Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın Fransa səfəri zamanı kral ailəsini şoka salan hadisə yaşanıb. Fransa prezidenti Makronla görüşə hazırlaşan vəliəhd porno film çəkdirib pulunu ödəməyən keçmiş xarici işlər naziri Faysala görə məhkəməlik olub. Fransız porno film şirkəti ailəni məhkəmə verib.
Adıçəkilən şahzadə Suud əl Faysal 1975-2015-ci illərdə Səudiyyədə nazir postunda olub. Dünyanın ən uzun müddət vəzifədə qalan XİN rəhbəri olan Faysal 2015-ci ildə 75 yaşında dünyasını dəyişdikdən sonra porno filmlər çəkdirdiyi ortaya çıxıb.
Fransız şirkəti keçmiş nazirin çəkdirdiyi filmlərə görə 90 min avro borclu qaldığını iddia edib.
Şikayət ərizəsində Faysalın ən sevdiyi məşuqəsinin baş rolda oynadığı porno filmlər çəkdirdiyi, filmin gedişatı ilə bağlı istədiyi təlimatları verdiyi, məkan olaraq isə Parisdə yerləşən Faysal ailəsinin lüks villası ilə müxtəlif otellərin istifadə edildiyi qeyd edilir.
Tələb edilən məbləğ kral ailəsi üçün böyük olmasa da, pulun ödənilməsi şahzadənin Parisdəki evini porno film çəkilişi üçün istifadə etdiyini təsdiqləmiş olacaq. (Qafqazinfo)