Qubad İbadoğlu: -“Bu, o demək deyil ki, mübarizə başa çatdı”
Oxunub: 1486
02 Mar 2018 | 09:36
Qubad İbadoğlu:
 -“Bu, o demək deyil ki, mübarizə başa çatdı”
İqtisadçı-alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlunun ABŞ-ın nüfuzlu Princeton Universitetindəki tədris proqramı gələn ay başa çatır. Neçə aylardır ABŞ-da olsa da, Q.İbadoğlu Azərbaycanın sosial-iqtisadi və siyasi həyatında gedən prosesləri yaxından izləyir. Buna görə də onunla söhbətimizdə ölkədə gedən ən ciddi  proseslərə toxunmağa çalışdıq:

- Qubad bəy, Azərbaycanın vergi sistemində islahatlar başlayır. Sizcə, islahatlar hansı istiqamətdə getməlidir?

- Əslində Azərbaycan prezidentinin 2016-cı il 4 avqust tarixli sərəncamı ilə həmin il vergi sahəsində aparılacaq islahatların istiqamətləri müəyyənləşmişdi. Həmin istiqamətlər arasında kifayət qədər mütərəqqi hesab olunacaq məsələlər də vardı. Orada 21 istiqamətdən söhbət gedirdi, onlardan bir qismi artıq icra edilib. Məsələn, Azərbaycanda taxfree sistemi yox idi, indi hava limanında, digər sərhəd-buraxılış məntəqələrində bu sistem tətbiq olunur. Amma təəssüf ki, o sərəncamın bir çox bəndləri hələ də icra olunmayıb. Məsələn, onların arasında ictimai məlumatlandırma mexanizminin hazırlanması nəzərdə tutulurdu. Digər bir sıra tədbirlər, o sıradan nümunəvi vergi ödəyicilərinin açıqlanması da həyata keçirilməyib. Bu baxımdan, vergi sistemində islahatların davam etdirilməsi zəruridir. Eyni zamanda paralel olaraq ədliyyə-məhkəmə sistemində də islahatlar aparılmalı, məhkəmələrin müstəqilliyi təmin olunmalıdır. Bildiyiniz kimi, vergi məsələləri ilə bağlı mübahisəli proseslərdə məhkəmələr əksər hallarda vergi orqanlarının mövqeyindən çıxış edirlər. Buna görə də vergi ödəyiciləri arasında hüquqlarını məhkəmə yolu ilə müdafiə etməyin mümkünlüyünə inam azdır. Bu isə vergi orqanı ilə münasibətlərdə ödəyicilər üçün qeyri-bərabər şəraitin formalaşması deməkdir. Ümumilikdə isə vergi qanunvericiliyində bir çox təkmilləşmələr olmalıdır. Biz Vergilər Nazirliyinə dəfələrlə təklif vermişik. Məsələn, onlardan biri patent vergi sisteminin tətbiqidir. Bu sistem xidmət, ticarət, ictimai iaşə və digər bəzi sahələrdə vergi əməkdaşları ilə ödəyicilər arasında birbaşa təmasları azaldar, ödəyicilərin daha azad, daha sərbəst fəaliyyətinə imkan yaradar. Elektron auditin tətbiqi genişləndirilməlidir. Ümumiyyətlə, vergi yoxlamalarına son qoyulmalı, audit fəaliyyəti genişləndirilməlidir. Auditorlar Palatasından lisenziya almış müstəqil auditorların fəaliyyəti stimullaşdırılmalıdır.

- Azərbaycanda vergi yükünün böyük olduğu deyilir. Dünya ölkələrinə baxanda bizdə vəziyyət necədir?

- Vergi dərəcələrinin rəqabətliliyi baxımından Azərbaycan region ölkələri arasında aşağı mövqeyə malikdir. Azərbaycandakı vergi yükü region ölkələri ilə müqayisədə yuxarıdır, demək olar ki, 40 faizə çatır.  Qazaxıstanda bu göstərici 29,2 faiz, Gürcüstanda 16,4 faizdir. Təsəvvür edin, Gürcüstanda vergi yükü Azərbaycandan 2,5 dəfə aşağıdır. Hesab edirəm ki, Azərbaycanda vergi yükünün optimallaşdırılması vergi islahatlarının əsas hədəflərindən biri olmalıdır. Həm sektorlar, həm şirkətlər, həm fərdi ödəyicilər, həm dövlət sektoru üzrə potensial vergi yükü dəqiq müəyyənləşdirilməlidir. Vergi potensialı ilə vergi dərəcələri arasında əlaqələr iqtisadiyyatın strukturuna, inkişaf perspektivlərinə, bazar konyukturasına, eyni zamanda bütövlükdə sahibkarların durumuna adekvat şəkildə olmalıdır. Vergi dərəcələri əsaslandırılmış olmalıdır, elə olmalıdır ki, şirkətlər, fərdlər üçün problem yaratmasın. Həmin vergi öhdəliyi şirkətlərin, fərdlərin vergi mədəniyyətinin formalaşdırılmasına xidmət etsin. Bu yaxınlarda ABŞ-da bu istiqamətdə müəyyən dəyişikliklər baş verdi. İlin sonunda prezident Trampın vergi islahatı planına uyğun olaraq vergi dərəcələri xeyli aşağı salındı, həm korporativ vergi dərəcələri, həm də fərdlərin gəlirlərindən olan vergilərin dərəcələrində azalma müşahidə olundu. Düşünürəm ki, Azərbaycanda da bu sahədə islahatlara ehtiyac var. Xüsusilə də Əlavə Dəyər Vergisi yüksəkdir, onun diferensiallaşdırılmasına ehtiyac var. İdxal mallarından yalnız bir növ vergi tutulmalıdır. Halbuki bizdə elə mal var ki, həm aksiz, həm rüsum, həm də ƏDV tutulur. Bu, əslində ikiqat vergiyə cəlb olunmaqdır. Məsələn, ölkəyə avtomobil gətirəndə onun gömrük dəyərinin üzərinə rüsumlar əlavə olunandan sonra cəmi məbləğdən ƏDV hesablanır. Bu isə o deməkdir ki, ƏDV həm də rüsumdan tutulur. Belə hallar yolverilməzdir və aradan qaldırılmalıdır. Vergi rejiminin sabitliyi də  mühüm məsələdir. Hesab edirəm ki, islahatların bir istiqaməti də bununla bağlı olmalıdır, sahibkarlar bilməlidir ki, yaxın müddətdə hansı dəyişikliklər olacaq və bu dəyişikliklər onların maliyyə təsərrüfat fəaliyyətinə necə təsir göstərəcək. Vergi sahəsində islahatların mühüm bir istiqaməti vergi ödəyicilərinin fəaliyyətinin şəffaflığına, onlarda vergi mədəniyyətinin inkişafına yönəlməlidir. Prezidentin 2016-cı ilin avqust sərəncamında bununla bağlı bəndlər vardı. Lakin indiyədək həmin bəndlərin icrası sahəsində əhəmiyyətli iş görülməyib. Bildiyiniz kimi, Azərbaycanda vergi ödəyicilərinin  ödədikləri verginin məbləği açıqlanmır, bu məlumat  kommersiya sirri hesab olunur. Onun açıqlanması könüllüdür. Yəni vergi ödəyicisi istəyərsə özü açıqlaya bilər. Düşünürəm ki, bu məlumat ictimaiyyətə açıq olmalıdır ki, bütün  vergi ödəyicilərinin ödənişləri barədə cəmiyyətdə dürüst məlumat olsun. Bu, həm də onların fəaliyyətinin qiymətləndirilməsi üçün imkanlar yaradar, yaxşı vergi ödəyən şirkətlər ictimai etimad qazanar.

- Son vaxtlar sahibkarlığın maliyyəyə kəskin ehtiyacının olduğu hər sahədə açıq hiss olunur. Bir çox ekspertlər Neft Fondu vəsaitlərinin bir qisminin sahibkarlığın maliyyələşməsinə yönəldilməsini təklif edirlər. Bu variant səmərəli ola bilərmi?

“Neft Fondun vəsaitlərinin yerli  sahibkarların   kreditləşməsinə yönəldilməsinin əleyhinəyəm”
Son vaxtlar bankların kreditləşmə imkanlarının azalması, problemli kreditlərin həcminin artması və sair səbəblər üzündən sahibkarlıq subyektlərinin maliyyə mənbələrinə çıxış imkanları  məhdudlaşıb. Amma hesab eləmirəm ki, burada problem maliyyə ilə bağlıdır. Məncə,  mövcud maliyyə resurslarının səmərəli idarə olunmur. Ona görə də düşünmürəm ki, Dövlət Neft Fondunun vəsaitlərini  bu məqsədlə istifadə etmək lazımdır. Əksinə, indiki qeyri-şəffaf və hesabatsız  idarəetmə şəraitində Neft Fondundan vəsaitlər də ayrılsa, səmərəsiz şəkildə xərclənə, israf edilə bilər. Hesab edirəm hazırkı şəraitdə sahibkarlar üçün başlıca problemlədən biri aşağı kredit faizləri ilə uzun müddətli  maliyyə resurslarına çıxış imkanlarının təmin olunmasıdır.  Sadəcə olaraq, bu istiqamətdə mövcud  təşəbbüslər davam etməli və yeni şəraitə uyğunlaşdırılmalıdır. Əlbəttə, Dövlət Neft Fondu da burada bir mənbə kimi çıxış edə bilər. Lakin mən Fondun vəsaitlərinin ölkə daxilində yerli  sahibkarlığın birbaşa  kreditləşməsinə yönəldilməsinin əleyhinəyəm. Hesab edirəm ki, vergi islahatları aparılmadan, ölkədə sahibkarlıq mühiti yaxşılaşdırılmadan,  şəffaf, açıq  və  rəqabət qabiliyyətli iqtisadiyyat formalaşdırmadan buna getmək olmaz. Sahibkarlığa Kömək Milli Fondu uzun illər boyu sahibkarlığa böyük həcmdə vəsaitlər yönəldilib. O fondun şərtləri sahibkarlar üçün əlverişlidir, amma reallıq budur ki, orda da resursların idarə olunmasında çətinliklər  var. Buna görə də onların verdiyi vəsaitlərin bir hissəsi geri qayıtmır.

- Gələk siyasi fəaliyyətinizə. Prezident seçkisinin 6 ay irəli çəkilməsi planlarınızda hər hansı dəyişikliyə gətirib çıxardımı?

- Seçkilərin irəli çəkilməsi ADR Hərəkatının uzunmüddətli proqramlarına ciddi təsir göstərməsə də təbii ki, bizi bu il üçün  nəzərdə tutduğumuz fəaliyyət proqramımızda əhəmiyyətli dərəcədə dəyişikliklərə məcbur etdi. Biz bir ictimai təşkilat olaraq Azərbaycanın demokratikləşməsini, Azərbaycanda vətəndaşların rifah halının yaxşılaşmasını qarşımıza məqsəd qoymuşuq. Və bunun həyata keçirilməsində prezident seçkisini, parlament və bələdiyyə seçkilərini də bir vasitə kimi görürük. Bizim üçün vacib olan məsələlərdən biri bu seçkilərin demokratik  təşkil olunması, onların şəffaf və ədalətli keçirilməsidir. Əlbəttə ki, seçkiqabağı mühit, seçkilərə hazırlıq üçün müddət və resurslar da bundan az əhəmiyyət daşımır.  Növbədənkənar seçkilərə qısa müddət ayrılması  belə ciddi vəzifələrin reallaşdırılmasına xeyli çətinliklər yaratdı. Ona görə də biz  ADR Hərəkatı olaraq  bu prosesdə iştirakdan imtina etdik. Lakin bu o demək deyil ki, mübarizə başa çatdı. Əslində bu da yeni bir mərhələnin başlanğıcıdır. Biz bilirik ki, demokratiya və azadlıqların təminatı uğrunda mübarizə uzun müddət tələb edir. Odur ki, ADR Hərəkatı olaraq orta və uzunmüddətli dövrdə Azərbaycanın demokratikləşməsi uğrunda mübarizəmizi davam etdirəcəyik. Bu sahədə planlarımız və proqramlarımız qüvvəsində qalır.

- ADR-in proqramlarının təqdimatı başlayacaq demişdiniz. Proqramlar hazırdırmı, bu sahədə işlər nə yerdədir?

- Biz proqramlarımızın təqdimatını seçki ilə əlaqələndirmiş şəkildə həyata keçirməyi planlaşdırırdıq. Seçkilər vaxtından əvvəl və qısa zaman ərzində keçirildiyi üçün  orda iştirakdan imtina bu sahədə də planlara təsir edib.  İndi düşünürük, yeni dövr üçün hazırkı situasiyanın çağırışları və tələbləri nəzərə alınmaqla proqramlar işlənilməli və onlar  Azərbaycanın indiki durumu və gələcək perspektivləri ilə əlaqələndirilməlidir. Odur ki, seçkini izləyib, ondan sonrakı dövrün tələblərini nəzərə alıb, bu ilin ikinci yarısında hazırladığımız proqramları ictimaiyyətə təqdim edəcəyik.

- Avropa və digər ölkələrdə Azərbaycan hakimiyyətinə qarşı bir çox hallarda təhqiramiz xarakter alan video-müraciətlər və aksiyalar keçirildi. Bunları necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, Azərbaycan hakimiyyəti ölkəni tərk etmiş vətəndaşlarıyla münasibətlərin gərginləşməsinə rəvac verməməlidir. Xüsusilə də əsassız araşdırmalar və  günahsız insanlara təzyiqlər dayandırılmalıdır. Hakimiyyət həm ölkə daxili və həm də xaricində olan tənqidi fikirlərə dözüm nümayiş etdirməlidir, ölkə vətəndaşlarının mənəviyyatına, ailəsinə toxunan hallara yol verməməlidir.  Çünki xaricdə yaşayanların çıxışlarına görə onların ailə üzvlərinin  əsassız təzyiqlərə məruz qoyulması, həbs olunması, qohumlarından imtinaya təhrik edilməsi vəziyyəti daha da gərginləşdirir və xaricdə olanları radikal mövqeyə  sövq edir. Siyasi mübarizənin  əxlaq və mənəviyyat üzərində qurulmasının tərəfdarıyam.

Amma məlumdur  ki,  mübarizəni fərdi müstəviyə gətirəndə, ona  şəxsi və düşmənçilik xarakteri verəndə  əxlaq və mənəviyyat məsələləri  arxa plana keçir. ADR Hərəkatı müstəvisində mübarizə əxlaq və mənəviyyata söykənir. Mən həmişə sağlam mübarizənin tərəfdarı olmuşam, indiyə qədər olan  fəaliyyətimdə də ona önəm vermişəm. Hesab edirəm ki, baş verənləri birtərəfli qaydada qiymətləndirmək düzgün deyil. Hakimiyyət daha çox imkanlara, resurslara malikdir ki, bu problemləri sağlam və əxlaqlı mübarizə örnəyi göstərməklə çözsün. Çalışmaq lazımdır ki,  siyasi rəqiblərlə mübarizə zamanı  ailə dəyərlərinə, mənəviyyata, hissiyyata toxunacaq  vasitələrdən istifadə olunmasın, belə hərəkətlərə  yol  verilməsin. Hesab edirəm ki, siyasi mübarizə aparmaq iddiasında olan hər kəs bunu əxlaqlı çərçivəsində, sağlam formada davam etdirməlidir.(0
Oxşar xəbərlər
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
GÜNLÜK
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO