“Ərəb baharı”ndan “İran qışı”na”¦
Oxunub: 2285
05 Jan 2018 | 16:31
“Ərəb baharı”ndan “İran qışı”na”¦

İranda dekabrın 28-dən start götürən hadisələr sosial-iqtisadi problemlərlə bağlı tələblərini irəli sürən insanlardan xarici müdaxiləçilərin sui-istifadəsi fonunda düyünləşmə (zavyazka) mərhələsini arxada qoyaraq küçə-meydanlarda gərginlik, qan axıdılması, siyasi kuluarlarda isə qarşılıqlı ittihamlar zəminində kulminasiya nöqtəsinə çatdı və buna gətirib çıxaran səbəblərin araşdırılması, baş verənləri dəyərləndirmə, dəyən zərərin müəyyənləşdirilməsi üzrə razvyazkaya (düyünün açılması) doğru irəliləməkdədir.

Nə qədər ağrılı-acılı olsa da belə prosesin bir “uğuru, əhəmiyyəti” də ətrafda, region ölkələrində çoxsaylı “politoloqlar”, “öncəgörənlər” yetişdirməsidir. 7 gündür ki, belələrinin zəhməti, təxəyyülü, fantaziyası İranın dövlətçilik tarixinə, inqilablar dövrünə ekskursiyadan tutmuş, “rejimin dağılması”, “Ali Rəhbərin qaçması”na qədər çeşidli, rəngarəng proqnozları əhatə edir”¦ Məşhəddən başlayan olayların Tehrandakı hakimiyyətin “sütunlarını silkələməsindən” Ermənistanın narahatçılığı, niyə narahat olması, rəsmi Bakının təmkinli mövqeyi, niyə əndişələnməməsi və sair üzərində baş sındıranlar var. Hətta bir qardaş facebook səhifəsindən prezident İlham Əliyevə müraciətlə İrana qoşun çəkərək bir çox ərazi məsələlərini, eyni zamanda Qarabağ müşkülatını həll etməyi məsləhət gördü”¦

Hamı danışır, hər kəsin ağzından od saçılır, amma kimsə belə taleyüklü məqamlarda sözlərinin qızışdırıcı rol oynayacağından ehtiyatlanmır - ya dediklərinin məsuliyyətini dərk eləmir, ya da mənasız mızıldanmaların özündən qeyrisinə çatmadığını yaxşı anlayır. Ən başlıcası, bu cümləpərdazlıqlar böyük bir yalan, dezinformasiya üzərində qurulub. Bəzi psevdotürkçülərdən, millətşüvənlərdən fərqli olaraq, qonşu ölkədə yaşayan 80 milyonluq (35 milyonu azəri türküdür) dinc, günahsız xalqa ürəyimiz yanır, Ərdəbildə, Təbrizdə, Urmiyada dostlarımız var, telefon açırıq, hər şey qaydasındadır”¦ İlk qığılcımların yayıldığı gün İranın Azərbaycandakı rəsmi qurumlardan birinin təşəbbüsü və təşkilatçılığı ilə Bakıdan İmam Rza ziyarətgahına 25 nəfərlik heyət yola düşüb, aralarında jurnalistlər də var, əlaqə saxlayırıq, hər hansı narazı kütlə, etiraz, qarşıdurma ilə rastlaşmadıqlarını bildirirlər.

Hadisələrdən bir həftə keçmiş mühacirətdəki iranlılara bağlı təşkilatın başqan müavini sosial media hesabından yaydığı məlumatda azərbaycanlıların etirazlara qoşulmadığını bildirir. Onun fikrincə İrandakı olaylar islahatçılarla mühafizəkarlar arasında çəkişmənin nəticəsidir. Nə oldu, bəs neçə gün öncə kütləvi etirazların azərbaycanlıların yaşadıqları ərazilərə yayıldığını böyük fərəh və sürəkli alqışlarla bəyan edirdiz..? Deməli, biz hətta bu cür qlobal miqyaslı, bilavasitə insan, ölkə, xalq taleyi ilə bağlı məsələlərdə də səmimi ola bilmirik, çünki öz baxışımıza, düşüncəmizə, vicdanımıza istinadla yox, başqasının mənafeyinə uyğun, digərinin diktəsini tutuquşu kimi təkrarlamaqla qərar verməyə öyrəncəliyik. Əslində buyruq sahiblərinin kimliyi də elə mübhəm deyil, zaman-zaman və son günlər ərzində ayrı-ayrı dövlət xadimləri və siyasətçilər tərəfindən dəfələrlə açıqlanıb. Təkcə İranda, regionda yox, qoca Şərqdə, bütün dünyada tarazlığı, sülhü, əminamanlığı pozmağa çalışan həmin adlar iki-üç arasında dəyişir. Kənar siyasətçilər, diplomatlar, məsələn Mövlud Çavuşoğlu məlum siyahıda Trampı və Netanyahunu sadalayır, İranın dövlət və hərbi xadimləri isə Səudiyyə kralını da əlavə edirlər.

Çox da uzaq olmayan keçmişə səyahətlə deyilənlərin nə dərəcədə həqiqətəuyğunluğuna aydınlıq gətirmək mümkündür. Əvvəla, səbəblərin mərkəzində rəsmi Tehranın “dikbaşlığı” dayanır ki, ölkəni və Ali Rəhbəri dünya məzlumlarına sevdirən məhz həmin xüsusiyyətdir. İran İslam Respublikası 39 ildir, dünya jandarmının təhdidlərinə boyun əymir, onun Yaxın Şərqdəki şilləvuranını ümumiyyətlə rəsmən tanımır. İndi sən bütün planetə hakimlik iddiasına düş, hamını silahla, sanksiya ilə, pulla, psixoloji təzyiqlə, KİV-lərdəki satqınlar vasitəsi ilə qorxut, şantaj elə, inandır, çökdür, ordan bir “əmmaməli molla” dursun, bəd əməllərini, təcavüzkarlığını, qaniçənliyini üzünə desin, talançılığını bütün aləmə car çəksin”¦ Qeyriləri də sözügedən müqavimətdən ruhlanıb üsyana qalxaraq hüquq və azadlıqlarını, təbii sərvətlərini istəsinlər, nəticədə, bütöv bir müstəmləkə, koloniya dağılsın, məhvə məhkum olsun”¦ Əlbəttə, dözüləsi dərd deyil və Pentaqonun baş qərargah rəisinin “Amerikadan uzaqlarda bizdən ötrü döyüşən əsgərlər yaratdıq” muştuluğundakı İŞİD “diktator Bəşər Əsəd rejimini devirib Suriya xalqına xoşbəxtlik gətirmək”, vandalcasına qədim Babil sivilizasiyasını viran qoyub neft quyularının ağzını kəsməyə yox, İran ətrafında mühasirə halqasını daraltmaq üçün nəzərdə tutulmuşdu.

Allahın lütfü, eləcə də şəhidpərvər xalqların cəsur mübarizəsi ilə zəhərli hörümçəyin sıx toru süpürülüb atıldı ”“ iraqlılar və suriyalılar terrorçu qrupları qovaraq yenidən öz vətənlərinə, istiqlaliyyətlərinə, təbii sərvətlərinə qovuşdular.

Azğın niyyətlərini gerçəkləşdirə bilmədən Dəclə-Fərat sahillərində külli miqdarda vəsait itirən, daha doğrusu, xeyli mayaları batan Qərb imperializmi ziyanın yarısından qayıtmaqdan ötrü “kürd kartı”na əl atdılar. Sərhədləri daxilinə İraq, İran, Suriya və Azrbaycanın böyük bir hissəsi aid olunan “Müstəqil Kürdüstan dövləti”nin yaradılması istiqamətində Məsud Bərzaninin ağsaqqallığı ilə keçirilən referendumun nəticələrini yalnız Tel-Əviv rəsmən tanıdı. İkinci İsrailin yaranmasına qarşı birləşən region dövlətlərinin ciddi sanksiyaları sayəsində Bərzani komandası və beynəlxalq dəstəkçilər geri çəkilməyə məcbur oldular.

Bununla paralel, xüsusi canfəşanlıqla Türkiyənin zəiflədilməsi, eləcə də mövcud taxt-tacın devrilməsi ssenarisi həyata keçirilir. Bildiyiniz kimi, Davos İqtisadi Forumunda məşhur “one minute” çıxışı ilə İsrailin ovaxtkı prezidenti Şimon Peresi “sillələyən” və 5-6 sonrakı “Mavi Mərmərə” olayında prinsipiallıq göstərən Ərdoğan hələ 2009-cu ildən mason-sionist güclərin “kənəkqozlar siyahısı”na düşmüşdü. 2016-cı il darbəsini həyata keçirənlərin ABŞ səfirliyindən və İncirlikdəki hərbi bazadan idarə edilməsi barədə Milli İstihbarat Təşkilatının seyflərində kifayət qədər mötəbər dəlil-sübutlar toplanıb. Zamanında maliyyə resurslarından və sosial bazasından Süleyman Dəmirələ, Əhməd Necdət Sezerə qarşı geninə-boluna faydalandığı, sonra qorxulu düşmənə çevrilmiş Fətullah Gülən də Vaşinqtonda daldalanır. Belə vəziyyətdə eyni dəlikdən ikinci dəfə ilan sancmasını gözləməyən Cümhuriyyət başqanı Rusiya-İran ittifaqına meyilləndi - elə bir məqamda ki, Suriya məsələsində mövqeyi adıçəkilən ölkələrlə daban-dabana zidd idi; hətta o qədər sıcaq ki, NATO bərk silkələndi və ona bu qurumun üzvü olduğunu xatırlatmaq zərurəti duydu”¦

İndi Rusiya-İran-Türkiyə üçbucağı dünya miqyasında çoxsaylı nailiyyətlərə imza atır. Qoca Şərqin İŞİD pəncəsindən xilası birbaşa həmin müttəfiqliyin ünvanına yazılmalıdır. Bundan əlavə, uzun illər Ağ Evdəki birinci masanın üzərində yatıb qalan məkrli layihə - müqəddəs Qüdsün qondarma İsrailin paytaxtı olaraq tanınması planının Donald Tramt tərəfindən fəallaşdırılması cəhdlərinin daşa dəyməsi, bədxah niyyətlərə qarşı İslam aləminin vəhdət nümayişi, İKT-nin xırda istisnalıqla vahid mövqedən səsini qaldırması, BMT-nin həmin qərarı rədd eləməsi rəsmi Tehran və Ankaranın şəksiz və şəriksiz nailiyyətidir.

Yeddibaşlı əjdahaya bənzəyən beynəlxalq irtica arzularının əleyhinə gedişlərdən, sözünün qarşısına söz qoyulmasından çox əsəbləşir: ABŞ adlı başı əvvəlki zəngin məntəqələrə, karbohidrogen ehtiyatlarına nəzarəti itirdiyindən xeyli qəzəblidir; digər kəlləsi ingilis müstəmləkəçiliyi dünya bazarı uğrunda savaşdan kənarda saxlanılmasından narazıdır; üçüncü baş İsrail tez-tez alov püskürsə də qorxur, çünki Suriyanın cənubundakı terrorçu yuvalarının süqutu onu Əsəd qüvvələri, İran mücahidləri və “Hizbullah”la üzbəüz qoyub, vaxtaşırı Colan təpələrində cəbhə açmamaq barədə Livana xəbərdarlıq ünvanlayır. 4-cü baş Səudiyyə Ərəbistanı - ən təhlükəli, milləti parçalayan, arxadan zərbə endirməyə hazır, İslam cildinə girmiş, əlində Quran olan xainlər”¦ Ər-Riyadın başçılığı ilə formalaşdırılmış mürtəce koalisiya Yəməni tamamilə dağıdıb, Bəhreyni məhvə sürükləyir, Qətəri ətraf aləmdən təcrid edib. Hərəsinə bir marionet başçı hazırlayır, xalqın etirazından qaçan diktatorları cidd-cəhdlə qoruyur, dinc əhalini aclıq, səfalət, epidemiyalar içərisində buraxır. İslam Respublikası Allahın sonuncu dininin tövsiyəsinə uyğun, müsəlman qonşusunun fəryadına tələsəndə isə başqasının işinə müdaxilə, inqilab ideyalarını yaymaq böhtanı ilə suçlanır. Əjdahanın beşinci başı Soros Fondu, Dünya Bankı, BVF tipli, müstəqil ölkələrin iqtisadiyatına pul qoyub, müxtəlif süni devalvasiya tədbirləri ilə asılılıqda saxlayan qurumlar”¦ VI - planetin dörd yanına səpələnib faili-muxtar toplumları əsarət altına alan, qula, köləyə çevirən tiranlar ”“ yüzminlərlə rohincalını qətlə yetirən, şikəst vəziyyətdə qoyan, yurdundan didərgin salan, məhrumiyyətlərə düçar edən “Nobel”li Aunq San Suu Kyii, Kambocada Pol Pot, Çilidə Pinoçet, nə bilim, beşdimi, ondumu..? Yeddinci baş, cürbəcür missioner tör-töküntüləri və şou-proqramlar vasitəsilə sırınan düşmənlə kortəbii qardaşlaşma, ailə institutunun dağıdılması, qeyri-əxlaqi həyat tərzi və sair.

Sadalanan neqativ halları durdurmağa çalışanların öz daxilindəki xırda-para sosial çətinlikləri körükləyib xalqla dövləti qarşı-qarşıya gətirmək kütləvi xaos arzusu ilə yanıb-yaxılanların köhnə vərdişidir. Əvvəla, çevrilişləri dəstəkləmək, qanuni hakimiyyətləri devirmək  beynəlxalq hüquqa ziddir, amma burada da ikili standartlar mövcuddur: İslamyönlü “Müsəlman qardaşları”ndan, istifadəsi bitmiş Müəmmar Qəddafidən, sahibinə şıllaq atan Səddam Hüseyndən qurtulmaq naminə Misirdə, Liviyada, İraqda və digər dövlətlərdə mümkündür, lakin bəzi yerlərdə qətiyyən yox, çünki kreslolara kimlərin yiyələnəcəyini hələ bilmirlər, birdən hazırkından pisi, xəsisi, dəlisi olar..!

Baş verənlərdə qonşu ölkənin təbii-iqtisadi resursları da az əhəmiyyət daşımır. İslam inqilabınadək Qərb dəllalları adıçəkilən ərazidə geninə-boluna at çapıb, əllərinə keçəni daşıyıb aparıblar. Tezliklə xalq halal var-dövlətinə sahib çıxdı, hüdudsuz talana son qoyuldu. Sanksiyaların tətbiqi zəminində Amerikanın, Avropanın iş adamları buradakı geniş xammal bazarına həsrətlə baxırdılar. Görün, İsrail rejiminin baş naziri Binyamin Netanyahu öz Tvitter səhifəsində nə yazır: "Hakimiyyət devrildikdən sonra İran və İsrail yenidən qardaş olmaq məcburiyyətində qalacaqlar. Hakimiyyət daha əvvəldən İsrail və İran xalqı arasında nifrət yaratmağa çalışırdı. Lakin, hazırda görünən odur ki, məqsədlərinə nail ola bilmədilər. Xalq azadlıq haqlarını bərpa edəcək. Və mən ümid edirəm ki, hakimiyyət devrildikdən sonra iranlılar və israillilər yenə möhkəm dost olacaqlar (?!)" 

Bəli, damaqlarında 1979-cu ilə qədərki haramxorluğun dadı qalan imperialistlərin davası İran xalqının azadlığı, rifahı-filan deyil, yağmalamaq istədiyi təbii sərvətlərdir..! Uşaq qatilinin "qardaşlıq" nağılları da həmin yırtıcı istəklərə hesablanıb.

ABŞ-İsrail cütlüyü İranı cəzalandırmaq, üzüyola həddə klonlaşdırmaq istəyir, fəqət bu - İslam Respublikasının nahaq, məntiqsiz diqtələrə “bəçeşm” söyləməsi ağlabatan deyil, elə etiraz dalğasını qalxdığı günlərdə Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin “Rusiya və İrandan fərqli, ABŞ qoşunlarının Suriyaya göndərilməsi rəsmi Dəməşqlə razılaşdırılmayıb. Ümumilikdə onların bu ölkədə hərbi mövcudluğu işğaldır. Biz bütün beynəlxalq tribunalardan ABŞ kontingentinin Suriyadan çıxarılmasını tələb edəcəyik” bəyanatı deyilənlərə bariz nümunədir.

Neçə illər öncə okeanın o tayından qalxan dalğa bir “ərəb baharı” başlatdı. Həmin sunamini yaradanları yaxşı tanımayanlar sadə kütlələrin üzərinə gün doğacağı, diktatorlardan yaxa qurtarılacağı, qarşılıqlı münasibətlərin ilıqlanacağı xəyallarına qapıldılar. Bahar illuziyasının yerində isə bitib tükənməyən viranələr, aclıq, hərc-mərclik, mühacirət, terror və narkotikaya münbit şərait boy göstərdi. Mürtəce qüvvələr indi də acgöz nəfslərini, iştahalarını doyurmaqdan ötrü vəhşi planlarını “İran qışı” müstəvisinə keçirməyə, bölgəni qan gölünə döndərməyə çalışırlar. Şükür Allaha ki, müdriklərin, ayıqların, uzaqgörənlərin, rövşənfikirlərin varlığı sayəsində iflasa uğradılar və daimi aqibətləri belə də olacaq.

         

Qurban Cəbrayıl 

 

    

Oxşar xəbərlər
21:13, Bu gün
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
21:12, Bu gün
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
21:05, Bu gün
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
20:53, Bu gün
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
20:52, Bu gün
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
20:50, Bu gün
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
20:48, Bu gün
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
20:46, Bu gün
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
20:43, Bu gün
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
20:36, Bu gün
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
20:35, Bu gün
Mayın 5-6-da maqnit qasırğası olacaq
20:34, Bu gün
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
20:33, Bu gün
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
20:31, Bu gün
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
19:54, Bu gün
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
19:36, Bu gün
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
19:22, Bu gün
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
19:20, Bu gün
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
19:20, Bu gün
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
19:09, Bu gün
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
19:06, Bu gün
Dördüncü kurs tələbəsi vəfat etdi
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
GÜNLÜK
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb