Məhəmməd Hadinin insan haqqında düşüncələri...
Oxunub: 2510
18 May 2018 | 09:37
Məhəmməd Hadinin insan haqqında düşüncələri...
(4-cü yazı )

Məhəmməd Hadi “Vaxtın səsi və həyatın sözü” əsərində də insanla bağlı  fikrini davam etdirir, dünyanı bir sınaq meydanı adlandırır, bu meydanda yalnız elmi, biliyi, hünəri olan insalar qalib çıxa bilərlər, —deyir:
                                          
Elmin, hünərin, mərifətin varsa, buyuyr, gəl, 
Yoxsa, bu həyat aləminə olma bir əngəl!
Ərbabi-kəmalın yeridir, bil ki, bu meydan,
Bədbəxt yaşar torpağın üstündəki nadan.
Sahib olacaq yerlərə qüvvətli, əmin ol,
Ey gücsüz olan, sən dəxi mədfuni-zəmin ol!
Laf ilə tərəqqi olamaz, sözlə də sərvət,
Bilgiylə olur, bilməlidir, sərvətü qüvvət.

Qüdrətli sənətkar olan M.Hadi elmi, biliyi idrakın gözü adlandırır, elmə etina göstərməyənlər, şairin nəzərində kor və idrakı sönük adamlardır. Dünyanı, onun sirli-sehirli hadisələrini dərk edənlər həqiqi yaşamaq hüququna malikdirlər. İdraksız adamlar üçün dünya bir əbədi zülmət quyusudur:
                                                  
İştə yaşamaq hüququna haizdir o kütlə--
Bir hərbi-münəvvərlə çıxıb cəbheyi-cəhlə.
Bundan belə dünya böyük irfanlar istər, 
Sən də yaşamaq istər isən, bilgini göstər.

Məhəmməd Hadi də insanı fəaliyyətsiz, qəzavü qədərlə idarə olunan bir varlıq kimi qəbul etmir. İnsan özü yaradıcıdır, lakin onun özünün  yaratdığı öz həyatını təhlükə qarşısında qoyur, dünyanı yandırıb yaxır. Yəni insanın başına gələnlər , cəmiyyətdə baş verən hadisələr allahın yazısı ilə deyil, qəzavü qədərdən deyil, insanın öz əli ilə , kamilləşməmiş ağlının, idrakının naqisliyi ilə əlaqədardır. İnsan allahın birliyinə - tövhidə inanmır, ona görə də onun əli ilə meydana gələn faciələr düşünülməmiş əməlin nəticəsidir. Burada allahın heç bir rolu yoxdur. Bunun özü insana olan inamın daim inkişafda olmasına dəlalət edir. Əlbəttə, elm və texnikanın ən yüksək inkişaf mərhələsinə çatdığı indiki dövrdə biz dünyanı məhv edə biləcək qırğın silahlarının yaradılmasını ağlın, düşüncənin kamil olmaması ilə əlaqələndirə bilmərik. Əksinə, bütün bunlar insan ağlının, düşüncəsinin, zəkasının, elmi biliyinin ən yüksək inkişaf nöqtəsinə çatdığını göstərir.Bu isə mövcud beynəlxalq  siyasi şərait və  vəziyyətdən irəli gələn zərurətdir. Nə isə...
 Müqtədir şair təbiətin bir sıra sirlərini açıb izah etməkdə insan ağlına, insan idrakına inanır, lakin o göstərir ki, həyatda elə “gizli sirlər” də vardır ki, o sirləri öyrənməyə ağıl da yol tapmır, fəlsəfə də, fənn də, hikmət də. Belə sirlərin kəşfində, açılmasında idrakın qabiliyyəti tükənir. Belə bir “gizli sirr” insanın dünyaya gəlməsindən ibarətdir.
Məhəmməd Hadi “Beşikdən məzara qədər bəşərin əhvalı” əsərində insanın  dünyaya gəlməsinin sirr olaraq qaldığını, onu bilməyin heç bir fəlsəfəyə, heç bir fənnə, hikmətə, ağla müyəssər olmadığını söyləyir:
                              
Aya bunu kim atdı, yuvarlatdı cahanə?
Yol tapmadın, ey əql, bu əsrari-nihanə
Bilməm ki, nəsən?Hər nəsən, ey şairi-fitrət, 
Nə fəlsəfə bildi səni, nə fənn, nə hikmət.
Diqqətlə baxılsa,  vələhəfzaydır aləm, 
Sətrindəki ərvah bütün lövhi-mücəssəm.
Dağlar, təpələr, məşcərələr cümlə şüunat, 
Başdan-başa aləm hikəmiyyət, ədəbiyyat.
Məqsəd nerədə, biz nerədə, fikir nə yerdə ?
Yorma özünü, kəşf olunur sanma bu pərdə.
İstər nə qədər nurlu olsun da xəyalət, 
Naqabili-idrakdır artıq bu həqiqət.

Deməli, insan özü ilə bağlı olmayan bir sıra təbii sirləri kəşf etməyə qadir olduğu halda, özünün dünyaya gəlməsinin sirrini dərk etməkdə acizdir.  Belə nəticə Məhəmməd Hadinin ziddiyyətli dünyagörüşə malik olduğunu göstərir.  Çünki 1917-ci ilə qədər  onun yazdığı əsərlərin bəzisində insan idrakının, insan ağlının zəkasının hər şeyə qadir olduğunu söyləyir, bəzisində də  ağlın, idrakın bir sıra məlum olmayan  şeyləri üzə çıxarmağa qabil  və qadir olmadığını deyir. Son fikrində Məhəmməd Hadi allahın işlərinə qarışmamağı, sirli qalması məsləhət görülmüş şeylərə müdaxilə etməməyi məsləhət görür.
İnsan elmin, biliyin sayəsində güclüdür, qüvvətlidir. Yeri, göyü özünə tabe etmək istəyən insan, təəssüf ki, zinətləndirdiyi , nizama saldığı həyatda özünün istədiyi kimi yaşamağa qadir deyildir. İnsan ağlının, zəkasının yaratdığı şeylər  onu özünün əleyhinə çevrilmişdir.  Deməli, insan öz əməlinin nəticəsini qabaqcadan dərk etməlidir. Əgər ağlın, zəkanın, təfəkkürün  məhsulu insan həyatının müəyyən mərhələsində onun əleyhinə çevriləcəksə, bu prosesin özü insanın uzaqgörənliyinin inkarıdır.  Bu, şüur, təfəkkür üçün ümumi olmayıb, fərdi səciyyəvi xarakter daşıyır.  Ona görə də M.Hadi insanların, ağır, dözülməz həyat şəraitini təsvir edərkən, onların özlərini günahlandırır, özlərinin özlərinə düşmən kəsildiklərini söyləyir. Əlbəttə, burada fərdlərdən söhbət getmir. Sosial-siyasi quruluşları idarə edən rəhbərlərin  tələbi əsasında  bu məhsulların hazırlanmasında iştirak edən insanlar nəzərdə tutulur.  Daha doğrusu, Məhəmməd Hadi öz fikrini  ümumiləşdirmə yolu ilə insanların nəzərlərinə çatdıraraq yazır:
                            
Əlinlə təng qıldın başına bu enli dünyanı,
Yaxıb yandırdın, ey bədbəxt, bu gülşənli dünyanı.
Bəşər, ciddən siyəh iqbalsən ruzi-əzəldən, 
Qaranlıq eyləmişsən kəndinə rövşənli dünyanı.
Dəmirlərdən yaratdın  duzəxəndam aləti-cəngi,
Məzaristanə döndərdin neçin bu şənli dünyanı?
Dolu olsaydı, ey insan, künuzi-əqlü idrakın, 
Qanardın çox gözəl surətdə bu  məxzənli dünyanı.

Dağlar qədər dərdi, qəmi olan Hadi öz şəxsi kədərini, acı və iztirablarını yaddan çıxarıb həmcinsi olan insanın  taleyini, həyatını düşünür. Bütün yaranmışların seçilmişi olan insan həm də bütün xəlq olunanların bədbəxtidir,talesizidir. Həyatdakı bütün məhrumiyyətlər insan üçündür. Gülüş də, sevinc də, şənlik də, xoşbəxtlik də insana aiddir. Axı bunlar elə keyfiyyətlər, elə cəhətlərdir ki, bunu ağlı, idrakı olanlar  hiss etməyə qadirdirlər. İnsandan fərqli olaraq, digər varlıqlar dünyanın mahiyyətini dərk etmədikləri üçün ona hakim olmaq, hər şeyi mənimsəmək meylində də olmurlar
Dünyanın intəhasız olmasına baxmayaraq, bu kiçik məxluqlar onu özlərinə dar etmişlər. Dünyaya sığmayacaqlar, --  deyə , bir-birilə mübarizəyə girişir, bir-birinin qanını axıdır, bir-birini dünya işığına həsrət qoyurlar. Ola bilməzdimi tanrı insanı da idraksız yarada idi? Bəlkə, onda bu dünya üzərində baş verən hadisələr də mövcud  olmazdı?Təbiətin bütövlüyü də pozulmazdı, sinəsinə çalın-çarpaz  dağlar çəkilməzdi? Əlbəttə, yox!  Dünya ona görə gözəldir, mənalıdır ki, onda “insan”adlı bir varlıq yaşayır, düşünür, yaradır, meydana gətirir, dağıdır, meydandan köçürür və nəhayət, özü də köçür! Dünyanın hikməti də, sirri də , mənası da bundadfır.
Onda  bəs nə üçün insan dünyaya göz açanda ağlayır, başqa varlıqlar isə heç bir şeylə özlərini büruzə vermirlər? Bunda da bir hikmət, bir gizli məna vardırmı? Əgər varsa, nədən ibarətdir?  Görünür, bu suala cavab vermək hələlik mümkün olmamışdır. Bunun da , yəqin ki, bir hikməti vardır.
M.Hadi də insanı həmişə qamli, kədərli, gözü yaşlı gördüyünə görə özünü müsibətli, talesiz hiss edir. Onun dodaqlarında təbəssüm, gözlərində gülüş  yoxdur. Şairin qaşqabağı açılmır, ürəyi sevinmir, gözləri gülmür:
                           
Gözüm bir gülməyir bu  ərzi-fəryadı görən gündən, 
Könül şad olmayır bu səhni-naşadı görən gündən.
Ürək atəşli, göz pürab, yəni giryəpərvərdir, 
 Pərişanəm bu xakistani-bərbadı görən gündən.
Bəşər gözyaşlıdır matəmgəhi-dünyayə gəldikdən,
Bunu tədqiq qıldım hali-növzadı görən gündən.

Bəşəriyyətin düçar olduğu məhrumiyyətləri gördükdə rahatsız olan , bu geniş dünyada özünə yer tapa bilməyən şair çıxış yolunu nadanlıqda görür. Çünki əgər o, nadan olsa idi, dünyada baş verən hadisələri dərk etməzdi, qəlbi də bu qədər ağır bir yükün təsiri altında darılmazdı. Nadan olsa idi, azadlığın, səadətin nə olduğunu dərk etməzdi və  nəticədə başı bəlalar çəkməzdi:
                                     
Nolaydı payi-bəndi-cəhl olaydım, qanmayaydım, ah!
Əsiri-dəsti-hüznəm fikri-azadı görən gündən.
Həyatım təlxdir, ey dilbəri-Şirini-hürriyyət, 
Qəmim dağlar qədərdir eşqi-Fərhadı görən gündən
Zəlalət zülmətindən  rahiyab olmuşmu insanlar?
Xeyr, biləks, yatmış rəhbəri Hadi görən gündən.

Məhəmməd Hadi bəşəriyyətin qarşılaşdığı çətinlikləri dərk edir və yaxşı bilir ki, millətlər, xalqlar bu vəziyyətdən tezliklə xilas ola bilməyəcəklər. Bu sonsuz zülm və əsarət uzun müddət davam edəcəkdir.Dünya hiyləgərlər, dələduzlar, dəlilər və təlxəklər dünyasıdır. Ağıl, kamal sahibləri kənarda qalmışlar, onlara ehtiyac yoxdur. İnsanlar bir-birinə düşmən kəsilmiş, bir-birini parçalamağa hazır durmuşlar:
                                           
Xilas olmaq çətindir bəhri-cuşani-məsaibdən,
İnandım mən buna əshabi-imdadı görən gündən.
Cahan əhli uzaqlaşmış ümumi bir üxüvvətdən, 
Siyasiyyun əlqabında fəssadı görən gündən.
Hələ rubahlar meydanıdır bu bişeyi-dünya, 
Bunu duymuş idim məhzun asadı görən gündən.
Bəşər rahyab olurmu leyli-xüsrani-zəlalətdən, 
Buna mən münkirəm ərbabi-irşadı görən gündən.

Şair bəşəriyyətin rastlaşdığı bu çətinliklərin mənbəyini  onun özündə olan nöqsanda görür. Axı insan bir-birinə yardım etmək, arxa durmaqla öz adını doğrulda bilər, öz vəzifəsini yerinə yetirə bilər. Təəssüf ki, insanlar arasında qardaşlıq, birlik yoxdur, ülfət və ünsiyyət çatışmır.  Qardaşlıq, dostluq, şairə görə, çox böyük və əvəzsis  nemətdir Ancaq bu neməti insanlar özləri hasil etməli, meydana çıxarmalı, göz bəbəyi kimi qorumalıdırlar.  Bu, elə bir nemətdir ki, yoxluğu insanları məhvə doğru sürükləyir, bəşəriyyəti böyük məhrumiyyətlərə düçar edir. 
Qardaşlıq, dostluq qızıl kimi həmişə öz qiymətini saxlar bir nemətdir. Qızılın keyfiyyətini, qiymətini sərraf yaxşı tanıyar. Dəmirçi isə dəmiri yaxşı təyin edə bilər, o, qızılın xassələri barədə  heç bir məlumata malik deyildir.  Ona görə də qızıla qiymət qoymaqda  çətinlik çəkər.  Məhəmməd Hadiyə görə, cəmiyyət dəmiçi səviyyəsindədir. Ona görə də  qızılı qiymətləndirmək qabiliyyətinə malik deyildir.  Deməli, bəşəriyyət qardaşlığı, dostluğu  layiqincə qiymətləndirmədiyi üçün insanlaıq tənəzzülə uğrayır, keyfiyyətdən, qiymətdən düşür, cəmiyyət daxilən parçalanır və dağılır:
                               
Dedim qabil deyildir qardaş etmək cümlə əqvamı, 
İvanla Arşaqı, sofi Xudadadı görən gündən.
Üxüvvət altunu işlərmi bazarında dünyanın, 
Əqidəm çox sönük idraki-həddadı görən gündən.
Üxüvvət zər misalı, netməli, yoxdur xridarı, 
Bunu qanmışdım istedadihəddadı görən gündən.                                               
Dəmirçi altunu qanmaz, bəşərdir cümlə ahəngər, 
Bunu dərk eyləmiş məhzun Hadi görən gündən.

Məhəmməd Hadi dostluğu, qardaşlığı insanla vəhdətdə götürür, onu insandan kənar bir keyfiyyət kimi qəbul etmir. Ümumiyyətlə, M.Hadi də öz yaradıcılığında insana çox yüksək qiymət verir, onu həyatın bəzəyi, mənası, mahiyyəti və nəticəsi kimi qəbul edir.  Həyatın gözəlliyi insanlar arasındakı münasibətlərdən asılıdır. İnsanlar bir-birinə nə qədər yaxın, mehriban, səmimi olsalar, ürəklərdə paxıllıq, həsəd, nifrət, kin, ədavət, düşmənçilik, tamah olmasa, belə cəmiyyətdə yaşamaq, yaratmaq nə qədər gözəl, nə qədər maraqlı və nə qədər şirin olar! 
Aqzərbaycan demokratik fikir nümayəndələrinin də  arzusu, məramı, qayəsi elə bu idi. Bunun uğrunda da bacardıqüları qədər mübarizə aparmışlar.

                                                                                        
Müstəqil Ağayev
                                                              
AMEA Fəlsəfə İnstitutu Azərbaycan      
fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi
fəlsəfə üzrə fəlsəfə doktoru, Qabaqcıl
Maarif Xadimi
Oxşar xəbərlər
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO