"Şairdən güclü insan, insandan güclü şair..." - Nizami Cəfərov yazır...
Oxunub: 5716
27 Mar 2018 | 18:03

Moderator.az Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun tanınmış şair, tərcüməçi Zakir Fəxri haqqında yazısını təqdim edir:  

Azərbaycan poeziyasında şairin dünyagörüşünü, əqidəsini, ən müxtəlif (hətta xaotik!) təzahürlərində həyata münasibətini, daxili enerjisinin - ruhunun təbiətini, nəhayət, ənənəvi (və populyar) terminologiya ilə desək, üslubunu bütün aydınlığı, eləcə də, nə qədər paradoksal olsa da, mürəkkəbliyi, çoxspektrliliyi, rəngarəngliyilə göstərən bir əsas obyektiv, mübahisəsiz ideya-estetik anlayış-paradiqma varsa, o da şairin poetik "Mən"idir.

Və görünür, bu məsələyə daha geniş kontekstdə də baxmaq, bütövlükdə Azərbaycan poeziyasının, eyni zamanda onun müxtəlif dövrlərinin, mərhələlərinin, yaxud cərəyanlarının, məktəb-üslublarının ümumi poetik "Mən"indən də bəhs etmək olar. Hər şeydən əvvəl ona görə ki, bir şairin poetik "Mən"i ilə onun mənsub olduğu xalqın (etnik-mədəni sistemin) poetik "Mən"i arasında həm dialektik, həm də metafizik vəhdət vardır. Lakin bu, prinsip etibarilə, heç bir mübahisə doğurmayan mülahizə-formulun daha mükəmməl dərki üçün bir mühüm məqam nəzərə alınmalıdır ki, dünya poeziyasının da ümumi "Mən"i yox deyildir. Və hər bir şair mənsub olduğu etnosun övladı olmaqla yanaşı, dünyanın övladıdır.

Bizim nümunəvi, ölçülü-biçili, səlis (və pedant) təfəkkürümüz mövqeyindən sual oluna bilər ki, bu qədər akademik (və dəbdəbəli! )girişdən sonra bu günümüzün kifayət qədər iddialı, daha adlı-sanlı (və həqiqətən, daha layiq ola biləcək!) şairlərindən birinin yox, niyə məhz Zakir Fəxrinin poetik "Mən"indən söhbət açır, misal çəkirik?..

Əlbəttə, burada, hər sahədə olduğu kimi, şərtilik də var, subyektiv münasibət də... Ancaq elə şərtlər də var ki, bizi Zakir Fəxri poeziyasına çəkdi.

Hər şeydən əvvəl ona görə ki, Zakir Fəxri, əgər təbiri caizsə, sözün geniş mənasında, modern şairdir, həyatı hər cür keşməkeşlərdən keçib, daim ədəbi prosesin içərisində olub, dünyanın isti-soyuğunu görüb, acısını-şirinini dadıb. İkincisi, Azərbaycan poeziyasının, demək olar ki, hər bir janrında qələmini (və ürəyini!) sınamış təvazökar bir poetexnoloq olmaqla bərabər, özündən kənara çıxıb bütövlükdə Azərbaycan poeziyasını "öz yaradıcılığı" qədər mənimsəyib. Üçüncüsü, dünya poeziyasını eninə-uzununa (və duya-duya) ana dilinə çevirib.

Odur ki, Zakir Fəxrinin poetik "Mən"indən danışmaq günümüzün poeziyasının səciyyəvi bir "Mən"i ilə ehtiyac hiss etdiyimiz mükalimədir.

Başdan aşdı dərdi-sərin,

Qalmadı canda təpərin;

Yox idi xəbər-ətərin,

Səsin də gəlmirdi, balam,

Salam, Zakir Fəxri, salam!

Zakir Fəxrinin poetik (şairlik!) "Mən"inin necə doğulduğunu, hansı qaynaqlardan gəlib hansı təsirlər altında formalaşdığını keçən əsrin 70-ci illərinin əvvəllərində Ramiz Rövşənə yazdığı bir məktub, elə bilirəm ki, aydın ifadə edir. Ramiz Rövşən xatırlayır ki, "məktubunda sevdiyinə qovuşmasa, intihar edəcəyini yazan, buna təkcə özünü yox, sevdiyi o yazıq qızı da inan-dırıb zar-zar ağladan o cavan şairin şeirlərinin çoxu ölümdən, ayrılıqdan olsa da, ürəyi yaşamaq, yazıb-yaratmaq, şeirlərini çap elətdirib "adam arasına çıxmaq" arzusuyla doluydu".

Zakiri ədəbiyyata, poeziyaya sonralar formalaşıb poetik "Mən"ə çevriləcək insan (xarakter!) "Mən"i gətirirdi.

Gördüm, dörd yanı su basıb,

Ha əlləşdim, keçəmmədim...

Bir az susuzdum mən kasıb,

Bir qurtum su içəmmədim...

Bu misralar, bu cür düşüncə tərzi bir dərviş, sufi yolu ilə gedəcək, ancaq hələ yanğılı, doymamış, təkmilləşməmiş bir ruhun təzahürüdür. Və natamam poetik "Mən" hələ "kan"dan gəlib "məkan"a gedir...

Doğmalarım döndü yada,

Evim oldu qərib ada...

Dolaşıb payi-piyada Bir az da gəldim yaxına...

Zakir, təbii ki, müasir, modern şairdir, o nə qədər imitasiya etsə də, nə qədər Rumidən, Yu- nus Əmrədən (və yaxud onların dahi sələflərindən) gəldiyini güman eləsə də, klassik sufilərin yerişini yeriyə bilməzdi. Ancaq unutmaq olmaz ki, günümüzün poeziyasının ümumi "Mən"i, günümüzün insanının "Mən"i kimi özünütəsdiq (və özünüifadə) axtarışlarında çoxlu istinadlar içərisində sufizmə istinadı da istisna etmir. Və bu günün şairi heç də qəribə, antimüasir, anti-modern görünmədən deyə bilər ki.

Gözlərimi bağla, Tanrım,

Adam olan bağlamasın...

Ağla məni, ağla, Tanrım,

Məni bəndə ağlamasın...

Tanrım Afaq Məsudun ömrünü uzun, qələmini, həmişə olduğu kimi, iti eləsin!.. Zakir Fəxrinin "Qalmaz belə, qalmaz dünya" kitabına elə bir ön söz yazıb, onun "Mən"inin "arxitektoni- ka"sını elə ustalıqla, mövzuya bələdliklə interpretasiya edib ki, mən bilmirəm nə deyim ki, bu, şairdən güclü insanın, insandan güclü şairin haqqında bir az da dərinə gedim. Zakir elə bil bu dünyaya ona görə gəlib ki, hamının doğmalarını tapa-tapa öz doğmalarını itirsin. Yox, Afaq xanım daha dərin demişdi. Demişdi ki, Zakir doğmalarını tapmamış itirir.

Ancaq nə vaxtsa, dünyanın hansı dilindəsə Afaq Məsuddan daha dərin deyənlər olub ki, bu dünya bir quru səsdir. Nə bilirsən, nəyi tapdın, nəyi itirdin.

Çəkər məni yuvasına,

Oynadar öz havasına.

Vallah, alışa bilmərəm Dərmanına-davasına...

Bu səsin əlindən al məni, Tanrım!

... Yetər bu gördüklərimin Gözlərimi böyütdüyü...

Ürəyim dəyirman olub,

Dərddi, qəmdi üyütdüyü...

Bu səsin əlindən al məni, Tanrım!

Zakir Fəxrinin poetik "Mən"i nə qədər gerçəkliyin mistikasıdırsa, o qədər də mistikanın gerçəkliyidir, nə qədər irreallığın reallığıdırsa, o qədər də reallığın irreallığıdır. Və ona görə də gözləmədiyi səsi eşidir, gözlədiyi səsi eşitmir.

Çəkilmişəm özümə, yığılmışam içimə...

Kədər məni səsləmir, səsləmir sevinc məni;

Kimsə səsləmir məni, bu darısqallıqdan bir hovur çıxam eşiyə...

Zakirin "Mən"i kədərlə sevincin səsini ona görə eşitmir ki, o, nəyin kədər, nəyin sevinc ol¬duğunu, sadəcə, fərqləndirə bilmir... Hətta Ana səsi olsa belə... Dua olsa belə... Yalvarış olsa belə...

Qulaq asmadım xeyirxah dualarındakı yalvarışlara.

Damar-damar qəmə dönüb çökdüm alnındakı qırışlara.

Xəbər tutammadım düşəndə xəstə,

Saxlaya bilmədim gözümün üstə...

Qara torpaq, muğayat ol anamdan.

Zakirin "Mən"i məsuliyyət daşımır, çünki onun genotipinə məsuliyyət daşımaq məsuliyyə¬ti qoyulmayıb. Və ona görə də ağrılı (və ruhi polemik!) bir cəsarətlə bütün məsuliyyəti anamız "Qara torpağın" boynuna qoyur. Sonra Allahın!.. Sonra da Poeziyanın!..

Yaş ötür, ömür keçir,

Yüz yol Allahı çağır...

Sərxoş olub şeirdən 

Ayılmadım mən fağır.

Zakirin poetik "Mən"i bu məqamda müasir poeziyanın klassik poeziyadan (və ya xələfin sələfdən) bir mühüm fərqini ortaya çıxarır. Klassik şairlər üçün şeir vasitə idi, müasir şairlər üçünsə məqsəd. Müasir şairin "Mən"i elə bil özünün bütün metafizik təzahürlərilə həyatdan yox, sənətdən (şeirdən!) doğulur. Həyat qədər zəngin bir qeyri-səlis sistem unudulur. Və belə bir təsəvvür yaranır ki, şair "Mən"i həyatın yox, sənətin (şeirin) övladıdır. Odur ki, şair "Mən- "i başlayır özündən deməyə.

Xoş günlər o günlər ki, könül, yar ilə keçdi,

Yarsız günümüz bizim ahu-zar ilə keçdi.

Məhrəm olalı zülfünə mən şanəyə döndüm,

Mizrab telə bənd oldu, günü tar ilə keçdi.

.Şeiriyyətə uydun, unutdun aləmi, Fəxri,

Ömrün-günün ancaq sənin əşar ilə keçdi.

Zakin Fəxrinin yalnız poeziyasında yox, məqalələrində, müsahibələrində, hətta çox sevdiyi məclis söhbətlərində də poetik "Mən" var. Buraya onun etdiyi çoxlu poetik tərcümələri də əlavə eləsək, Zakirin "Mən"inin, əgər belə demək mümkünsə, yaradıcı universallığım görərik. Məsələn, Emil Verxarndan da dilimizə elə şeirləri çevirir ki, orada "Mən" güclüdür.

Mənim gözəlim!

De görüm o anı görürsənmi?

Mənim çevriləcəyim alaq otunun üzərində 

əlində oraq qara kabus olan zamanı görürsənmi?

Və dünyanın müxtəlif yerlərində, müxtəlif zamanlarda yaşamış şairlərin tərcümeyi-hallarına öz tərcümeyi-halı qədər həssas yanaşır...

Şair yandırılıb külü göyə sovruldu,

Şair yurdundan qovulub qürbətdə qovruldu,

Şair soyuldu...

Şair dəli sayıldı...

Şair öz içinə qısıldı,

Şair asıldı...

Hərəsi də bir cür şair oğuldu,

Hamısı da öz ölümündən doğuldu.

Amma... və ilaxır və sairə...

Ölüm dünyaya qaldı, dünya şairə!

Ancaq Zakir Fəxrinin (və dünyanın sahibi olduqlarını iddia edən bütün şairlərin!.. İddia etməyənləri isə, təbii ki, yoxdur) poetik "Mən"ində, nəticə (və mahiyyət!) etibarilə, qeyri-adi bir təvazökarlıq da var ki, onun məzmununu ən açıq (və ümumiləşdirilmiş) şəkildə dahi klassik Füzuli belə ifadə etmişdi: "Mən kiməm? Bir bikəsü birpərvavü bixaniman." Müasir şair "Mən"i isə öz təvazökarlığını ümumiləşdirmir, bütün "fizionomiya"sı ilə göstərməyə çalışır. Çünki müasir dünya Füzulinin "amorf", yanaqlarına yox, daxilinə axan göz yaşlarına inanmır.

Üzünə, gözünə saçı dağılmış,

Taxtı viran olmuş, tacı dağılmış Qonur göz, qara qaş bir qara oğlan Dolaşar dünyanı, gəzər biçarə,

Axtarar, dərdlərə tapammaz çarə.

...Beləcə, beləcə yaşar dünyada,

Gözündən, sözündən, özündən daşar.

Külündən püskürüb közündən daşar,

Dünyayla üz-üzə bir oğlan yaşar.

Zakir Fəxrinin poetik "Mən"i nə qədər təzadlı, təbəddülatlı, zahirən daha çox mistik olsa da, dünyayla üz-üzə durmaq, həsb-hal etmək (yaşamaq!) qüdrətində olan, həm kədərində, həm də sevincində qürurlu (və təvazökar) "Mən"dir. Hətta demək olar ki, fəlsəfi "Mən"dir.

Nizami Cəfərov, akademik, millət vəkili

Oxşar xəbərlər
18:55, Bu gün
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
18:25, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
18:20, Bu gün
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
18:16, Bu gün
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
18:12, Bu gün
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
18:08, Bu gün
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
18:05, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:03, Bu gün
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
18:00, Bu gün
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
17:59, Bu gün
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
17:55, Bu gün
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
17:50, Bu gün
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
17:45, Bu gün
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
17:40, Bu gün
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
17:35, Bu gün
27 yaşlı oğlan qəfil öldü - FOTO
17:30, Bu gün
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
17:26, Bu gün
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
17:23, Bu gün
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
17:20, Bu gün
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
17:15, Bu gün
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
17:12, Bu gün
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
17:10, Bu gün
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
17:05, Bu gün
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
17:00, Bu gün
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
16:55, Bu gün
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
16:50, Bu gün
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
16:45, Bu gün
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
16:40, Bu gün
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
16:35, Bu gün
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
16:30, Bu gün
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
16:27, Bu gün
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
16:25, Bu gün
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
16:22, Bu gün
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
16:20, Bu gün
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
16:16, Bu gün
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
16:12, Bu gün
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
16:09, Bu gün
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:09, Bu gün
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
16:05, Bu gün
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
16:03, Bu gün
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:00, Bu gün
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
15:57, Bu gün
Keçmiş baş nazir vəzifəsindən azad edildi
15:56, Bu gün
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
15:50, Bu gün
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
15:45, Bu gün
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
15:41, Bu gün
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
15:40, Bu gün
4 terrorçu zərərsizləşdirilib
15:36, Bu gün
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
15:32, Bu gün
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
15:28, Bu gün
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
15:25, Bu gün
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:21, Bu gün
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
15:19, Bu gün
UNEC-in professoru vəfat etdi - FOTO
15:15, Bu gün
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
15:12, Bu gün
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
15:10, Bu gün
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
15:08, Bu gün
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
15:05, Bu gün
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
15:04, Bu gün
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
14:59, Bu gün
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
14:55, Bu gün
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
14:53, Bu gün
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
14:52, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
14:50, Bu gün
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
14:47, Bu gün
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
14:45, Bu gün
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
14:43, Bu gün
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
14:40, Bu gün
Slovakiyanın Baş naziri: “Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq”
14:38, Bu gün
Azərbaycan COP29-un timsalında dünyaya yeni əxlaqi-siyasi mədəniyyət təqdim etdi
14:37, Bu gün
İlham Əliyev: “Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir”
14:34, Bu gün
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
14:31, Bu gün
Prezident: “Slovakiya və Azərbaycan suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”
14:28, Bu gün
İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib
14:26, Bu gün
Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bəyan etdi
14:24, Bu gün
Slovakiya Qərvənd kəndinin yenidən qurulmasında iştirak edəcək
14:20, Bu gün
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin ediləcək - FOTO
14:17, Bu gün
Tarixdə bu gün: 7 May Nasist Almaniyası təslim olur
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
14:15, Bu gün
"Rusiyalılar Putinin Ukraynadakı müharibəsi ilə barışıb" - "Bloomberg"
14:11, Bu gün
Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı AÇIQLANDI
14:08, Bu gün
Xərçəng xəstəsi olan Kral Çarlzın sağlamlıq vəziyyəti ilə bağlı yeni açıqlama
14:07, Bu gün
Azay Quliyev: "Dünyadakı həqiqəti söyləyən, cəsarətli dostlarımızı müdafiə etməliyik"
14:05, Bu gün
Türkiyə Rusiyadan aldığı “S-400” raketlərini harada yerləşdirəcək?
14:03, Bu gün
Prezident Slovakiyaya səfərə dəvət olundu
13:59, Bu gün
Bakıda daha bir qəza: Mərkəz istiqamətində sıxlıq yaranıb - YENİLƏNİB + FOTO
13:51, Bu gün
Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTO
13:48, Bu gün
Ailə zəminində başlanmış münaqişə ittihamla başa çatdı - “Formula 1”də MƏNİMSƏMƏ İŞİ
13:45, Bu gün
Şəhid Rauf Əliyevin qardaşı: “Düşündüm ki, bəlkə sağdır” - FOTO
13:43, Bu gün
Cavanşir Məmmədovun özünün də görmədiyi SON MÜSAHİBƏSİ - VİDEO
13:38, Bu gün
Birinci Qarabağ müharibəsi şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
13:31, Bu gün
Sabahın havası AÇIQLANDI
13:27, Bu gün
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
13:22, Bu gün
Uşaqlar arasında yayılan infeksiya: Ən çox ürəyə və böyrəyə... - Pediatrlardan XƏBƏRDARLIQ
13:21, Bu gün
Azərbaycan-Slovakiya sənədləri imzalandı - YENİLƏNİB
13:19, Bu gün
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
13:17, Bu gün
Xırdalanda məhəllələri su basdı - VİDEO
13:09, Bu gün
Azərbaycanla Slovakiya arasında Birgə Bəyannamə İMZALANDI
13:08, Bu gün
İranda maaşını ala bilməyən işçi intihara əl atıb - VİDEO
13:06, Bu gün
VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ:  Bu tur şirkətləri sizləri ALDADIR - RƏSMİ 
13:05, Bu gün
"Son bir ildə Naxçıvanda vəkillərin sayı xeyli artıb" - Anar Bağırov
GÜNLÜK
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək