“Ərə getdim ki, deyəsiz, ay arsız, qoy bir 40-ı çıxsın?!” - Damla atasından sonra ilk dəfə danışdı
Oxunub: 4669
29 Mar 2018 | 12:45
“Ərə getdim ki, deyəsiz, ay arsız, qoy bir 40-ı çıxsın?!”  - Damla atasından sonra ilk dəfə danışdı
Moderator.az müğənni Məsumə Məmmədovanın (Damla) “Qafqazinfo”ya müsahibəsini təqdim edir:

- Bir neçə gün bundan əvvəl konsert verdiz və o gecədən çəkilən maraqlı görüntülər sosial şəbəkələrdə paylaşıldı, müzakirə olundu. Bu qədər pərəstişkarınız var. Belə diqqət, nəvaziş sizdə bir növ arxayınlıq yaratmır?

- Mən hələ ki, “ulduz” anlayışını dərk etmirəm. Əminəm ki, ömrümün sonuna kimi bu anlayışı dərk etməyəcəm. “Ulduzluq” nə deməkdir? Bəlkə də içdən bunları Allahdan istəyirəm. Deyirəm ki, mənə bu zirvəni yaşat. O zirvədə ətrafımdakı dostlarımı itirəcəyəmsə bu, mənə lazım deyil. Xəyallarımı uşaq vaxtlarımdan qurmuşam. Öndə olmağı, seçilməyi hamı istəyir. Ancaq öndə olub sənə dəyər verəni tapdalamaq, sənə sarılmaq istəyənə üzr çevirmək olsa, qısa zamanda o ulduz yavaş-yavaş sönəcək. Sənə qucaq açacaqlarsa, qaça-qaça yanlarına gedib sən də qucaq açacaqsan. Sənin əlini tutacaq əldən möhkəm yapışmalısan. Üzünü çevirsən o ulduzun işıltısı əbədi sönəcək. Sonradan dəyişmək istəsən də, tamaşaçının beynində həkk etdiyin obraz dəyişməyəcək. Bu qorxu, narahatlıq məndə olduğu müddətdə “ulduzluq” anlayışını dərk etməyəcəm. Mən anamın qızı, oğlumun anasıyam. Fanatlarımın ən yaxını, doğmasıyam. Mənim onlarla şəxsi tanışlığım yoxdur, amma bu, o demək deyil ki, biz bir-birimizi tanımırıq. Musiqi dili ilə dərdləşirik. Mən istəmirəm ki, qartal kimi zirvələrdə uçum. Qartal da uçur, yenə ovunu götürmək üçün aşağı enir. Qartal belə yerə enirsə, mütləq ki, səni sevənlərə qarşı əyilməlisən. Bu, belə olmalıdır. 

- Ən çox pərəstişkarlarınızın maraqlı görüntüləri paylaşılır, sizə toxunmaq üçün dəridən-qabıqdan çıxdıqları məsxərəyə qoyulur. Elə bil ki, təəccüblə yanaşırlar. Bizdə fanatlıq anlayışı yoxa çıxdığı üçün belə sərt reaksiya verirlər?

- Bu gün Azərbaycanda fanat anlayışı var. Sevdiyin sənətçinin konsertinə bilet alırsansa, toyunda onu görmək istəyirsənsə, demək ki, ölkədə bu anlayış var. Var ki, aşırı fanatlıq... Onlar sevgilərini çoşğuyla göstərmək istəyir. Buna dırnaqarası yanaşan insanlara belə cavab vermək istəyirəm. Zamanında Əmrah gələndə bizim xanımlarımız ağlayanda, qışqıranda buna qeyri-adi, anormallıq kimi baxmadılar. Əmrah bizim torpağımıza gələndə nə qədər nişan üzüyü qayıtdı, neçə qız özünü öldürdü. Səhnəyə bir növ basqın oldu. Özgəyə olar, bizə yox? Niyə bizə belə diqqət göstərəndə dırnaqarası münasibət göstərirsiz? Xaricdən gələn müğənnilərə axırıncı düyməsinə kimi açıb göstərən insanlara normal baxırıq. Niyə öz sənətçimizə dəyər vermirik? Dəyər verənləri də ələ salırıq. Problem kimdədir? Sənətçidə deyil, insanların beynindədir. Analizi düzgün etmək lazımdır. 

- Şou-biznes üzvləri, həmkarlarınız müzakirə zamanı adınızı hallandırır, “müvəqqəti müğənnidir” deyirlər. Sizin barədə niyə belə fikir formalaşıb?

- Mən də eşidirəm (gülür). Zamanı, tarixi yazan Allahdır. Allah nə vaxta kimi yazıbsa, o vaxta kimi də səhnədə olacam. Bunu heç kim bilmir. Artıq 6 ildir ki, peşəkar səhnədəyəm. Hələ də bu söhbətləri eşidirəm. Hər şeyi zaman göstərər. 

- Son konsertinizə biletlərin satılmadığı barədə məlumatlar yayıldı. Siz isə həmin gecədən video paylaşaraq elə bil ki, bu məlumatları görüntülü olaraq təkzib etdiz.  Bilet satılmamağı barədə bir qorxunuz varmı?

- Nə yalan deyim, 6-7 faiz belə təhlükə hiss edirəm. Amma sonra yadımdan çıxır. Bilmirəm, bəlkə də instaqrama yazılan şərhlər, “Youtube”də olan baxış sayı məni belə arxayınlaşdırır. Əksinə, səsimin tutulmağından, ayağımın səhnədə burxulmağından, tamaşaçıma diqqət göstərməməkdən qorxuram. Bilmirəm, bəlkə də illər sonra belə qorxu yarana bilər. Hər şeyi zaman göstərər.  

- Konsertdən deyəsən çox danışdıq. Sizə başqa mövzuda bir sual verəcəm. Söhbət Sevil və Sevinc Səfərovalardan gedir. Sizin münasibətləriniz yaxşı idi, hətta bir filmdə də rol almısız. Onlar proqramların birində sizi qısqanc adlandırdı. Məncə, onlara cavabınız olar...

- Buradan açıq deyirəm, mən heç kəslə küsməmişəm, problem yaşamamışam. Bu məsələnin kökü haradan qaynaqlanır, bilmirəm. Qızların xətrini çox istəyirəm. İnanın səmimiyyətimə, onların haqqında müəyyən yerlərdə söhbət açılanda müdafiələrinə qalxmışam. Verdikləri açıqlama münasibətimizə zərrə qədər də olsa, təsir etməyəcək. Onlardan inciməyəcəm, küsməyəcəm, mənfi şeylər deməyəcəm. Şıltaq qızlardır. Məni paxıl kimi görürlərsə, nə deyim?!

- Əkizlər sizin xeyir və şər məclislərinə getmədiyinizi bildiriblər. Doğrudan da, belə edirsiz? 

- Bəli, onların bu sözünü təsdiq edirəm. Allah şahiddir, kiminsə xeyir və şər məclisi olursa, ya Bakıdan kənar, ya da xaricdə oluram. Yanımda komandam da olur. Elə biri yoxdur ki, adımdan həmin məclisə göndərim ki, pul yazdırsınlar. Onlar haqlıdırlar, işlərim yoxdur, bu səbəbdən belə hadisələrlə rastlaşıram. 

- Atanız dünyasını dəyişəndən sonra siz toylara getdiz, konsertlərinizi təxirə salmadız. Əslində siz işinizlə məşğul olduz. Amma bu addımınız insanları qıcıqlandırdı, tənqidlərə məruz qaldız. Hətta son konsertinizdə qırmızı geyinməyiniz etirazla qarşılandı.

- Sosial şəbəkələrdəki səhifələr mən yasda ikən daha əvvəl çəkilən videolarımı paylaşdılar. Hansı ki, həmin görüntülərdə əylənmişəm, oynamışam, gülmüşəm. Bir növ insanların beynində müxtəlif fikirlər formalaşdı. Dedilər ki, bunun dünya-aləm vecinə deyil. Videoya “Atası vəfat edən Damlanın çıxışı...” başlığını yazdılar. Axı bu video aylar əvvəl çəkilib, niyə paylaşırsız? 

Bundan başqa, aylar əvvəl məndən alınan müsahibələr atamın ölümündən sonra işıqlandırıldı, fikirlərim təhrif olundu.

Mən sənətçiyəm. Bu itki mənim itkimdir. O tamaşaçının mənim qədər canı yanır? Və yaxud atamı tanıyıb, bəlkə mən yox, onlar atamın qızı olub? Niyə narahatsız? Konsertə sarı, göy, qırmızı geyindim, nə fərqi var?! Atamın yasına qırmızı geyinib getməmişəm ki,.. Rəng nəyi dəyişir? 

Təsəvvür edin ki, bütün günü qara geyinirəm, konsertlərimi təxirə salıram, efirdən kənarlaşıram... Mənim yıxılmağımı istəyən görün, nə qədər insan var. Damlanın diziüstə çökməyimin xəyalını quranlar olur. Mənim onsuz da elə bilirəm ki, sol yanımı, ciyərimi çıxarıb atıblar. Valideyn itkisi yaşayanlar məni gözəl anlayar. Son konsertimə atamı da gətirəcəkdim. 

Dünyaca tanınmış müğənni Alla Puqaçova səhnəyə çıxanda atasının ölüm xəbərini eşidib, deyib ki, tamaşaçılarımın heç bir günahı yoxdur. Eyni zamanda Ronaldinyo... O da çox vacib bir oyuna çıxmaq məcburiyyətində qalıb. Təsəvvür edin ki, günlərlə depressiyadayam, otağımdan günlərlə bayıra çıxmıram. Kiminsə məclisinə gedib belə kədərli otursam, mənə deməzlərmi ki, oğlumun toyuna gəlmisən, mısmırığını niyə sallamısan? Sizcə, ev sahibinə yaşadığım acı maraqlıdır? Nəyinə lazımdır. Allaha and olsun, o insanlar deyir ki, bunun da atası ölməyə vaxt tapdı. Mənfi rəy yazanların inanın ki, çoxunun valideynləri qocalar evindədir, əri-arvadı ilə yola getmir, günlərlə evə gəlməyən narkotik istifadəçiləri olan insanlardır. Dünyagörüşü, məntiqi olan insanlar belə yazmaz. Mən toya şənlənməyə getmirəm. Necə siz ofisə işə gedirsizsə, maaş alırsızsa, məndə də vəziyyət belədir. Səhnə mənim işimdir. Elə düşünürlər ki, Damlanın atası dünyadan köçübsə, evə bağlanmalıyam. Məni klublarda görüntülədiz, sərxoş halda yaxaladız, bəlkə ərə getdim, nişanlandım? Onda deyərdiz ki, ay arsız, qoy bir 40-ı çıxsın da. Mən ailə məclislərində çıxış etmişəm. Burada nə var ki? Siz məni əxlaqsızlıq yuvasında əlimdə içki tutmamısız ki? Bir açılışa qatılmışdım, şərh yazmışdılar ki, utanmır, dodağına qırmızı boya çəkir. Dodaq boyasını atamın ölümü ilə əlaqələndirənin beyni necə normal işləyə bilər? Sən qohumun, nəslinin toyuna getməyə bilərsən. Kimisə yerinə göndərə də bilərsən. Bunu heç kəs qınamaz, deyər ki, itkisi var. 

Bir dəfə beh məsələsində Manaf Ağayevlə anlaşılmazlıq oldu, gedib toya çıxa bilmədim. Məni bütün Azərbaycanda rəzil etdiz. Toyları, konsertləri təxirə salsaydım, məni xalq düşməni elan edərdiz, vallah. Damla qocalar, uşaqlar evinə gedəndə, cəzaçəkmə müəssisələrinə baş çəkəndə harada idiz?! Niyə danışmırdız? Danışanda deyirsiz ki, özünü reklam edirsən. Danışmayanda da deyirsiz ki, heç kəsə kömək etmirsən. Sizinlə hansı şəkildə danışım? Onsuz da danışanı heç vaxt susdurmaq olmur. İnanıram ki, bu mövzu ilə bağlı sonuncu açıqlamam olacaq. Bundan sonra nə danışırlarsa, danışsınlar. İtkimi ələ salanlar, atamın məzarını söyən insanlar var. Heç nə demirəm, Allah başınıza gətirsin. 

- Bir çox məşhur sima həmkarlarından yaxınlarının yas mərasimində iştirak etmədiyi üçün inciyirlər. Sizdə belə bir şey baş verdi? 

- Həyatımda övladımdan dəyərli heç bir şeyim yoxdur. Tək onun canı üçün zərrə qədər incidiyim şəxs olmadı. Buna görə kimdənsə küsmərəm, incimərəm. Onları qınamaram. Ailəm, doğmalarım, qohumlarım, qonşularım iştirak etdilər. Mənimlə eyni səhnəni bölüşən sənət dostlarım belə gəlmədi, incimədim. Dedim insandır, işi var. 

- Kimlər gəlməmişdi?

- Kim gəlmişdi ki?! Çoxu iştirak etməmişdi. 

- Atanızı yeni itirən ərəfədə prodüseriniz Şamil sizin ağlayan görüntülərinizi paylaşırdı. Həmin videolardan xəbəriniz var idi? Çünki insanlar bu paylaşımları da qınayırdı. 

- Adətən deyirlər ki, çox and içən insan yalançı olur. Amma biz belə millətik, and içəndə inanırıq. Mənim heç bir videodan xəbərim yox idi. İnanın, heç instaqramlıq halım yox idi. Yəni, hardasa video paylaşılandan 19 saat sonra xəbər tutmuşam, Şamili danladım. O da dedi tamaşaçı buna görə səni çox istəyir. O insan məni həmişə çəkib paylaşır, 24 saat məni çəkir. Bəzi məqamlarda xəbərim olmur. 

- Atanız sizin oxuduğunuz hansı mahnını dinləyəndə kövrəlirdi?

- Atam Nilufərin “Caddelerde rüzgar” mahnısını mənim ifamda çox sevirdi. Sağ olsunlar, düşmənlər “Youtube”uma əl atmışdı, videolarımı silmişdilər. Həmin oxuduğum mahnı da silinmişdi. Atam deyirdi ki, ay qızım, “Youtube”da tapa bilmirəm. Bundan sonra son mahnılarımdan “Fırtına”nı və “Bu yaxınlarda”nı bəyənirdi. Həmişə deyirdi ki, niyə mahnıların sözlərini belə seçirsən?..
Oxşar xəbərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı