Türk dövləti qurmaq istəyən rəssamın acınacaqlı həyatı, faciəvi ölümü- ARAŞDIRMA
Oxunub: 3793
04 Jan 2018 | 23:54
Türk dövləti qurmaq istəyən rəssamın acınacaqlı həyatı, faciəvi ölümü- ARAŞDIRMA


Qərbi  Sibirdə yaşayan Altay türklərinin qəhrəman oğlu, Sibir mənzərələrini kətana köçürmüş, xalqının azadlığı uğrunda mübarizədə həlak olmuş Qriqori Çoros ”“ Qurkinin ömür yolu əsl fədakarlıq dastanıdır.

Çar Rusiyası Sibiri ələ keçirdikdən sonra oraya missionerlərini göndərərək yerli xalqları yarı zor, yarı xoş xristianlaşdırmağa çalışırdı. Gələcəyin böyük rəssamı və mübariz vətənpərvəri Qriqori Çoros-Qurkinin atası xaç suyuna salınaraq xristianlaşdırılmış və kilisədə ona İvan adı verilmişdi. Bölgənin məşhur Çoros nəslindən olduqlarına görə Qriqori rəssam kimi məşhurlaşanda özünə nəslinin adını ləqəb götürür. 

12 yanvar 1870-ci ildə Dağlıq Altayın Biyski qəzasının Ulala kəndində xiristianlaşdırılmış türk ailəsində doğulan Qriqorini səkkiz yaşında missionerlərin kilsələr üçün ikona hazırlayan məktəbinə şagird verirlər. O, burada yalnız ikona hazırlamağı deyil, ağacları növünə və yaşına görə necə qurutmağı, ağac parçasının və taxtanın illər keçəndən sonra da rəngini qoruyub saxlaması üçün nələr etmək lazım gəldiyini, bir sözlə ikona sənətinin sirlərini və təsviri sənəti öyrənir. 

Yaşıdlarından əl qabiliyyəti və baçarığına görə seçildiyi üçün onu sənətin sirrlərini öyrəndiyi məktəbdə usta ”“ müəllim saxlayırlar. Az bir vaxtda Qurkin bölgədə həvəskar rəssam, ikona ustası kimi tanınır. Batı Sibirin mərkəzlərindən sayılan Tomsk şəhərinə tez-tez gedən rəssam, oradakı ədəbi-mədəni mühitlə yaxından tanış olur. 

Tale onu 1896-cı ildə bölgəyə ekspedissiyaya gəlmiş etnoqraf, bəstəkar və şair A.B.Anoxin, coğrafiyaçı və səyyah, Sibir xalqlarının folklorunu toplamış Q.N.Potanin, geodeziyaçı pofessor, sonralar Rus ədəbiyyatına “Uqrum çay” kimi dəyərli roman bəxş etmiş B.Y.Şişkovla görüşdürür. Onlar Qiriqori Qurkinin əl işlərinə heyran qalırlar. 
Fitri istedad sahibinə Avropa rəssamlıq məktəbi barədə bilgi verirlər və məsləhət görürlər ki, Sankt-Peterburqa gedib oradakı rəssamlıq akademiyasında təhsil alsın. 

Araşdırmaçı Əli Şamil Moderator.az-a açıqlamasında rəssamın bundan sonrakı həyatı barəsində çox maraqlı məqamları danışır:

“Paytaxta gələn və 1897-ci ilin oktyabrında Peterburq Rəssamlıq Akademiyasına imtahan verən Qriqori Qurkini qəbul etmirlər. Necə deyərlər,  ixtisas imtahanından ümumi biliyinin zəif olması və rəssamlıq hazırlığı yetərincə olmadığına görə kəsilir. Məşhur mənzərə ustası İvan Şişkin isə fitri istedadını görərək Qriqorini emalatxanasında işə götürür. O, burada üç il çalışdıqdan sonra 1899-cu ilin martında akademiyanın mənzərə sinfinə daxil olmağı bacarır. Oncə İvan Şişkin o öldükdən sonra isə A.A.Kiselovun sinifində oxuyur və rəngkarlığın sirlərinə dərindən yiyələnir. 

Akademiyanı bitirdikdən sonra, yəni 1903-cü ildə vətənə dönən rəssam bir rus qadını ilə evlənir və Anos kəndində, Katun çayının sahilində, gözəl bir guşədə özünə ev tikərək Sibir mənzərələrini kətana köçürməyə başlayır. Əsərləri Sibirin ən nüfuzlü insanlarının otaqlarını bəzəyir. 1907-ci ilin dekabrın 23-də Tomskdə açılmış fərdi sərgisi ona böyük uğur qazandırır. Peterburqlu sənət tənqidçiləri Qriqori Çoros-Qurkinin mənzərə janrında çəkdiyi tablolar haqqında yüksək fikir söyləyirlər. 


Qriqori Qurkinin Omskdə, Barnaulda, Krasnoyarskidə, Novonikolayevskidə açılan sərgiləri də uğurlu olur. Rəssamın əsərləri satılır, ona yeni sifarişlər verilir”.

Amma Qriqori Qurkini bunlar qane etmir. O, istəsə idi, çox gözəl mənzərəsi olan yerdə sakitcə yaşaya və həyatını istədiyi kimi təmin edə bilərdi. Lakin xalqına mənsub olan insanların ağır həyatı, aclıq, səfalət onu hadisələrə laqeyd yanaşmağa imkan vermir. Əli Şamil bu barədə danışır:

“Qriqori Çoros-Qurkinin “Katunda bahar”, “Laje gölü” və “Хаn Аltay”, “Yadıqem çayı”, “Karakol”, “Аltay. Dağ vadisi”, “Каtun çayının qolları”, “Dağ gölünün ruhu” və başqa əsərləri böyük maraqla qarşılanır. O, mövzu axtararkən Batı Sibiri qarış-qarış gəzməli olur. Zəngin təbii sərvəti və əvəzsiz gözəlliyi olan bölgənin sürgün yerinə çevrilməsi, soydaşlarının doğma yurdlarında ikinci dərəcəli insan sayılması və ac-yalavac yaşaması onu çox narahat edir. 

Açıq-aydın görür ki, yarı zor, yarı xoş soydaşlarının xristianlığı qəbul etməsi milli ayrıseçkilyi aradan qaldırmayıb. Nəinki çar məmurları, hətta hökumətdən narazı olduqlarına görə Batı Sibirə sürgün edilən rus ziyalılarının böyük əksəriyyəti də onun xalqına yuxarıdan aşağı baxır. 
Odur ki, soydaşlarını öz haqları uğrunda mübarizəyə, hüquqlarını qorumağa, maariflənməyə həvəsləndirir. Rus dilində təhsil almasına, özünü xristian saymasına baxmayaraq rəsm əsərlərini ana dilində adlanırır, babalarının inanclarına sayqı ilə yanaşır və onu içində yaşadır. 

1917-ci ilin fevralında çar İkinci Nikolayın hakimiyyətdən uzaqlaşdırılması, Romanovlar sülaləsinin 300 illik hakimiyyətinə son qoyulması Qriqori Qurkində ruh yüksəkliyi yaradır. O, düşünürdü ki, Rusiya demokratik bir ölkəyə çevriləcək və soydaşları da əsarətdən qurtulacaq. Lakin bolşeviklərin hakimiyyəti zorla ələ almaları vəziyyəyi daha da ağırlaşdırır. Ölkəni vətəndaş Savaşı bürüyür. Xalqını azad görmək istəyən rəssam milli ayrıseçkiliyə son qoyulmasını tələb etdiyinə görə separatizmdə, Rusiyanı parçalamağa cəhddə suçlanır”. 


Bundan sonra isə Qurkinin həyatının ən acınacaqlı illəri başlayır:

“1919-cu ilin aprelində Kolçakın qurduğu oyuncaq hökumət Qriqori Çoros-Qurkinin həbs edilməsinə göstəriş verir. Dostlarının və bölgənin nüfuzlu insanlarının təsiri ilə zamınə buraxilsa da vəziyyətin getdikcə gərginləşdiyini görərək Monqolustana qaçmaq məcburuiyyətində qalır. 
Bolşeviklər Sibiri yenidən tutduqdan sonra da Qriqori Çoros-Qurkin vətənə dönmür. O zaman müstəqil respublika olan Tuvaya gedir. 
Beş ilə yaxın Tuvada yaşayan və yaradıcılıqla məşğul olan rəssamı Sovet emissarları dilə tutaraq vətənə qaytara bilirlər. İlk günlər ona sayqı ilə yanaşır, Batı Sibirin inzibati mərkəzinə çevrilmiş Novosibirsk şəhərində və Moskvada fərdi sərgisini açırlar. 
1926-cı ildə Moskvada açılmış fərdi sərgisinə hökumətin ən məşhur simalarından olan, mədəniyyət və incəsənət işlərinə rəhbərlik edən xalq komissarı Lunaçarski də gəlir. Lunaçarski Qriqori Qurkinin əsərləri haqqında mərkəzi mətbuatda yüksək fikirlər söyləyir. 
Təriflər, sərgilər rəssamın həqiqəti görməsinə əngəl törədə bilmir. O, cəmiyyətdəki nöqsanlara dözə bilmədiyindən rəsmi toplantılarda da bolşeviklərin Sibirdə yaşayan türk xalqları ilə çar məmurları kimi davrandıqlarını söyləyir. Rəhbər vəzifədə olan soydaşları ilə də açıq müzakirələrə girişir, razılığa gəlirlər ki, mərkəzi hökümət qarşısında Batı Sibir Türk Respublikası yaradılması məsələsini qaldırsınlar. Məsələni bölgənin rəsmi toplantılarında gündəmə gətirirlər. Xakasların, Şorların, Oyrat-altayların çoxluq təşkil etdiyi bölgədə Batı Sibir Türk Respublikası yaratmaq ideyası xalq kutlələri tərəfindən də rəğbətlə qarşılanır”. 


Mərkəzi hökumət bölgədə yerini lazımınca möhkəmlətmədiyindən bu məsələyə sərt münasibət göstərmir, əsas ağırlığı silahlı müxalifəti məhv etməyə yönəldir. İstəyinə nail olduqdan sonra Sibirə sürgün edilmiş başqa mllətin nümayəndələrinin əliylə yerli xalqların öncüllərini cəzalandırmağa başlayır. 
İdarəetmədə yerli xalqların nümayəndələrinin olmadığını, inzibati-ərazi bölgəsinin düzgün qurulmadığını, milli hüquqların tapdalandığını söyləyən insanlar millətçilikdə, antisovet təbliğat aparmaqda, xarici ölkələrin xüsusu xidmət orqanları ilə əməkdaşlıqda suçlandırılırlar. 
1934-cü ilin aprelində Qriqori Çoros-Qurkin də daxil olmaqla 37 nəfər həbs olunur. Onların arasında 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın iştirakçısı Nikolay Qriqoryeviç Katanov da olur. 
Dörd aylıq istintaqdan sonra Batı Sibir Türk Respublikası ideyasının tərəfdarlarının məhkəməsi başlayır. Lakin bu məhkəmə o qədər də sərt keçmir. “Yaponyanın dəstəyi ilə Sibir türklərinin birliyinə nail olmaqda, Batı Sibir Türk Respublikası qurmaqda” suçlananların bir qisminə içbari iş verilir, bəziləri də cinayəti sübut edilmədiyindən azadlığa buraxılır. Lakin bunlar ötəri və keçici bir proses idi, qarşıdan daha ağır günlər gəlirdi. 
Əli Şamil Qurkinin ömrünün faciəvi sonluğu barəsində çox təsirli faktlara toxunur:

“1937-ci ildə Qriqori Çoros-Qurkin yenidən həbs edilir və ağır işgəncələri başlayır. Krasnoyarsk şəhərində fəaliyyət göstərən Ali Məhkəmənin Hərbi Kollegiyası Qriqori Çoros-Qurkin və məsləkdaşlarına ölüm hökmü oxuyur. Taleyin qəribəliyi orasında idi ki, 1937-ci ildə Qriqori Qurkinə qarşı əks cəbhədə olanlar, Moskanın tapşırıqlarını yerinə yetirənlər də həbs edilir. Dağlıq Altayın görkəmli siyasi və dövlət xadimi, Sovetlərin bölgədəki ən güclü ideoloqu Nikitı Fyodroviç Medjum-İvanov da 1937-ci il oktyabrın 11-də Qriqori Çoros-Qurkinlə birlikdə güllələnir”. 

İllər keçir. Qriqori Çoros-Qurkin və onun kimi minlərlə insana 1956-ci ildən sonra bəraət verilir. Adının əbədiləşdirilməsi, əsərlərinin təbliği sahəsində bəzi işlər görülür. Lakin hələ də Qriqori Çoros-Qurkinin arzuları reallaşmayıb. 

Elmin Nuri



Oxşar xəbərlər
22:00, Bu gün
Makron "Avropanı müdafiə etmək üçün" radikal addım atmağa hazırdır
21:55, Bu gün
“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
21:51, Bu gün
Dövlət Komitəsi xalq artisti Əlixan Səmədovu 60 illik yubileyi münasibətilə təbrik edib
21:48, Bu gün
DGKA və BMU-nun təşkilatçılığı ilə “Gənc tədqiqatçıların VIII beynəlxalq elmi konfransı” keçirilib
21:15, Bu gün
“Hər dərdə, təhqirə dözərəm, amma boyuma sataşanın cavabını verərəm”
21:12, Bu gün
İsDB-nin illik toplantısı çərçivəsində "COP29-a doğru" dəyirmi masada müzakirələr aparılıb
21:09, Bu gün
Əməkdar artist dayanacaqlardan şikayət etdi: “Maaşımızın yarısı gedir” - VİDEO
21:06, Bu gün
"İsrail yaxın zamanlarda Rafahda əməliyyata başlayacaq" - Mahmud Abbas
21:01, Bu gün
Qarabağın koloritini yazan yazıçı İsi Məlikzadə - FOTO
20:50, Bu gün
“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
20:49, Bu gün
Tiflisdə müxalifət yenidən mitinq keçirir
20:38, Bu gün
Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan sürücü saxlanılıb
20:33, Bu gün
"Kimsənin Krım körpüsündə şəkil çəkdirmək imkanı olmayıbsa, indi bunun əsl zamanıdır..."
20:30, Bu gün
Paşinyan Blinkenlə delimitasiyanı müzakirə etdi
20:29, Bu gün
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
20:25, Bu gün
Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var 
20:03, Bu gün
Ermənistanda etirazçılar İrana gedən magistral yolu bağlayıblar - VİDEO
19:57, Bu gün
Roma Papası gəncləri mobil telefondan istifadəni məhdudlaşdırmağa çağırıb
19:56, Bu gün
İsrail Baş Qərargah rəisi Qəzzada müharibənin davam etdirilməsi planlarını təsdiqləyib
19:54, Bu gün
"Böyük Britaniya Qəzza bölgəsinə qoşun göndərə bilər" - "The Guardian"
19:52, Bu gün
Neftçalada 46 yaşlı kişi süni göldə batıb - VİDEO
19:51, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
19:50, Bu gün
Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər
18:55, Bu gün
Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
18:49, Bu gün
Ermənistanda delimitasiyaya etiraz edən polkovnik saxlanılıb - YENİLƏNİB
18:44, Bu gün
Ermənistanın Aİ-dəki səfiri: Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır
18:42, Bu gün
"Netanyahunu öldürmək, İsraili yox etmək lazımdır!.."
18:29, Bu gün
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
18:05, Bu gün
"Putin fevralın 16-da Navalnının qətlinə əmr verməyib" - "The Wall Street Journal"
17:50, Bu gün
Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib
17:49, Bu gün
Putinin sözçüsü: Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək
17:43, Bu gün
Azərbaycanda partlayış: 2 nəfər öldü - SON DƏQİQƏ
17:41, Bu gün
“Yuventus”un yeni baş məşqçisi bəlli oldu
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
GÜNLÜK
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO