“Kəlbəcərin müdafiəsi üçün nə etdiniz?” - Suala 7 tanınmış şahid cavab verir...
Oxunub: 7884
02 Apr 2018 | 08:46
“Kəlbəcərin müdafiəsi üçün nə etdiniz?”  -  Suala 7 tanınmış şahid cavab verir...
Pənah Hüseyn, İsgəndər Həmidov, Əzizağa Qənizadə, İlham Həsənov, Gəray Əsədov, Balay Nəsibov, Allahverdi Dönməz...

İllər keçir... Torpaqlarımız işğal altında... Bizimsə gücümüz yalnız hansısa bölgənin gözəlliklərini tərifləməyə və onun işğalında öz aramızdan günahkarlar axtarmağa çatır. Nə etməli? Ən azı, o yerlərin bizim olduğunu bir daha xatırlatmaq, günahlarımızı, səhvlərimizi bir daha təftiş edərək qaranlıq məqamlara işıq salmaq və heç olmasa, o torpaqlar uğrunda şəhid olmuş, yaralanmış oğul-qızlarımızı yad edərək o yurdlara qayıtmaq əzmini yaşatmaq xatirinə yenə də yazmalıyıq...
Beləliklə, “7 oğul istərəm...” rubrikasında ikinci "səfərimiz" 1993-cü ilin bu günlərində işğal edilmiş Kəlbəcər dağlarınadır. Yoldaşımız olan "7 oğul"la bu sual ətrafında söhbət edəcəyik:"Kəlbəcərin işğalı ərəfəsində siz hansı hadisələrin şahidi oldunuz və bir siyasətçi, dövlət məmuru, yaxud hərbçi kimi işğalın qarşısının alınması üçün hansı konkret tədbirləri görə bildiniz?".
 
O günlərdə dövlət katibi olmuş sabiq baş nazir Pənah Hüseyn: ”Kəlbəcərin işğalında bizim hakimiyyətin məsuliyyətini heç bir halda kənara qoymuruq...”
 
- Kəlbəcərin işğalında bizim hakimiyyətin məsuliyyətini heç bir halda kənara qoymuruq. Çünki nə olursa-olsun, iqtidarda olan qüvvənin birinci dərəcəli vəzifəsi torpaqların müdafiəsini təşkil etməkdir. Və mənim daxil oduğum hakimiyyət komandasının bu istiqamətdə yetərincə işlər görə bilmədiyi də bir faktdır.
Kəlbəcərin işğalı çox ciddi bir məğlubiyyət və fəlakət idi. Ancaq buna rəğmən Azərbaycan hakimiyyəti və ordusu daha böyük faciələrin qarşısını almağa müvəffəq oldu. Çünki sonradan məlum oldu ki, artıq 1993-cü ilin martında çəkilişi barədə müqavilə imzalanmış Bakı-Ceyhan kəməri layihəsinin qarşısını almaq üçün Rusiyanın Gəncə də daxil olmaqla Kür çayına qədər ərazilərin işğalı planları mövcud imiş. İkincisi, işğaldan əvvəl Kəlbəcər-Murov yolunun çəkilişi əhalinin minimal itkilərlə mühasirədən çıxmasına şərait yaratdı. Burada həm hərbi nizami qüvvələrin, həm də xaricdə oxuyan tələbələr də daxil olmaqla könüllülərin təxminən bir həftə ərzində Murovun müəyyən yüksəkliklərinin müdafiəsi üçün göstərdiyi fədakarlığın da böyük əhəmiyyəti oldu. Və ordumuzun əks hücumu nəticəsində Gəncə üçün təhlükə törədən Ömər aşırımı və digər yüksəkliklər azad edildi. Eyni zamanda həmin dövrdə Füzuli istiqamətində də ermənilərin hücumunun qarşısı alınmışdı.

“Ordu və əhali arasında təxribatların qarşısını almaq üçün əlimdən gələni etdim...”

Mən Dövlət Müdafiə Komitəsinin nümayəndəsi kimi 1993-cü il martın 29-dan 3 gün Kəlbəcərdə oldum. Və orada mümkün müdafiə tədbirlərinin görülməsi, əhalinin itkisiz çıxarılması, ordu və əhali arasında təxribatların qarşısını almaq üçün əlimdən gələni etdim. Bundan başqa, vəziyyətdən çıxış üçün xarici beynəlxalq diplomatik tədbirlərə də əl atdıq. Prezidentin tapşırığına əsasən 1993-cü il aprelin 5-9-da mənim rəhbərliyimlə Rusiya, İran və Türkiyənin həm siyasi, həm də hərbi rəhbərliyi ilə danışıqlar aparıldı. Nəticədə erməni-rus hücumunun dayandırılması üçün xüsusilə, Türkiyənin həm diplomatik, həm də hərbi sahədə yardım göstərməsinə nail olundu. O vaxtkı prezident mərhum Turqut Ozal Orta Asiya səfəri zamanı torpaqlarımızın işğalı ilə bağlı çox ciddi bəyanat səsləndirdi və hətta türk qoşunlarının bu işə müdaxilə edəcəyi anonsunu da verdi. Naxçıvan sərhəddində Türkiyə qoşunlarının geniş təlimləri başlandı.

Bütün bu səylərimizin nəticəsi olaraq may ayında BMT-nin konkret Kəlbəcər və digər işğal edilmiş ərazilərimizdən erməni qoşunlarının çıxarılması barədə iki qətnaməsi qəbul olundu. 1993-cü il mayın 27-də isə erməni qoşunlarının bir həftə ərzində Kəlbəcərdən çıxarılması barədə mənim də imzamla müqavilə bağlandı.

Və iyunun 14-də artıq məlum iyun hadusələrinin başlanmasına baxmayaraq Ermənistan prezidenti L.Ter-Petrosyanın iştirakı ilə qondarma "DQR" parlamenti də Kəlbəcərin azad edilməsi haqqında müqaviləni təsdiqlədi. Və bir həftə ərzində Kəlbəcərin azad edilməsi, 40 gün ərzində isə bütün işğal edilmiş Azərbaycan ərazilərindən erməni qoşunlarının çıxarılması və sülh yaranması barədə tam razılıq əldə olundu. Təəssüf ki, həmin günlər ölkədəki siyasi böhran "Azərbaycanda bu müqavilənin təminatçısı olacaq dövlət yoxdur" bəhanəsi ilə Ermənistan və "DQR" tərəfindən pozuldu...
 
Sabiq daxili işlər naziri İsgəndər Həmidov: ”Sizin hakimiyyət də belə, müxalifət də belə... Kəlbəcər gedir...”
 
- Az-çox hərbdən xəbəri olan adam da bilirdi ki, düşmən Şuşa və Laçından sonra Kəlbəcəri də işğal etməyə çalışacaq. Təəssüf ki, biz hakimiyyətdə olan vaxt mənim təhkimliyim Tərtərə idi. Və bircə şeyə peşimanam ki, mən niyə sağ qalmışam... Kəlbəcərin müdafiəsi üçün əlimizdən gələni etdik. Görünür burda kimlərinsə səriştəsizliyi, qorxaqlığı və s. də öz rolunu oynadı.
Aprelin 1-də Kəlbəcərlə çətinliklə əlaqə saxladım. Məlum oldu ki, Qaraqaya, Güzgü, Narınclar və s. yüksəkliklər ermənilərdədi. Artıq aydın oldu ki, Kəlbəcər tam mühasirədədir. Bu vaxt da televizoru açdım ki, dövlət katibi Pənah Hüseynov, rəhmətlik Vaqif Kərimov və Mübariz Qurbanovun iştirakı ilə canlı debat gedir. Pənah bəyə sual verdilər ki, deyə bilərsinizmi, hazırda neçə kənd ermənilərin əlindədi, neçəsi sizin. "Bizim" demədi ha, "sizin" dedi. Getdim studiyaya və onlara dedim ki, oturub burda yastı-yastı danışırsız, Kəlbəcər isə artıq tam işğal ərəfəsindədir. Sizin hakimiyyət də belə, müxalifət də belə! Torpaq gedir, Kəlbəcər gedir!..
“Rusiya müdafiə naziri P.Qraçov deyirdi ki, İsgəndər istefa versin Kəlbəcəri qaytaraq...”
O zaman Kəlbəcərdə döyüşən alay komandiri Tahir Süleymanov sonradan mənə demişdi ki, əgər sizin televiziya ilə o çıxışınız olmasaydı, Kəlbəcərin taleyi Xocalıdan da pis olacaqdı. O günlər Rusiya mənim istefa verməyimi də hakimiyyətdən tələb etməyə başlamışdı. Rusiya müdafiə naziri P.Qraçov deyirdi ki, İsgəndər istefa versin Kəlbəcəri qaytaraq. Sizi inandırım ki, əgər desəydilər ki, nəinki Kəlbəcəri, iki kəndi, iki evi qaytarırıq, yenə mən istefa verərdim. Amma aprelin 16-da istefa verəndə də dedim ki, onlar Kəlbəcəri qaytaran deyil...
 
701 saylı I motoatıcı briqadanın (MAB) komandiri Əzizağa Qənizadə:”Müdafiə naziri briqadaya “Kəlbəcərin dairəvi müdafiəsi” əmrini verməli idi…”
 
- 6 noyabr 1992-ci il tarixdə Laçın rayonunun şimal-qərb hissəsini qoruyan I MAB-ın komandiri təyin olundum. I MAB 1992-ci ilin martına qədər 6 ay müddətində fasiləsiz olaraq döyüş əməliyyatları aparmış, əlverişli yüksəklikləri ələ keçirmiş, "Laçın dəhlizi"nin azad edilməsi üçün şərait yaratmışdı. Lakin düşmənin Ağdərəni tutması, briqadanın faktiki mühasirəyə düşməsi təhlükısi yaradır və artıq "Laçın dəhlizi" uğrunda döyüşləri mənasız edirdi.

Komandir kimi şahidi olduğum hadisələr və görə bildiyim tədbirlər saysız-hesabsızdır. Öz gündəliyimdə geniş təsvir etdiyim bəzi epizodları qısa şəkildə nəzərinizə çatdırıram. Biz hələ 1993-cü il fevralın ortalarından hiss edirdik ki, Ali Baş Komandan Əbülfəz Əliyev və müdafiə naziri Rəhim Qazıyev yaranmış vəziyyəti vaxtında və düzgün qiymətləndirərək reaksiya vermək gücündə deyillər. Fevralın 11-12-də Kəlbəcərin müdafiəsiz qalması ilə əlaqədar vəziyyəti və buna görə də I MAB-ın Laçından Kəlbəcərə göndərilməsi haqda təklifim barədə MN-ə dəfələrlə məruzə etsəm də, vaxtında zəruri tədbirlər görülmədi. Bu şəraitdə mən və digər zabitlər düşmənin Kəlbəcəri zəbt etmək və on minlərlə dinc sakini girov götürmək niyyətinin qarşısını almağı özümüzə borc bilirdik. Odur ki, Kəlbəcərli təcrübəli zabitləri həmin bölgəyə göndərir və müdafiəni təşkil etmək üçün onlara tapşırıqlar verirdim. Özüm isə növbə ilə iki gün Laçın, iki gün Kəlbəcər ərazisində işləyir və vaxta qənaət etmək üçün yol gedə-gedə "UAZ"ın arxasında mürgüləyirdim. Martın 5-dən MN BQ-nin 5 saylı direktivinə əsasən I MAB-ın Laçının şimal-qərb hissəsindən ibarət müdafiə zolağı 3 dəfə artırılaraq Kəlbəcərin dörddə bir hissəsini əhatə etməli idi. Ermənistanla sərhəddin Kəlbəcərdəki hissəsi buraya daxil edilməmişdi. Belə müdafiə zolağı heç bir dünya ordusunun döyüş nizamnaməsində olmayıb. MN briqadaya Laçının şimal-qərb hissəsini tərk edərək "Kəlbəcər rayonunun dairəvi müdafiəsi" əmrinu verməli idi. Ancaq belə bir əmr yox idi. Niyə? Sonra mən müdafiə nazirinə məruzə etdim ki, düşmən cəmi bir taborun olduğu 120 km-lik dövlət sərhəddini pozaraq Kəlbəcərə soxula bilər. Bu bölgəni müdafiə etmək üçün azı bir gücləndirilmiş motoatıcı alay lazımdır. Müdafiə naziri Dadaş Rzayevin 26.02.1993 tarixli cavabında deyilirdi:"Ermənilər Kəlbəcər rayonuna, xüsusilə, sərhəd tərəfdən heç vaxt gəlməzlər, bu, beynəlxalq qalmaqala səbəb olar." 1993-cü il martın 29-dan 30-a keçən gecə artıq Kəlbəcər üçün böhranlı vəziyyətin son həddində I MAB Laçından çıxıb Kəlbəcərə gəlmək barədə müdafiə naziri D.Rzayevin şifahi əmrini aldı. Lakin çox gec idi. Bu əmri düşmən hücuma başlamamışdan əvvəl vermək lazım idi. Artıq düşmən hakim yüksəklikləri, Murov aşırımına gedən yolu, tuneli tutmuşdu. Eyni zamanda Ermənistan ərazisindən hücuma keçməklə 2-ci cəbhə açmışdı. Mühasirədə qalan briqada və könüllülər heç bir ciddi tədbir görmək iqtidarında deyildi. Əhali təxliyə edilirdi. Könüllülərdən ibarət Kəlbəcər taboru isə darmadağın edilmişdi. 1 tank, 2 PDM və 15 əsgərdən ibarət bircə zirehli dəstə qalmışdı. Nəyin bahasına olursa-olsun, Qamışlı körpüsünü saxlamaq lazım idi. Həmin körpüdən əhali və Laçından gələn briqada da keçməli idi. "Çiçəkli" yüksəkliyini tutmaq barədə baş leytenant M.Quliyevə əmr verdim. Özüm isə leytenantlar Z.Yaqnəliyev və A.Həsənovla, 1 tank, 2 PDM və 30 əsgərlə düşmənin qarşısını alaraq körpünün müdafiəsini təşkil etdim. 

“Zabit və əsgərləri son gülləyədək döyüşməyə çağırdım…”

Aprelin 1-də saat 2-də düşmən üstün qüvvələrlə "Çiçəkli" yüksəkliyini tutsa da, biz əks-hücumla onu geri oturtduq. Həmin gün saat 17.00-da general Zaur Rzayev "Niva"da mənim yanıma gəldi, vəziyyəti soruşdu, müəyyən məsləhətlər verdi. Dövlət katibi Pənah Hüseynov da onun yanında əyləşmişdi. Aprelin 2-də saat 10.30-da düşmən səsucaldan və radiodalğa vasitəsilə bizə təslim olmaq üçün saat 14-dək vaxt verməkləri barədə ultimatum çatdırdı. Mən zabit və əsgərləri son gülləyədək döyüşməyə çağırdım. Həmin gün 14.30-da düşmən "Çiçəkli" yüksəkliyini almağa nail oldu. Nəticədə bizim aşağıda yolda yerləşən qüvvələr mühasirədə qaldı. Yanımda cəmi 10 əsgərlə leytenant Z.Yaqnəliyev və gizir Q.Rəhimov qalmışdı. Leytenant A.Həsənov bir tank, 1 PDM və 10 əsgərlə körpünün o biri tərəfində idi. Biz artıq ya öldürülmək, ya da əsir düşmək təhlükəsində idik . Həmin mühasirədən sonda yalnız bir tapançanın ümidinə qalmaqla çıxmağım, yolda 8 erməni kəşfiyyatçısından necə qurtulmağım əsl bir döyüş hekayəsidir ki, bunu gündəlikdən oxuya bilərsiz. Aprelin 3-ü axşam böyük çətinliklə özümü Toğanaya çatdıraraq orada komanda məntəqəsi təşkil etdim. .
..Aprelin 4-ü saat 11-də müdafiə naziri D.Rzayev mənə Laçından salamat çıxmış briqada döyüşçülərindən könüllüləri götürüb düşmən hələ Gəncəni "qrad"dan atəşə tutmamış, şəhərdə və ətraf qəsəbələrdə panika başlanmamış Murov aşırımını ələ keçirmək əmri verdi. Beləliklə, 100 nəfər zabit-əsgər heyəti ilə aprelin 5-də gecə saat 3-də Murov aşırımını düşməndən azad edə bildik. 26 nəfər şəhid oldu, 20 nəfər yaralandı və Gəncə şəhəri erməni təhlükəsindən xilas edildi…
 
İşğal günləri Kəlbəcər İH başçısı və könüllülərdən ibarət alayın komandiri olmuş İlham Həsənov: ”Bu gün də vəzifədə oturan bəzi  “generallar”ımızın məni döyüş bölgəsində qoyub qaçmasını heç unutmadım…”
 
- Şahidi olduğum hadisələr çox olduğundan hamısını söyləmək mümkün deyil. Gördüyüm işlərə gəldikdə, əgər Kəlbəcərin xilası üçün bir nəticə verməyibsə, onlardan danışmağa dəyərmi? Ancaq bu gün də vəzifədə oturan bəzi "generalları"mızın məni döyüş bölgəsində qoyub qaçmalarını və əsgərlərinə mövqelərini tərk etmək barədə əmr verən komandirlərin xəyanətini heç unutmadım... Görə biləcəyim tədbir könüllülərdən ibarət keçmiş alayımın bir qrup döyüşçüsü ilə ermənilərə sona qədər müqavimət göstərərək mülki əhalinin mümkün qədər az itki verməsinə çalışmağım olmuşdu.

“Briqada komandiri Əzizağa Qənizadə hərbi birləşməni başsız qoyaraq aradan çıxmışdı…”

Ağdərəni qorumağa məsul olan hazırkı MN baş qərargah rəisi general Nəcməddin Sadıqovun başçılıq etdiyi Tərtər briqadası heç bir müqavimət göstərmədən Ağdərəni erməni-rus birləşmələrinə təhvil verməklə Kəlbəcəri yenidən mühasirəyə saldı. Xankəndini və Şuşanı azad etmək üçün ağır itkilərlə ələ keçirdiyimiz yüksəklikləri isə Surət Hüseynovun komandanı olduğu Gəncə korpusunun tabeliyindəki Laçın briqadası cəmi bir-iki gecədə düşmənə təslim etdi. Mövqeləri qoyub qaçmaqla kifayətlənməyən həmin briqada Kəlbəcər ərazisindən Gəncəyə doğru çəkilərkən boş-boşuna atəş açaraq əhali arasında panika yaradırdı. Ancaq onu da deyim ki, bu, Laçın kəndlərini azad etmiş briqada deyildi. O briqadanı dislokasiya adı ilə döyüş bölgəsindən uzaqlaşdırıb yerinə Gəncədən başqa briqada göndərmişdilər. Briqada komandiri Ə.Qənizadə isə hərbi birləşməni başsız qoyaraq aradan çıxmışdı. Köməkçisi isə ona geri çəkilmək əmri verildiyini deyirdi. Mən öz döyüşçülərimlə Qənizadənin briqadasının qarşısını kəsib qaçmamalarını, bizə yardım etməyə borclu olduqlarını tələb etsəm də, onlar dedilər ki, biz öz komandirimizin əmrinə tabeyik.
Bərdə batalyonunun komandiri rəhmətlik Tahir Cəfərov briqadadan ayrılaraq Kəlbəcərin müdafiəsində bizə kömək etmək qərarına gəldi və bizimlə bərabər döyüşə girdi. Nə yazıqlar ki, bu qəhrəman vətən övladı bir neçə əsgəri ilə birlikdə həmin döyüşdə şəhid oldu.
Yadda qalan bir hadisə də o ağır günlərdə baş nazir Pənah Hüseynin(əslində o vaxt P.Hüseyn hələ Dövlət katibi idi-S.L.) bir neçə nazirlə birgə vertolyotla Kəlbəcərə gəlməsi idi…

701 saylı I MAB tərkibində tabor komandiri olmuş Gəray Əsədov: ”Korpus komandiri heç bir kömək vermədən Ə.Qənizadəni qovmuşdu…”
 
- Kəlbəcərin işğalı birbaşa hakimiyyətin günahı idi. Çünki bu bölgəni müdafiə etmək üçün ən azı iki motoatıcı briqada lazım idi. 701 saylı briqada Laçının şimalında müdafiə mövqeyində dayanırdı. Və artıq Kəlbəcər işğal olunan günlərdə həmin briqadanı Kəlbəcərə dislokasiya etmək ağılsızlıq idi. Birincisi, yollar bərbad vəziyyətdə idi. İkincisi, bütün şəxsi heyət və texnikanı buraya gətirmək uzun vaxt tələb edirdi...
Yadımdadır ki, təxminən 1993-cü ilin fevralında 701 saylı briqadanın komandiri Ə.Qənizadə Tərtərdə yerləşən korpus qərargahına gəldi və korpus komandiri general Nəcməddin Sadıqovdan kömək istədi. General N.Sadıqov üç gün briqada komandirini qəbul etmədi. Nəhayət, üçüncü gün qəbul etdi. Amma polkovnik Ə.Qənizadə qərargahdan çox pərişan çıxdı və dedi ki, o, çox təkəbbürlüdür, onunla danışmaq mümkün deyil. Beləcə korpus komandiri N.Sadıqov Kəlbəcərin müdafiəsi üçün heç bir kömək vermədən briqada komandirini qovmuşdu... Laçın və Kəlbəcərin birlikdə müdafiə xətti 252 km idi.Belə böyük ərazini bir briqada müdafiə edə bilməzdi. Lakin bütün çətinliklərə baxmayaraq briqadamız mümkün qədər az itki ilə Kəlbəcər əhalisinin təxliyəsini təşkil edə bildi...
 
Kəlbəcər taborunun qərargah rəisi olmuş Balay Nəsibov: ”29 şəhid verməklə Kəlbəcərin Xocalının gününə düşməsinin qarşısını aldıq…”
 
- Taborumuz cəmi 470 nəfərlə Ermənistanla sərhəddin Kəlbəcərdəki 120 km-lik hissəsini qorumalı idi. 1993-cü il martın 26-dan ermənilərin aramsız hücumlarına məruz qalırdıq. 25-30 nəfərlik bir zastavamıza düşmənin bütöv bir taboru soxulmuşdu. Say və texnika cəhətdən güclü düşmən qarşısında itki verərək geri çəkilməyə məcbur olduq. Buna rəğmən əhalinin az itki ilə çıxmasına mümkün qədər şərait yaratmağa çalışdıq. 2 zastavamız isə mühasirədə qalaraq yalnız aprelin 7-də böyük çətinliklə düşmən mühasirəsindən çıxa bilmişdi. Beləliklə, 701 saylı briqada təxminən 450, Kəlbəcər taboru isə təxm.29 şəhid verməklə Kəlbəcər əhalisinin mühasirədə qalaraq Xocalının gününə düşməməsinə nail ola bildik. Akif Kamalın "Əfsanəvi alay və Kəlbəcər batlayonu" kitabında bütün bunlar barədə ətraflı məlumat verilib.

Kəlbəcər döyüşlərndə kəşfiyyat tağımının komandiri olmuş Allahverdi Dönməz (Zamanlı): 

”Hakimiyyətə can atan qüvvələrin "baş qəhrəmanı" Surət Hüseynovun da fəaliyyəti Kəlbəcərin işğalını tezləşdirdi…”

- Kəlbəcərin işğalına 2-3 ay qalmış Kəlbəcərdə yerləşən 701 saylı briqadadakı, eyni zamanda həmin briqadanın tərkibindəki 712 saylı batalyondakı təcrübəli döyüşçüləri o vaxtkı Ali Baş Komandan Elçibəydən xəbərsiz, müdafiə naziri Rəhim Qazıyevin əmri ilə ordudan uzaqlaşdırdılar. Həmin vaxt qorxmaz general Zaur Rzayev də komandirlikdən kənarlaşdırıldı. Halbuki Z.Rzayevin əmri ilə biz Xankəndinədək gedib çıxmışdıq...
Kəlbəcərin işğalı günlərində könüllü kimi rəsmi olaraq ordudan uzaqlaşdırılmağıma baxmayaraq bir qrup silahdaşımla birgə əhalinin təxliyə olunduğu Qamışlı körpüsünün qorunması üçün əlimizdən gələni etdik...
Şahidi olduğum bir proses Kəlbəcərin və digər bölgələrimizin işğalına şərait yaradan əsas amillərdən biri oldu. Cəbhə boyu rus təhsilli və rus qafalı zabitlərlə digər könüllülər arasında münasibət sanki qəsdən qızışdırılırdı. Onlara təlqin edilirdi ki, könüllülər sizə mane olur, nizam-intizamı pozur və buna görə də uzaqlaşdırılmalıdırlar. Ordu artıq düşmənin döyüş planlarının qarşısını almaq barədə düşünə bilmir, bu təxribatın içində çabalayırdı. Bu minvalla Kəlbəcərin özünümüdafiə taboru da tam tərksilah edilmişdi. Laçının kəndlərinin yenidən işğal edilməsi və Ağdərədəki təxribatlar Kəlbəcəri tam arxasız qoymuşdu. Sərhəddə isə rus-erməni birləşmələri əmr gözləyirdilər. Kəlbəcər üç tərəfdən mühasirədə idi. Hakimiyyətə can atan qüvvələrin "baş qəhrəmanı" Surət Hüseynovun da fəaliyyəti Kəlbəcərin işğalını tezləşdirdi.

Sultan Laçın
Həftə içi, 2014-cü il
Oxşar xəbərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı