“Torpağı işğal altında olan oğul hansısa separatçıya dəstək verməz”- Laçınlı məmur
Oxunub: 7992
11 Oct 2017 | 14:25
“Torpağı işğal altında olan oğul hansısa separatçıya dəstək verməz”-  Laçınlı məmur
Moderator.az -ın əməkdaşı son günlər bəzi media vasitələri tərəfindən adı “kürd separatçılarını dəstəkləyən məmur, laçınlı” kimi hallanmış Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri   Fizuli Tanirverdiyevlə görüşərək xeyli müzakirələrə səbəb olmuş olayın əsl gerçəkliklərini üzə çıxarmağa çalışıb.

-Fizuli müəllim, öncə özünüz haqda qısa məlumat verin.

-Məmnuniyyətlə. Mən, Tanirverdiyev Fizuli Əmir oğlu 1979-cu ildə Laçın rayonunun Şeylanlı kəndində anadan olmuşam, milliyyətcə kürdəm. 2005-ci ildə Bakı Dövlət Univerisitetinin hüquq fakutəsini hüquqşünas ixtisası üzrə bitirmişəm. Ali təhsilliyəm. Evliyəm, iki oğlum var. Ehtiyatda olan zabitəm. Hazırda məcburi köçkün kimi Bərdə rayonunda müvəqqəti məskulaşmışıq. Yeni Azərbaycan Partiyasının üzvüyəm. 2014-cü ilin mart ayından hal-hazıradək Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri vəzifəsində çalışıram. İşlədiyim müddətdə heç bir qanun pozuntusuna yol verməmiş və rəhbərlik tərəfindən heç bir intizam cəzası almamışam...   


-YAP-a daxil olmamışdan öncə hansısa siyasi hərəkat və ya partiyanın, yaxud digər təmayüllü təşkilatın üzvü olmamısız ki?

-YAP-a daxil olmamışdan öncə  hər hansı partiya, təşkilat, hərəkat, siyasi, yaxud digər yönlü cərəyanın üzvü olmamışam. Nə də hər hansı belə bir qurumun qərargahlarına gedib-gəlmiş, nə də onların hansısa tədbirinə dəstək verməmişəm. Yalnız, səhv etmirəmsə, 1999-cu ildə bir neçə dəfə həmyerlimiz Vüqar Qədirovun rəhbərlik etdiyi Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının Qarabağla, işğal edilmiş torpaqlarımızla bağlı keçirdiyi bir neçə tədbirdə iştirak etmişəm. Hətta  “Rönahi” Kürd mədəniyyət mərkəzinin  harada yerləşdiyini də  bu günədək bilmirəm. Digər bir kürd gənclər təşkilatı var, onların da rəhbərini tanıyıram, ancaq heç bir tədbirlərində iştirak etməmişəm. Hətta buna görə məndən iniciyirlər ki, sən bir dəfə də olsun, bizim tədbirlərə qatılmırsan...  

-Necə oldu ki, YAP-a üzv oldunuz?

-2012-ci ilin dekabrından rəsmi olaraq YAP-ın üzvüyəm. Və məni kimsə bu partiyaya üzv olmağa məcbur etməyib. Bu gün Ulu Öndərimizin bizə miras qoyduğu bir dövlət var. Əgər mən indi öz  balalarımla evimdə rahat  yata bilirəmsə, buna görə Ulu Öndərimizə və onun siyasətini uğurla davam etdirən cənab prezidentimiz İlham Əliyevə borcluyuq. Hazırda biz  Azərbaycandakı sabitliyi Yaxın Şərq və digər münaqişə zonalarındakı vəziyyətlə müqayisə etsək, dövlətimizin, onun rəhbərliyinin sayəsində  dinc yaşamaq kimi hansı bir nemətə malik oldumuzu aydın dərk edərik. Məhz belə amilləri nəzərə alaraq mən YAP-a üzv oldum. Və bu gün də fəxr edirəm ki, Azərbaycanın  çiçəklənməsində, qüdrətlənməsində böyük rolu olan bir partiyanın üzvüyəm...

- Konkret hansı davranış və ya çıxışınız sizin ətrafınızda məlum xoşagəlməz söz-söhbətlərin meydana çıxmasına səbəb oldu?

-Hamımız xalq olaraq azərbaycanlıyıq. Bu gün talış, tat, yəhudi, kürd, azərbaycanlı, türk və s.  olmaqla biz hamımız bir ürəkdə döyünüb Azərbaycan xalqını təşkil edirik. Və hər birimiz də Azərbaycanımızı sevirik. Amma konkret milli mənsubiyyətə gəldikdə, mən kürdəm. Mən kürdlüyümü sevməsəm və desəm ki, Azərbaycanı sevirəm ”“ elə birinci yalanı danışmış olaram. Deyir, öncə məscidin içi, sonra çölü. Mən anadan olandan Azərbaycan xalqının bir fərdi kimi böyüdülmüşəm. Hətta mən uşaqkən evimizdə atam-anam hərdən kürdcə danışanda  hesab edirdim ki, öz aralarında kiçiklərə aid olmayan məsələləri müzakirə etmək üçün bir gizli dildən istifadə edirlər. Sonradan  böyüdükcə anladım ki, bu, bizim ana dilimiz olan kürd dilidir və bizim ayrıca dilimiz var- kürd dili.  Tədricən internet və digər vasitələrlə kürd dilini öyrənə bildim. Amma ayrıca milliyyətimiz, dilimiz olmasına rəğmən biz Azərbaycan vətəndaşı olmaqla, Azərbaycan xalqının fərdiyik...

Qaldı ki, bəzi media vasitələrinin mənim guya Şimali İraq Kürd muxtariyyətində keçirilmiş referendum mövzusunda çıxış etməyim  haqda bəzi media vasitələrinin yazdıqlarına, əslində mən heç harda, heç bir tədbir və ya sosial şəbəkədə konkret bu mövzuda çıxış etməmiş və kimsəni də dəstəkləməmişəm. Vətən torpağının  20 faizi işğal olunmuş, anasının və babasının qəbri separatçıların tapdağı altında qalan bir övlad heç vaxt hansısa separatçılığı dəstəkləməz, təbliğ etməz. Çünki biz özümüz erməni separatçılığının nəticəsində bu gün öz dədə-baba torpaqlarmızdan didərgin düşmüşük. Əgər kimsə separatçılıq edirsə, onu pisləyənlərdən biri də öncə milliyyətindən asılı olmayaraq işğal altındakı torpağın sakini  olmalıdır. Əlbəttə, həmin vətəndaşın qeyrəti varsa, şərəfi varsa, Vətənini sevirsə, xalqını sevirsə,  anasını sevirsə,  belə etməlidir.  İkincisi də, mən bir hüquqşünas olaraq silahla, terrorla olan hər bir tədbirə, hərəkata qarşıyam. Bizim Xocalı boyda faciəmiz var, Laçın, Şuşa, Kəlbəcər boyda dərdimiz var. Bizim bütöv bir xalq olaraq şəhidlərimiz var. Yaxın qohumlarımız şəhid olub, itkin, əsir düşüb. Laçının 5 Milli Qəhrəmanı var. Onlardan biri də rəhmətlik Kamil əmi (Kamil Baladə oğlu Nəsibov-S.L.) kürdəsilli milli qəhrəmandır. Eləcə də aprel döyüşlərində laçınlı kürdlərdən şəhid olan Qarakeçdi kəndindən Ülvin Məmmədovdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Mülki insanlar arasında da neçə-neçə şəhidimiz var. Şeylanlı kəndindən Qəmzə ana ermənilərin gəldiyini görüb, özünü Həkərinin qolu olan Ağdərə çayına ataraq özünü şəhid edib. Və biz kimsə Azərbaycan uğrunda şəhid olanda demirik ki, bu, ləzgidi, talışdı, kürddü, yaxud türkdü. Şəhid  bir elin də deyil, şəhid- xalqın, dövlətin şəhididir. Şəhid- bütöv Azərbaycanındır. Şəhid- Azərbaycan adını qəlbində daşıyan hər bir kəsindir. Bütün bunları düşünərək söyləyən insan hansısa terroru və separatçılığı dəstəkləyə bilərmi?..  

Azərbaycanın ərazi bütövlüyü uğrunda, ermənilərə qarşı döyüşlərdə şəhid olmuş “Kürd Mehbalı” ləqəbi ilə yazan şair Mehbalı Quliyev, Şamil Əsgərov (Dədə Şamil) və s. kürd ziyalıları daim Azərbaycandakı kürdlərin digər millətlərlə birliyinin sarsılmaz olması haqda, Azərbaycan haqda gözəl şeirlər yazıblar. Biz belə insanların ruhunda tərbiyə almışıq...

Bir faktı da deyim ki, tarixin müxtəlif dönəmlərində Azərbaycanda yaşayan bəzi xalqlar xarici güclərin təsiri altında ölkəmizdən ayrılmaq iddiasıyla baş qaldırıblar. Amma tarix boyu burada yaşayan kürdlər daim Azərbaycan xalqının yanında olublar, həmişə Azərbaycan dövlətini, dövlətçiliyini dəstəkləyiblər. Odur ki, bu gün kürd xalqının bir fərdi olaraq mənə heç kəs bu haqqı verməyib ki, yüz illlərin bu qardaşlığını, bu birliyini pozam...

Eləcə də 1991-1992-ci illərdə Azərbaycanda baş verən siyasi təlatümlər və öncə dediyim kimi, erməni təcavüzü zamanı kürd xalqı da səbir və təmkinlə müstəqil dövlətçiliyimizin keşiyində dayandı. Və nəhayət, 1993-cü ilin iyununda Ulu Öndərimiz Bakıya qayıdışı ilə Azərbaycana yeni bir ruh, yeni bir işıq gətirdi.  Biz kürdlər də Ulu Öndərimiz Heydər Əliyevi daim sevmişik, onun siyasi xəttini həmişə dəstəkləmişik.  Çünki Ulu Öndər bizim yaşam haqqımızı özümüzə qaytarıb. Biz bu gün yaşayırıqsa, Ulu Öndərimiz Heydər Əliyevin siyasi müdrikliyinin sayəsində yaşayırıq. Həmçinin bu gün Ulu öndərimizin siyasətini yüksələn xətlə inkişaf etdirən cənab prezidentimiz İlham Əliyevin siyasi xəttini dəstəkləyirik. Dövlət başçısı olaraq onun bizim üçün gördüyü işləri alqışlayırıq. Biz prezidentimizi sevirik, dövlətimizi sevirik, Azərbaycan xalqını sevirik. Biz Dövlətimizə, Dövlətçiliyimizə, Ulu Öndərimizin ideyalarına, cənab Prezidentimizə sadiqik və hər zamanda Vətən yolunda canımızdan keçməyə hazırıq. Mən aldığım ali təhsilə, həyatda tutduğum vəzifəyə və mövqeyə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə daim minnətdaram, Ali Baş Komandan olaraq onun Qarabağ uğrunda, Laçın uğrunda döyüş əmrini gözləyənlərin biri də mənəm...  

Bu mənada bəzi müxalifyönümlü saytların barəmdə yaydığı məlumatlar yalan, böhtan və iftira olmaqla tamamilə əsassızdır. Mən Azərbaycan xalqına, Azərbaycan dövlətinə, Azərbaycan Prezidentinə ömür boyu sadiq olmağımla fəxr etmişəm. Bu gün də bu sədaqət yüksələn xətt üzrə artmaqda davam edir. Barəmdə həddən artıq şişirdilmiş, diqqət cəlb etmək üçün məxsusi şəkildə qabardılmış, məqsədli şəkildə yayılmış həmin məlumatlar cəfəngiyatdan başqa bir şey deyildir və radikal müxalif düşüncəli qərəzkar şəxslərin növbəti şər və böhtanlarının tərkib hissəsidir...

-Elə isə izah edin, sizin Şimali İraq Kürd muxtariyyətinin lideri Məsud Bərzaninin fotosu və  Azərbaycan dövlətinin də rəsmən tanımadığı sözügedən “referendum”a  “Yes” yazısı ilə yanaşı, olan şəkliniz necə oldu peyda oldu “Facebook”da?

-“Facebook” sosial şəbəkəsində cari ilin sentyabr ayının ortalarında “Baba Pünhan” və “Hamid Turk” profilləriylə insanlar arasında çaşqınlıq yaradacaq statuslar və rəylər yazılırdı. Belə yazıların birində kürd millətinin ünvanına qeyri-etik və xoşagəlməz ifadələr yazılmışdı. Mən də buna etirazımı bildirdim. 25.09.2017-ci il tarixdə gecə saatlarında Hamid Turk öz profilindən mənim profilimə bir link göndərdi və mən də buna əhəmiyyət vermədim, hətta heç cavab belə yazmadım. 26.09.2017-ci il tarixdə isə bəzi saytlar mənim haqqımda həqiqətə uyğun olmayan yazılar dərc etdilər. Hətta mənim bununla bağlı fikirlərimi öyrənmək istəyənlər də oldu. Ancaq mən heç bir açıqlama verməyəcəyimi söylədim. Buna baxmayaraq mənimlə telefonla əlaqə saxlayan bəzi jurnalistlər açıqlama verməməyimə rəğmən telefonda danışdıqlarımı təhrif edərək öz saytlarında, öz düşünndükləri kimi açıqlamalar verdilər. Onlar məni elə təqdim etdilər ki, sanki Şimali İraq Kürd muxtariyyətində referendumu mən keçirmişəm, Kərkükü də mən işğal etmişəm, Məsud Barzani də mənim diktəmlə oturub durur... Əgər bu gün hansısa şəkil paylaşmaqla nəsə qazanmaq olursa o zaman gəlin, Cənubi Azərbaycana, Dərbəndə, Borçalıya, Göyçəyə, Vediyə, Zəngəzura, İrəvana və Qarabağa aid şəkilləri paylaşaq, beləliklə də dədə-baba torpaqlarımızı geri qaytaraq...

-Xahiş edirəm, konkret olaraq “Facebok”dakı məlum fotonuzun necə meydana çıxmasını izah edin, Füzuli müəllim? 

-Bilirsiz, “Facebook”dan istifadə edənlər yaxşı bilirlər: Profil şəkillərində belə br təklif gəlir:”çərçivə əlavə edin”. Orda ingilis dilində “25” və sonra hansısa  bir söz yazılmışdı(mən ingilis dilində yaxşı bimirəm) və mən həmin xidmətdən  istifadə edərək öz profilimin üzərinə İraq Kürdüstanında referendum haqda şəkli əlavə etmişəm. Bunu danmıram. Amma düşündüyümə görə, bunun separatçııqla heç bir əlaqəsi yoxdur. Siyasi proseslərlə maraqlanan bir məmur, hüquqşünas kimi Şimali İraqda Kürd muxtariyyətinin referendum keçirməsi haqda xəbərləri izləmişəm. Lakin bu tədbir bizim sərhədlərimizdən kənarda keçirildiyi üçün mənim ona  hər hansı bir müdaxiləm, hər hansı bir təsir vasitəm ola bilməz. İraqdakı kürdlər bu referendumu yaşadıqları ərazilərində keçirir və buna da həmin dövlət etiraz edə, yaxud dəstək verə bilər. Həmişə deyirəm ki, biz bir Azərbaycan vətəndaşı olaraq hansısa separatçı hərəkata dəstək versək, sanki Qarabağın azad edilməsi yoluna qara daşlar hörmüş olarıq. Yəni mənim kimisə dəstəkləmək kimi bir ideyam olmayıb. Sadəcə, dediyim kimi, “Facebook” xidmətində bir düymə basmışam. Əgər bu,  səhv olubsa da, mənim subyektiv səhvimdir. Buna görə bütöv rayonu, bütöv xalqı günahlandırmaq doğru deyil...

-Yəni belə anladıq ki, siz  “Facebook”-da İraq Kürdüstanında referendum keçirilməsinə “hə” demisiz.? Eləmi?

-Xeyr. Mən heç nəyə “hə” deməmişəm. Bilirsiz, orada “hə”, yaxud “yox” deyilməyinin   mənim yaşamıma heç bir təsiri yoxdur. Əgər bu referenduma gedilməsi silah gücünə olmayıbsa, bu, xalqın  suveren özünü ifadəetmə hüququ əsasında baş veribsə, onların siyasi liderləri bu yolu tutubsa, mən də bunu qəbul etmişəm ki, xalq burda azad şəkildə gedib öz fikrini bildirəcək. Daha İraq Kürdüstanının tanınıb-tanınmayacağı  məndən asılı deyil. Yəni gerçək dəstək ondan ibarətdir ki, Fizuli Tanirverdiyev gedə İraqda həmin referenduma səs verə, yaxud ona maliyyə dəstəyi çatdıra. Ancaq hansısa şəkillə başqa bir ölkədəki belə bir siyasi tədbirə  dəstək verməkdən danışmaq- bu, Azərbaycanın məşhur “Yuxu” filminə bənzəyir. Axı mən hardasa çıxıb birbaşa yazmadım ki, demədim ki, bu referendum keçirilsin. Ey xalq, ey camaat, toplaşın, bu referenduma gedin, səs verin. Siz səs verməsəz, bu referendum baş tutmayacaq.Və s. Belə deyək; tutaq ki, bu gün İraqda referendum keçirildi və ona “hə” dedilər. Məndə artan nəsə oldu?. Həyatım necə davam edirdisə, həmin axarla da davam edir. Həmin referenduma “yox” desəydilər də həyatım yenə həmin axarla davam edəcəkdi... 

-Fizuli müəllim, baş verən bu media qalmaqalından sonra  oxucularda elə təəssürat yarandı ki, guya Azərbaycanda məlum qanunsuz referendumu dəstəkləyən konkret güclər var. Eyni zamanda siz laçınlı olduğunuz üçün belə təsəvvürlər oyandı ki, guya laçınlıların çoxu həmin “referendum”u  dəstəkləyir. Bu mənada özünüzü Azərbaycan xalqı, dövləti və ayrıca Lamın camaatı qarşısında mənəvi baxımdan günahkar hesab edirsinizmi?

-Bilirsiz, dövlətimiz tərəfindən mənə etimad göstərilib vəzifəyə təyin olunmuşam. Əgər etimadı doğrulmamışamsa, bu, mənim səhvimdir. Bunu, öncə dediyim kimi, bütövlükdə xalqın, rayon camaatının boynuna yazmaq doğru deyil. Amma əgər doğrudan da Azərbaycan dövlətinə, xalqımıza xəyanətim olubsa, o halda dövlətimizin verəcəyi hər cür layiqli cəzanı çəkməyə hazıram...
Eyni zamanda mənim hansısa yanlış hesab edilən söz və ya davranışım dövlətimizin, ölkəmizin şərəfinə, Laçın camaatının, ümumiyyətlə, Azərbaycan xalqının heysiyyatına toxunubsa, buna görə xalqımızdan və dövlətimizdən üzr istəyirəm. Mənim mövqeyim bundan ibarətdir...

(Müsahibə 6 oktyabr 2017-ci il tarixdə götürülüb)

P.S. Mövzu ilə bağlı oxucularımızı maraqlandıran əsas suallardan biri də  bəzi saytlarda Fizuli Tanirverdiyevin adından “əgər Kürdüstana görə məni işdən çıxarsalar, Azərbaycan pasportunu yandıraram” və s. kimi cümlələr işlənməsinin haradan qaynaqlanması olub. Dövlət məmuru həmin cümlələri heç dilinə gətirməyi də özünə  və tutduğu vəzifəyə təhqir hesab etdiyini söyləyərək bu haqda müsahibədə danışmamağı rica etdi. Ancaq biz oxucuların marağını və müsahibənin anonsunda işlətdiyimiz sualların cavabını verməli olduğumuzu nəzərə alaraq sözügedən məsələyə aydınlıq gətirməyi özümüzə borc bildik. Məlum oldu ki, “referendum” qalmaqalından sonra Fizuli Tanirverdiyev bir yas yerində olduğu zaman jurnalistlərdən biri zəng edib. O, hazırda açıqlama vermək  imkanının olmadığını, daha sonra cavab verəcəyini söyləsə də, aramsız zənglərdən sonra emosiyalarını cilovlamayıb və jurnalistə belə cavab verib:“Mən heç bir separatçını dəstəkləməmişəm. Amma əgər doğrudan da  Azərbaycan dövlətinə, xalqına xəyanət etmişəmsə, məni həbs etmək, işdən və ya ölkədən çıxarmaq lazım deyil. Xəyanəti bağışlamaq olmaz. Xəyanət etmişəmsə, sadəcə, məni də, mənə aid olan hər şeyi də; pasportumu, hərbi biletimi də yandırmaq, külümü də suya axıtmaq lazımdır ki, məni xatırladacaq heç nə qalmasın...” F.Tanirverdiyev  iddia edir ki,  sözügedən “Azərbaycan pasportunu yandıraram” söz-söhbəti hansısa jurnalist tərəfindən məhz bu cavabdan yozularaq yazılıb... 

Sultan Laçın
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama