Cəzanın tətbiqi fəlsəfəsi
Oxunub: 1689
08 Jan 2018 | 21:23
Cəzanın tətbiqi fəlsəfəsi

Sosial ədalətin bərpası məqsədilə cəza, yalnız məhkəmənin hökmü ilə təyin edilən dövlətin cinayət hüquqi xarakterli məcburiyyət tədbiri kimi cinayət törətməkdə  təqsirli  sayılan şəxslərə tətbiq edilir. Bir az da obrazlı ifadə etsəm, cəzanın tətbiqi ilə təqsirkara məhrumiyyətlər yaradılır, onun hüquq və azadlıqlarını məhdudlaşdırmaqla fəlsəfi bir anlama eyham vurulur ki, ətraf üçün baş verə biləcək təkrar cinayətlərin qarşısını almağa, məhkumların islah olunmasına istiqamətlənən və hamı üçün görk olunan bir imkan açılır.

Cəzanın tətbiqi fəlsəfəsi cəzanın  mahiyyətini, məzmununu və formasını xarakterizə edən əlamətlərini, cəzanın məqsədinin qaçılmaz olduğunu, habelə ictimai təhlükəli əməlin dərəcəsinə nə dərəcədə uyğunluğunu özündə əks etdirir. Digər xarakterik cəhət ondan ibarətdir ki, cəzanın ümumi xəbərdarlığı həm təqsirkara və onun ətrafına, həm də, baş verə biləcək  təhlükəli halların qarşısını almağa yönəlir.

 İlk növbədə cəzanı xarakterizə edən əlamətlərə diqqət yetirək:

Bu, dövlətin törədilən cinayətlərə-ictimai təhlükəli əməllərə və onun subyektlərinə olan reaksiyasıdır (sair hüquqpozmalara tətbiq edilmir).

Yalnız Azərbaycan Respublikası CM-də ehtiva edilən və cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməllərə görə tətbiq edilir;

Cinayət hüquq məsuliyyətinin subyekti olan (müəyyən yaş həddinə çatan) anlaqlı fiziki şəxslərə tətbiq edilir;

 Əməlin dərəcəsinə uyğun, yalnız məhkəmənin hökmü ilə təqsirkarlara təyin edilir;

Məhkumluq yaradır;

Cəzanın hüquqpozmalardan fərqli cəhəti təqsirkar üçün əhəmiyyət kəsb edən azadlıqlardan məhrum olunması, azadlığının  və hüquqlarının məhdudlaşdırılması ilə bağlıdır.

 Digər hal cəzanın məzmununu xarakterizə edən əlamətlərdir. Yəni, cəzanın dövlətin adından, cinayət hüquqi xarakterli məcburiyyət tədbiri kimi təyin edilməsi, hüquq və azadlıqların məhdudlaşdırılması diqqət çəkir.

 Cəzanın formasını  xarakterizə edən əlamətlərə isə yalnız CM-nin müvafiq  maddələri ilə, təqsirkarların işkəncələrlə, qeyri insani və amansız rəftarlar və yaxud, ləyaqəti alçaldan hərəkətlərlə müşayət olunmayan formalarla həyata keçirilməsini nəzərdə tutur.

Bir qayda olaraq cəzanın məqsədi onun tətbiqindən gözlənilən və  hamı üçün ideal ifadə təzahürünün realizə olunmasından  ibarətdir ”“deyə bilərik.

Sosial ədalətin bərpası cəzanın törədilən cinayətə uygun olması ilə təsdiqini tapır. Əməlin subyektinə qarşı cəzanın və ya cinayət hüququ xarakterli tədbirin tətbiqi ədalətli olmalı, ictimai təhlükəli əməlin dərəcəsinə və xarakterinə, təqsirkarın şəxsiyyətinə və əməlin törədilmə şəraitinə müvafiq olmalıdır. Sosial ədalətin bərpası o deməkdir ki, dəymiş zərərin müxtəlif növləri kompensasiya olunur, zərər ödənilir. Bu əlamət, cəzanın cinayətkarın sosial statusuna uyğun tətbiqini də özündə birləşdirir. Cəza elə həddə olmalı və təasirkardan əməlinə görə  dövlət  elə səviyyədə qisas almalıdır ki, zərərçəkən vətəndaşlar üçün qisas almağa dəhliz açılmasın.

Məhkumun islah olunması: islah etmək məhkumda insana hörmətin, cəmiyyətə, əməyə, ictimai normalara, hüquq və birgəyaşayış qaydalarına qeyri etik davrananlara qarşı xüsusi xəbərdarlığın formalaşdırılması ilə əhəmiyyət kəsb edir. Cəzanın tətbiqi ilə məhkuma hüquqi və qeyri hüquqi vasitələrlə təsir edilir, məhkum törətdiyi əmələ görə daxili iztiraba məruz qalır  və hər gün peşmançılıq çəkməyə vadar olunur. İslah olunmanın ilk və deyərdim ki, ən mühüm  üsulu cinayətkarın öz günahını anlamasından ibarətdir. Bu baş vermirsə deməli, cəzanın məqsədinə dair bütün hərəkətlər boş yerə sərf edilib.

Cəza həm də, yeni cinayətlərin (törədilə biləcək) qarşısını almaq məqsədilə xəbərdarlıq vasitəsidir.

Cəzanın bu əlaməti qeyri müəyyən şəxslərin dairəsi və ətraf üçün onların şüuruna və düşüncələrinə təsir edəcək “cinayət varsa, cəza da olmalıdır” hədəsi ”“ vahiməsinin bir alətə və vasitəyə çevrilməsini özündə əks etdirir..

Cəza  məzmununun xarakterinə görə tənzimlənməyən sosial davranışlara görə təqsirkara fiziki, maddi və mənəvi ziyanın yetirilməsi gücünü özündə saxlayır. Bu mənada,  cəzanın əsas cəhətlərindən biri onun labüdlüyündən doğan, məcburi tətbiqindən asılı olur. Amma bəzən, davranışın özünü tənzimləmə təcrübəsinə də rast gəlinir. Yəni, şəxs vicdanı və həyası qarşısında əzab çəkərək özünə qarşı  “cəza” tətbiq edir, hərəkətinə görə sarsılır, peşimanlıq çəkir...

 Cəzanın tətbiqi ona görə məcburi və qaçılmazdır ki, əxlaqında və davranışında problem olan fərd, digər tərəfin hüquqlarına, ictimai münasibətlərə zidd davranmasın, sosial-fəlsəfi, əxlaq və etik baxımdan ictimai şüurun qəbul etmədiyi  anormal hərəkətlərə bir daha yol verməsin və s...  

Tarixən cəzanın törədilən əməlin subyektlərinə qarşı tətbiqinə həmişə “bəraət” qazandırılıb, təqdir olunub. Müasir normativ  nəzəriyyələrdə də, cəzanın məqsədi unudulan, əldən çıxan və axtarışı çətin olan bəşəri bir dəyərin- ədalətin  bərpası kimi xatırlanır, sosial ədalət, yalnız ədalətli cəzanın tətbiqindən sonra bərpa olunur. Yuxarıda qeyd etdiyim kimi,  məhkumun günahını anlayacağı təqdirdə sosial ədalət bərpa oluna bilər. Eyni zamanda zərəçəkənlərin ”“ qurbanların da hüquq və azdalıqlarının ədalətlə təmini,  mühafizəsi və dəymiş fiziki, maddi və mənəvi ziyanın, kompensasiyanın sözsüz ödənilməsi prioritet təşkil edir. Neqativ, deviant davranışı olan şəxslərin islah olunması da, cəzanın sonrakı məqsədi kimi qəbul edilir. Cəzanın tətbiqi ilə  təqsirkarın, şəxsiyyətin oriyentasiyasında dəyişiklik etmək mümkün olarsa, məhkumda qanunlara, hüquq qaydalarına və ətrafın hüquq və azadlıqlarına hörmət ruhunda davranılması aşılanarsa (ən azı təkrar əməlinə görə cəzanın tətbiqindən ehtiyatlanırsa, həyacan keçirirsə) deməli, cəzanın islah olunmağa təsiri olmuşdur. Sonrakı məqsəd törədiləcək yeni, ictimai münasibətlərə zidd əməllərin  qarşısını almaqla xəbərdarlığı nəzərdə tutulur. Bir növ, məhkuma və digər sosial qruplara cəzanın “Vahiməli barmağının” silkələnib “dur” deməsidir.

Cəzanın bütün məqsədləri məzmuna görə fərqlənsələr də, təsir vasitəsi kimi qarşılıqlı əlaqədə və  şəraitdə fəaliyyət göstərirlər. Qənaətimə görə cəzanın çəkindirmə və yaxud, ona  hörmətin aşılanması  üçün cinayətlərin qəsdən törədilən ağır və xüsusilə qğır növlərinə görə sərtləşdirilməsinə ehtiyac var. Kimin nə deyəcəyindən asılı olmayaraq cəzanın sərtliyi insana məhəbbətin təzahürüdür. İnsanın sərtliyi isə onun amansızlığından və emprik düşüncəyə malik olmasından yaranır. Bunları eyniləşdirmək olmaz. Cəza sərtliyi ilə insanı təkrar bədxahlıqdan saxlamaqla ona məhəbbətini ifadə edir...və s. Ağacın bar verməsi və inkişafı üçün yağışa və günəşə nə dərəcədə ehtiyac varsa, cəmiyyətin də  təhlükəsizliyinin təmini, hüquq və azadlıqlarının mühafizəsi üçün cəzanın sərtləşdirilməsi qaçılmazdır. Cəzaların humanistləşdirilməsi iə bağlı atılan hüquqi  islahatlar cinayətkarlığa meyilli fərdlərin ictimai münasibətlərə zidd hərəkətlərinin, statistikada qəsdən törədilən cinayətlərin sayının artması ehtimal edilir. Əvvəlki CM-də cazaların növləri sırasında “azadlığın məhdudlaşdırılması” növü var idi. Sonra, hüquqi islahatların davamı kimi məcəllədən çıxarıldı. Elə bir vəziyyət yarandı ki, dövlət qulluğuna gələn hüquqşünas namizədlərə cəzanın növləri ilə bağlı sual verildikdə, bu cəza növünü də sadalayır, məcəllədən çıxarılmasından xəbərləri olmurdu. Məcəlləyə yenidən bu cəza növünün salınması (və yaxud çıxarılması) hansı zərurətdən yaranması bəlli deyil və “azadlığın məhdudlaşdırılması”nın tətbiqi proseduru barədə ictimaiyyətə qanunun yaradıcı ekspertləri tərəfindən heç bir məlumat  və şərh verilməmişdir.

XXI əsrin astanasında vətəndaşların məlumat almaq imkanı daha genişdir, başqasının hüquq və azadlıqlarına, qüvvədə olan qanunların tələblərinə hörmət etmək üçün təkmil, əhatəli normativ baza vardır. Belə olan halda cəmiyyətin azad inkişafına mane olan deviant davranışların subyektlərinə qarşı “başqalarına dərs olsun”- deyə sərt davranmaq lazım gəlir.

 Son illərdə bir sıra ölkələrdə cəzanın sərtləşməsi tendensiyasına artıq rast gəlinir, daha çox vətəndaşların həyat və sağlamlıqlarına yönələn qəsdlərə görə azadlıqdan məhrum etmənin müddəti artır, ömürlük həbs cəzası tətbiq edilir. Bu onunla sərtlənir ki, əvvəllər, sovet dönəmində dövlətin marağına daha çox önəm verilirdisə, müasir cəmiyyətimizdə insan kapitalı, vətəndaşların həyat və sağlamlıqları, dövlətin ali məqsədi kimi qabarılan insan və vətəndaş hüquq və azadlıqlarının təmini, habelə onların rifah halının yaxşılaşdırılması əsas götürüldüyündən  cəzanın  sərtləşdirilməsini gerçəkləşdirir.

Azərbaycan Respublikasının Mili Məclisində müstəsna cəza növünün tətbiqinə artıq təkliflər səslənir.

Cəza fəlsəfi mənada da sanksiyadır, qanunun və qaydanın pozulması halları zamanı tətbiq edilir, müəyyən imkanların məhdudlaşdırılması və təqsirkarın sosial statusunu “aşağılamaq” məqsədini daşıyır. Cəza həmçinin əxlaqi, fəlsəfi və hüquqi kateqoriyadır. Yetər ki, təqsirkar əməlinə görə “qazandıqlarının bəhrəsini” anlasın. Bu çox vacibdir və təqsirkarın sağlam fərd kimi cəmiyyətə inteqrasiyasına sövq edir.

Qədim filosofların cəza haqqında üç əsas ideyaları diqqət çəkmişdir:

1)Cəza cinayətlərin xəbərdarlığına (profilaktikasına) istiqamətlənməlidir;

2)Cəza lazımi həddə ətraf üçün tərbiyə etmək təsirini  bağışlamalıdır;

3)Cəza ədalətli və əməlin təhlükəlilik dərəcəsinə adekvat olmalıdır.

Qədim Yunan mütəfəkkürlərinə görə cəza şəxsin iztirab çəkməsi üçün tətbiq edilən ədalətli prosesual tədbir vasitəsidir, “onu çəkən şəxs üçün xeyirlidir”, o törətdiyi əmələ müvafiq, ən azı mənəvi cəhətdən islah olunmağa məcbur edilir. Yunan və Roma mütəfəkkirlərinin təbirincə, “Qanun bütün və hər bir təsəvvürlərdən  üstündür, onu pozmaq isə sözsüz ki, şər olduğuna görə  tətbiq edilən cəza daha xeyirlidir. Xətaya görə tənbeh və cəza vacibdir, əks təqdirdə qanunun pozulması faktlarını mübahisələndirmək  olmazdı.

 Bunun əksi olaraq qədim Yunan dövlətində belə bir antitezis  aforizmə xas tərzdə meydana gəlmişdi: cinayətkar iradəcə zəif olduğuna, hakimlərin kompetensiyası şübhə doğurduğuna  və müqəddəs olmadığına görə  cəzanın tətbiqi zamanı sosial ədalətin bərpası həmişə  mümkün olmur. Yəni, təqsirkarın maddi və mənəvi cəhətdən çətin durumda olduğuna görə  cinayət törətməsi ehtimal edilir, əməlin məcburiliyi və hakimin  cəza tətbiq etməkdə çətinlik çəkməsi və yaxud, “səlahiyyətli” olmaması diqqətə çatdırılırdı. Burada “məcburi cinayət törətmə” qanuniləşdirilir, eyni zamanda onun zəif iradəyə malik olmasına da haqq qazandırılırdı.

Rəvayət edilir ki, qədim Romada qatilə hökm oxunan zaman müdafiəçi söz istəyir. O, deyir: Zati Aliləri! İttiham etdiyiniz qatilin əməlinin qurbanı yaxın dəqiqələrdə zala daxil olacaq, ehtimallara söykənən sübutlar əhəmiyyətini itirəcək və qatil bəraət qazanacaq. Hamının baxışları qapıya dikilir. Vəkil yalanı o dərəcədə məharətlə səsləndirmişdi ki, qətlə yetirilənin möcüzə olaraq zala daxil olmasına hamı inanmışdı. Məhkəməyə sədrlik edən isə qatili baxışları ilə izləyirdi. Qatil  öz dünyasında, bam- başqa bir mühitdə idi, barmaqları ilə oynayır, qapıya əsla baxmırdı. Hakim  düşünürdü: “Qatil əməlinin qurbanının dirilməyəcəyinə əmindir”... Bir neçə dəqiqədən sonra hakim hökmü elan etmək üçün ayağa qalxır. Vəkilə: Sizin dedikləriniz yalnız güman edildiyindən  həqiqət sayıla bilməz. Söylədiklərinizə qatil heç əhəmiyyət vermədi. Qatilə gün kimi aydın idi ki, əməlinin qurbanı heç vaxt dirilməyəcək, onun qapıdan girəcəyini gözləmirdi və qapıya tərəf də, əsla baxmırdı. Vəsatətiniz bizə nihilist ovqat bəxş etdi, elan edilən ittihamlar isə əsaslıdır...

 Çox təəssüf ki, belə hallara  və vəkillərə indi də, rast gəlmək olur. Amma nə yaxşı ki, təcrübəli və peşəkar  hakimlər də var...

 

Şəmsəddin Əliyev

hüquqşünas

Oxşar xəbərlər
10:55, Bu gün
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
10:49, Bu gün
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
10:46, Bu gün
Bu xarici universitetlərin Bakı filiallarının diplomları tanınmır - ALDANMAYAQ
10:46, Bu gün
Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın daha bir tanınmış siyasətçisini axtarışa verdi - FOTO
10:34, Bu gün
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Mayın 9-dan... 
10:21, Bu gün
Bu şəxslərə ŞAD XƏBƏR: pensiyaya tez çıxacaqlar – Sabiq nazir izah edir 
10:17, Bu gün
Ölən dostlarla bağlı YENİ TƏFƏRRÜATLAR: Bakıda məşhur hoteldə nə baş verib? - VİDEO
10:12, Bu gün
Bu gün Şuşaya köç başlayır
09:44, Bu gün
Azərbaycanlı jurnalist Harvardın məzunu oldu - FOTO
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
09:37, Bu gün
Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
09:11, Bu gün
Oğlanlar evlənmək istəmirlər -SƏBƏB 
08:59, Bu gün
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08:45, Bu gün
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08:25, Bu gün
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08:00, Bu gün
Şuşa Zəfərimizin rəmzi, tacıdır
07:32, Bu gün
Beyons ombasını nümayiş etdirdi
07:12, Bu gün
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
07:11, Bu gün
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
06:26, Bu gün
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 18:25
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
07 May 2024 | 18:20
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 18:12
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
07 May 2024 | 18:08
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
07 May 2024 | 18:08
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
07 May 2024 | 18:05
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 17:55
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
07 May 2024 | 17:50
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
07 May 2024 | 17:45
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 17:26
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
07 May 2024 | 17:23
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
07 May 2024 | 17:20
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
07 May 2024 | 17:15
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
07 May 2024 | 17:12
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 17:05
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
07 May 2024 | 17:00
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
07 May 2024 | 16:55
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
07 May 2024 | 16:50
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
07 May 2024 | 16:45
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
07 May 2024 | 16:40
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
07 May 2024 | 16:35
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
07 May 2024 | 16:30
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
07 May 2024 | 16:27
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 16:22
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
07 May 2024 | 16:20
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
07 May 2024 | 16:16
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
07 May 2024 | 16:12
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
07 May 2024 | 16:09
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 16:03
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:00
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
07 May 2024 | 15:57
Keçmiş baş nazir vəzifəsindən azad edildi
07 May 2024 | 15:56
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
07 May 2024 | 15:50
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 15:40
4 terrorçu zərərsizləşdirilib
GÜNLÜK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 13:19
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
07 May 2024 | 11:25
Azərbaycanda məktəbdə DAVA - Şagird ÖLDÜ
07 May 2024 | 12:38
Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandumları imzalandı - YENİLƏNİB + FOTO
07 May 2024 | 12:00
İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
07 May 2024 | 12:02
“Son vaxtlar Türkiyədə iqtidara yaxın media Özəli CHP lideri kimi dolayısıyla təbliğ edir...”
07 May 2024 | 13:06
VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ:  Bu tur şirkətləri sizləri ALDADIR - RƏSMİ 
07 May 2024 | 11:17
Mayda bu bürcləri böyük məbləğlər gözləyir
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
AYLIQ
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 13:19
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
07 May 2024 | 11:25
Azərbaycanda məktəbdə DAVA - Şagird ÖLDÜ
07 May 2024 | 12:38
Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandumları imzalandı - YENİLƏNİB + FOTO
07 May 2024 | 12:00
İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
07 May 2024 | 12:02
“Son vaxtlar Türkiyədə iqtidara yaxın media Özəli CHP lideri kimi dolayısıyla təbliğ edir...”
07 May 2024 | 13:06
VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ:  Bu tur şirkətləri sizləri ALDADIR - RƏSMİ 
07 May 2024 | 11:17
Mayda bu bürcləri böyük məbləğlər gözləyir