Novruzəlinin yuxusu”¦ - Keçmiş nazir Mirzə Cəlil qəhrəmanının nəvəsindən yazdı”¦
Cəmiyyət
Oxunub: 4107
03 Jan 2018 | 19:28
Novruzəlinin yuxusu”¦ -  Keçmiş nazir Mirzə Cəlil qəhrəmanının nəvəsindən yazdı”¦
Keçmiş iqtisadi inkişaf naziri Qüdrət Quliyevin ara-sıra ədəbi yaradıcılıqla məşğul olması, hekayə və şeirlər yazmasından danışmışdıq.  Onun “Ağabalanın əngəli” adlı satirik-yumoristik hekayəsini də təqdim etmişdik. Bu dəfə müəllifin oxşar ruhlu daha bir hekayəsini nəzərinizə çatdırırıq. Bu dəfə söhbət Mirzə Cəlilin məşhur “Poçt qutusu” hekayəsinin qəhrəmanı Novruzəlinin eyni adı daşıyan nəvəsinin hazırkı həyatından gedir... 


“...Bu bir möcüzə idi. Novruzəlini sanki başqa bir dünyaya aparmışdılar. Ona ömründə görmədiyi hörməti, nəzakəti, nəvazişi nümayiş etdirirdilər. Rəhmətlik babası Novruzəli kişini də bir anlığa, gözucu olaraq üzərində poçt qutusu reklamı olan avtomobilin sükanı arxasında görəndən sonra, o, bir az da həyəcanlı və həm də sevincək bir durumda idi. Novruzəli nə baş verdiyini dərk etməyə meyilli deyildi. Amma dərk edirdi ki, gördükləri nə isə qeyri-adi şeylərdir. Bir şeyi də dərk edirdi ki, gördükləri doğma Quzulu kəndində cərəyan edir. Novruzəli kənddəki evlərinin qarşısında idi. Onun kubik daşlar ilə bacardığı kimi hördüyü hasardan əsər əlamət qalmamışdı. Hasar qeyb olmuşdu. Qonşudan geri qalmasın deyə, dəridən-qabıqdan çıxaraq iki mərtəbə uçaltdığı, lakin nə pəncərələrini qoymağa, nə də damını örtməyə imkanı olmadığı nimdaş evinin yerində isə göz oxşayan qəşəng bir bina durmuşdu. Bina Novruzəliyə şəhərdə fəhləlik etdiyi “xozeyin” evlərində əlinə keçən jurnallarda həm maraqla, həm də həsrətlə seyr etdiyi Avropanın müasir evlərini xatırlatdı. Bəs kəndin yolları necə, onlar da ağlasığmaz dərəcədə dəyişmişdi. Yolların üzərində ağ və sarı rəngli xətlər, işıqforlar, yol siqnalları paytaxtadkı “pravitelstvenni” (yəni hökumət üçün nəzərdə tutulan) yolları xatırladırdı. Novruzəlini çaş-baş salan bir də yolların örtüyünün asfaltdan deyil, şüşə kimi hamar, qəribə plastik maddədən olması idi. Novruzəliyə qəribə gələn bir də o idi ki, gözünə heç yerdə zibillik dəymirdi. Hətta hərdən cibi tamam boş olanda evə əliboş gəlməsin deyə eşələndiyi, qonşusu Cəbiş müəllimin isə istehza ilə “sanitariya ocağı” adlandırdığı zibil yeşikləri də qeyb olmuşdular. Gəlib kənd evlərinə çatana kimi Novruzəli arabir sağa-sola boylanıb baxırdı ki, bəlkə həmin “sanitariya ocağının” yerini dəyişiblər, amma gözünə heç nə dəymirdi. Nə isə, Novruzəli öz iradəsindən asılı olmayaraq mövcud olduğu şəraitdə dərin “çorta getmiş” olduğu bir anda maşının sükanı arxasında oturub onu müşayət edən gənc və çox cazibədar qadın dilləndi: 


-Mister Novruzəli, sizin evinizin damındakı günəş batareyalarını tezliklə yeniləri ilə dəyişməlidirlər. Mən sizin üçün bizim yerli zavodlarda istehsal edilən günəş batareyalarının broşurlarını gətirmişəm, baxın və ürəyiniz istəyəni seçin. Bunlar dünya standartlarına cavab verən yüksək keyfiyyətli intellektual mallardır. Biz onları Amerikaya, Çinə, Yaponiyaya ixrac edirik. Zənn edirəm, çox bəyənəcəksiniz. Fikirləri hələ də Cəbiş müəllimin “sanitariya ocağının” haraya qeyb olduğunda dolaşıb qalmış Novruzəli müşayiətçi qadının ömründə görmədiyi nəvazişlə ona söylədiyi qəliz sözlərin və ifadələrin mənasını axıradək başa düşməsə də, başını yelləməklə, baxışlarını və sifətinin mimikasını ağıllı-ağıllı dəyişməklə xanıma hər şeyi yaxşı başa düşdüyü jestini nümayiş etdirirdi. Birdən Cəbiş müəllimin vaxtı ilə kəndi bürümüş olan zibilliklər haqqında söylədiyi çox müxalifətçi, çox provakasion (yəni adamı yoldan çıxaran, təxribatçı) fikirlərin təsiri altındamı, yoxsa özünü rahat buraxmayan “liçni” (yəni şəxsi) marağının təsiri altındamı Novruzəli müşayətçisinin sözünü kəsdi: 

-Ay xanım, başuva dönüm, qadovı alım, bəs bu Cəbiş müəllimin “sanitariya ocaqları”na nolub? Bu camaat evinin, pəyəsinin zir-zibilini bəs hara tullayır?! 

Novruzəlinin çox ciddi şəkildə səsləndirdiyi sualdan müşayiətçi qadının üzündə qəribə, lakin xoş bir təbəssüm doğdu: 


”“ Sizi başa düşdüm, mister Novruzəli, sizi tullantıların necə utilizasiya edilməsi maraqlandırır. Baxın, deyə o, Novruzəliyə onun nağıla bənzər evinin həyətindəki yaşıl rəngli bir qutunu göstərdi və sonra əlindəki televizor pultuna oxşayan hacatın düyməsini basdı. Yaşıl qutunun qapağı açıldı, sonra da açıldığı kimi də örtüldü. Novruzəlinin yaşıl qutudan ağlı heç nə kəsməsə də, “işə bax e, texnikaya bax e, kənddə, Novruzəlinin həyətinin ortasında qutu knopkaynan açılır-örtülür” kimi fikirlər beynində dolaşdı. Müşayiətçi qadın sözünə davam etdi: 

- Evinizin və həyət-bacanın məişət və təsərrüfat tullantıları, plastik, şüşə və digər oxşar tullantılar istisna olmaqla, yerin altında, bu yaşıl qutunun altında yerləşən anbarda emal edilir və bio-qaza çevrilərək il boyu sizin yanar qaza olan ehtiyacınızı ödəyir. 

Qadın danışdıqca Novruzəli beynində götür-qoy etdi ki, bu yeni əcaib fəndin hesabına hər ay nə qədər qaz puluna qənaət edəcək, hələ bundan savayı “on kub qaz belə gəldi, yüz kub qaz belə getdi” deyib hər ayın sonunda onun zəhləsini tökən, ödəniş tələb edən “qazovşiklərdən” (qaz pulu toplayanlardan) canı necə azad və rahat olacaq... 

Müşayiətçi qadın sözünü bitirər-bitirməz üzərindəki qəribə mexanizmləri ilə seçilən velosipedə mindi və Novruzəliyə qonşu velosipedə minməyi işarə etdi.

 -Yox, yox, ağrun alım, mən ömrümdə velosiped-zad sürməmişəm, yıxılıb qol-qıçımı qıraram,- deyə Novruzəli etiraz etdi. 

Amma bir andan sonra o, yüksək intellektual texnolojinin sayəsində hərəkət edən velosipedin yol keyfini yaşamaqda idi. Sən demə, velosipedə minib gedəcəyin ünvanı seçmək və təsdiqləmək kifayət imiş, sonrasını texnika özü görürmüş. Heç velosipedin pedalını da fırlamağa ehtiyac yoxdu. Novruzəli şüşə kimi, “buqaroksuz”(yəni kələ-kötürü olmayan) hamar plastikli kənd yolları ilə irəlilədikcə Quzulu kəndinin yerlə göy arası dəyişmiş simasından həzz alırdı. Ara-bir də onunla paralel hərəkət edən müşayiətçi qadının cazibədar simasına şorgöz baxışlar salaraq beynində şıltaqlıq edən intim-intim fikirlərin təsirindən məst olurdu. Tanınmaz dərəcədə dəyişmiş və indi “Quzulu market” adlanan kənd dükanının yanından keçəndə, Novruzəli yol boyu yaşadığı keyfi davam etdirmək, bir qüllab siqaret çəkmək istədi. Ağıllı velosiped sanki onun beynindən keçəni oxudu və marketin qarşısında əylədi. Novruzəli fikirləşdi ki, keyfdirsə, qoy doyunca olsun və ömrü boyu arzuladığı, lakin büdcəsinin heç vaxt imkan vermədiyi bir bahalı siqaret qutusunu piştaxtadan götürdü. Elə o dəqiqə də siqaretin pulunu necə ödəyəcəyi beynində acı bibər effekti çatlatdı. Bu anda müşayiətçi qadın Novruzəlinin fikirlərini oxuyurmuş kimi, Novruzəlinin ürəyinə yağ kimi yayılan sözləri ilə onu intizardan çıxardı: 


- Mister Novruzəli, narahat olmayın, ödəniş sizin qolunuzdakı ağıllı saat üzərindən artıq həyata keçirildi. Bu saatla siz minə yaxın əməlliyyat, o cümlədən bank köçürmələrini və müxtəlif ödənişlərinizi çox çevik həyata keçirə bilərsiniz. 

-Ay xanım, qadoyu alım, mən də fikirləşdim ki, satıcı gələr, borc kitabına yazar, sonra da Allah kərimdir, nə vaxt imkanım olanda gətirib qaytararam. 

-Nə danışırsız, mister Novruzəli, sizin kənddə belə şeylər min il bundan qabaq olubdur, onlar keçmişin yaddaşıdır. İndi sizin əmək haqqınız sizə özünüzün və ailənizin büdcəsini ürəyiniz istədiyi kimi ödəməyə imkan verir. 

-Ay xanım, axı bu dükanda heç satıcı da gözümə dəymir... 

-Mister Novruzəli, müasir intellektual marketlərdə satıcıya ehtiyac qalmır, hər bir işi yüksək süni intellektlə çalışan elektron maşınlar yerinə yetirir. Heç marketə gəlməyə də ehtiyac qalmır, istədiyiniz mallar sifarışlə evinizə çatdırıla bilir. 

Nə isə, həmin anlarda elə bil dünyanı Novruzəliyə bağışlamışdılar. Doğma Quzulu kəndi sanki mahir bir rəssamın çəkdiyi rəngarəng tablonu xatırladırdı. Bu tabloda hasarsız, kiçik villalara bənzər özəl evlər, hamar yollar və səkilər, mal-heyvan peyini izlərindən və qoxusundan azad təmiz havalı, yaşıllıq ətiri saçan mühit, damlarından tüstü çıxmayan fermalar, fabriklər, istilikxanalar, üfüqə kimi uzanan zəmilərdə hərəkət edən qəribə maşınlar, bir sözlə hər şey adamı valeh edirdi. Birdən Novruzəlinin beynində hər axşam mal peyinini, plastik tullantıları, çörü-çöpü yandırıb kəndin havasını zəhrimara döndərməkdə pərgar olan qonşusu İmamverdi canlandı. Bir az rişxəndlə, bir balaca da xəbis-xəbis onun arxasınca gülümsünüb düşündü: “Süni intellekt adama bax belə paz qoyar ha, indi get görüm, nəyi yandırırsan, nəyi tüstülədirsən...” 

Yaşıllıqlar arasında qərq olmuş fermaya çatanda arvadı Balanisə Novruzəlinin qabağına çıxdı: -A kişi, Novruzəli, harda qalmısan? Bu gün, maşallah, hər inəyin azı 50 litr süd veribdir. 

Novruzəli əvvəlcə təəccübləndi və arvadına “aaz, kəs səsüvi, nə inək, nə süd?!”- deyə cavab vermək istədi, amma müşayiətçi qadına nəzakət əlaməti olaraq sözlərini içində boğdu. Fermanın içindən nəinki inək və təzək qoxusu gəlmirdi, hələ üstəlik elə bil yüzlərlə inəyin quzu kimi düzüldüyü bu nəhəng, hündür tavanlı binaya gözəl ətir səpələmişdilər. İnəkləri xüsusi avandanlıqlar sağırdı və qar kimi ağ süd çay kimi axıb çənlərə dolurdu. Arvadı Balanisənin üzündə Novruzəlinin ömrü boyu görmədiyi qeyri-adi, xoşbəxt bir təbəssüm vardı. Elə bil ki o, hər dəfə evə əliboş və pulsuz gəldikdə Novruzəlinin başına ağzından gələn öd dolu sözləri yağdıran, sifətindən zəhrimar tökülən Balanisə deyildi. Balanisənin gülərüzlü baxışları, hərdən də əli ilə kişisinə qayğı dolu sığal çəkməsi Novruzəlinin xoşuna gəlirdi. “Köpey oğlunun şəraiti, gör arvadı necə mələyə döndərir...” deyə Novruzəli içində düşündü və bir az da forslandı. Həmin anda Balanisə ərini sevindirməkdə davam edirmiş kimi dilləndi: 

-Ay kişi, Novruzəli, gözün aydın, bu ay koperativ maaşımızı yenə artırdı. İndi maaşun iki min dollar oldu. Qışda day Kislovodska-zada getdi yoxdur, gedirik bir başa Fransaya gəzməyə. Ürəyim keçir Parij üçün. 

-Yaxşı aaz, kiri! Min dərdimiz var, bizə indi Parijmi yaraşır?!. 

-Nə dərdin, ay kişi, keçən ay maşınıvu da dəyişdün, mindün dumbul kimi təp-təzə elektromobilə. Daha nə istiyirsən, evün var, maşınun var, maaşun da oldu iki min dollar. Ye, iç, keyf elə özünçün dana. Novruzəli başa düşdü ki, sözü çevirməyin yeri deyil, yuxularda və nağıllarda olduğu kimi onun hələ bilmədiyi işlər baş veribdir. Müşayiətçi qadının xoş təbəssümlə Novruzəlini süzməsi, onun hər bir sualına cavab verməyə, hər istəyini yerinə yetirməyə hazır vəziyyətdə durması kişinin keyfini bir az daha artırmış olurdu. Novruzəli hələ ömründə özünü bu dərəcədə xoşbəxt hiss etməmişdi, ev, maşın, ağlasığmaz maaş, ürəkaçan iş yeri. Adama bundan artıq nə lazım ola bilərdi ki. Novruzəli göyün yeddinci qatında idi. O, yenə də şorgöz-şorgöz müşayiətçi qadını süzüb dedi: 

-Ay xanım, başuva dönüm, sənə bir-iki sualım var. Birincisi, niyə bizim bu Quzulu kəndində çöldə bir dənə də mal-davar gözümə dəymədi? İkincisi, niyə tarlada, bostanda maşınlardan başqa canlı məxluq yoxdu? Bunlar hara yox olublar? 


-Mister Novruzəli, bilirsiniz biz artıq intellektual sənaye inqilabı dövründə yaşayırıq. Bütün işləri super intellektlə çalışan maşınlar görür. İnsanlar süni ağıllı maşınların işinə kənardan, məsafədən nəzarət edirlər. Mal-qara isə artıq dayanıqlı şəraitdə saxlanır və bəslənir. Çöllərdə heyvan otarmaq keçmişdə qalıb. Ev heyvanlarının yararlı torpaqları sıradan çıxarmaması, məhv etməməsi üçün bu üsuldan istifadə olunur. Mal-qara gördüyünüz tam avtomatlaşdırılmış fermalarda yemlənir, sağılır. Daha sonra süd və ət məhsulları da burada emal olunur. Sənaye işləri təbiətə və ətraf mühitə ziyan vurmadan baş verir. Birdə ki, bütün intellektual maşınlar artıq elektrik, günəş, külək enerjisi ilə və digər ekoloji təmiz yanacaqla çalışır. Bütün dünya neft və qaz yanacağı ilə çalışan maşınlardan imtina edibdir. Bu səbəbdəndir ki, Quzulu kəndi öz abadlığına və ekoloji təmiz mühitinə görə şəhərdən geri qalmır. 

-Ay xanım, qadoyu alım, yaxşı, maşınlar işləyir, bəs adamlar neynir, işsiz qalmır bəyəm? Bəs bu işsiz yetimlərə çörək pulunu kim verir? 

-Mister Novruzəli, adamlar işsiz qalmırlar, onlar kənddə ürəkləri istədiyi sahədə çalışa bilirlər. Onların öz təhsili və maarifi ilə, şəxsi yaradıcılıqla, elmi axtarışlarla məşğul olması üçün istədikləri qədər vaxtları və imkanları olur. Əmək haqqı isə dövlət tərəfindən hər kəsə onun büdcəsinin tələb etdiyi səviyyədə ödənilir və iqtisadiyyat inkişaf etdikcə əmək haqları və sosial təminatlar daha da artır. Sizin əmək haqqlarınız nəinki ərzaq, enerji və kommunal xərclərinizi ödəməyə, həm də ürəyiniz istəyəndə ildə iki dəfə istirahət məzuniyyətindən istifadə etməyə imkan verir. Əmək haqqından əlavə hökumət yüksək gəlirlər hesabına əhalinin tibbi sığortanızı təmin edir və müalicəyə ehtiyacınız olanda xərcləriniz sığorta fondu hesabına ödənilir. Novruzəlinin eşitdikləri ona yuxu kimi gəlirdi. Hərçənd, qadının benzin yanacaq doldurma məntəqələrinin ləğv edilməsi haqqında söylədikləri onu yaman pərişan etmişdi. Belə ki, Novruzəlinin oğlu şəhərdə benzin yanacaqdoldurma stansiyalarından birində operator, yəni yanacaq dolduran qismində çalışırdı. Novruzəli dilxor idi ki, oğlu işsiz qalsa, necə olacaq...Bu dilxorçuluq da uzun çəkmədi, Novruzəli əmək haqqının artıq iki min dollar olduğunu yadına salınca öz-özünə təskinlik verdi ki, qorxusu yoxdur, arvad filan qədər maaş alır, mən filan qədər, ötüşərik... 
Novruzəli saniyələr, dəqiqələr çərçivəsində gördüyü, yaşadığı Quzulu kəndinin xoşbəxt, qayğısız günlərindən, özünün və ailəsinin firavan vəziyyətindən feyziyab olmuşdu. Sevincinin həddi o dərəcədə yüksək idi ki, bir az başgicəllənməsi də hiss edirdi. Amma nə edəsən ki, mərdiməzarı axtarmağla deyil ha... Elə bu duyğuların qanadında az qala uçmağa hazır olduğu anda Novruzəli kiminsə ucadan, az qala bağıra-bağıra onu çağırdığını eşitdi: 

-Ayə, Novruzəli, ayə tez ol gəl, millət səni gözləyir! Novruzəli həmin kobud, bəlkə də həyatının ən şirin anlarından onu ayıran səsdən dik atıldı. Gözlərini açdı, ovxaladı. Oturduğu və yuxuya getdiyi daşın üstündən gərnəşə-gərnəşə ayağa qalxdı. Qarşısında işsizlik ucbatından tez-tez məskən saldığı qul bazarının mənzərəsi, küləyin göyə sovurduğu toz-torpaqla bərabər havada pərvaz vuran salafan torbalar, nəinki içi, hətta ətrafı zibil və məişət tullantıları ilə dolmuş, üfunət qoxuyan zibil yeşikləri, və bir də hansısa bir iş verən adamın böyük “Cip” avtomobilinə doluşmuş və onu səsləyən fəhlə yoldaşları canlandı... 

Qüdrət Qulu Bakı. 26 Oktyabr 2017-ci il”. 
Təqdim etdi: Sultan Laçın
Oxşar xəbərlər
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR