Dünyaca məşhur “Volkswagen” şirkətində çalışan alimimizdən ilginc açıqlama...
Oxunub: 4081
17 Jan 2018 | 08:42
Dünyaca məşhur “Volkswagen” şirkətində çalışan alimimizdən ilginc açıqlama...
TANITIM: Pərviz Əmiraslanov 1971-ci il iyulun 28-də Tovuz rayonunun Sarıtala kəndində anadan olub. 1994-cü ildə Azərbaycan Texniki Universitetinin maşınqayırma fakültəsini bitirib. 1994-1998-ci illərdə AzTU-da pedaqoji fəaliyyətlə məşğul olub. 1998-ci ildə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) elmi təqaüdünə layiq görülən Pərviz Əmiraslanov 1998-2005-ci illərdə Almaniyanın Braunşvayq Texniki Universitetində fasiləsiz pedaqoji fəaliyyət göstərib. 2006-2017-ci illər ərzində Almaniyanın müxtəlif universitetlərində (Braunschweig Texniki Universiteti, Clausthal Texniki Universiteti), texniki ali məktəblərdə (Wolfenbüttel/Wolfsburg/ Braunschweig) mühazirələr aparıb və elmi-texniki seminarlara rəhbərlik edib. Ümumilikdə 23 illik pedaqoji iş təcrübəsi vardır. Hazırda Pərviz Əmiraslanov “Volkswagen AG” şirkətində “Texniki Simulyasiya və Rəqəmsal Texnologiya” şöbəsinin müdiri vəzifəsində çalışır. Onun rəhbərlik etdiyi şöbədə yeni avtomobillər üçün intellektual və innovativ texnologiyalar nəzəri cəhətdən araşdırılır və praktiki sınaqdan keçirilir. Son illərdə pilotsuz avtomillər üçün nəzərdə tutulmuş beynəlxalq həcmli layihələr, o cümlədən “Süni İntellekt” metodunun həm nəzəri və həm də praktiki tətbiqi ilə ciddi məşğul olur. Rəhbərlik etdiyi şöbədə süni intellekt metodunun inkişafı, DeepLearning, MachineLearning, FuzzyLogic və s. kimi sahələrdə elmi-metodiki seminarlar həyata keçirilir.

Əmək bazarının tələblərinə çevik uyğunlaşma indi hər ölkə üçün prioritet vəzifələri ortaya qoymaqdadır. Yaxın 10-15 ildə dünya əmək bazarında baş verəcək qlobal yeniliklərə vaxtında və həm də “ağrısız” cavab verə bilmək üçün keyfiyyətli kadr hazırlığı ön plana çıxır. 2017-ci ilin hesabatları göstərir ki, Almaniya Avropada işsizliyin səviyyəsinin çox aşağı olduğu ölkədir. Ötən il Almaniyada 1990-cı ildən sonra rekord məşğulluq səviyyəsi də qeydə alınıb. Məhz yüksək məşğulluq səviyyəsi Almaniyanın Avropada ən güclü iqtisadiyyata malik ölkə statusunu təmin edib. Cari ilin yanvarın 3-də Almaniyanın Federal Əmək Agentliyinin rəhbəri Detlef Şele (Detlef Scheele) qeyd edib ki, alman şirkətləri tərəfindən bu il 600 min yeni iş yerləri açılacaq. Yeni iş yerləri isə ölkə iqtisadiyyatının inkişafını təmin edən başlıca faktor kimi çıxış edir. İxtisaslı kadrlara olan ehtiyacın aradan qaldırılmasında isə peşə təhsili sistemi mühüm rola malikdir. Almaniyada peşə təhsilinə münasibət, ümumiyyətlə, necədir? Bu ölkədə peşə təhsili sahəsində keyfiyyətli kadr hazırlığı necə həyata keçirilir? 

Bu və digər suallarımızı Almaniyanın Braunşvayq Texniki Universitetinin əməkdaşı, “Volkswagen AG” şirkətinin şöbə müdiri, texnika elmləri doktoru Pərviz Əmiraslanovla müzakirə edirik. 
- Almaniyada uşaqların texniki peşələrə stimullaşdırılması hansı siniflərdən və ya yaş dövründən başlanır? Almaniyalı uşaqlar peşə seçimində nə dərəcədə müstəqildirlər?

- Almaniyada şagirdlərin texniki peşələrə motivasiyası adətən aşağı siniflərdən başlanır. Hətta uşaq bağçalarında çoxşaxəli və əyləncəli oyunlara maraq oyadırlar. İbtidai məktəblərdə (əsasən 3 -cü siniflərdə) şagirdlərin maraqları öyrənilir və bu istiqamətdə geniş pedaqoji iş aparılır. Sonralar isə məktəblərin digər üst pillələrində şagirdlər maraqlarına uyğun olaraq fənlərin seçimini (burada həftədə istiqamət üzrə dərslərin saatı fərqli olur) edirlər. Peşə seçimində şagirdlər əsasən çox sərbəst olurlar. Təbii ki, valideynlərin, ətraf çevrənin də təsiri danılmazdır. Aşağı siniflərdə şagirdlərin praktiki işlərə meyilini artırmaq üçün məktəbdənkənar çoxlu dərnəklər təşkil edilir və bu dərnəklərdə iştirak çox zaman interaktiv şəkildə baş verir. Bununla da şagirdlərdə sərbəstlilik, düşünmə qabiliyyətinin artması, kreativlik daha erkən yaranır. Nəticədə peşə seçimi də uşaqlıqdan qismən də olsa baş qaldırır. 

- Ölkədə texniki peşə təhsili üzrə xidmətlərin geniş spektrini təqdim edən xüsusi dövlət və ya özəl qurumlar varmı? Varsa, şagirdlərin ilkin peşə seçimindən tutmuş iri korporasiya əməkdaşlarının ixtisas dərəcələrinin yüksəldilməsi sahəsində nə kimi fəaliyyətlər göstərir?

- Bu sahə müntəzəm olaraq Almaniya dövləti və sənaye tərəfindən diqqətdədir. Konkret olaraq bu işlərlə məktəblər və yaxud xüsusi hallarda sənaye yönümlü şirkətlərin filialları məşğul olurlar. Burada həm dövlət dəstəyi, həm də sənaye dəstəyi olur. Sənaye çox zaman dəstəyi özünün strategiyasına uyğun olaraq seçir ki, bu da çox effektivdir. Dövlət isə bunu ümumi şəkildə həyata keçirir. Bunun effekti isə bir qədər az olur. İxtisas dərəcələrinin yüksəldilməsi, bir qayda olaraq, həmişə həyata keçirilir. Hər hansı bir müəssisə işçisini, yaxud peşəyönümlü məktəbsə, şagirdini öz səfiri hesab edir. Bununla da bir növ sanki ağıllı bir yarış olur. Bütün müəssisələr daimi olaraq yenilikləri bilmək üçün işçilərinə seminarlar təşkil edir və bununla da problemlər varsa, aradan qaldırılır. 

- Almaniyada peşə təhsili mütəxəssislərinin hazırlığı bilavasitə istehsal sahələrində (şirkətlər, kompaniyalarda) və ya peşə təhsili müəssisələrində həyata keçirilir? Məsələn, BMW, Mersedes kimi iri şirkətləri güclü mütəxəssis bazasına malikdir. Şirkət buna necə nail olur? 

- Bilirsiniz, mütəxəssis olmaq üçün gərək buna hazır olasınız. Yəni bunu şagirdlərin özü şüurlu halda birbaşa seçim edirsə və istəyinə, məqsədinə nail olmaq üçün reallıqla barışaraq müdaxilə olmadan öz üzərində ciddi çalışırsa, mütləq mütəxəssis olacağı bəllidir. Almaniyada xüsusi peşə təhsili məktəbləri vardır və bu məktəblərə adətən qəbul olan şagirdlərin praktiki qabiliyyəti yüksək olur. Bütün bunlara isə onlar aşağı sinifdən alışırlar. Bunun üçün sizə bir misal gətirim. Mənim bir alim işçim var və uşaqlığından evlərində həm atasının şəxsi laboratoriyası olub, həm də balaca bir sexləri var. Orada lap məktəbə getmədən öncədən atası ilə birlikdə çalışıb. Sonra mütləq peşə təhsili almağa qərar verib. Öncə peşəyönümlü məktəb bitirib, sonra ali məktəb oxuyub. Daha sonra universitet təhsili alıb və sonunda isə daha da irəli gedərək bütün praktiki bacarıqlarını elmdə sınayıb. Nəticə isə budur ki, sonunda alimdir və çox sevilən, bacarıqlı bir mütəxəssisdir. 

İri şirkətlər (yəni Holdinq şirkətlər şəbəkələri) təbii ki, bu məsələdə maraqlıdırlar və bəzi hallarda özlərinin peşəyönümlü özəl məktəblərini, bəzən də yüksək ali məktəblərini yaradırlar.

- Hər hansı şirkət ona lazım olan işçini necə seçir? İşçinin və ya mütəxəssisin onun tələblərinə uyğun gəlib-gəlmədiyini necə müəyyən edirlər?

- Bu seçim çoxpilləli olur, bəzən isə o qədər də asan olmur. Böyük şirkətlərdə seçim çox zaman həm insani keyfiyyətlərə görə, həm də ixtisas baxımından hərtərəfli diqqətdən keçirilir. İşin tələbatından asılı olaraq sənəd verən şəxs haqqında öncədən məlumat olur və görüş zamanı çoxpilləli prosedurlar həyata keçirilir. Son halda böyük şirkətlərdə seçimin asan olmayacağı bəlli olur və öncədən buna qərar vermək olduqca çətin olduğundan şirkətin İnsan Resursları şöbəsi ixtisas şöbələri ilə birgə çalışaraq xüsusi proqram əsasında problemin həllinə nail olur. Yəni burada istər bilik səviyyəsi, istər şəxsi xarakter, istər sosial, psixoloji xüsusiyyətlər və s. nəzərə alınır. Təbii ki, ən öndə gələn ixtisas bacarığıdır. Bu isə Almaniyada əsasən çoxluq təşkil edir. Seçim isə digər nüansların da nəzərə alınmasından asılı olur.

- Peşə təhsili üzrə imtahanlar təşkil olunurmu, onlar necə və kim tərəfindən təşkil edilir? Şagirdlərdə hansı keyfiyyətlərə daha çox üstünlük verilir?

- Bu, peşə təhsili verən məktəblərin tələbatından asılıdır. Adətən testlər keçirilir və belə testlər çox zaman Almaniyada peşə təhsili üzrə dövlət qurumlarının dəstəyi ilə tətbiq olunur. Əgər peşəyönümlü məktəb bir şirkətə aiddirsə, yəni dövlətin deyilsə, ona dövlət dəstəyi olmur. Xüsusi hallarda dövlət dəstəyi ola bilər ki, bu da şirkətlə dövlətin imzaladığı müqavilənin şərtlərindən asılıdır. 

Şagirdlərin keyfiyyətlərinə gəlincə, buna əsasən praktiki bacarıq, kreativlik, sərbəst düşünmə qabiliyyəti, əzbərçilikdən kənar olmaq, çətin anlardan özünü çıxarma bacarığı, səmimi olmaq və digər keyfiyyətlər daxildir.

- Bəzən deyirlər ki, Almaniyada peşə təhsili almaq ali təhsil almaqdan çətindir? Doğrudanmı belədir? Hazırkı dövrdə Almaniyada peşə təhsili diplomlarının və ya sənədlərinin ali təhsil diplomlarından daha çox tələb olunan olduğunu söyləmək olarmı? 

- Yanlış fikirdir! Peşə təhsili adətən praktiki yöndədir və təbii ki, bacarıq, istedad tələb edir. Ali təhsil isə elmi xarakter daşıyır və burada nəzəri biliklər elmi əsaslandırılmalı və praktika ilə uzlaşmalıdır. Ali təhsildə tərtib edilmiş hər bir buraxılış işi (diplom, bakalavr, magistr və s.) elmi araşdırmalar nəticəsində həyata keçirilir. Bu isə məlumdur ki, asan deyil və hətta daha çətindir. Peşə təhsilində isə əsasən əyani - praktiki işlər daha öndədir. Bu isə çox zaman inkişafda olan ölkələrə çətin görünür. Əslində isə belə deyil. Peşə təhsili diplomlarına tələbat, bəli, daha çoxdur, çünki Almaniyada ayrı-ayrı peşə sahələri daha qabarıqdır və bu, normal hal hesab edilir. ("Azərbaycan müəllimi" qəzeti)
Oxşar xəbərlər
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO