Heydər Əliyevin Buşla görüşü haqda məlumat... - Alimdən şok ittiham
Oxunub: 4552
09 Apr 2018 | 13:25
Heydər Əliyevin Buşla görüşü haqda məlumat... 
 - Alimdən şok ittiham
Fəlsəfə doktoru, təhsil eksperti Etibar Əliyev Azərbaycan Milli Elmlər Akademiyasını (AMEA) Azərbaycan Milli Ensiklopediyasının ilk 5 cildinin Rusiyada çap olunmuş çoxcildli ensiklopediyaların birindən köçürüldüyünü iddia edib.

Moderator.az məsələ ilə bağlı Etibar Əliyevin Kult.az-a müsahibəsini təqdim edir:

- Etibar müəllim, əvvəlcə dünyanın aparıcı ölkələrinin ensiklopediya ənənəsi haqda danışaq...

- Ensiklopediya tərtibatı çox ciddi işdir. Dünyada ilk ensiklopediyanı 1751-ci ildə fransız riyaziyyatçısı Leron Dalamber və maarifçi Deni Didro hazırlayıb. Məqsəd bütün elm sahələri üzrə biliklərin yığcam və məzmunlu şəkildə verilməsi idi. Hazırda isə dünyada ən məşhur ensiklopediya ingilislərə məxsus “Britannika”dır. Bu ensiklopediyanın ilk nəşri 1768-1771-ci illərdə 3 cilddə hazırlanıb. O vaxtdan indiyə qədər “Britannika” dünyanın ən qüdrətli ensiklopediyası sayılır. “Britannika”nın belə qüdrətli olmasının səbəbi bu işə məsul şəxslərin mütəxəssislərlə əməkdaşlığıdır. Elm və digər sahələr üzrə ən yaxşı məqalələri, səhih informasiyaları, bioqrafiyaları onun cildlərindən tapmaq olar.

- Bəs bizim ensiklopediya ənənəmiz?..

- 70 il SSRİ-nin tərkibində olduğumuz üçün bizim ensiklopediya ənənəmiz sovet təcrübəsindən qaynaqlanır. SSRİ vaxtı nəşr olunan ensiklopediyalar içərisində ən fundamentalı Nobel mükafatı laureatı fizik Aleksandr Proxorovun baş redaktoru olduğu 30 cildlik Böyük Sovet Ensiklopediyası sayılır. Düzdür, burada da sovet ideologiyasının təsiri birmənalı şəkildə hiss olunur, ancaq elm sahələri, incəsənət, bioqrafik məlumatlar indi də aktuallığını itirməyib.

Böyük Sovet Ensiklopediyasının baş redaktoru Proxorov müsahibələrinin birində qeyd etmişdi ki, “sovet” sözünü görəndə bu ensiklopediya gözümdən düşür: “Amma mən Böyük Sovet Ensiklopediyasını dünyanın ən yaxşı ensiklopediyalarından biri sayıram. Bu 30 cildlik nəşri Roma Papasının otağında, Konqresin kitabxanasında görmək olar”.

Ötən əsrin 70-ci illərində nəşr olunan Azərbaycan Sovet Ensiklopediyası (ASE) həmin dövr üçün çox faydalı idi. Böyük zəhmət hesabına başa gələn 10 cildlik ASE indi o qədər istifadə olunmur. Sovetlərin tərkibində olduğumuza görə ideoloji basqı dərhal hiss olunur və elə bu səbəbdən də həmin ensiklopediya nadir biblioqrafiya sayılmır.

Azərbaycan Milli Ensiklopediyasının çapı və hazırlanması olduqca vacib məsələ idi. Elə bir ensiklopediya çap olunmalı idi ki, gələcək nəsillər bundan azı 100 il müddətində istifadə edə bilsinlər. Eynilə “Britannika” nümunəsində olduğu kimi. Təəssüf ki, Milli Ensiklopediyanın tərtibatı məsələsinin həvalə olunduğu qurum bu işin öhdəsindən gələ bilmədi. Vaxtilə yaxşı ensiklopediya hazırlamaq üçün ensiklopediyaçılar var idi. Bunun üçün elmi dərəcələr bir o qədər rol oynamırdı. İndi belə mütəxəssislər yox səviyyəsindədir. Ensiklopediyada plagiatlıq məsələsi yolverilməzdir. Azərbaycan Milli Ensiklopediyasının 5 cildi Rusiyada çap olunmuş çoxcildli bir ensiklopediyadan köçürülüb. Müqayisə edəndə adamın ayağının altından yer qaçır. Plagiatlığın həddi-hüdudu yoxdur.

Rusiyanın həmin ensiklopediyasını “Britannika” ilə müqayisə etsəniz, bir oxşar cümləyə, yaxud məqaləyə rast gəlməzsiniz. Dünyada buna çox pis baxırlar. Bir misal gətirim: Tutaq ki, fransız yazıçısı Onore de Balzak haqqında ensiklopediyaya məqalə yazmaq lazımdır. Bunun üçün Azərbaycanda Ədəbiyyat İnstitutu, universitetlərdə xarici ölkələr ədəbiyyatı kafedrası, bu sahədə çalışan kifayət qədər alimlərimiz var. Burda köçürməyə nə ehtiyac var? Böyük rüsvayçılıq odur ki, nə köçürdükləri mənbəni, nə də məqalə müəllifinin adını göstərirlər.

Ensiklopediya hər bir millətin, xalqın elmi potensialının güzgüsüdür. Buna görə də akademiklərin bu səhvi bizim elmi potensialımıza kölgə salır.

- Ensiklopediyamızın plagiat olduğu qənaətinə necə gəldiniz? Bir neçə nəfərlə birlikdə araşdırma apardınız, yoxsa təkbaşına müəyyənləşdirdiniz?

- Ötən əsrin 90-cı illərindən məndə ensiklopediyalara maraq yaranıb. Kitabxanamda “Britannika”, “Larousse”, Böyük Sovet, həm də Böyük Rusiya ensiklopediyaları var. Təsadüfən bir məqalə axtarırdım və qərara gəldim ki, bu məqalənin həm Milli Ensiklopediyadakı, həm də Rusiya Ensiklopediyasındakı versiyalarına baxım. Gördüm ki, bizimkilər ordan cümləbəcümlə köçürüblər. Bundan sonra araşdırdım, gördüm, əksər məqalələri köçürüblər. Məsələn, Milli Ensiklopediyada ABŞ-ın keçmiş prezidenti ata Buşun bioqrafiyası Böyük Rusiya Ensiklopediyasından köçürülüb. Axı, ata Buşun rəhmətlik Heydər Əliyevlə görüşü olub, hətta onların fotoları da var. Bir adam çıxıb deməyib ki, axı, bu, Milli Ensiklopediyadır, bunun bizə aid olan hissəsi nədən ibarətdir? Bu onu göstərir ki, ensiklopediyanın tərtibatı naşı insanların əlinə düşüb.

Ensiklopediyaçılar o adamlardır ki, şəxsləri və ya anlayışların hansı ədəbiyyatlarda daha dolğun və məzmunlu yazılmasını bilirlər, başqa sözlə, çoxçeşidli ədəbiyyatlardan məlumatlıdırlar. Ola bilsin, bizim ensiklopediya təcrübəmiz yoxdur, amma yaxşı ensiklopediya hazırlamaq olardı. Lakin bu fürsəti əldən verdik. Elə məsələlər var ki, onu demək istəmirəm. Bizi istəməyən xalqlar, qüvvələr bundan istifadə edə bilərlər.

- Milli ensiklopediyanın plagiat olduğunu biləndən sonra ilk kimə müraciət etdiniz?

- Ensiklopediyanın redaksiya heyətinin rəhbərliyinə teleqram vurub, məlumatlandırdım. Mənim teleqramım araşdırılmaq üçün Milli Ensiklopediya Mərkəzinə göndərildi. Onlar da 2-3 iclas keçirdilər və belə qənaətə gəldilər ki, Azərbaycan ensiklopediyası qədər gözəl ensiklopediya yoxdur.

Bilirik ki, Prezidentimizin ölkədə maarifçiliyin inkişafında çox böyük rolu var. Dünya ədəbiyyatının çapında, orta məktəblərə dərsliklərin pulsuz verilməsində bunu görürük. Yadınıza gəlirsə, 2004-cü ildə Prezident yol verdiyi ciddi qüsura görə keçmiş ensiklopediyanın direktorunu iclasdan çıxardı. Hamı düşündü ki, artıq bundan sonra ensiklopediyanı hazırlayanlar dərs götürməlidirlər, lakin belə olmadı.

Xarici ensiklopediyalarda yer alan məqalələrin yazılmasında xarici müəlliflərin əsərlərindən istifadə olunub. Bütün mənbələr qeyd olunub. Bizdə isə buna rast gəlmək mümkün deyil. Ensiklopediya işini bilənlər anlayışlar, alimlərin kəşfləri haqqında məqalələrin ən yenisini araşdırıb tapmalıdırlar. Milli Ensiklopediyamıza məsul olan şəxslər həmin məsələləri araşdırıb ensiklopediyaya daxil etmək gücündə deyillər. Ensiklopediya tərtibatı xüsusi qabiliyyət tələb edir. Kitabxanası olan, müxtəlif sahələr üzrə sanballı ədəbiyyatları bilən, anlayışlarla işləyən şəxslər belə işləri daha yaxşı bacara bilərlər.

Ensiklopediyalarda hətta hansı şəkili, illüstrasiyanı haradan götürüblər, onu da qeyd edirlər. Çünki ensiklopediya işinin məsuliyyətini dərk edirlər. Bizimkilər isə götürüb başqasının məqaləsini tərcümə edib, müəllifin adını gizlədirlər. Bu biabırçılıqdır.

- Ensiklopediyamızda coğrafi ərazi, tarixi şəxsiyyətlər baxımından milli maraqlarımıza zidd olan nələrsə varmı?

- Hələ ki, ensiklopediyanın 5 cildi çıxıb. Elə anlayışlar, şəxslər haqqında məlumatları köçürüblər ki, adam deməyə utanır. Məsələn, böyük qırğız yazıçısı Çingiz Aytmatov haqqında məqaləni də həmin ensiklopediyadan köçürüblər. Çingiz Aytmatov bizə yaxın olan yazıçıdır. Azərbaycan ensiklopediyasında Aytmatovun bioqrafiyası, əsərlərinin təhlili başqa cür yazılmalı idi. Onun rəhmətlik Heydər Əliyevlə görüşü də ensiklopediyada yer almayıb. Sadəcə bir qrup yaradıblar və onlara deyiblər ki, bu ensiklopediyanı qarşınıza qoyub tərcümə edib köçürməlisiniz. Belə olmaz, ensiklopediyanı tərtib etməyin qaydaları var.

Çap olunan 5 cildə çox böyük vəsait xərclənib. Hətta birinci və ikinci cild Almaniyada çapdan çıxıb. Bu məsələni qaldırmaqda məqsədim odur ki, növbəti mərhələlərdə belə yanlışlıqların qarşısı alınsın.

Məsələn, Böyük Rusiya Ensiklopediyası 2005-2017-ci illər ərzində çap olunub. Rus alimləri 12 ilə 35 cildi ərsəyə gətiriblər. Azərbaycan Milli Ensiklopediya Mərkəzi isə 14 il ərzində cəmi 5 cild plagiat ensiklopediya hazırlayıb. Bu məsələnin maddi tərəfindən çox, mənəvi mənəvi tərəfi məni düşündürür. Bu qədər vaxta heç olmasa bir neçə elm sahəsi üzrə sahə ensiklopediyaları, lüğətlər hazırlamaq olardı. Mən ensiklopediyanın çapına sərf olunan vaxtı və pulu itirilmiş hesab edirəm.

- Ensiklopediyadakı qüsurlarla bağlı müraciət etdiyinizi, AMEA-nın ittihamları qəbul etmədiyini dediniz. Gələcəkdə qurumla aranızda yaranacaq problemlərdən narahat deyilsiniz?

- Qurumla yarana biləcək hər hansı problem məni maraqlandırmır. Bir alim kimi mənim orda çalışmaq iddiam da yoxdur. Sadəcə, uzun illər ensiklopediya ilə məşğul olan bir şəxs, alim kimi bu məsələni qaldırdım. İstənilən vaxt onlarla diskussiyaya girməyə, plagiatlığı sübut etməyə hazıram. Düşünürdüm ki, bu məsələ ilə bağlı ciddi ölçü götürüləcək. Əgər tədbir görülməsə, proses bu şəkildə davam edəcək.

Başqa bir məqam: məsələn, fizikadan, yaxud da kimyadan olan hansısa bir anlayış verilir, dərhal hiss olunur ki, bunu mütəxəssislər tərcümə etməyiblər. Formulalar çıxarılır, mətn hissəsi saxlanılır. Bu ensiklopediyadan təbiət və texniki elmlərin mütəxəssisləri heç nə götürə bilməzlər. Ümumiyyətlə, ensiklopediya hazırlananda bütün elm sahələrinin tanınmış mütəxəssisləri ilə məsləhətləşmək lazım idi.

Rusların hansısa yazıçıya münasibəti bizdən fərqli ola bilər. Məsələn, elə yazıçı var ki, həqiqətləri təhrif edir, yalanlar yazır. Həmin yazıçıya ensiklopediyada çox qısa yer ayırmaq olar. Bunu tamamilə ruslardan köçürmək doğru deyil. Rusların elə yazıçıları var ki, onların əsərlərində xalqımız, eləcə də Qarabağ münaqişəsi haqqında obyektiv fikirlər yoxdur. Bunlara da diqqət etmək lazımdır.

Hər dəfə ensiklopediya yenilənəndə bütün sahələrdə baş verən dəyişikliklər nəzərə alınmalıdır. Məsələn, fizika sahəsində ötən əsrin 60-70-ci illərində yazılmış məqalələri yeni nəşrlərə təkrarən salmaq doğru deyil.

- Dediyinizə görə, ensiklopediyalar başqasından köçürülə bilməz. Bəs ensiklopediyanın təməl mənbələri hansılardır?

- Müxtəlif ədəbiyyatlar, sahə ensiklopediyaları, məqalələr... Ən əsası isə məqalə müəlliflərinin elmi və dünyagörüşüdür. Rus yazıçısı Lev Tolstoy haqqında məqalə hazırlayan şəxs onun Məhəmməd peyğəmbər haqqında da yazdığından məlumatlı olmalı, “Anna Karenina”nı oxumalı, onun nə üçün Nobel mükafatından imtina etməsinin səbəblərini bilməlidir. Bir sözlə, oxucu Tolstoy haqqında normal bilgilər əldə etməlidir.

- Əslində, hər sahə üzrə məqalələrin hazırlanmasına mütəxəssislərin cəlb olunması ilə həm ortaya keyfiyyətli iş çıxar, həm də xeyli alim əlavə işlə təmin edilmiş olar.

- Elmdə alimlər arasında sədd çəkmək olmaz. “Bu mənim ətrafımdırsa, daha yaxşı bilir” - elmdə belə bir anlayış olmamalıdır. Fikrimcə, çoxları ensiklopediyanın məsuliyyətini dərk etməyib. Əhali arasında sorğu keçirsəniz görərsiniz ki, insanlar milli ensiklopediyanın hazırlanmasından xəbərsizdirlər. Xaricdə isə ensiklopediyalar çap olunanda böyük səs-səda yaradır, reklam edilir. Camaat növbəyə dayanır ki, evində ensiklopediya olsun.

Vaxtilə ensiklopediyalar əl işi hesabına çap olunurdu. Ancaq bu qədər texnologiyanın və elmi potensialın hesabına biz sanballı bir ensiklopediya ortaya qoya bilmədik. Bu insanlar Azərbaycan cəmiyyətinin ensiklopediya haqqındakı təsəvvürlərini alt-üst etdilər. Onlar ensiklopediyanın tanıdılmasında da yetərli işlər görə bilmədilər.

Belə başa düşürəm ki, bizimkilər bu gedişlə 20 ilə 20 cild ensiklopediya hazırlaya bilməyəcəklər. Köçürmələri də intensiv deyil. Milli Ensiklopediya Mərkəzi bu işin öhdəsindən gələ bilmədi.

- Milli ensiklopediyanın hazırlanmasına xaricdən mütəxəssislər cəlb oluna bilərmi?

- Əlbəttə! Britannika Ensiklopediyasının məsul şəxsləri dünyanın ən aparıcı alimləri ilə əməkdaşlıq ediblər. İndinin özündə kifayət qədər savadlı alimlərimiz var. Xaricdəki alimlərə də müraciət etmək olar. Fərz edək ki, bizim Kembricdə bir alimimiz var. O, kiminsə xoşuna gəlmirsə, onu ensiklopediyaya salmayacaqlar. Belə şeylər yolverilməzdir!

Böyük Sovet Ensiklopediyasının Baş redaktoru Proxorov yazırdı: “Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Suslov mənə dedi ki, ideologiyamıza qarşı olan şəxsləri ensiklopediyada verməyin. Mən dərhal istefa verəcəyimi bildirəndə Suslov geri çəkildi və dedi ki, nə edirsiniz edin, amma ortaya sanballı ensiklopediya qoyun”.

Düşünürəm ki, Azərbaycan Milli Ensiklopediyasının Redaksiya Heyətinin sədri nə vaxtsa bu məsələyə qayıdacaq.
Oxşar xəbərlər
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:51
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
04 May 2024 | 12:54
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
04 May 2024 | 12:58
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:07
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
04 May 2024 | 13:15
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
04 May 2024 | 13:03
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
04 May 2024 | 13:13
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:51
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
04 May 2024 | 12:54
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
04 May 2024 | 12:58
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:07
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
04 May 2024 | 13:15
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
04 May 2024 | 13:03
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
04 May 2024 | 13:13
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO