Vəli Axundovdan gənc qələm sahiblərinə gözlənilməz jest...
Cəmiyyət
Oxunub: 1449
18 Jan 2018 | 00:42
Vəli Axundovdan gənc qələm sahiblərinə gözlənilməz jest...
Bəli, söhbət ötən əsrin 60-ci illərinin birinci yarısında baş verən qəribə bir olaydan gedir...

Mərhum şairimiz İlyas Tapdıq maraqlı həmsöhbət idi. Uzun illər müxtəlif nəşriyyatlarda redaktor, şöbə müdiri, baş redaktor vəzifələrində çalışmışdıı. Həm tutduğu vəzifə mövqeyinə, həm də yaradıcılığına görə geniş ədəbi ictimaiyyat arasında yaxşı tanınırdı.

İlyas müəllim ayrı-ayrı sahələrdə çalışan şəxslərlə, hətta, yaradıcılıqdan, yəni ədəbi-bədii fəaliyyətdən uzaq olan  adamlarla da yaxından tanış idi. Onun tanışları arasında Azərbaycana müxtəlif vaxtlarda rəhbərlik edən adamlar- İmam Mustafayev, Vəli Axundov, Heydər Əliyev, Əbülfəz Əliyev kimi şəxsiyyətlər vardı.

O, bir dəfə belə bir əhvalat danışdı:

“Altımışıncı illərin əvvəlləri idi. O vaxt bütün SSRİ-də bir canlanma yaranmışdı. Bu da səbəbsiz deyildi. Stalinin ölümündən sonra hakimiyyətə Xruşşov gəlmişdi. Şəxsiyyətə pərəstış kəskin ifşa olunurdu. Həmin dövrü indi “buzqıran”, “yumşalma” adlandırırlar. Sanki ədəbiyyat da yeni bir mərhələyə qədəm qoymuşdu. Cəsarətli əsərlər meydana çıxırdı.  Bu gün “altmışıncılar” adlanan nəsil də məhz  o zaman öz sözünü deməyə başlamışdı. Qısası, həyatın hər sahəsində, o cümlədən ədəbiyyatda bir yeniləşmə hiss olunurdu. 

Mən o vaxtlar nəşriyyatda çalışırdım. Təzə ailə qurmuşdum. İçərişəhərdə bir evin zirzəmisində məskunlaşmışdıq. Belə baxanda mənim vəziyyətim nisbətən babat idi. Qələm dostlarımın eləsi vardı ki, yataqxanada, kirayədə yaşayırdı. Hətta, vağzalda gecələyənlər də vardı... 

O vaxt gənc idik. Dünya vecimizə deyildi. Elə indiki gənclərin çoxu kimi iddiamız böyük, həyat təcrübəmizsə az idi. Hər birimiz özümüzü dahi kimi hiss edən vaxtımız idi... O vaxtlar Rusiyada Yevtuşenko, Boznesenski, Rojdestvenski, Axmadullina kimi şairlər, Okucava, Vısotski, Kabzon kimi müğənnilər az qala mərkəzi hökumətlə hökumətlik  edirdilər.

Bizdə də cəsarətli söz adamları vardı. Mehdi Hüseyn, Mirzə İbrahimov, Rəsul Rza, İsmayl Şıxlı, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, İsa Hüseynov, Sabir Əhmədli kimi şair və yazıçılar ən yaxşı, ən cəsarətli əsərlərini elə o dövrdə yaradıblar...

Biz nisbətən gənc nəsil idik. Dediyim kimi, enerjili, ötkəm vaxtımız idik. Amma əksəriyyətimiz məişət çətinlikləri məngənəsində çabalayırdıq. Yəni, dediyim kimi, çoxumuzun ev-eşiyi yoxdu. Arada bir yerə toplaşıb “dərdimizi unutmaq üçün”, necə deyərlər, “atışardıq”; indi bu ifadəyə “alman hesabı” deyirlər... Yeni kitabı nəşr olunanlar da qonaqlıq verərdi. Biz o vaxtlar üçün az-çox səliqə-sahmanlı olan yeməkxana və ya restoranlara gedərdik. Onda yeyib-içmək yerləri indiki kimi bol deyildi... 

Dostlarımızın çoxunun adı indiki nəslə yaxşı məlumdur: Sərdar Əsəd, Əli Kərim, Kələntər Kələntərli, Yusif Həsənbəy, Şamil Salmanov, Firidun Ağayev, Faiq Cəmcəm, Əlibala Hacızadə, Vladimir Qafarov... Arada bizim bu “yeyib-içən” dəstəyə özümüzdən yaşlı nəslin nümayəndələri də qoşulurdu. Məsələn, İslam Səfərli, Əlfi Qasımov, Qabil, Atif Zeynallı, Hüseyn Arif... Hətta, bir neçə dəfə o vaxtlar məşhur olan Əliağa Vahid də bizimlə bir masa arxasında əyləşmişdi...

Yadımdadır, qış günü idi. Qələm dostlarımla “Novı Yevropa”da, ya da ki, “Novbahar”da yaxşıca yeyib-içmişdik. Əhvalımız yaxşı idi. Məclis başa çatandan sonra qərara aldıq ki, dəniz kənarında bir az gəzişək, daha sonra  isti çayxanalardan birində çay içib qızınaq...

 Quşbaşı qar yağırdı. Neftçilər prospekti ilə deyə-gülə gedirdik. Birdən bir az irəlidə gedən dostlardan biri geri çevrilib, əlini yuxarı qaldırdı, sakit olmaq işarəsi verdi. Əvvəlcə heç nə anlamadıq. Sonra elə həmin dostumuz yuxarı qaldırdığı əlini irəli uzatdı. Biz diqqətlə dostumuzun işarə etdiyi istiqamətə baxdıq. O vaxtkı dövlət rəhbərimiz Vəli Axundov bizdən bir-iki addım irəlidə gedirdi. Təbii ki, biz hamımız onu tanıdıq. Ondan bir qədər aralıda ucaboy, enlikürəkli bir gənc də vardı; yəqin ki, həmin gənc Vəli Yusif oğlunun mühafizəçisi idi. Biz addımımızı bir qədər yavaşıtdıq. Səsimizin tonu aşağı düşdü.

Elə bu əsnada Atif bizdən aralanıb Vəli Axundova yaxınlaşdı və ucadan:

-Yoldaş Axundov, olar Sizi bir dəqiqə,-deyə səsləndi.

Ucaboy oğlan geri dönüb təəccüblə soruşdu:

-Sizə nə lazımdır?

Atif ölkə rəhbərinə sözü olduğunu bildirdi. Paltosunun çiyinlərində qar topası qalaqlanmış Birinci katib, çox güman ki, bu dialoqu eşidirdi. Ona görə də ayaq saxlayıb üzünü əvvvəlcə bizə, sonra da Atifə sarı tutub təmkinlə dilləndi:

-Buyurun. Eşidirəmm...

Atif Bakıda böyümüşdü. Bizdən bir az yaşlı, həm də dilli-ağızlı idi. Şeirləri tez-tez mətbuatda çap olunurdu. Süleyman Rüstəmin dostu idi, ondan dissertasiya yazırdı. Zarafatcıl, sözü üzə deyən bir adamdı. 

Atif Axundova yaxınlaşıb dedi:

-Yoldaş Axundov, bax bunların hamısı qələm adamlarıdır. Şair, yazıçı, tənqidçi... Hətta, aralarında alim də var.

Vəli Axundov bizi gözdən keçirib gülümsədi.

-Çox yaxşı... Tanışlığa şadam. Bəlkə bir sözünüz var mənə?

Atif sanki dövlət başçısının bu sözündən sonra daha da cəsarətlənərək dedi:

-Bəli, Sizdən bir xahişimiz var, yoldaş Axundov. Bax buradakı yoldaşların, demək olar ki,  heç birinin ev-eşiyi yoxdur. Kimi kirayədə qalır, kimi yataqxanada... kimisi də vağzalın gözləmə zalında... Bax indi qışdır, qar yağır. Gecə şaxta düşəcək... Bu cavanlar da Sizin məmurlar kimi isti mənzillərdə, isti yorğan-döşəkdə yatmaq istəyirlər.

Çox güman ki, şairin dediyi son cümlə dövlət başçısının xoşuna gəlmədi. Amma o, qısaca :”Oldu, baxarıq”- deyib, xudahafizləşərək bizdən ayrıldı.

Bundan sonra araya qızğın mübahisə düşdü. Kimi Atifi qınayır, kimi də müdafiə edirdi...
Elə həmin günün sabahı bizi Yazıçılar İttifaqının Sədri Mehdi Hüseynin iş otağına çağırdılar. Dedik yəqin ki, kimsə dünənki söhbəti Mehdi müəllimə çatdırıb. Orasını da deyim ki, Mehdi Hüseyn xaraktercə sərt, ötkəm bir adamdı.

Sən demə, Mehdi müəllim doğrudan da, Axundovla aramızda olan söhbətin məğzini bilirmiş. Amma... Amma Sədrimiz bizi bəzi çatışmayan cəhətlərimizə görə haqlı olaraq bir qədər məzəmmət edəndən sonra dedi:

-Yoldaş Axundov bu gün Baksovetə göstəriş verib, yeni tikilən evlərdən  bir neçəsinin cavan yazıçılar üçün ayrılması nəzərdə tutulub...

 Bir il sonra indiki Elmlər Akademiyası ilə üzbəüz binadan, “xruşşovkadan”  mənə, o cümlədən bir neçə qələm yoldaşımıza mənzil verildi. Allah o kişiyə qəni-qəni rəhmət eləsin”.

Bax belə...

Qocaman qələm dostumun çoxdan danişdığı bu əhvalatı qələmə almaq qərarına gəldim.

Firuz Mustafa


Oxşar xəbərlər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 11:50
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
04 May 2024 | 11:55
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
04 May 2024 | 11:59
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:51
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
04 May 2024 | 12:14
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
04 May 2024 | 12:27
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
04 May 2024 | 12:08
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
04 May 2024 | 12:54
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 11:50
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
04 May 2024 | 11:55
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
04 May 2024 | 11:59
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:51
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
04 May 2024 | 12:14
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
04 May 2024 | 12:27
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
04 May 2024 | 12:08
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
04 May 2024 | 12:54
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...