Azərbaycanda yerli özünü idarəetmə instutu olan Bələdiyyələrin 140 illik tarixi...
Oxunub: 1646
21 Feb 2018 | 17:54
Azərbaycanda yerli özünü idarəetmə instutu olan Bələdiyyələrin 140 illik tarixi...
Azərbaycanda yerli özünü idarəetmə instutu olan Bələdiyyələrin  yaranma tarixini və yerli özünü idarəetmə ənənələrini araşdıranların əksəriyyəti Azərbaycan bələdiyyələrin yaranma tarixini yanlış olaraq Azərbaycan Respublikasında 12-dekabr 1999-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərinin keçirildiyi tarixə aid edir və bələdiyyələrimizin yaşını bu tarixdən hesablayırlar. Düzdür Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilimişdir. Halbuki Azərbaycanda yerli özünü idarəetmə ənənələri və bələdiyyələrin yaranma tarixi heçdə 12-dekabr 1999-cu ildən başlamır, Azərbaycanda bələdiyyəçilik tarixi daha qədim tarixə və ənənlərə malikdir. Tarixə nəzər yetirilərsə Azərbaycanda ilk yerli özünü idarəetmə sistemi hələ Azərbaycanın Çar Rusiyasının tərkibində olduğu dövürdə formalaşdığının şahidi olarıq. Çar Rusiyasında şəhərlərin sürətlə böyüməsi, əhalinin sayının artması və sənayenin inkişafı imperiya daxilində idarəetmə sistemi sahəsində müəyyən islahatların aparılması zərurətini yaradırdı.

Bu islahatları aparmaq məqsədiylə  Çar Rusiyası tərəfindən imperiyada şəhərlərin idarə edilmə qaydaları haqqında 1870-ci 16 iyun  tarixli qərar qəbul edildi.  Həmin qərara əsasən Rusiyanın bütün iri şəhərlərində bələdiyyə idarələrinin təşkil olunması və duma seçkilərinə başlanılması nəzərdə tutulurdu. Çarın fərmanından sonra Qafqaz canişini tərəfindən Qafqaz və Zaqafqaziya ölkələrində şəhər əsasnaməsinin tətbiqinin mümkün olub-olmaması barədə qubernatorlara və vilayət rəislərinə rəylərini bildirmələri üçün sorğu göndərildi.

Verilmiş sorğuya cavab olaraq Bakı Qubernatoru Kolyubyak yerli əhalinin inkişaf səviyyəsinin kifayət qədər olmamasını əsas gətirməklə mövcud əsasnamənin Bakı quberniyasının şəhərlərində hələ bir müddət tətbiqinin mümkünsüz olduğunu bildirir. Güya imperiya tərkibində yaşayan qeyri rus millətləri hələ özlərini idarəetmək iqtidarında deyillər. Bu səbəbdən ilk öncə Rusiyanın daxili quberniyalarında həyata keçirilən bələdiyyə  idarələrinin təşkili və dumaların yaradılması Azərbaycanda təxirə düşərək ancaq 8 ildən sonra yəni 1878-ci ildə həyata keçirilir. Qərara əsasən 1878-ci il  Bakı şəhərində ilk dəfə olaraq yerli özünü idarəetmə orqanı olan Bakı şəhər dumasına seçkiləri keçirilir. Dumaya seçkilərdə hər kəs namizəd ola  bilməzdi, seçkidə iştirak üçün bir sıra məhdudiyyətlər və ilkin şərtlər qoyulmuşdu. 

Əsasnaməyə görə Bakı Şəhər Dumasında Azərbaycanlıların sayı üzvlərin ümumi sayının yarısından çoxunu təşkil etməməlidir. Daha sonra  1892-ci ildə qəbul edilmiş qanununda duma üzvlərinin 1/3-ni, 1900-cu ildə olan dəyişiklilərə görə isə duma üzvlərindən yarısını xristianlar  təşkil etməlidir. Şəhər əsasnaməsinin 20-ci maddəsinə görə bələdiyyə üzvlüyünə yalnız daşınmaz əmlakı olan və ya qiyməti 1500 manatdan az olmamaq şərti ilə, şəhər vergilərinin ödəyicisi olan.  ticarət və ya  sənaye  müəssisələrinə malik olan, 25 yaşından yuxarı imtiyazlı silkə mənsub şəxslərin seçilmək hüququ təsbit edilmişdi. Bu səbəbdən  Duma üzvlüyünə ilk başda iri neft sənayeçiləri, tacirlər, fabrik, gəmi sahibləri seçilirdilər. Qoyulmuş məhdudiyyətlərə əsasən 1877-ci il dekabrda keçirilmiş seçkilərdə Bakı şəhər dumasına seçilən duma üzvləri arasında yalnız Həsən bəy Zərdabi, müəllim Həbib bəy Mahmudbəyov, Ə.  M. Topçubaşov kimi barmaqla sayılacaq qədər az sayda ziyalılar yerli əhalini təmsil hüququ əldə etmişdilər.  Bakı varlılarından isə H. Z. Tağıyev, Şəmsi Əsədullayev, İbrahim bəy Aşurbəyov, Əliİskəndər Aşurov, İsabəy Hacınski, Ağabala Quliyev, Musa Nağıyev, Nəcəfqulu Sadıqov və başqaları duma üzvü kimi seçilmişdilər. Şəhər əsasnaməsinə görə qadınlar, yüksək inzibati vəzifə tutanlar və yerli polis məmurları yüksək əmlak senzinə malik olasalarda dumaya namizədliklərini irəli sürmək hüququndan məhrum idilər.   

Keçirilmiş ilk seçkidə 72 duma üzvü seçilsədə daha sonra duma üzvlərinin sayı 75 nəfərə çıxarılır. Birinci duma seçkisində Bakı şəhər dumasına seçilmiş  72 nəfər nümayəndə heyətinin 36 nəfəri yerli müsəlaman əhalidən olmaqla qalanı,  yəni qalan yarısı xristyan əhalidən seçilmişdi. Duma üzvlüyünə seçilmiş nümayəndələr 4 illik müddətə seçilir və qlasnı adlanırdı.  

Bakı şəhər duması müasir Azərbaycan bələdiyyə sistemi kim kollegial orqan olaraq formalaşmışdı. Məsələn Bakı şəhər duması seçilmiş qlasnılardan ibarət nümayəndəli kollegial orqan sayılırdı və Bakı bələdiyyə idarəsinin sərəncam verici orqanı idi. Dumaya şəhər bələdiyyə idarəsinin sədri rəhbərlik edirdi və əsasnaməyə əsasən duma sədri ancaq rus milliyətindən seçilirdi. Dumanın birinci iclası 1878-ci il yanvarın 14-də Bakı şəhər  başçısı Cakelinin sədarəti altında keçirilmiş və 1878-ci ildən 1879-cu ilə qədər bələdiyyə sədri kimi fəaliyyət göstərmiş İosif Dzakkerli ilk bələdiyyə sədri seçilmişdir. Duma iclaslarında qərarların qəbul edilməsi əsanamənin 66-cı maddəsinə əsasən sadə səs çoxluğu prinsipinə uyğun həyata keçirilirdi, dumada iclaslar  və bütün işlər rus dilində aparılırdı.

Bakı Şəhər Dumasının səlahiyyətləri sırf şəhərin təsərrüfat məsələləri, abadlaşdırma, ticarət, şəhər vergilərinin təyin edilməsi, yığılması, xərclənməsi, yanğına qarşı ehtiyat tədbirləri görülməsi və sair məsələrlə məhdudlaşmışdı. Şəhər bələdiyyə orqanları tam müstəqil sayılmırdı. Çünki bələdiyyə idarəsinin orqanları qubernator və daxili işlər nazirinin nəzarəti altında fəaliyyət göstərirdi. Bələdiyyə idarələri yerli özünü idarəetmə orqanını təmsil etsələrdə reallıqda bu idarələr, hökumətin yerli təsərrüfat məsələlərinə baxan yardımçı orqanları kimi fəaliyyət gəstərirdilər. Hətta şəhər əsasnaməsində dumaya seçilmiş şəxslər təsdiq edilmədiyi təqdirdə boş qalmış yerlərə qubernator və ya daxili işlər nazirinin təyin etdiyi adamların  tuta bilməsi öz əksini tapmışdı.

Bakı şəhər özünü idarə orqanlarının vəzifəsi yerli təsərüfat məsələlərinin həlli ilə məhdudlaşsa belə, hətta yerli təsərrrüfat məsələrində tam söz sahibi deyildi.Bakı şəhər bələdiyyəsi yığılan vergiləri öz bildikləri istiqamətlərə sərf etmək və vəsaitlərini hansı sahələrə xərcləmək  məsələsini qubernator və onun yanındakı quberniya idarəsinin nəzarəti ilə müəyyənləşdirirdi. Şəhər bələdiyyə idarəsinin qərarlarını həyata keçirmək gücü polisin səlahiyyətində olduğu üçün şəhər təsərüfatına aid qərarlar polis idarəsi ilə razılaşdırılmadan tətbiq edilə bilməzdi. Bunuda qeyd etmək lazımdır ki, Bakı Şəhər Duması Rus imperiyasının ən varlı idarələrindən biri hesab olunurdu. Yarandığı ilk illərdə Bakı şəhər duması yeni bina tikilənə qədər Nikolayevski küçəsində zərgər Aşumovun evini  kirayə edərək bu evdə fəaliyyət göstərmişdir (Şəkil 1).

Polyak memar  İosif Qoslavskinin layihəsi əsasında 18 may 1900-cü ildə şəhərin şəxsi xidmətləri üçün inzibati təyinatlı yeni şəhər duma binasının təntənəli təməl qoyma mərasimi həyata keçirilsədə binanın tikilişi xeyli yubanır, İosif Qoslavskinin xəstəliyi ilə əlaqədar olaraq tikinti işləri mühəndis Kazimir Brunoviç Skureviçə həvalə edilir və nəhayət 27 sentyabr 1912-ci ildə tamamlanaraq bina təhvil verilir (Şəkil 2).

Bakı şəhərindən sonra 1892-ci ildə qəbul edilmiş yeni şəhər əsasnaməsi ilə Gəncə şəhərində tam səlahiyyətli Şamaxı, Quba, Lənkaran, Şəki kimi şəhərlərdə məhdud səlahiyyətlərə malik yerli özünü idarəetmə orqanları fəaliyyətə başlayır.

    Azərbaycanda bələdiyyələrin fəaliyyəti təkcə Çar Rusiyası dövrü ilə məhdudlaşmır.  1918-ci ilin martında ermənilər tərəfindən  törədilmiş kütləvi türk-müsəlman soyqırımlarından sonra hakimiyyəti ələ almış bolşeviklər şəhər dumasını buraxır. 1918-ci il aprelin 10-da Bakı və onun rayonlarınm İnqilabi Müdafiə Komitəsinin dekreti ilə Bakı şəhər duması ləğv olunaraq funksiyaları xüsusi şəhər təsərrüfatı şöbəsinə verilir. Bolşeviklər zamanında ləğv edilmiş Bakı şəhər bələdiyyə idarəsi Azərbaycan Xalq Cümhuriyyətinin Hökuməti bərqərar olan kimi yenidən bərpa edildi və Azərbaycan Xalq Cümhuriyyətinin dövründə bələdiyyələr daha müstəqil fəaliyyət göstəməyə başladılar. 

Bələdiyyə idarələrinin yenidən fəaliyyətə başlamasının hüquqi təminatı olaraq 1918-ci il iyulun 30-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti şəhər özünü idarələrinin fəaliyyətinin bərpa olunması haqqında qərar qəbul etdi. Qəbul edilmiş qərar əsasında sentyabrın 18-də Bakı şəhər özünü idarəsi Rusiya Müvəqqəti hökumətinin 1917-ci il 9 iyun tarixli qanunu əsasında seçilmiş tərkibdə bərpa edilir. Həmçini Milli Hökümət tərəfindən şəhər dumasına tərkibini öz mülahizəsinə görə artırıb 80 nəfərə çatdırmaq, həmçinin, şəhər idarəsi işçilərinin sayını artırmaq hüququ verildi. 

Şəhər özünüidarəsinin fəaliyyəti bərpa edilərkən  Ermənilərin törətdiyi soyqırım və bolşeviklərin hakimiyyəti dövründə qaçıb dağıldığı üçün deputatların xeyli hissəsi olmadığından Hökumətin icazəsi ilə dumanın özünün daxil etdiyi şəxslər hesabına Bakı şəhər dumasının tərkibi yenidən formalaşırılır. Hökümət tərəfindən 1918-ci il sentyabrın 22-də şəhər özünü idarəsi deputatlarının Bakı Şəhər İctimai Özünüidarəsi tərəfindən təqdim olunmuş siyahısını təsdiq edilir. Bakı şəhər bələdiyyə başçısının rəhbərlik etdiyi bələdiyyə idarəsi təsərrüfat, tikinti, maliyyə, torpaq, məktəb, tibb-sanitariya, su kəməri olaraq 7 şöbədən təşkil edilmişdir. Bakı bələdiyyə idarə Cümhuriyyətin süqutundan sonra bolşeviklər tərəfindən yenidən ləğv edilir.

Fərman Salmanlı
Bələdiyyə məsələləri üzrə ekspert, hüquqşunas
Oxşar xəbərlər
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:41, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb - YENİLƏNİB + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Avropa çempionu olan həmyerlimizə mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb