Arye Qut: Xocalı soyqırımı mənim şəxsi faciəmdir
Müsahibə
Oxunub: 1699
28 Feb 2018 | 22:02
Arye Qut:
 Xocalı soyqırımı mənim şəxsi faciəmdir
Beynəlxalq münasibətlər üzrə tanınmış ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qutun atası Əmir Qut ilə birlikdə Xocalı soyqırımı haqqında yazdığı “Ağrı” romanı İtaliyada nəşr olunub.

Arye Qut kitabın Romada təqdimatı mərasimində tanınmış italiyalı jurnalist Rok Reynoldsa müsahibə verib. Müsahibə İtaliyanın nüfuzlu “Globalist” analitik-xəbər portalında dərc edilib.

-Siz İsrail vətəndaşlarısınız. Sizi Azərbaycanın bölgəsi haqqında, eləcə də Ermənistanla münaqişə ilə bağlı yazmağa nə həvəsləndirdi?

-Haqlısınız, atam və mən İsrail Dövlətinin tamhüquqlu vətəndaşlarıyıq. İsrailə və yəhudi xalqına tam bağlı olan israilliyik, eyni zamanda, öz vətənimiz olan Azərbaycanı sevirik, onu unuda bilmərik. Oğlum Aviel də unutmayacaq ki, onun atası və babası “Odlar Yurdu”nda doğulublar. Atam Əmir Qut 40 ildən artıq Azərbaycan televiziyasında ictimai-siyasi proqramlar hazırlayan rejissor vəzifəsində çalışıb. Atam bütün faciəni, bu müharibənin dəhşətli üzünü, Ermənistanın təcavüzünün nəticələrini, doğma torpaqlarından qovulan azərbaycanlıların qaçqın və məcburi köçkünə çevrilməsini öz gözləri ilə görüb. Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi başlayanda mənim 17 yaşım var idi, tələbə idim və bütün bu dəhşətli hadisələr gözlərimin qarşısında baş verirdi. Heç vaxt antisemitizmin baş vermədiyi, cəmiyyətin ayrılmaz tərkib hissəsi olan biz yəhudilərin yaşadığı, tolerantlıq və multikulturalizm adası olan mənim Vətənim Azərbaycan işğaldan və Ermənistan tərəfindən elan olunmayan müharibədən əziyyət çəkir. Bu roman, sadəcə olaraq, maraqdan irəli gəlmir, müharibə və dəhşətli ağrıya baxmayaraq, həyat, vətən və doğma insanlara sevginin qalib gəldiyini dünyaya sübut etmək üçün göstərilən səydir.

-Sizin fikrinizcə, bu coğrafi məkan üçün ən vacib olan nədir?

-Cənubi Qafqaz Asiya ilə Avropanın qovuşuğunda yerləşən böyük əhəmiyyətə malik, müxtəlif mədəniyyətlər, xüsusilə də Azərbaycanın nümunəsində iqtisadi və təbii sərvətlərə malik regiondur. Bu regionun hazırda iqtisadi lokomotivi olan Azərbaycan böyük geosiyasi və geoiqtisadi layihələr həyata keçirir. Məlumdur ki, regiondan həm İsrail, həm də Avropa ölkələri üçün strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan neft kəməri və Avropanın enerji təhlükəsizliyi üçün önəmli olan Cənub Qaz Dəhlizi keçir. Bu layihələrin hər ikisi Azərbaycanın təşəbbüsüdür. Bundan başqa, keçən il oktyabrın 30-da Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin və “Yeni İpək Yolu” layihəsinin əsas komponenti olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olub. Düşünürəm ki, Cənubi Qafqaz regionu və ölkələrinin sabitliyə, müharibənin yoxluğuna və iqtisadi rifaha ehtiyacı vardır. Təəssüf ki, regionda bütün müsbət meyilləri təhlükə altında qoyan geosiyasi münaqişələr hələ də davam edir.

-İsraildən olaraq və “Holokost” sözünün nə məna verdiyini yaxşı bilərək erməni “Holokost”u ilə bağlı fikirləriniz necədir? Çünki İrəvanda müəyyən mənada Yad Vaşemi xatırladacaq mavzoley vardır.

-Holokost yəhudi xalqının yaddaşında əbədi həkk olunmuş dəhşətli və dözülməz faciədir. Holokost işgəncələrə, əzab-əziyyətlərə, alçaldılmağa və təhqirlərə məruz qalmış yəhudi xalqının ağrısı-acısı, onun kütləvi şəkildə məhv edilməsi deməkdir. Bu yaxınlarda, dünya yəhudiləri günahsızcasına öldürülmüş altı milyon yəhudinin xatirəsi anıblar. Həmin vaxt yəhudilərin bu dəhşətdən, barbarlıq və qəddarlıqdan qaçaraq gizlənə bilmələri üçün yer çox az idi. Bu ölkələrdən biri Azərbaycan olub. Azərbaycan həmişə digər xalqlara qonaqpərvər münasibət göstərməsi ilə məşhur olub. Azərbaycan mənim ailəm üçün, öz həyatlarını və uşaqlarının həyatlarını nasistlərdən xilas etmiş minlərlə Avropa yəhudisi üçün qeyd olunan az məkanlardan biri, sözün əsl mənasında, Vətən olub. Qondarma “erməni soyqırımı”na gəldikdə, mənim ölkəm 1915-ci il hadisələrini rəsmi olaraq soyqırımı kimi tanımır. Vaxtilə İsrailin doqquzuncu prezidenti Şimon Peres demişdi ki, bu faciəni öz maraqları naminə yəhudi xalqının ən dəhşətli faciəsi ilə müqayisə etmək olmaz. Bu fikri tam şəkildə bölüşürəm.

-Nə üçün tarixi kitab yazmaq əvəzinə, tarix və məlumatların ehtiva olunduğu roman yazmağı qərara aldınız?

-Tarixi kitab yazmaq niyyətimiz yox idi, belə bir məqsədimiz də olmayıb. Öz həyatım, atamın həyatı və dəhşətli Xocalı soyqırımı ilə bağlı hissənin də olduğu real hadisələrə əsaslanan bədii sənədli roman yazmaq istəyirdik. Müxtəlif konfessiyalara, müxtəlif millətlərə mənsub, fərqli mühit və şəraitdə böyümüş, taleyin qismətindən Bakı şəhərində görüşən iki gəncin romantik sevgi tarixçəsini təsvir etməyə çalışmışıq. Romanın qəhrəmanları vasitəsilə göstərməyə çalışmışıq ki, Azərbaycanda yəhudilər və müsəlmanlar həmişə birgə tarix və taleyə malik qardaşlar kimi dinc yaşayıblar və yaşamaqda davam edirlər. İsrail Dövlətinin vətəndaşı kimi fəxr edirəm ki, Azərbaycanda multikulturalizm və tolerantlıq həyat tərzidir. Bu dövlətdə heç vaxt təqiblər, qırğınlar və antisemitizm faktları olmayıb. Eyni zamanda, əsərin qəhrəmanı Röyanın taleyi vasitəsilə Ermənistanın Xocalıda azərbaycanlı mülki əhaliyə qarşı törətdikləri dəhşətləri real olaraq təsvir etmişik. Bu, olmuş tarixdir, bu, real hadisədir və onu gizlətmək niyyətimiz yoxdur. Çünki atam faciədən bir ay əvvəl Xocalını görmüş şəxsdir və mən bu romanı yazarkən İsrail mətbuatının nümayəndələri ilə birlikdə 1992-ci ilin fevral ayında Xocalıda törədilmiş bu dəhşətli gecənin real şahidləri ilə bir neçə dəfə görüşmüşəm. Ermənistan silahlı birləşmələri tərəfindən 1992-ci ildə törədilmiş vəhşiliklər İŞİD tərəfindən istifadə edilmiş üsullara oxşardır. Məhz bu səbəbdən Azərbaycanın Xocalı şəhərində törədilmiş qanlı soyqırımı aktı mənim üçün də şəxsi ağrı-acıdır, mənim də şəxsi faciəmdir.

-Qohumlarınız arasında bu dəhşətli gecədə həlak olanlar varmı?

-Xocalıda qohumlarımız yox idi. Mənim atam rejissor kimi müxtəlif vaxtlarda işlə əlaqədar Xocalıda olub və həmin dövrdə rabitəçi işləmiş Dürdanə Ağayeva ilə bağlı reportajlar hazırlamışdı. Taleh elə gətirdi ki, atamla Bakıya səfərlərimizin birində Xocalıdan erməni əsirliyində olmuş insanlarla görüş zamanı atam Dürdanəni, o dəhşətli gecənin şahidini tanıdı. Bizim romanda xüsusilə ən ağır və yadda qalan bölmələrdən biri Dürdanə ilə bağlı hissədir. Onu bir oxuyun. Bu xülya və uydurma deyil, real hadisədir: Dürdanənin dəhşətli səkkiz günlük əsirlik faciəsi. Düşünün: Ermənistan qoşunları Xocalıda bəşəriyyətin müasir tarixinin ən dəhşətli kütləvi cinayətlərindən birini törədəndə onun cəmi 20 yaşı var idi. İki yaşlı azərbaycanlı uşağı valideynlərinin gözləri qarşısında necə güllələdiklərini, hamilə qadınları və yaşlıları qundaq zərbəsi ilə necə öldürdüklərini görüb. Ermənilər tərəfindən məruz qaldığı zorakılığı kütlə qarşısında danışa bilməyəcək dərəcədə sözlə ifadə edilməyən ağrıya məruz qalıb. Lakin Dürdanə Ağayeva bizimlə söhbətində deyib ki, yalnız öz hekayəsini bölüşməklə rahatlıq tapa bilər.

-Haqqında az bildiyimiz Qafqaz Albaniyasının tarixdə rolunun nədən ibarət olduğuna dair oxucularımıza nə deyə bilərsiniz?

-Qafqaz Albaniyası kilsəsi ən qədim xristian məbədlərindən biridir. Qafqazda apostol Varfolomey tərəfindən yaradılmış ilk kilsədir. Qafqaz Albaniyası rəsmi olaraq xristianlığı eramızın 213-cü ilində qəbul edib, ermənilər isə xristianlığı, katolikos Avraamın albanlara məktubunda yazdığı kimi, albanlardan sonra qəbul ediblər: “Alban məbədi bizim erməni kilsəsindən əvvəl olub”. Rus imperiyasının ermənilər üçün atdığı ən əhəmiyyətli addım alban apostol kilsəsinin ləğvi olub. Cənubi Qafqazın rus imperiyası tərəfindən işğalından sonra 1836-cı ildə çar I Nikolay Azərbaycanda alban apostol kilsəsi patriarxlığının ləğvi və onun mülkiyyətinin erməni qriqoryan kilsəsinə verilməsi haqqında fərman imzalayıb. Rus imperiyası bununla ermənilərin əl-qolunu açıb və ermənilər onlara heç vaxt məxsus olmayanları özününküləşdiriblər.

-Din amilinin bu regiondakı zorakılıqda rolu varmı? Hər şeydən öncə, azərbaycanlılar müsəlman, ermənilər isə xristiandırlar.

-Mən Cənubi Qafqazda, azərbaycanlılar, yəhudilər və ermənilərin vaxtilə bir ailə kimi yaşadığı zəngin mədəni müxtəlifliyə malik Bakı şəhərində doğulmuşam. 30 ilə yaxındır davam edən münaqişə fonunda Ermənistana və Azərbaycana baxmaq kifayətdir. Ermənistan yalnız ermənilərin yaşadığı monoetnik ölkədir. Əksinə, Azərbaycan isə ərazisinin 20 faizinin işğal edilməsinə, bir milyondan çox qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, sülh və firavanlıq axtarışında olan, cəmiyyətlər və dinlər arasında dialoq üçün real platformaya çevrilib. Bakıda gəzərkən şəhərin mərkəzində məscid, kilsə və sinaqoq görə bilərsən. Buna görə də bu münaqişədə din amili əsassızdır. Bu münaqişənin dinlə heç bir əlaqəsi yoxdur. Münaqişə yalnız Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından yaranıb.

-Ermənistan sizin kitabda mənfi tərəfdən işıqlandırılıb. Bu ölkə ilə bağlı bəzi nəşrlər oxumuşam və hesab edirəm ki, hər iki tərəfin öz “həqiqət”lərini danışmaq üslubu vardır. Bilirəm ki, bu, sizin üçün qəribə, bəlkə də hətta qəbuledilməz görünə bilər, lakin yaxşı kitab məhz bunu etməlidir: fantaziya və tarixdən ibarət cəlbedici qarışıq vasitəsilə perspektivləri müəyyənləşdirməyə çalışmaq. Bu haqda nə düşünürsünüz?

-Vurğulamaq istərdim ki, bizim Ermənistanı mənfi tərəfdən işıqlandırmaq məqsədimiz yox idi. Aydındır ki, onların öz “həqiqət”ləri var. Tarix və fantaziya cəlbedici qarışıqdır, lakin bu, fantastik əsər deyil. Bu gün İsraildə çoxlu azərbaycan-yəhudi nikahları və qarışıq ailələr vardır, eləcə də bunu Azərbaycanda görmək olar. Yəhudilər və azərbaycanlılar arasında mənəvi qardaşlıq mövcuddur, Avropada bir çox insanlara qəribə gəlsə də bu, əsl reallıqdır. Bütün Azərbaycan xalqı tərəfindən sevilən yəhudi əsilli Azərbaycanın Milli Qəhrəmanı vardır, bu, Albert Aqarunovdur. Bizim üçün Albert azərbaycanlı-yəhudi qardaşlığının həqiqi rəmzidir və bu, fantaziya deyil, əsl həqiqətin təzahürüdür. Xocalıda baş vermiş dəhşətli qırğın ilə bağlı bütün faktlar sənədli film və videolar, Xocalı soyqırımını yaşamış şahidlər, xarici ekspert və jurnalistlər ilə birgə real hadisələrdir. Xocalı şəhərinin mülki əhalisinin qəsdən kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi bu insanların azərbaycanlı olması idi. Xocalı soyqırımında şəxsən iştirak etmiş Ermənistanın indiki prezidenti Serj Sarkisyanın özünün dedikləri həqiqətin harada olduğunu üzə çıxarır. Tomas de Vaalın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “Qarabağ: Ermənistan və Azərbaycan sülh və müharibə yollarında” adlı kitabında Xocalı qırğını ilə bağlı suala Sarkisyan belə cavab verib: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, biz onlarla zarafat edirik. Onlar zənn edirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən bir xalqdır. Biz bu stereotipi dağıda bildik və budur baş verənlər”. Bundan başqa, erməni müəllif Markar Melkonyan öz qardaşı, Xocalı soyqırımının törədilməsində şəxsən iştirak etmiş məşhur beynəlxalq terrorçu Monte Melkonyana həsr etdiyi “Qardaşımın yolu: Amerikalının Ermənistana olan uğursuz səyahəti” adlı kitabında necə Xocalının bəzi sakinlərinin 10 kilometr qaçdıqdan sonra təhlükəsiz əraziyə çatdıqları, lakin erməni əsgərlərin onları tutaraq süngü ilə doğramağa başladıqlarını təsvir edib. Azərbaycan əraziləri işğal olunub və etnik təmizləmənin qurbanları olan azərbaycanlılar öz torpaqlarında qaçqın və məcburi köçkündürlər. Bu, həqiqəti görmək istəyənlər üçün açıq-aşkar sübutdur, görməyənlər üçün isə yox.

-Qorxmursunuz ki, Qafqaz ərazisində yeni zorakılıqlar baş verə bilər və ya düşünürsünüzmü ki, hazırda normallaşma dövrünü keçirik?

-Düşünürəm ki, 2016-cı ilin aprel hadisələri bir daha göstərdi ki, bu münaqişə dondurulmuş deyil və hər an genişmiqyaslı hərbi əməliyyatlar yenidən başlaya bilər. Ermənistanın hərbi təxribatlarına cavab olaraq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə 2016-cı ilin aprel ayının əvvəllərində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab verərək onları geri çəkilməyə məcbur edib. Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malik ölkədir, lakin rəsmi Bakı bu münaqişənin sülh yolu ilə həllinə çalışır. Ermənistan qərar qəbul etməlidir, çünki öz işğalçılıq siyasətinə görə geosiyasi və geoiqtisadi təcrid vəziyyətindədir. Bunun günahkarı Ermənistanın özüdür.

-Sizcə, Dağlıq Qarabağda əhalinin məruz qaldığı ən dəhşətli epizod hansıdır?

-Şübhəsiz ki, Xocalı soyqırımı. Bir gecədə aralarında 63 uşaq, 106 qadın və 70 yaşlı şəxsin olduğu 613 nəfər qətlə yetirilib, bundan əlavə, 487 nəfər şikəst edilib, 1275 əsir götürülüb, aralarında 68 qadın və 26 uşağın olduğu 152 nəfər isə itkin düşüb. 8 ailə bütövlükdə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, yüzlərlə şəxs zorakılığa və isgəncəyə məruz qalıb. Sağ qalanların məruz qaldığı psixoloji zədələri hələ saymıram. 56 mülki şəxs xüsusi qəddarlıq və vəhşiliklə qətlə yetirilib. Öldürülənlərin cəsədləri təhqir edilib. Ən dəhşətlisi odur ki, bütün bu vəhşilikləri törədənlər hələ də cəzalandırılmayıb, onlardan bir çoxu Ermənistanda Qarabağ müharibəsi “qəhrəmanı” kimi tanınır və hətta yüksək vəzifələr tuturlar.

-Son olaraq, sizcə nə üçün Dağlıq Qarabağ münaqişəsində ermənilər günahlandırılmalıdırlar?

-Məsələ mənim necə və ya nə səbəbdən o cür fikirləşməyimdə deyil. Bu, elə bir vəziyyətdir ki, faktlar öz-özünə danışır. Şübhəsiz ki, təcavüzə məruz qalan əraziləri işğal edilən və vətəndaşları öz torpaqlarında qaçqına və məcburi köçkünə çevrilən dövlətdir. Təcavüzkar isə beynəlxalq hüququ pozan və iyirmi beş ildən çoxdur ki, beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə məhəl qoymayan dövlətdir. Əminəm ki, bütün bunlar həqiqəti başa düşmək üçün kifayətdir.(publika.az)
Oxşar xəbərlər
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
06 May 2024 | 13:52
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər