Rauf Arifoğludan Arif Hacılı və Əli Kərimliyə ağır suçlamalar...
Oxunub: 5366
16 Oct 2017 | 11:33
Rauf Arifoğludan Arif Hacılı və Əli Kərimliyə ağır suçlamalar...
Moderator.az publika.az-a istinadən Rauf Arifoğlu ilə müsahibəni təqdim edir.

- Rauf bəy, yaxınlarda atanız dünyasını dəyişdi. Allah rəhmət eləsin. Söhbətimizə belə başlayaq: ata sizin üçün nə deməkdir?

- Onun qəfil ölümü mənə çox ağır zərbə oldu. Sanki, dünya mənim üçün bomboş qaldı. Düzü, atamın həyatımda bu boyda bir yerinin olduğunu bilmirdim... Bütün atalar ölür. Mən inanclı insanam, bilirəm ki, insan bu fani dünyanı tərk eləməyə məhkumdur və bu da hər şeyin sonu demək deyil... Ancaq buna baxmayaraq, onun ölümü ilə barışmaq, buna dözmək çox çətindir. İndi də mənə elə gəlir, atam sağdır. Hərdən öz-özümə deyirəm ki, bir atama da zəng eləyim...

- Atanızın ixtisası nə idi? Nə işlə məşğul olurdu?

- Atam da, anam da müəllim işləyiblər.

- Nə müəllimi?

- İkisi də ibtidai sinif müəllimi olub. Mənə də dərs deyiblər. Atam eyni zamanda, məktəbdə nəğmə dərslərini aparırdı. Allahın verdiyi fitri istedad onu simli alətlər üzrə virtuoz bir ifaçı eləmişdi. Hətta respublika səviyyəsində saz ustadlarından biri sayıla bilərdi...
Milli Azadlıq hərəkatı başlayanda da atam mənim ən böyük dəstəkçilərimdən biri oldu. Anam isə istəmirdi bu hərəkata qoşulum. Hətta iki-üç dəfə məni hədələdi ki, gəlib o Məhəmməd Hatəmiyə deyəcəm səni buraxsın.


- Məhəmməd Hatəmiyə niyə?

- Anam bilirdi ki, mən Məhəmməd Hatəminin yanındayam. Başıma bir iş gələ biləcəyindən narahat idi. Ana instinkti - oğlunu sağ görmək, qorumaq üçün hər şeyə hazır idi. Amma atam bu hərəkatı və mənim orda iştirakımı dəstəkləyirdi. Sonradan anam da vəziyyətlə barışdı. Ümumiyyətlə, həyatımın elə bir dönüş nöqtəsi olmayıb ki, atamla toqquşum. Fikirlərimiz hər zaman üst-üstə düşürdü. Hətta həbsxanaya düşmüşdüm, atam ilk görüşümüzdə mənə dedi, çox şükürlər olsun ki, səni həbs elədilər.

- Daha təhlükəsiz bir yerdə olduğunuz üçün Allaha şükür eləyirdi?

- Yox, o mənada ki, mən yazılarımda insanlara çağırış etmişdim, necə olardı, yüzlərlə insan həbs edilir, onun oğlu azadlıqda qalır. Məntiq bu idi. Atam çox sakit, rahat bir insan olub. Necə yaşamışdı, o cür də dünyasını dəyişdi. Deyib gülə-gülə, nəvə-nəticələrinin yanında, ən xoşbəxt anında, bir neçə saniyənin içində qəfil gözlərini yumdu dünyaya.

- Onda yanında idiniz?

- Ailəmiz, bütün qohum-qardaş orda idi. Qardaşımın ailəsi, bacılarım, nəvələr, nəticələr...

- Bayaq xatırlatdınız ki, mən inanclı insanam. Sizin inancınıza görə atanız indi hardadır?

- Bu hökmü bəndə verə bilməz. Bu, Allahın hökmüdür, bəndəyə ancaq dua etmək düşər. Atam bir qarışqanı belə incitməmiş, hər kəsə yaxşılıqlar etmiş insan olub. Onun hər halda mükafatı var, buna çox arxayınam.

- Bir insan kimi Quranın diqtə elədiklərinə həyatınızda əməl edirsinizmi? Yoxsa təkcə namaz qılmaqla işinizi bitmiş sayırsınız?

- Quranın diqtələri heç şübhəsiz ki, insanlığı Xeyrə yönəltmək, kamiləşdirmək üzərində qurulub. Bəşəri sevmək, yaxşılıq etmək, insanı böyük tutmaq, Allahın yaratdığı hər şeyə hörmət və ehtiram bəsləmək, can almamaq...

- Yalan danışmamaq...

- Bəli, yalançı olmamaq, yalanı həyat tərzi etməmək...

- Bütün bunları əməl edirsiniz?

- Quran müsəlmanın konstitusiyasıdır. Hər bir müsəlman bu konstitusiyaya əməl etməyə çalışır. Biz də çalışırıq. Bir günahımız, suçumuz olanda isə Allaha sığınır, tövbə edir, ondan bağışlanmamızı istəyirik. Bütün dinlərdə tövbə qapısı açıqdır. Xristianlıqda bunu keşişlər həyata keçirir. İslamda isə Allahla insan arasında heç bir vasitəçi yoxdur, birbaşa özünsən.

- Deyə bilərsinizmi, hansı əməlinizə görə Allahdan bağışlanmağınızı istərdiniz?

- Bu artıq mənim özümə aid məsələdir. Hamının Allaha etirafları var və onları kimsə başqası ilə paylaşmaz. Ümumiyyətlə, namaz qılmağı, oruc tutmağı, inanclı olduğunu reklam etməyi və edənləri sevmirəm. Bu inanc, ibadət, bu həyat tərzi sənin axirətin üçündür və bunun axirətdəki savabının da, cəzasının da heç kimə dəxli yoxdur.

- Ata, ana, bacı, qardaşa da dəxli yoxdur?

- Allahdan sənə düşəcək mükafatın paylanmasını istəyə bilərsən. Yaxınların, ailən, vətən-millət üçün, sərhədlərimizi qoruyan əsgərlərimiz üçün, türk-islam dünyası üçün və sair, dua eləyə bilərsən. Lakin son qərarı Allah verir. Məsələn, mən Məkkədə atamın, anamın əvəzindən namaz qılmışam. Yəni kimlərsə Məkkəyə gedə bilmirsə, onun vəkili olaraq, sənin namaz qılmaq imkanların var.

- Maraqlıdır, namaz sizin üçün nə deməkdir? Tutaq ki, namaz qılmasanız, nə olar?

- Namaz hər bir insan üçün antivirus proqramıdır. Namaz vasitəsilə ruhunu saflaşdırırsan, cəmiyyətdən, yaşadıqlarından ruhuna yapışan “virusları” təmizləyirsən. Necə ki, kompüter gün ərzində ən müxtəlif saytlara girəndə yüklənir, yaddaşı dolur, ya da virusa bulaşır, o zaman sən nə edirsən? Antivirus proqramını yeniləyirsən, işə salırsan və kompüter təmizlənir, yenilənir. Namaz da belədir. Namazla, Allahı xatırlamaqla özünü yeniləyirsən və bulaşdığın çirkablardan təmizlənirsən. Eyni zamanda, ibadət əməlini yerinə yetirirsən. Heç kimin müdaxiləsi olmadan Allahla üç-beş dəqiqə tək qalırsan, hesabatını verirsən və öz içinin dərinliklərinə işıq salırsan. Bir şey də deyim. Necə ki, təhlükəsizlik kameraları var, insanlar cinayət eləyəndə o kameraya düşür, sonra polis ona baxır, araşdırır, cinayətkarı tapır, məhkəmə olur, cəzalandırılır. Allahın “təhlükəsizlik kameraları” da sənin öz gözlərindir. Özündən və Allahdan heç nəyi gizlədə bilməzsən və etdiyin hər şeyi özün çəkirsən... Axirətdə özün öz əməllərinə o "kameralarla" şahidlik edirsən. Kompüterin yaddaş kartı olduğu kimi insanın ruhu da onun yaddaş proqramıdır. Ona görə deyirəm ki, həyatını ana kateqoriya olan Xeyir üzərində yaşayan, yaxşılıq eləyən hər bir insanın o biri dünyada mütləq mükafatı var.


- Bu danışdıqlarınızı Qurandan öyrənmisiniz? Yoxsa...

- Bunlar mənim anladığım və əxz etdiyimin bir qismidir. İzah üçün modelləşdirirəm. Məsələn, mənim dərkimə görə, keçmiş deyilən bir şey yoxdur, hər şey gələcəkdir...

- Niyə belə düşünürsünüz?

- Çünki Allah üçün keçmiş deyilən bir şey yoxdur. Allah bütün zamanlardadır. Mənə görə o, çox şey (İslama görə, hər şey)“lövhi-məhfuzda” yazılıb, bəllidir. Kəramət bəy, bir filmə ilk dəfə baxanda nə yaşayırıq? Qeyri müəyyənlik. Sənin üçün heç nə aydın olmur və hadisələri indidən gələcəyə doğru həyəcanla izləməyə məhkumsan. Elədirmi?

- Bəli...

- Amma həmin filmə ikinci, üçüncü, dördüncü... dəfə baxanda o sənin üçün tamamilə aydın bir hekayə olur. Sən təkrar baxdığın həmin filmin ilk saniyələrindəncə bilirsən ki, filmin sonu nə ilə bitəcək. Amma səninlə paralel, bir neçə santimetr aralıda oturaraq, bu filmə yenicə baxan dostun-qardaşın, hər kimsə, bunları bilmir... Sən o filmin bütün informasiyasını (ssenarisini) əldə eləmisən və yanındakından çox bilgilisən... Bax, bir rejissor, bir ssenarist adicə bir filmi qura bilir, 30-40 qəhrəmanı və kütləvi səhnələrin iştirakçılarını oraya toplayıb, öz hekayələrini yarada bilir, əvvəldən sona doğru onu milyonlarla seyriciyə izlədir; filmə ilk baxan milyonların hamısından üstün olur - özləri yazıb, özləri çəkiblər; amma Allah bu boyda bəşəriyyətin ssenarisini yaza bilmirmi? Biz hazırda öz həyatımızı bir filmə ilk dəfə baxırmışıq kimi yaşayırıq. Amma bu “filmin” ssenarisini yazan hər şeyi bilir... Mənim idrak etdiyim budur ki, Allah üçün hər kəsin hekayəsi və hər kəsin "filmi" hazırdır. Məsələn, mənə görə bir insana qarşı ilk baxışdan neqativ yaranan kimi fikirləşirəm ki, görəsən, biz 3-4 il sonra harada toqquşacağıq ki, bu adam indi mənə neqativ gəldi? Ya da əksinə...

- Maraqlıdır, Arif Hacılını ilk dəfə görəndə nə hiss etmisiniz? Neqativ?

- Bizim ilk təmasımız dava ilə başlayıb. Yəni neqativlə...

- Necə bir dava? Danışa bilərsinizmi?

- Səhv eləmirəmsə, 1991-92-ci, yaxud, belə deyək, çoxdanıncı illər idi. Azərbaycan Xalq Cəbhəsinin qərargahında deputatların bir otağı vardı. Mənim də qəzetimə Elçibəy Azərbaycan Xalq Cəbhəsinin informasiya mərkəzində iki otaq vermişdi (sonradan bu Mərkəzə mən rəhbərlik etdim). Otaqlar qəzetə yetmirdi. Bəydən xahiş elədim ki, deputatların otağı onsuz da boş qalır, o otağı da bizə versin. O da təşkilat şöbə müdiri Səməd Pənahova dedi ki, açarı Raufa ver. Açarı aldım. Amma deputat Arif Hacılı bunu bildi, qərargaha gəlmişdi, öncə mənim üstümə bağırdı, açarı geri istədi. Sonra Səmədə dedi ki, açarı qaytarmasan, istefa verəcəm, çıxıb gedəcəm... Mən də heyrətlə tez açarı ona verdim. Aramızda ilk təmas və ilk toqquşma bu cür olub. Bunu türmədə ona danışdım, dedi xatırlamıram...


- Sonralar da yola getmədiniz?

- Ümumiyyətlə, Elçibəy iqtidarı dövründə də Arif Hacılı ilə daim konfliktdə olmuşuq. 2003-cü ildə türməyə düşənə qədər də. Bizim frekanslarımız tutmur.

- Rauf bəy, siz danışdıqca hiss olunur ki, dini kor-koranə şəkildə mənimsəməmisiniz. Səmimi bir din adamısınız! Bəs dinin hakimiyyətə gəlməyini də istərdinizmi?

- Mən qəti şəkildə din adamı deyiləm. Ümumiyyətlə, məndən din adamı olmaz. Sadəcə, inanclıyam; siyasətdə də, həyat tərzində də dünyəvi dəyərlərə üstünlük verirəm. Mən hakimiyyətə dinin gəlməsini bilirsinizmi necə istəyirəm? İnanc kimi, ürəklərdə. Yoxsa, dinin hakim ideologiya kimi iqtidar olmasını istəmirəm. Dinin yox, inananların iqtidar olması mənim üçün məqbuldur.

- Bayaq dediniz ki, Məkkədə türk dünyası üçün də dua eləmisiz. Adamın inanmağı gəlmir ki, kimsə burdan Məkkəyə türk dünyası üçün dua eləməyə gedə...

- Demədim ki, Məkkəyə getməyimin məqsədi türk dünyası üçün dua eləmək olub. Həcc ziyarəti hər bir müsəlmana vacib buyurulub, oradakı rituallardan biri də dua etməkdir. Mənimsə dualarımda çox geniş bir spektr olur. Millətim, irqim, ümmətim, ölkəm də bu spektrə aiddir.

- Ümumiyyətlə, Məkkədə türk dünyası yada düşürmü?

- Amalın türkçülük və türklük davasıdırsa, heç yaddan çıxmaz. Bizim varlığımızın və mücadiləmizin mahiyyəti türkçülükdür. Mən həbsxanada da, çöldə də - hər zaman türk dünyası və dünya türkləri üçün dua etmişəm. Çünki bizim var olmağımız və övladlarımızın, nəvə-nəticələrimizin gələcəyi türk dünyasının necə şəkillənməsindən asılıdır. Buna görə də türk dünyasının necə olması mənim üçün həm də şəxsi məsələdir, şəxsi maraqdır. Bu baxımdan, sən türk dünyası üçün dua etsən, əslində, bütün insanlıq və həm də özün üçün dua edirsən.

- Alın yazısına inanırsınız?

- Bayaq dedim, islam inancına görə “lövhi-məhfuz” deyilən bir məfhum ”“ Allahın ssenarisi var və mən buna inanıram. Hər şey olmasa da, çox şey, kateqorik anlamda olanlar, tamdır, bütövdür.


- İnsanın siyasi mövqeyini dəyişməsi, əvvəl bir cür, sonra başqa cür olması da sizcə, Allahın ssenarisidirmi?

- Mənim düşüncəmə görə Allah belə xırda şeylərə qarışmır. Çünki siyasi mövqe əqidə deyil, dini inanc və ya ideal deyil; məşğuliyyətdir, iş yeri kimi bir şeydir. Bir qrup adam yığışır və hakimiyyətə gəlmək üçün proqram-nizamnamə tərtib edir, mübarizəyə başlayır. Yəni mövcud iqtidarı məğlub edib, özü iqtidar olmaq istəyir. Bu proses zamanı Allahın üstün zəka verdiyi biriləri milyonlardan fərqlənir, şöhrət qazanır, inam qazanır, irəli çıxır. Digərləri də onun başına yığışır. (Lakin mahiyyət yenə dəyişmir - burada əsas motiv maraqlardır, onun təminidir.) Allah bu cür qabiliyyəti verir, amma sən onu qarpızamı, qazamatamı, siyasətəmi, elm-ürfanamı, romanamı, donosamı, feys statusunamı ...işlədəcəksən, burada insanın “faili ”“muxtar”lıq anlayışı işə düşür. Seçim haqqı hər zaman var! Sizin "tərs künc zərbəniz"ə gəldikdə isə, onu deyim ki, siyasi mövqeyi, düşərgələri dəyişmək, zamanında, ya da zaman məfhumundan muxtar halda ciddi, riskli manevr etməyin özü də siyasətin bir parçasıdır, siyasi bir hərəkətdir, gedişdir. Burda anti-siyasi, ya da siyasətçiyə utanc gətirəcək, günah olacaq bir şey yoxdur. Adam öldürməsən, vətənini-millətini satmasan, ocaqları söndürməsən, kiminsə ruzusuna bais olmasan, qul haqqına girməsən qalanı Allah dərgahında günah deyil. Nəticədən asılı olaraq, siyasi mövqeyi dəyişmək bəzən savabdır.

- Bəs, siyasi mövqeyi dəyişmək nə zaman günah sayılır?

- Siyasi mövqeyi dəyişmək Allah və millət qatında günah sayılmır. Necə ki, iş yerini, sənətini dəyişmək günah deyil. Siyasət, siyasətçinin iş yeridir, mövqe onun “bazara”- ictimai rəyə təqdim etdiyi “mal”dır. Bəyənən alacaq ”“ səs verəcək, bəyənməyən başqasını “alacaq” ”“ səs verəcək. Bu qədər bəsit. Vətənin, millətin maraqlarını satmaqdır günah. Türk-islam ülküsünə, Vahid Azərbaycan idealına dönük çıxmaq, liberalizm adı altında xristian dəyərlərini Azərbaycan siyasətinə gətirməkdir günah. Allahı, peyğəmbəri söyməkdir, xalqın verdiyi hakimiyyəti qoruya bilməyib, onu buraxıb getməkdir günah...Vətəni, milləti buraxıb, qaçmaqdır günah. Mən belə düşünürəm - və əslində də belədir. Məsələn, 1988 - 91-ci illərdə qarşı tərəf Sovet imperiyası olduğu üçün siyasi mövqeyi dəyişmək satqınçılıq, günah olardı. Müharibə dövründə siyasi mövqeyi dəyişmək, düşmənə xidmət etmək də günah və satqınlıqdı. “Mən bu ideyanın, ya da bu liderin arxasınca ölümünə qədər gedəcəm", - hakimiyyət uğrunda yarışlarda bu cür məntiq axmaqlıqdır. Sənin yürütdüyün, yaxud da, müdafiə elədiyin siyasi xətt insanlara zərər verirsə, nəticəsizdirsə, uğursuzdursa, ailələri gözü yaşlı qoyursa, minlərlə, on minlərlə insanın ömrünü yeyirsə, sən niyə o xətti, ya da uğursuz bir lideri sonacan müdafiə eləyəsən ki?


- Rauf bəy, konkret bir sual vermək istəyirəm. Və inanıram ki, yalan danışmayacaqsınız. “Yeni Musavat” qəzeti siyasi sifarişlər alırmı? Məsələn, filan yazı getsin, filan yazı çıxsın və s. Filan yazı o cür getsin, filan yazı bu cür getməsin...

- Bu qəzetdə bütün sifarişləri mən özüm verirəm. Siyasi vəziyyətə, regional gedişatlara və başqa göstəricilərə əsaslanaraq, hər şeyi özüm planlayıram. Kurs müəyyən edirəm. Ölkə və dünya mürəkkəb proseslərdən keçir. Media və azadlıqlar dünya çapında, hətta demokratiya paytaxtlarında da sıxışdırılır və təhlükədədir. Dəyərlər, trendlər dəyişir. Artıq ABŞ prezidenti də mətbuata dözülməz münasibət sərgiləyir. Qoruyucu Amerika dəyərləri olmasaydı, yəqin ki, prezident Tramp medianı çox ağır şəkildə cəzalandırardı. Belə bir vəziyyəti və ölkəmizdəki spesifik, həssas durumu fərq etməmək mümkün deyil. Mən də bir media meneceri olaraq, bunları və bu proseslərin gələcəyini hesablayıb, qərarlar verirəm. Mənim konkret məsul olduğum kollektiv və KİV -lər var. Onları qorumalıyam. Bir etiraf edim. Heydər Əliyevin zamanında Azərbaycanda yüksək demokratiya var idi. Əminəm ki, Azərbaycan müxalifətinin indiki sinəsinə döyən təmsilçiləri hakimiyyətə gəlsəydilər, ölkə mediasına Heydər Əliyev qədər demokratiya verməyəcəkdilər. Çünki hər kəsin sifətini görmüşəm və görürəm. Bir yazıya görə bir qəzetə düşmən olanlar iqtidar olsalar, nələr olar? Məsələn, bir nəfər müxalifət lideri göstərin və soruşun ki, o, müxalif mediaya Heydər Əliyev qədər azadlıq verə bilərdimi?

- Sizcə, İsa Qəmbər mediaya Heydər Əliyev qədər azadlıq verə bilməzdimi?

- Son illərin acı təcrübəsindən çıxış edərək, inanmıram ki, o, öz rəqiblərinə, ya da aqressiv şəkildə hər gün əleyhinə tənqid yazan qəzetlərə Heydər Əliyevin yaratdığı qədər imkan yaradar. Bu mənim son iki ildə gəldiyim qənaətdir. Biz illərlə Heydər Əliyevi çox aqressiv şəkildə tənqid eləmişik. O isə bizə dözümlü münasibət göstərirdi. Heydər Əliyevin dövrü tənqidçi medianın və yazarların ulduz çağı olub. Elə müxalifətin də. O qədər miqyaslı siyasətçi idi ki, kimsəni və demokratiyanı özünə təhlükə görmürdü.

- Sizcə, o aqressiv çıxışlarınızda Heydər Əliyevə qarşı haqsızlıq edirdinizmi?

- Düzü, indi baxanda görürəm ki, bəli, xeyli haqsızlıq eləmişik. Onunla dost olub işləmək lazım idi, nəinki müxalifət düşərgəsinin tənbəl və uğursuz liderləri adından bütün riski üzərinə alıb, onunla vuruşmaq. Belə olsaydı, indi Azərbaycan mediası başqa boyutda olacaqdı.

- Siz müxalifət düşərgəsindən səhv eləmirəmsə, 2013-cü ildən sonra ayrılmısınız. Maraqlıdır, tarixdə necə qalmaq istərdiniz? 2013-cü ilə qədərki Rauf Arifoğlu, yoxsa ondan sonrakı?

- Bütöv şəkildə qalmaq istərdim. Və bu cür də qalacam! Səbəbsiz və hesablamadan heç bir addım atmamışam. Buna səbəbdir ki, hamı geri gedəndə, mənim rəhbərlik etdiyim qurumlar irəli gedib. Atdığım hər bir siyasi addımı, verdiyim qərarı doğru hesab eləyirəm. Bunun hesabını tarix, millət və Allah qarşısında verə bilərəm! Mən 2013-cü ilə qədər müxalifətin başında duran, bütün proseslərə yön verən İctimai Palatanın rəhbərlərindən biri olmuşam. Və 2013-cü il də daxil olmaqla, müxalifətin bütün namizədlərini o düşərgənin media komponentlərinin hamısından daha yaxşı dəstəkləmişəm. Amma 2013-cü ildə elə bir murdarlıq, elə bir satqınçılıq gördüm ki...

- Söhbət hansı murdarlıqdan, hansı satqınçılıqdan gedir?

- Biz israrla dedik ki, Milli Şura Rusiyanın proyektidir. Özü də Moskvada hazırlanıb. Mən bütün detalları bilirəm. Azərbaycan tarixində ilk dəfə idi ki, ölkəmizin müxalif bloku olan bir təşkilat başqa bir ölkənin paytaxtında qurulurdu. Rəhbəri də tam və açıq halda siyasi ixrac olundu. Beləcə, İctimai Palatanı dağıtdılar və Milli Şura qurdular. Müxalifətin prezidentliyə vahid namizədi olaraq Rusiya vətəndaşı təklif edilirdi. İflas bəri başdan aydın idi və bütün müxalif düşərgəni oyuna saldılar. Doğrudur, hörmətli Rüstəm İbrahimbəyov şəxsən məni Milli Şuraya dəvət də elədi. Bu dəvəti mediada da çap etdirdi. Amma mən getmədim. Gücüm yalnız özümə çatdı. Bir də imkanım daxilində, prosesi ifşa etməyə çalışdım. Amma Cəmil Həsənlini dəstəklədim - o dəstəyə layiq deyildi, çox nanəcib bir adamdır; lakin proses elə gətirdi ki, biz ən zəif fiqurlarla yarışmağa məhkum edildik... Ondan sonra isə müxalifətin elə bir namizədi olmadı ki, mən onu dəstəkləyim. Məsələn, deyə bilərsinizmi, 2013-cü ildən sonra mən kimi dəstəkləyərdim?


- Özünüzü dəstəkləyə bilməzdinizmi?

- Özümü dəstəklədim, qərar verdim, qəzetçiliyi seçdim. 2014-cü ildə dedim, İsa bəy Müsavatın başqanı qalacaqsa, orada qalacam, gedəcəksə, gedəcəm. Bunu İsa bəyə də, bütün iddiaçılara da, hətta mediaya da demişdim. Çünki İsa bəydən sonra o partiyanın başına kim gələcəkdisə, özümü ondan güclü siyasətçi hesab edirdim.

- Rauf bəy, Müsavat Partiyasından ayrıldınız, öz işinizdir. Bəs “Yeni Müsavat”da partiyaya aid informasiyaların getməsinə niyə qadağa qoydunuz?

- Partiyadan çıxandan sonra onların başsağlıqlarına qədər, bütün informasiyalarını qəzetimizdə və saytımızda verirdim, tədbirlərini ən səviyyəli və həcmli halda işıqlandırırdım. Heç bir problem yox idi. Təsəvvür edin, biz Müsavat Partiyasının bütün informasiya yükünü daşıyıb aparırıq, tədbirləri olur, yazırıq, mitinqləri olur, reportajlar hazırlayırıq... Ana səhifədən, özü də təmənnasız veririk. Liderləri müdafiə edən köşələr yazırıq, Müsavatı kiçik düşürən Əli Kərimli güruhu ilə savaşırıq... Bir də baxdıq ki, partiyanın yeni rəhbərliyi Kərimli zombilərinə qoşulub, sosial şəbəkələrdə bizi söyür, təhqir edir. Yalnız bundan sonra Müsavat Partiyası haqqında məlumatların bizdə yayımlanmasını dayandırdıq.
Yeni sədr Arif Hacılı ağıllı və ölçülü siyasət aparsaydı, mənimlə də, “Yeni Müsavat”la da münasibətləri qoruyub saxlaya bilərdi. Onun nəyinə lazım idi ki, ölkənin ən önəmli qəzetinin və ən önəmli saytlarının rəhbəri ilə münasibətləri korlasın, üstəlik, düşmən olsun? Partiyadan gedib-getməmək hər kəsin özünə aid məsələdir. Məni Müsavatın hakimiyyət uğrunda mübarizəsi maraqlandırmadı, daha doğrusu, belə bir mübarizənin ola biləcəyinə, bununla bağlı perspektivlərə inanmadım. Hər şey görünür axı. Və partiyadan getdim. Partiyanın başqanı deyildim, kiməsə siyasi öhdəliyim yoxdur. Sıravi bir üzv idim. Bu məsələlər proqram və nizamnamə məsələləridir - ərizə yazdım, çıxdım. Mənim 60 nəfərdən ibarət ayrıca qəzet kollektivim, saytlarım vardı. Mən rəhbər olaraq onların qarşısında məsul idim. Dəyişən şərtlərdə yeni planlar qurmalı, istiqaməti müəyyən etməli və üstəlik, xəbər məkanında liderliyi qorumalı idim. Bu, böyük və ağır bir layihə idi; xüsusi yanaşma və partiyasız mövqe tələb edirdi. Müsavatdakı əski dostlar bunu anlamadılar. Kollektiv isə arxamda və yanımda oldu. Gedən olmadı, narazı qalanlar bəlkə də oldu, amma sonra onlar da hər şeyi anladılar . İndi saytlarımızın sayı, əhatəsi və kollektivin sayı daha da artıb. Mürəkkəb bir situasiyada bacardığımızı edirik ki, ayaqda qalaq. Müsavatın yeni rəhbərliyi isə bizi itirdi, düşmənçilik həddinəcən gəldi. Mən müəyyən tədbirlərdə müşahidə eləmişəm. Arif Hacılı vaxtilə hərəkatda olmuş, indi deputat olan və birmənalı şəkildə iqtidarın yanında olan, tapşırıq olanda bunların özünü də parlament tribunasından, televiziyalardan söyən insanlarla pivə də içir, çaxır da vurur, yan-yana, qol-qola da durur, zarafat da edir. Amma mənimlə küsülüdür.

- Arif Hacılı içir ki?

- Əlbəttə, layiqincə içir... Və mən öz-özümə məəttəl qalıram ki, axı bu adam eyni modeli bizimlə də eləyə bilərdi. Tədbirlərin birində onun bu halını müşahidə etdim, əvvəl müxalifətdə olan iki iqtidar yanlısı deputatla çox səmimi idi, bərabər "hörtədirdilər", çıxanda yanımdakılarla görüşdü, mənə də əl uzatdı, amma salamını almadım. Sonradan bunun əzabını da yaşadım, amma bu, oradakı situasiyaya, keçmiş türmə yoldaşıma, dost bildiyim adama bədənimin və zehnimin reaksiyası idi. Əlim qalxmadı, onun da əli havada qaldı... Sən 23 illik partiya yoldaşınla, 13 ay bərabər çörək kəsdiyin türmə dostunla düşmənçilik elə, ətrafındakılara onu söydür, təhqirlər yağdır, xeyrində - şərində iştirak etmə, amma səni və düşərgəni hər fürsətdə qaralayan, iqtidarın siyahısı ilə deputat olanlarla pivə iç, qol - qola gəz, de, gül. Çıxarkən də bir lütf edərək, bizə də əl uzat... Tək məni yox, qəzetin bütün yazarlarına qarşı belə davrandılar. Bu, siyasətçi davranışı deyil! 20-22 ilini Müsavat Partiyasına həsr edən, ömür boyu hakimiyyətin əleyhinə yazan tanınmış yazarlarımız bu haqsızlığa dözmədilər və partiyadan getdilər. Bir məqamı da deyim. 28 ildir “Yeni Müsavat” qəzetinin baş redaktoruyam. Məndə dəyişən bir şey yoxdur. Amma onlarda şanslar dəyişib. Mən orda olanda müxalifət + “Yeni Müsavat” + Rauf Arifoğlu var idi, mən getmişəm, müxalifət ”“ “Yeni Müsavat” ”“ Rauf Arifoğlu nəticəsi göz önündədir. Artıq belə bir ruporları və media ayaqları yoxdur. Çöküş göz önündədir.

- Axı yeni bir sayt açıblar...

- Sayt yaratmaq və onun tanıtmaq təkcə nəyisə kəskin yazıb-yazmamaqla deyil. Bu, bir istedad, zəka məsələsidir. Mən ən ağır şərtlər çərçivəsi daxilində öz kollektivimi və qəzetimi, missiyamı, mandatımı qoruyan tək-tük adamlardan biriyəm. Bəs onlar nə etdi? Göz yaşı, əzab-əziyyətlə qurub-yaratdığımız, ana müxalifətin lideri olan bir partiya param-parça, bölünmüş və bütün şanslarını itirmiş vəziyyətdədir. Ancaq ölkəyə zərər verməklə məşğuldurlar.


- Məsələn, Arif Hacılı sizlə münasibətləri normal saxlasaydı, bu gün onun bütün radikal çıxışlarını saytınızda və qəzetinizdə işıqlandıra biləcəkdiniz?

- Arif Hacılı da, İsa Qəmbər də bura ”“ “Yeni Müsavat”ın redaksiyasına dəfələrlə gəliblər və nə deyiblərsə, stenoqram şəklində çap etmişəm. İkincisi, Arif Hacılı nə radikal çıxış edir ki? Siz onun hansı radikal çıxışından danışırsınız? Onun Müsavat Partiyasının başqanı mandatına uyğun heç bir çıxışı yoxdur. Amma Əli Kərimli radikal çıxış edir. Bu isə ifrat radikallıqdır. Bu, artıq siyasət deyil, dəlilikdir. Siyasətçi çıxışında da, hərəkətində də, partiya quruculuğunda da ölçülü-biçili olmalıdır. Elə olmalıdır ki, Kəramət, Rauf, Məmməd, Cəfər gedib onun yanında dura bilsin və onun yanında duranda nəyi var, itirməsinlər. Əgər sən bu səviyyədə çıxışlar edəcəksənsə, şübhəsiz ki, vitrinini dağıdacaqlar.

- Fikrinizcə, Əli Kərimlinin ağlı yoxdur?

- Mənə görə, yoxdur. Ağılı olsaydı, partiyasını, ən qiymətli adamlarını və müxalifətçilik təsisatını o vəziyyətə qoyardı? Müxalifət təsisatını o qədər zibilləyiblər ki, üfunətdən onlara yaxın durmaq olmur. Əslində isə partiya sistemli bir təşkilat olmalı idi. Sizcə, qarşı tərəf, hər hansı bir iqtidar bu cür amansız, cəmiyyətə düşmənçilik toxumu yayan rəqibi ilə başqa nə cür davranmalı idi? Və Əli Kərimli bir şeyi də anlamır ki, Qərb paytaxtları da, Moskva da cəmiyyətə bu cür düşmənçilik toxumu səpən, radikallıq yayan siyasi İŞİD-çıları hakimiyyətə buraxmaz. Heç onların siyasi alternativ olmasına belə imkan verməzlər. Necə ki vermirlər. Çünki onlar hakimiyyətə gəlsə, Azərbaycan qarışar, proqnozlaşdırılmayan proseslər olar, ölkə ərəb dövlətlərindən də bərbad vəziyyətə düşər... Qərbə və Rusiyaya sadəcə, onların mövcud olması, gərək olanda, indiki hakimiyyətə qarşı təzyiq rıçağı kimi istifadəsi lazımdır.
Oxşar xəbərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı