Müqəddəs Pavelin-Klimkinin Bakıdan İrəvana göndərişləri...
Oxunub: 2558
10 Oct 2017 | 18:19
Müqəddəs Pavelin-Klimkinin Bakıdan İrəvana göndərişləri...
Əslində,Elmar Məmmədyarovla birgə keçirilən brifinqdə ukraynalı həmkarı Pavel Klimkinin verdiyi sərt bəyənatlar bir çoxları üçün gözlənilməz oldu.Əcəba,Azərbaycan paytaxtından Moskva əleyhinə cəbhə açmaqla təkcə antlantist himayədarlarından deyil,eləcə də keçmiş sovet respublikalarının siyasi elitalarından,həmçinin cəmiyyətlərindən dəstək qazanmaq niyyəti nə dərəcədə səmərəli plandır? Həqiqətənmi,2013-cü ildə strateji seçimini etmiş bir dövlətin xarici siyasət hədəfləri onlarla eyni platformada durmayan mdbçilərin rəğbətini qaznmaqda əngəl deyil və keçmişdə vahid bir çətirin altına toplaşmış yaxın qonşuları Donbas cəbhəsinə getməslər də heç olmasa Putindən üz dönədərərlər?
Maydan hökuməti oxşar taleli millətlərin “dil”ilə danışmaqla hansısa mənəvi həmrəyliyə ümid bəsləyir, yoxsa,”rus təhlükəsi” qarşısında daha uzaqgedən niyyətlərə düşərək antiPutin alyansı təşkil edəcəklərinə bel bağlayır? Doğrusu,”Layaqət inqilabı”nın təcəssüm etdirdiyi ideologiyanın mahiyyətini nəzərə alan Orta Asiya respublikaları və Moldova son dərəcə ehtiyatlı siyasət yürüdür.Onları xoflandıran təkcə “3-cü Roma” statusuna iddia edən şimal nəhənginin qəzəbinə gəlmək qorxusu deyil,Kiyevdən uzaq durmağın səbəblərindən biri də onların hansı dalğada hakimiyyətə gəlmələridir.SSRİ-nin çöküşündən sonra taxt-tacda möhkəmlənmiş qazax, tacik,özbək rəhbərləri və ya son anda zorla prezident taxt-tacı uğrunda savaşı qazansalar da,iqtidarda dayanıqlı gücə və balansa nail ola bilmədikləri çar Dodonun məmləkətində antiMoskva barrikadası təşkil etmək qeyri-mümkündür.Ancaq tam ümidsiz olmağına da dəyməz. Belə ki,Aleksandr Lukaşenko ilə,Kremllə ittifaq razılaşmasını imzalamış bir dövlətin başçısıyla Poroşenkonun arzuladığı neytrallıq,hətta bir sıra problemlərə münasibətdə həmrəylik planları baş tutması yaxşı nəticəydi.Hətta Batka bir az da irəli gedərək, məlum barışdırıcıllıq və ağsaqqallıq missiyası ilə hərbi əməliyyatların dayandırılmasını tələb etmişdi və münaqişənin bütün region üçün təhlükə olduğunu söyləmişdi. Minskdə 17 saat davam edən üzücü Merkel, Oland və Putin arasındakı danışıqlar zamanı da balaruslu liderin oxşar məramı özünü qabarıq göstərmişdi.Ərazisini “Qərb-2017” hərbi təlimlərinə açmış bir ölkədə Kiyevə yönələn loyallıq hər halda böyük hadisəydi və Poroşenkonu “Avropanın sonuncu diktatoru” ilə yaxınlığa görə qınayanların dar maraqlardan çıxış etdikləri də hər kəsə bəlli oldu.Axı,siyasi maksimalizmlə və inqilabi romantizmlə torpaq qorumaq olmaz.
Pavel Klimkinin Bakıda Krım və Qarabağ arasında apardığı paralelləri tarixi və hüquqi kontekstdə şərh etmədən,xarici işlər nazirinin belə açıq diplomatiyasının hansı məqsədləri güddüyünü müəyyənləşdirmək daha vacibdir.Hər halda 90-cı illərdən müxtəlif regional və beynəlxalq platformalarda bir araya gələn iki dövlətin düşməni barmaqla göstərməyə çalışmasını xatırlayanlar yoxdur.Hətta Ağ Evdə layihələndirilmiş GUAM birliyi çərçivəsində də siyasi müttəfqliyinin ən şirin çağlarında rəsmi Kiyev heç vaxt Abxaziyadan,yaxud Xankəndindən ötəri kiminləsə isti münasibətlərini pozmayıb.Hələ,üstəlik,narıncı inqilabın yetirməsi olan prezident Viktor Yuşşenkonun iqtidarda olduğu illərdə Moskva ilə iqtisadi kooperasiya uğurla davam edirdi.Sonra Qərbin devirdiyi Yanukoviç dönəmində isə Ukraynanın bir nömrəli hərbi-siyasi partnyoru 30 milyard dollardan artıq ticarət dövriyyəsinə malik olan Rusiya idi.Hələ bu azmış kimi əlaqələrin nüfuz etdiyi dərinlik o səviyyədəydi ki,millətçilər döyüş meydanında can savaşı verirkən silah zavodları yüzlərlə çeşiddə məhsullarını və ya onun komponentlərini öz rus tərəfdaşlarından almaqda davam edirdilər.
İndi Klimkin Donbasla Qarabağı eyni qüvvənin işğal etdiyindən danışır.Hətta yenidən süni nəfəs verməyə çalışdıqları GUAM çərçivəsində vahid düşmənə qarşı briləşmək üçün çağırışlardan da vaz keçmir.Lap lenincəsinə,adamın bağırmağı gəlir:”separtizmdən əziyyət çəkən dövlətlər,birləşin”!
Lakin fəhlə-kəndli hakimiyyəti qurmaq istəyən dahi bolşevik liderinin bütün istismarçı siniflərə qarşı müharibə elan etməsinin hansı bəlalara yol açdığı hər kəsə bəllidir.O üzdən,Klimkinin ilk baxışda qulağa xoş gələn açıqlaması 20 faiz ərazisini itirmiş bir məmləkətin başına çıxmış və siyasi məkrin caynağında özlərini itirmiş admların son hayqırtısı sayıla bilər.Kiyev nəhayət,20 faiz ərazisini itirdikdən sonra 25 ildir davam edən digər etnik-milli münaqişələrə dair insani və dövləti münaisəbitini formalaşdırmağa çalışır. Daxildə bütün kommunist keçmişini islah edəndən sonra xarici cinahda da köklü dəyişikliklərə əl atmaq doğrudan qeyri-adi hadisədir.MDB-2 ni sən demə Kiyev dövlətinin ətrafında təşkil etməklə sovetimizin bütün mirasını məhv etmək və yeni imperiya qurmaq istəyənlərə zərbə vurmaq olarmış.İnandırıcıdırmı,sizcə?Əsla,yox.
Ötən illər ərzində humanitar fəlakətin və ən yüksək səviyyələrdə gördüklərin yalanın müqabilində torpaq itirmiş bütün qardaş xalqlar-gürcülər,azərbaycanlılar və moldovanlar elə bir möhkəmlik testindən keçiblər ki,onları yenidən qlobal maraqlar uğrunda gedən davalara qaytarmaq çox çətindir.Əgər,GUAM antiRusiya blokudursa,”Şərq tərəfdaşlığı” əsil həqiqətdə Kreml əleyhinə “Qərb tərəfdaşlığı” na çevrilirsə,onda səngərin önünə çıxarılan liderləri Yanukoviçin taleyi gözləyəcək.
Ona görə də müqəddəs Pavelin ruhu ilə Bakıya gələn nazir Klimkin Donbas şaxtasında qara kömürü çıxmış döyüşçülərin cərgəsinə başqalarını da qoşmaq istəyir.Əgər möcüzə nəticəsində slavyan qardaşlarının arasındakı nifaq birdən çözülsə,onda Azərbaycan kimi ölkələr yenidən müharibə meydanında tək qalacaq.
Ona görə də bizim lehimizə verilən bəyanatları şadyanalıqla,amma dərindən təhlil etmək gərəkdir-danışıqlarda mövqeyimiz bununla güclənirmi?Qafqazla geopolitik müstəvisi birləşdirilən keçmiş sovet məkanları hansı perspektivə doğru can atır?
Müstəqil dövlətlər Birliyi çərçivəsində separatizmə qarşı mübarizədə heç vaxt həmrəylik olmayıb.Görünür,Putinə verilən siqnallar nəticəsində Soçiyə dəvət olunan keçmiş müttəfiq respublika rəhbərlərinin diqqətinə çatdırlacaq ki,onlar Ukrayna üzərindən strateji xaos planı hazırlayan qüvvələrin fitvasına getməsinlər.Hər halda ortada rəsmi tanıdılmış əraziləri qorumağın yeganə yolu Putinə qarşı qurulan istehkamlarda yer almamaqdır.Təxminən belə bir formulu hamıya qəbul etdirəcəklər.Yoxsa,qırğız qardaşlarının taxt-tacına göz dikən Nursultan Abişeviçin liderlik məharətini sınamağa və siyasi məharətini nümayiş etdirməyə meydanımı dardır? Yox,söhbət Bişkek daxil digər paytaxtlarda Moskvanın əleyhinə olan qüvvələri hakimiyyətə gətirməkdən gedir.Deməli,qazax lideri Moskvanın planına görə Atambayevin qəzəbinə gəlib.Yoxsa,Nazarbayev kimi mahir türk xaqanı öz üsul-idarəsini ixrac etmək kimi avantürist bir xəyala heç vaxt baş vurmaz axı.
Əlbəttə,Bakıdan İrəvan əleyhinə verilən bəyanata Ermənistandan kəskin reaksiyaları gözləməyinə dəyməz.Yalnız hakimiyyət partiyasının üzdə olan təmsilçisi Eduard Şarmazanov,Klimkinin hücumunu “uğursuz və absurd arqumentlər” kimi dəyərləndirdi və Azərbaycanın xoşuna gəlmək üçün Avropa Birliyinin mövqeyi ilə uzlaşmayan bir xətti yürütdüyünə görə Kiyevi qınamağa çalışdı.Bununla da Ermənistan rəsmiləri sanki bir nəfər kimi sükut əmri aldılar və əvvəllər oxşar situasiyalarda qurduqları səhnələrdən bu dəfə vaz keçdilər.Hətta formal olaraq,səfiri çağırıb danlamaq və cəmiyyəti sakitləşdirmək üçün ona yazılı bir nota təqdim etmək də kiminsə ağlına gəlmədi.Özünə hörmət edən dövlət belə etməliydi və uzun illərin işağılçılığını ifşa edən Ukrayna ilə münasibətləri onsuz da bərbad olan İrəvan Kiyevlə əlaqələri tam kəsməliydi.Amma belə olmadı.Maraqlıdır, sizcə niyə? Axi onsuz da son 4 ildə bütün beynəlxalq təşkilatlarda Ukraynanın göstərdiyi təşəbbüslərə zidd gedən və Moskvanın yanında olduğunu göstərən Sarkisyan rejimi növbəti bir demarş vasitəsilə daxildə xal qazana bilməzdimi? Bilərdi.Qarabağı “Rusiyanın işağl etdiyi”ni deyən və Azərbaycanın bütövlüyünü heç bir diplomatik jarqonlara əl atmadan tanıyan tərəflə başqa necə davranmaq olardı?
Oxşar sualları öz diplomatlarınının mütiliyini qınayan erməni sosial media seqmentinin təmsilçiləri də səsləndirirlər.”Necə olur ki,Avakovun da etiraf etdiyi kimi,50 dən artıq erməni fədaisinin gedib Stepan Bandera mücahidləri ilə eyni hərbi şinelini geyindiyini,”Slava Ukraine” deyərək Luqansk-Donetskin çöllərində canlarından keçdiyini Maydan hökuməti görmür”?Təxminən belə qəzəbli və isterik şərhlər şəbəkələri başına götürüb.Daha ağıllı virtual qəhrəmanlar isə İrəvan hökumətinə ağıl dərsi keçir ki,Donbasda “faşist hökumətinin törətdiklərinə” hər cür qiymət verməyin vaxtıdır.Yəni,hər gün rus kanallarında kultivasiya olunan təbliğatın ştampları Razdan vətənpərvərlərinin dilindən səslənməkdədir.Halbuki,onların Putinlə düşmənçiliyi Poroşenkodan az deyil.Ancaq nə edəsən,daha bir dövlət də onların üzərinə hücuma keçibsə, onda müvəqqəti olaraq,Rusiyanı Ukrayndan qorumaq olar.Şuşanı əldə saxlamağa xatir.
Nədənsə,Pavel Klimkinə qədər belə cəsarətli ukraynalı nazirin olmadığını düşünərkən,paytaxtımıza tez-tez gələrək humanitar forumların tribunası üzərindən xəstəhal görüşlərini bölüşən sabiq prezident Leonid Kuçmanı xatırlamamaq olmur. Belovejsk sazişi ilə böyük bir imperiyanın axırına çıxan Yeltsin,Kravçuk,Şuşkeviç triadasından sonra hakimiyyətə yeni qüvvələr gəlmişdi.Lakin milli demokratik rejimlərin heç birində Azərbaycana əl uzadaraq onu dağılmaqdan xilas etməyə həvəs yox idi.Leonid Kuçma özünün solğun bənizi və ümidsiz siyasi moizələri ilə bir dəfə də olsun rusiyalı həmkarından Bakıya rəhm tələb etmədi.O,yalnız Krım fəlakəti baş verəndən sonra qəlbindəki durğunluq şərini qovub çıxardı və Qarabağa təcavüzdən danışdı.
Hərdən adama elə gəlir ki,Donbasda yerin təkindən min bir əziyyətlə çıxarılan daş kömürü Topxana meşəsində kəsilib basdırılan ağacların cəsədləridir.Azıxda sönən müharibə ocağı 20 ildən sonra şərqi və qərbi Ukraynada,daha sonra Manasda,ən nahəyət,ölmüş imperiyanın əzalarının istənilən nöqtəsində təzədən alovlananda hər kəs haqqı etiraf etməyə başlayır.Müqəddəs Pavelə söykənən Klimkinin Bakı bəyanatları kimi..
Oxşar xəbərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı
04 May 2024 | 08:30
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı
04 May 2024 | 08:30
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR