"Hər şeyin bitdiyi qənaətində də deyiləm və hesab edirəm ki, çıxış yolları qalır"
Müsahibə
Oxunub: 3678
27 Feb 2018 | 20:22
Seçki prosesi ölkədə siyasi ehtirasları da, siyasi qüvvələr arasında münasibətləri də getdikcə qızşdırmaqadadır. Baxmayaraq ki, müxalifətin əsas kəsimi seçkilərdən özünü kənarda saxladı. 

Seçkilərdə öz namizədi ilə iştirakı gözlənilən Azərbaycan Milli İstiqlal Partiyası da bu marafona qatılmadı. Həm ölkədəki seçkiərəfəsi mühitlə, həm də didər gündəm mövzuları ilə bağlı partiyanın Siyasi Şurasının üzvü Əli Orucovla fikir mübadiləsi aparmaq maraqlı oldu; 
(əvvəli baxın: moderator.az/news/214459.html)

- Prezidentliyə YAP-ın namizədi İ.Əliyevin dəstəklənməsi ilə bağlı çağırış təkcə Anardan gəlmədi. Həm də bu onu mövqeyinin ifadəsi idi. Cəmiyyətin digər təbəqələrindən, ictimaiyyətin nümayəndələrindən də, hətta QMİ sədri A.Paşazadə də belə çağırış edilməsinə baxmayaraq, nədənsə bu cür sərt təpkilərlə üzləşmədi. Sizcə bu, fəqrliliyin səbəbi nədir?

- Mən məsələni fərdləşdirmək istəməzdim. Lakin “uman yerdən küsərlər”. Anar bəy xalq hərəkatı başlananda bu prosesdə fəal iştirak edən, xalqla bir yerdə olan, imperiyaya qarşı mübarizə aparanların sırasında olub. Onun xidmətləri danılmazdı. Eyni zamanda onun rəhbərlik etdiyi Yazıçılar Birliyinə həmişə xalqı duyan, anlayan “qaymaq hesab elədiyimiz” simalar toplaşıb. Millətin sözünü deyə biləcəyi, üz tuta biləcəyi, ruhunu, kimliyini yaşada biləcəyi ünvan kimi baxılıb. Ziyalı deyildikdə ilk ağıla gələn yerlərdən biri də Yazıçılar Birliyi olub. Belə olan halda həmin quruma rəhbərlik edən şəxsin real mənzərəyə doğru-düzgün qiymət verməməsi bir kənara, hansısa çağırışlar etməsi qıcıq yaradıb. A.Paşazadənin ruhaniləri İ.Əliyevə səs verməyə çağırması isə Azərbaycanın Ana Yasasına və Seçki Məcəlləsinə tamamilə ziddir. Konsititusiyamıza görə Azərbaycan dünyəvi dövlətdir və din dövlətdən ayrıdır. Seçki Məcəlləsində isə birbaşa göstərilir ki, din xadimlərinin namizədlərin xeyrinə təbliğat-təşviqat aparması, onların seçki fondlarına pul verməsi qadağandır. Amma bütün bunlara baxmayaraq hörmətli Şeyximiz fəal surətdə açıq siyasətlə məşğul olmaqda və dövlət idarəçiliyinə müdaxilə etməkdədir.  O, özünü ruhani idarəsinin rəhbəri kimi deyil, yüksək rütbəli dövlət məmuru və siyasətçi kimi aparır. Ümumiyyətlə,beynəlxalq terrorizmin, islam radikalizminin qlobal sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığı, sərhədlərimzin bir addımlığında radikal dini ünsürlərin fəallaşdiği və geniş yayıldığı indiki vaxtda təkcə A.Paşazadə deyil, din xadimlərimizin üzərinə böyük məsuliyyət düşür. Onların fikirlərini, diqqətlərini başqa istiqamətə ayırmalarını düzgün saymıram. İkincisi də, bu tip dəstək çağırışların edilməsi hələ çox tezdir, seçkilərin təbliğat-təşviqat mərhələsində edilməlidir. Üçüncüsü isə kimin nə çağırış etməsinə və bu çağırış edənlərin nə məqsəd güdmələrinə baxmayaraq, xalq, seçici o qədər ayıqdır ki, onları aldatmaq, boş-boş vədlərə, populist çıxışlara inandırmaq mümkün deyil. Hər kəs seçimini öz həyat səviyyəsinə və yaşadıqları, üzləşdikləri problemlərinə görə edir. Bu tipli çağırışlara, yarınmaq cəhdlərinə nə İ.Əliyevin ehtiyacı var, nə də seçki prosesinə və səsvermənin nəticələrinə hansısa təsir göstərmir.  Əksinə belə hallar Konstitusiyamızın və seçki  qanunvericiliyinin hörmətsiz hala salınmasının daha bir bariz nümunəsi olur. 

- AMİP prezident seçkilərində hər hansı bir namizədi dəstəkləyə bilərmi?

- Bu tip məsələlərlə qərarlar partiyanın kollegial qrumları tərəfindən verilir. Əgər bununla bağlı rəsmi müraciət olunarsa həmin müraciətə baxıla bilər.

- Hacı Əbdülün sədri olduğu Vətən Naminə Xalq Birliyi hərəkatının yığıncaqlarında prezidentliyə namizədlər sırasında  1-ci Vitse-prezident Mehriban xanım Əliyevanı da görmək istədiklərini bəyan ediblər. Belə təşəbbüslərin gerçəkləşmə ehtimalı varmı?

- Hər kəs müxtəlif istək və arzularda, eləcə də təşəbbüslərdə buluna bilər. Ölkə vətəndaşlarının da Konstitusiyamıza uyğun olaraq kimliyindən və tutduğu vəzifəsindən asılı olmayaraq seçib, seçilmək hüququ var. Ancaq Yeni Azərbaycan Partiyasının Qurultayı indiki prezident İ.Əliyevin namizədliyini irəli sürübsə, zənn etmirəm ki, partiya sədrinin birinci müavini Mehriban Əliyevanın da namizədliyi dəstəklənsin. İkincisi də bu məsələlər YAP-daxili və hakimiyyətdaxili məsələlərdi. Müstəqilliyik tariximizdən indiyədək hələ ki, təkcə bir dəfə 2003-cü ildə seçki marafonunda qadın namizəd iştirak edib.

- 1-ci vitse-prezidentin təyinatından bir il ötdü. Sizcə, ötən müddət ərzində nələr dəyişdi və ümumiyyətlə, təəssüratlarınız necədir?

- Bir il müddət az deyil. Açığı mən bu təyinatdan köklü islahatlar və kardinal dəyişikliklər gözləmirdim və bu barədə də fikirlərimi mətbuatda demişəm. Ölkədə idarəçilik mexanizmi elə qurulub ki, bunun bir detalına toxunulsa həmin sistem çökər. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Mehriban xanım da bu siyasi sistemin yetirməsidir, deməli, metodologiya da eynidir. Ola bilər 1-ci vitse-prezident Əliyevlər hakimiyyətini böhrandan xilas etmək üçün müəyyən cəhdlər etsin, yaxud da hakim elitanın maraqlarına toxunmayan müəyyən islahatlara maraqlı olsun. Lakin neft pulları elitanı, eynən də köhnə qvardiyanı o qədər qüdrətli edib ki, bunlarla bacarmaq heç də asan deyil. Üstəlik də, onların xarici bağları, dəstəkçiləri də var. Bir qrupu  Moskvaya, bir qrupu Tehrana, bir qrupu Ankaraya, bir qrupu İsrailə və s. bağlılaqları var. Ölkədə kastalaşma gedir. Varlı zümrəni hakimiyyətdə möhkəmləndirən amillərdən biri də bu kastalaşmadır, qohumluq bağlarıdır. Siz vəzifəsindən azad edilən nazirlərin möhtəşəm biznes imperiyaları və milyardlarla ölçülən maliyyə imkanları haqqında eşitməmiş olmazsınız. Hələ “vurulanlar” vəzifədə qalanlarla müqayisədə zəif sayılanlardılar. Cəmiyyətin özü də islahatların həyata keçirilməsinə təkan verməyə həvəs göstərmir. Doğrudur, təyinatın ilk aylarında insanlarda bir qədər ümidlənmə yarandı. Lakin getdikcə bədbinlik daha surətlə artmaqdadır. Müxtəlif beynəlxalq təşkilatların illik hesabatlarında da Azərbaycan audsayderliyini, xoşagəlməz nəticələrini saxlamaqdadır. Bu tipli hesabatlarda, hətta, bəyənmədiyimiz düşmən ölkədən də geridə qalırıq. Bununla belə hər şeyin bitdiyi qənaətində də deyiləm və hesab edirəm ki, çıxış yolları qalır. Əgər 1-ci vitse-prezident hakimiyyətin səhvlərini təkrarlamasa, həddindən artıq şişmanlaşmış məmur-oliqarxları dövlət idarəçiliyindən təmizləyə, hüququ nihilizmi qismən də olsa aradan qaldıra, vətəndaşların elementar hüquqlarına təminat verə və onların hədisiz istismarına qarşı çıxa bilsə, korrupsiya və rüşvətə üstün gələ bilsə, vətəndaş etimadı qazanmağı bacarsa, bəlkə həm iqtidarlarının, həm özlərinin, həm də ölkənin xilası mümkündür. Bütün bu çətin, vacib və  mərhələli, həm də  gecikdirilmədən həlli tələb olunan problemlərin öhdəsindən gəlmək üçünsə hakimiyyətdaxilindəki və iqtidarxaric sağlam qüvvələr, bu indiki müxalifətdən də ola bilər, çirkaba bulaşmayan təcrübəli, savadlı və peşəkar kadrlar prosesə cəlb edilməlidir. Xalqın dəstəyini qazanmaq lazımdır. Təəssüflər olsun ki, bir ilin təhlili onu deməyə əsas verir ki, çıxış yolu ancaq siyasi sistemin dəyişməsində, mütərəqqi qüvvələrin idarəçiliyə gəlməsindədir.  

- Prezident seçkilərindən nə gözləyirsiniz? Ola bilərmi siz dediyiniz həmin addımlar seçkidən sonra atılsın?

- Açığı bu seçilərdən elə bir gözləntim yoxdur. Adət etdiyimiz kimi İ.Əliyev yenidən 80-90 faiz səslə postunda qalacaq, digər namizədlərin də hərəsi maksimum 1-2 faizlə kifayətlənəcək. Beynəlxalq müşahidəçilər də ən yaxşı halda dünya standartlarına uyğun, ən pis halda isə irəliyə doğru atılmış bir addım deyərək, münasibətlərini bildirəcəklər. Kabinet buraxılıb yenidən təşkil olunacaq, digər vitse-prezidentlərin kimlikləri bilinəcək. Bunlar illər uzunu bizə alışdırılan adi prosedurlardı.Ağıllı hökümətlər böhrandan çıxmaq üçün böhranı yaradan səbəbləri aradan qaldırmağa, islahatlara və dəyişikliklərə daha tez və qətiyyətlə can atır. Lakin mənim üçün maraqlısı prezident seçkilərindən sonra nələrin baş verəcəyidir. Prezident seçkilərinin də 6 ay qabağa salınması da təsadüfi deyildi və çox ciddi səbəbləri vardı. Dünyada və regionda gedən sürətli proseslər, beynəlxalq siyasi qütübləşmə, artan xarici təzyiqlərhakimiyyətdaxili çəkişmələrin şiddətlənməsi, 1-ci vitse-prezidentin simasında sürətlə güclənməkdə olan yeni bir klanın nüfuz uğrunda və hakimiyyət davaları dəngələri dəyişməkdə, dayanıqlığı itirməkdədir. Paralel olaraq da ölkədəki günü-gündən dərinləşməkdə olan bütün sahələrdəki ciddi problemlər, əhalinin güzəranının ağırlaşması, incidilməsi, güvəniləcək və araxalana biləcək ünvanlarının olmaması radikalizm meyllərini artırmaqdadır. Bu seçkilər ictimai şüurda müsbət dəyişikliklərə olan-qalan ümidləri də tam öldürə bilməklə yanaşı, həm də cəmiyyətdə demokratik  və sivil mübarizənin yolunun bağlanılması təsəvvürü də yarada bilər ki, bu çox ciddi təhlükələrə yol açar. Təəssüflər olsun ki, bunun ilkin işartıları görünməkdədir. Qarşıduran tərəflər artıq bir-birlərinə qarşı opponent, rəqib kimi yox, düşmən, yad ünsür kimi yanaşmaqdadırlar. Sözlər, ideyalar, fikir plüralizmi, alternativliklər deyil, söyüş, təhqirlər, alçaldılmalar, şiddət və sair kimi anormallıqlar siyasi mübarizə aləti kimi işə salınıb. Və çox təəssüf ki, bunları özləri üçün qəhrəmanlıq, mübarizlik, qorxmazlıq kimi qəbul edənlər var. Bu cür olmaz və olmamalıdır!  Qısası qarşıdakı 7 illik vaxt ərzində çox şeylər dəyişə bilər və hətta, gözlənilməz hadisələr də baş verə bilər. Ona görə də hesab edirəm ki, demokratik qüvvələr hər cür prosesə özünü hazırlamalıdır. Ölkəni taleyinə onlar da məsuliyyət daşıyırlar. 
Oxşar xəbərlər
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO