"11 il 3 aylıq “oboxeyis” idarəetməsi bu məktəbi darmadağın etdi" - TƏBRİK...
Oxunub: 6430
28 Mar 2018 | 00:21
Bu gün Dövlət Təhlükəsizlik orqanları peşə bayramlarınmı qeyd edir. 

Bu münasibətlə Moderator.az-ın əməkdaşı təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıın fikirlərini öyrənib:

- 99 il əvvəl Azərbaycanın xüsusi xidmət orqanları yaranıb və 28 mart təhlükəsizlik orqanlarının peşə bayramıdır. Bu həm də Sizin gününüz, peşə bayramınızdır, deyilmi?
  
- Sualınızda bir qədər şübhə çaları hiss etdim. Sanki, mənim bu günü qəbul etməyə də bilərəm. Əlbəttə, mənim də peşə bayramımdır. Müstəqil dövlətimizin xüsusi xidmət orqanının yaranma günü bizim günümüz, bizim peşə bayramımızdır. 
                 
- SSRİ zamanında KQB - də xidmət edənlərin bəzən 20 dekabrı - “çekist gününü” qeyd etdiklərini eşitmişəm, ona görə sualım belə səsləndi.
 
- Burda da bir qəbahət yoxdur, hətta xidmət illərinin hamısı SSRİ zamanına təsadüf edən keçmiş əməkdaşların 20 dekabrı  yad etməsi, o demək deyil ki, vətəninə, müstəqilliyə sadiq deyil. Bu, ideoloji və ya sovet nostalgiyası yox, keçmiş əməkdaşların peşəsinə, keçdiyi yola sadiqliyi, öz şəxsi bioqrafiyasına normal münasibətidir. Keçmiş iş yoldaşlarımdan, çox nadir hallarda olsa da, 20 dekabrda da təbrik zəngləri gəlib, amma 28 mart bizim əsl peşə bayramımızdır, mənim üçün daha əlamətdardır. 

- Təhlükəsizlik orqanlarının tarixindən soruşmayacam. Bunu internetdən də öyrənmək olar. 20 dekabrın verdikləri ilə 28 martın bəxş etdiklərini heç müqayisə etmisinizmi? Siz hansında özünüzü rahat hiss etmisiniz - 20 dekabrda, yoxsa 28 martda?

- Əvvələn deyim ki, bunlar heç müqayisəyə gəlməz. 28 mart Vətənimin müstəqilliyi, bir dövlət olaraq yaranması, imperiyadan qurtulmasının nəticəsidir. Müstəqil dövlətin yaranmasını, millətin azadlığını heç nə ilə müqayisə etmək olmaz, hətta fərdi qaydada məhrumiyyətlər yaşansa da. O ki, qaldı özünü rahat hiss etməyə, buna daha çox maddi və mənəvi prizmadan yanaşmaq olar. 14 ilə yaxın xidmətimin cəmi 4 ili müstəqillik illərinə düşür. 10 ilə yaxın Sizin dediyiniz kimi 20 dekabra-SSRİ zamanına aiddir. Müstəqilliyin ilk illərində və ondan əvvəlki dörd ildə-yəni 1988-ci ildən başlayaraq ölkədə faktiki olaraq müharibə gedirdi və xidmət illərimin yarısı gərgin siyasi, hərbi proseslərin, hadisələrin içində keçib. 
İmtiyazlara qalsa, əlbəttə 20 dekabrın üstünlükləri çox idi. Mən birillik Minsk Ali Kursunu bitirib Gəncəyə gələndə şəhərin mərkəzində bir otaqlı mənzillə təmin olundum. Evlənən kimi, yenə şəhərin mərkəzində iki otaqlı mənzil verdilər. Şəhər kənarında kiçik də olsa torpaq sahəsi də verildi. Maaşımız da o dövr üçün çox normal idi. Başqa imtiyazlar da vardı. İstirahət evlərində məzuniyyət zamanı pulsuz dincəlmək, yol pulunun dövlət tərəfindən verilməsi, müalicə və sairə. 

- Bəs, müstəqillik illərində - 28 martda nə əldə etdiniz?

- Azərbaycan Respublikasının vətəndaşı oldum. Bilirsiniz bizim üçün, yəni 180 il Rusiya imperiyasının müstəmləkəsi olan Azərbaycan üçün müstəqilliyin qazanılması, dövlət olmamız heç bir maddiyatla ölçülə bilməz. Bundan ötrü can qurban vermək lazımdır. 

- Anlayıram, bu mənim üçün də aydındır. Amma, yenə də...

- Onda belə deyək: 20 dekabrda əldə etdiyim bütün maddiyyatı müstəqillik dövründə satıb yaşamaqla məşğul olmuşam. 20 dekabrın verdiyi evləri satıb, kirayədə qalırıq.

- Yəni müstəqil dövlət - 28 mart Sizə  heç nə vermədi.., maddi cəhətdən..

- Yox. 1994-cü ildə Bakıya xidmətə dəvət edən o vaxtkı nazir Namiq Abbasov paytaxtda evimin olmadığını bilirdi. Söz verdi ki, tezliklə ev verəcək, növbəyə götürdülər, amma bir ildən sonra mən istefa verdim. Vəssalam. 

- Peşmansınız?

- Nəyə? İstefa verib ev ala bilmədiyimə? Siz nə danışırsınız? İmtina etməyi bacarmaq mənəviyyat məsələsidir, maddiyat yox. 

- Amma, “ehtiyac qul edir qəhrəmanı da”, onsuz da olmur axı?

- Əlbəttə, olmur. Amma, minimumla da xoşbəxt olmaq mümkündür. O sözləri Səməd Vurğun bəlkə də özü üçün demişdi. O dövrün siyasi ab –havası o qədər sərt idi ki, böyük mənəviyyat və istedad sahibləri zülmün qarşısında geri çəkilməyə məcbur olublar. Görünür şair də dözə bilməyib, nəyəsə razılıq verəndə ürəyindən bu sətirlər keçib. Əslində qul oldunsa qəhrəman olmursan.

- Yaxşı, başqa müqayisə aparaq: 20 dekabrla müqayisədə bizim xüsusi xidmət orqanının peşəkarlığı, ümumi səviyyəsi necədir?

- Burda birmənalı cavab vermək çətindir. Nəzərə alın ki, Azərbaycan SSR DTK-sı SSRİ DTK-nın strukturu idi. Sovet  DTK-nın adı dünya çapında olan bir təşkilat olub, bu gün də onun varisi FTX və XKX  dünya səviyyəsində bir xüsusi xidmət orqanıdır. 70 il biz də o məktəbin üzvü olmuşuq. Deməli, məktəb qalır. Vəzifələr, metodlar, miqyas fərqli olsa da. Sadəcə 11 il 3 aylıq “oboxeyis” idarəetməsi bu məktəbi darmadağın etdi. İndiki DTX, hesab edin ki, sıfırdan olmasa da, ona yaxın yerdən yenidənqurma ilə məşğuldur və özünüz də hiss edərsiniz ki, artıq bu təşkiatın adı çirkli məsələlərdə hallanmır. Keçmiş nüfuzunu bərpa etməklə yanaşı, islahatların aparılması, bütün istiqamətlər üzrə ölkənin təhlükəsizliyini təmin etmək, əməliyyat şəraitinə uğurla nəzarət etmək,  beynəlxalq terrorizmin, radikal islamın, separatçılığın, ümumiyyətlə dövlət təhlükəsizliyini təhdid edən bütün halların qarşısını almaq istiqamətində hələ xeyli işlər görülməlidir və mənə də çatan məlumatlara görə bu yöndə iş aparılır. Bildiyiniz kimi xüsusi xidmət orqanımız kataklizmlər yaşayıb. Siz deyən kimi keçmiş imperiya orqanı ilə təzə-təzə möhkəmlənməyə başlayan bir xidməti müqayisə etməyimiz doğru olmaz. 
 
- Yəni biz kiçik dövlətik və təşkilatımız da iddialı ola bilməz?

- Xeyr. Bir tarixi faktı deyim. İsrail 1948-ci ildə yaranıb. İsrail xüsusi xidmət orqanları-istər Mossad, istər Şabak dövlətin yarandığı ilk illərdən dünya səviyyəli təşkilatlardır. Əsas məsələ dövlətin apardığı siyasət və xüsusi xidmət orqanı qarşısında qoyduğu vəzifədir. Təşkilat o vəzifələrə uyğun hərəkət etməklə  formalaşır. Dövlətin taixi, yaşı, böyük-kiçikliyi, professionallıq üçün vacib şərt deyil.

- Ermənistan düşmən dövlətdir. Sizcə düşmən dövlətlə, konkret olaraq işğal olunmuş Qarabağda bizim xüsusi xidmət orqanları lazım olan işləri görürmü? Siz bu sahədə tələb olunan işdən  razısınızmı?
 
- Əgər o işlər görülürsə də mən bunu bilmirəm, bilsəm də demərəm. Yox, görülmürsə də yenə heç nə deyə bilmərəm. Sadəcə, mənim narazılığım o olub ki, bizim xüsusi xidmət orqanı və Müdafiə Nazirliyi birgə xüsusi təxribat dəstəsi yaradıb, işğal altında olan yerlərdə qanunsuz məskunlaşmanın qarşısını almaq məqsədilə, yeni yaradılan infrastrukturları məhv etməli idi.

- Bəs, əksinə, düşmənin, ümumiyyətlə xarici kəşfiyatın fəaliyyətinə qarşı, qısası casuslara qarşı necə, fəaliyyət qənaətbəxşdirmi?

- Açığı, Sizin narahatçılığınızı başa düşürəm, amma bu suala da birmənalı cavab vermək mümkün deyil. Siz hətta bu sualı orda işləyən rəsmi əməkdaşa versəniz də konkret cavab ala bilməzsiniz. Əks-kəşfiyyat tədbirləri görülür və casus yaxalamaq, ifşa etmək asan iş deyil. Yadınızdadır, az qala hər ay mətbuatdan oxuyurduq ki, MTN neçə kiloqramsa narkotik tutub. Casusu ifşa etmək yaxalamaq, belə asan məsələ deyil və uzun çəkən prosesdir. Axı qarşı tərəf də peşəkardır. Hər halda bu istiqamət Təhlükəsizlik xidmətinin ən çox diqqət yetirdiyi sahədir. 
 
- Keçmiş şöbə rəisi, Qarabağ müharibəsi veteranı, bu günkü təhlükəsizlik məsələləri üzrə ekspert kimi Sizi peşə bayramı münasibətilə təşkil olunmuş rəsmi tədbirlərə dəvət etsələr gedərsinizmi?

- İndiyədək belə bir hadisə baş verməyib. Açığı gözləmirəm və heç kimi də qınamıram. Bu, önəmli deyil. 

- O zaman peşə bayramı münasibətilə biz Sizi təbrik edirik.

- Təşəkkür edirəm. Mən də  peşə bayramı münasibətilə Dövlət Təhlükəsizlik Xidmətinin bütün əməkdaşlarını, eyni zamanda bu peşənin bütün keçmiş əməkdaşlarını təbrik edir, gələn il 100 illik yubileyi dövlətimizin təhlükəsizliyi adına uğurla qarşılamağı arzu edirəm.
Oxşar xəbərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı