etmiş olduğu bütün istiqamətlərə varlığımla, bir əsgər kimi hazıram, buna heç kəsin şübhəsi olmasın. Çünki mən bütün ruhumla, varlığımla ulu öndərimiz Heydər Əliyevin ideyalarına, onun dövlətçilik prinsiplərinə və prezidentimizə çox bağlı bir insanam. Bu, birmənalıdır. Ancaq açığını deyim ki, mən bu haqda düşünməmişəm. Ağlıma da gəlməyib ki, hansısa mərhələdə hansısa vəzifəyə gedə bilərəm, yaxud hansısa vəzifəyə irəli çəkilməliyəm, icra strukturlarında işləməliyəm. İndi mən sual edirəm, məgər bu gün mən dövlətçiliyə Milli Məclis səviyyəsində xidmət etmirəmmi, bu da ciddi bir vəzifə deyilmi? Və müstəqil olaraq, dövlətimizi sevərək, prezidentimizə, onun söykənmiş olduğu dəyərlərə sədaqətlə xidmət edərək millətimin yanındayamsa və çatışmazlıqları yeri gəldikcə önə çəkirəmsə, söylədiyim fikirlərimdə kifayət qədər səmimiyəmsə, qərəzdən uzağamsa, məgər bu gün cəmiyyətdə bu xidmətlərə ehtiyac yoxdurmu? 

“Baxaq, görək orda Səlim Müslümovun nə dərəcədə günahı var, ya yoxdur, bundan sonra orada korrupsiya, rüşvət hallarına son qoymaq olar, yoxsa mümkün deyil”

Düşünürəm ki, kifayət qədər ehtiyac var. Ona görə də bu gün millət vəkili kimi mən fəaliyyətimi çox yüksək qiymətləndirirəm. Minnətdaram ki, xalqımız  mənə etimad göstərib, beş dəfə məni Milli Məclisə deputat seçib. Minnətdaram ki, atmış olduğum addımlar, göstərdiyim fəaliyyət cənab prezident tərəfindən yüksək qiymətləndirilib, mənə “Şöhrət” ordeni verilib. Bu da mənə böyük etimad, böyük inam, qiymət, dəyərdir. Düşünürəm ki, Milli Məclis də - siz də uzun illərdir dəyərli jurnalist olaraq orada çalışırsınız - böyük siyasi məkandır, orada dövlətə xidmət etmək üçün imkanlar var. Mən bu imkanlardan istifadə edə, dövlətimə xidmət edə bilirəmsə, söykəndiyim dəyərlərə xidmət edirəmsə, ona sadiqəmsə, mən doğrudan da, konyukturadan uzaq çıxmasın, özümü çox məmnun, çox xoşbəxt hiss edirəm.

- Fəzail bəy, uzun illərin parlament fəaliyyətindən danışmışkən, heç bu aralar həbsdə olan keçmiş həmkarınız Hüseyn Abdullayevə sovqat göndərmək barədə düşünmüsünüzmü?

- Yox. Allahdan arzu edirəm ki, ona ağıl versin. İnsanın, onun ən böyük faciəsi ondadır ki, o, çaşır, hansısa səbəbdən ağlını itirir. Onun haqqında danışmaq mənə heç də xoş deyil. Amma indi sual verirsiniz, xüsusi olaraq sizin şəxsiyyətinizə hörmət olaraq demək istəyirəm ki, Hüseyn Abdullayev  90-cı illərin axırına qədər heç kim idi. O, ulu öndərin himayəsi nəticəsində böyük varidata sahib oldu, böyük maliyyə imkanları əldə etdi. Görünür, həmin maliyyə imkanları onu yolundan çıxartdı, əlinə keçən maliyyə imkanlarının əsirinə çevrildi. O, maliyyə imkanlarını idarə etmədi, əksinə, böyük maliyyə, böyük pul onu artıq özünün köləsinə çevirdi. Nəticədə o, bu pulu, bu imkanları ona verən dövlətin üzərinə getdi. Dövlətin üzərinə getdiyi üçün öz cavabını almalı idi. O, mənim timsalında cavabını da aldı. Ancaq biz səmimi ayrıldıq. Yəni məndən üzr istədi, mən də onu bağışladım. Əl tutduq, görüşdük və bununla da bitdi. Düşündük ki, oldu da, yəqin öz səhvini başa düşdü. Əgər doğrudan da mətbuatın yazdığı kimi o, Avropada dövlətin ona vermiş olduğu imkanlardan istifadə edib, dövlətin əleyhinə, antiazərbaycan qüvvələrin içərisində yer alırsa, bu, artıq onun faciəsidir. Bu faciəni yaşamağı mən heç kimə arzulamıram. Ancaq bu faciəni kimsə  yaşayırsa, artıq o, taleyi ilə barışmalıdır. 

- Lakin təcridxanadan mediaya yolladığı mesajlara görə, ittihamları qəbul etmir...

- Ola bilər. Bu da istintaq nəticəsində üzə çıxacaq. Lakin məndə də olan məlumatlara görə, Hüseyn Abdullayev Avropada Azərbaycan dövlətinə qarşı sərt mövqe nümayiş etdirib, barışmaz mövqe ortaya qoyub. Açıqlamaları, sosial şəbəkələrdə yazdıqları yetərlidir ki, onun nə düşündüyünü, nə dediyini biləsən, nəticə çıxarasan. Yəni burda boynuna almaya bilər. Ancaq axı, biz Hüseyn Abdullayevin sosial şəbəkələrdə yazdıqlarının şahidi olmuşuq. Yazıları o yazıb, kimsə onun əvəzindən yazmayıb. İndi onlara cavab ver də! Lütfən cavab ver, yazmısan, indi cavab ver! Eyni zamanda, nə siz bilmirsiniz, nə də mən, istintaq hansı sirlərə malikdir. Ancaq Azərbaycanın hüquq-mühafizə orqanları kifayət qədər peşəkardır, yetərincə öz işlərini bilən insanlardırlar. Onlar heç nə olmadan Hüseyn Abdullayevi Türkiyədən Azərbaycana götürüb gəlməzdilər. Burada nə isə var. Nə isə varsa, deməli, bu məsələ araşdırılmalıdır. Sonda hər şey hüquqi müstəvidə öz həllini tapmalıdır.

- Bu günlərdə məlum oldu ki, son dörd ayda Gürcüstan təkcə turizmdən 800 milyon dollar gəlir götürüb. Azərbaycanın turizm potensialından çox danışırıq, hələ ki, ortada ciddi göstəricimiz yoxdur. Sizcə, niyə?

- Siz çox ciddi bir məsələyə toxundunuz. Təbii ki, Azərbaycan turizmin imkanları baxımından böyük potensiala malikdir. Ölkə prezidentinin də iradəsi ortalıqdadır. O, turizmin inkişafını Azərbaycanın prioritet vəzifələrindən biri kimi hər zaman önə çəkib və bununla bağlı dövlət siyasətini birmənalı şəkildə ifadə edib. Məncə, onun ciddi səyləri nəticəsində bu gün ölkəmizdə turizm inkişaf etməkdədir. Lakin əlbəttə, turizmin inkişafı üçün bu faktor kifayət etmir. Ölkə prezidentinin qarşıya qoyduğu hədəflərə nail olunması üçün böyük dəstək lazımdır. Həmçinin, dövlət qurumlarının ciddi iradəsi ortada olmalıdır. Eyni zamanda turizmin inkişafı üçün bununla məşğul olan müvafiq qurumun fəaliyyəti əlbəttə, kifayət etmir. Turizmin inkişafı üçün bütün cəmiyyət, bütün qurumlar hazır olmalıdır. Bu sahəyə az və ya çox dərəcədə əlaqəsi olan qurumlar - miqrasiyadan, gömrükdən, hava limanından başlayaraq, bütün  yol infrastrukturundan keçərək yüksək səviyyəli otellərin olması, yüksək səviyyəli istirahət mərkəzlərinin olması, orada yüksək səviyyəli servis mədəniyyətinin olması heç şübhəsiz ki, turizmin inkişafı üçün son dərəcədə ciddi əhəmiyyət kəsb edir. Etiraf etmək lazımdır ki, Azərbaycanın turizm sahəsindəki uğurları getdikcə genişlənir. Turizm bir çox ölkələr üçün, təkcə Gürcüstan üçün deyil, Türkiyə, Yunanıstan, İtaliya, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri üçün böyük gəlir mənbəyidir. Nədən biz bu gəlir mənbəyindən faydalanmayaq? Mənə elə gəlir ki, biz turizmi daha geniş şəkildə inkişaf etdirmək üçün artıq yeni bir mərhələyə qədəm qoymuşuq. Ölkə prezidenti 2018-ci ilin aprelində yenidən xalqın iradəsinə söykənərək prezident seçildikdən sonra yeni bir mərhələyə qədəm qoyulduğunun anonsunu verdi və bununla bağlı artıq ciddi addımlar atılmaqdadır. Baxın, miqrasiyanın, Azərbaycanın qapısındakı ciddi bir qurumun rəhbərliyi dəyişildi, oradakı mövcud nöqsanların üzərinə gedildi, onların aradan qaldırılması ciddi şəkildə önə çəkildi. Gömrük Komitəsinin rəhbərliyində dəyişiklik edildi. Mən güman edirəm ki, Səfər müəllim peşəkar bir gömrük işçisi kimi prezident tərəfindən qarşısına qoyulan vəzifələri yerinə yetirəcək,  mənim buna qətiyyən şübhəm yoxdur. Tamamilə əminəm ki, həm Miqrasiya, həm də Gömrük Komitəsindəki köhnə yanaşmaların üstündən çalın-çarpaz xətlər çəkiləcək. Azərbaycanın qanunları çərçivəsində elə bir mühit yaradılacaq ki, Azərbaycana gələn bir dəfə gəlməklə kifayətlənməyəcək, həm də özünün ətrafına, yaxınlarına və sosial şəbəkələrdə belə, ölkəmizin təbliğatçısına çevriləcək, bu da Azərbaycanda turizmin inkişafında mühüm rol oynayacaq. Ölkə prezidenti Mədəniyyət və Turizim Nazirliyində dəyişiklik etdi və Turizm Agentliyi kimi yeni bir idarəçilik sistemi təsis olundu. Əlbəttə, mən Mədəniyyət və Turizm Nazirliyinin indiyəqədərki fəaliyyətinə müsbət yanaşıram. Əbülfəs Qarayev dövlətə sədaqətli bir insan kimi, ciddi bir dövlət adamı kimi, üzərinə düşən vəzifəni bu günə qədər öz imkanları daxilində yerinə yetirməyə çalışıb. Lakin görünür ki, ölkə prezidenti turizmi inkişaf etdirmək üçün Turizm Agentliyini yaradaraq, turizmi Mədəniyyət Nazirliyindən ayıraraq, xüsusi bir quruma çevirməklə  bunun önəmini bir daha diqqətə çatdırıb. Mən çox arzulayardım ki,  bununla bağlı Turizm Agentliyi dünyanın və elə qardaş Türkiyənin, eyni zamanda, Gürcüstanın müsbət ənənələrindən, müsbət təcrübəsindən bəhrələnsin, Azərbaycanda turizminin inkişafı üçün geniş imkanlar yaradılsın. Əminəm ki, yaxın illərdə biz bunun şahidi olacağıq. Bütövlükdə turizm infrastrukturuna yeni yanaşmalara ehtiyac var.
Oxşar xəbərlər
20:50, Bu gün
“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
20:49, Bu gün
Tiflisdə müxalifət yenidən mitinq keçirir
20:38, Bu gün
Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan sürücü saxlanılıb
20:33, Bu gün
"Kimsənin Krım körpüsündə şəkil çəkdirmək imkanı olmayıbsa, indi bunun əsl zamanıdır..."
20:30, Bu gün
Paşinyan Blinkenlə delimitasiyanı müzakirə etdi
20:29, Bu gün
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
20:25, Bu gün
Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var 
20:03, Bu gün
Ermənistanda etirazçılar İrana gedən magistral yolu bağlayıblar - VİDEO
19:57, Bu gün
Roma Papası gəncləri mobil telefondan istifadəni məhdudlaşdırmağa çağırıb
19:56, Bu gün
İsrail Baş Qərargah rəisi Qəzzada müharibənin davam etdirilməsi planlarını təsdiqləyib
19:54, Bu gün
"Böyük Britaniya Qəzza bölgəsinə qoşun göndərə bilər" - "The Guardian"
19:52, Bu gün
Neftçalada 46 yaşlı kişi süni göldə batıb - VİDEO
19:51, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
19:50, Bu gün
Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər
18:55, Bu gün
Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
18:49, Bu gün
Ermənistanda delimitasiyaya etiraz edən polkovnik saxlanılıb - YENİLƏNİB
18:44, Bu gün
Ermənistanın Aİ-dəki səfiri: Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır
18:42, Bu gün
"Netanyahunu öldürmək, İsraili yox etmək lazımdır!.."
18:29, Bu gün
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
18:05, Bu gün
"Putin fevralın 16-da Navalnının qətlinə əmr verməyib" - "The Wall Street Journal"
17:50, Bu gün
Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib
17:49, Bu gün
Putinin sözçüsü: Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək
17:43, Bu gün
Azərbaycanda partlayış: 2 nəfər öldü - SON DƏQİQƏ
17:41, Bu gün
“Yuventus”un yeni baş məşqçisi bəlli oldu
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
GÜNLÜK
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO