Rəsulzadənin məzarı başında polisin cavabsız qalan sualları: Məmurlar şəhəri Ankardan REPORTAJ
Oxunub: 3210
22 Sep 2017 | 16:43
Rəsulzadənin məzarı başında polisin cavabsız qalan sualları:  Məmurlar şəhəri Ankardan REPORTAJ

Ankara turist şəhəri deyil. Ölkənin ən böyük şəhəri olan İstanbuldan fərqli olaraq burada daha çox məmurları, vəzifəli şəxsləri, tələbələri görmək olar. Bakıda olarkən bir həmkarım Ankaraya getdiyimi bilincə “Orada heç gəzməli yer yoxdur, imkanın olduqca Konya və Alanyaya get” dedi. Bu sözə kökləndiyim üçün şəhərin darıxdırıcı olduğunu düşünürdüm. Lakin şəhəri gəzdikcə ağlımda gəzən bu fikir tamamilə yox oldu.

İlk öncə ictimai nəqliyyatdan başlayaq. Burada taksidən istifadə etmək çox baha başa gəlir. Məsələn, şəhəri tanmadığım üçün bir məhəllədən digərinə keçmək üçün 15 lirə verməli oldum. Metroda bir gediş isə 4 lirədir. Doğrudur, bizim manatla bu çox bahadır. Lakin metronun müasirliyi, rahatlığı, təmizliyinə söz ola bilməz. Üstəlik 65 yaşından yuxarı olan sərnişinlərə gediş pulsuzdur. Metronun əməkdaşının sözlərinə görə, artıq pensiya yaşına çatmış şəxslər bələdiyyədən xüsusi kart alır və bu kart vasitəsi ilə gündəlik metrodan pulsuz istifadə edirlər. Tələbələr isə güzəştli kartlardan istifadə edirlər.

Məlumdur ki, bizim Bakı metrosunda foto çəkmək qadağandır, hətta bununla bağlı hər stansiyada xüsusi lövhələr var. Lakin Ankara metrosunda bu cür qadağa ilə rastlaşmadım. Polisdən bu haqda soruşduqda isə bildirdi ki, Ankara metrosunda da foto çəkilməsi ilə bağlı qadağa var. Buna baxmayaraq həm stansiyanın içərisində, həm də qatarda istədiyim qədər foto çəkdirsəm də, buna qarşı çıxan olmadı.

Beləliklə, metrodan sonra şəhərdə bir neçə alternativ ictimai nəqliyyat var. Onlardan biri “Dolmuş” adlanan mikroavtobuslardır. Mikroavtobuslarda gediş haqqı isə getdiyi yoldan asılı olaraq dəyişir. Bu məqamda bir faktı qeyd edim ki, bu cür avtobuslarda oturacaq yerləri dolduqdan sonra sərnişin götürülmür. Yəni abtobusda ayaq üstə gedən sərnişinə rast gəlmək mümkün deyil.

Ankaraya gəlişim “Beynəlxalq Turzim, Mədəniyyət və Demokratiya Konqresi” ilə bağlı olduğundan, şəhərlə yaxından tanışlığım konqresin keçirildiyi “Ulucanlar Cəza Evi”ndən başladı. Tədbirin burada keçirilməsi əvvəlcə məni təəccübləndirsə də, sonradan muzeyin dünya mediasına tanıdılmasına hesablandığını düşündüm. Hazırda görkəmi ilə göz oxşayan həbsxana-muzey əslində çox dəhşətlərin yaşandığı bir yer olub. 2006-ci ilə qədər fəaliyyət göstərən bu həbsxanada kimlər olmayıb ki... Nazim Hikmət, Möhsün Yazıçıoğlu, Yaşar Kamal, Bülənt Ecevit, Yılmaz Güney, daha kimlər, kimlər...

Buradakı məhbus yeməkxanaları, bərbərxana, hamamlar, məhbusların otaqları olduğu kimi saxlanılır. O cümlədən məhbusların divarlara yazdıqları yazılar, şeirlər, hətta məhbusların edam edildiyi dar ağacı da... Deyilənə görə, həbsxananın kanalizasiya hissəsində pişiklərdən böyük siçovullar var imiş. Hətta pişiklər o siçovulları uzaqdan görüb geri qaçırlarmış. Məhbuslar onlara verilən yeməklərin bir qismini kanalizasiyaya atmaqla özlərini bu cür təhlükəli siçovullardan qorumağa çalışıblar.

Hazırda məhbusların otaqları rəssamların, memarların və digər sənətkarların emalatxanasına çevrilib. Buradakı sənətkarların yaratdıqları əl işləri isə adamı heyrətə gətirir. Məsələn, İlca xanım içərisindən mirvari çıxarılan balıqqulağı hissələrindən inanılmaz sənət nümunələri yaradır. Sənətkarın dediyinə görə, hər bir balıqqulağı hissələri fərqli olduğundan, fərqli görüntülər yaratmaq olur. İlca xanımın dediyinə görə, sənət dünyasında çərçivə yoxdur, bəzən lazımsız, diqqət çəkməyən əşyalardan qeyri-adi sənət nümunələri yaratamaq olur. Bunun üçün isə xüsusi təhsil almağa ehtiyac yoxudur, daxili istedad öz sözünü deyir.

Xədicə Şahnaz isə çəkdiyi rəsmlərlə məşhurdur. Rəssam daha çox Atatürk, Çanaqqala döyüşü mövzularında, milliyətçilik rurhunda rəsmlər çəkir. Dediyinə görə, 7-dən 77-yə istənilən yaşda insanlar rəsm sənətinin sirlərini öyrənmək üçün emalatxanaya gəlir. Burada kiçik mozaikalarla işləyən, taxta üzərində sənət nümunələri yaradan sənətkarları da görmək mümkündür.

Ankaranın mərkəzi “Kızılay” meydanıdır. Burada böyük, 8 mərtəbəli “Kızılay” ticarət mərkəzi yerləşir. Meydanın ətrafı məşhur restoran və kafelər, əyləncəli barlar, dolanbac küçələrlə doludur. Xüsusən də gecələr meydan insanlarla dolub-daşır. Turistlərə çox da rast gəlinmir. Xaricilər isə ya işlə bağlı gələnlər, ya da ki, “Qazi Universiteti” və digər universitetlər üçün buraya təşrif buyurmuş tələbələrdir.

Buradakı əksər restoranların girişində gündəlik dərc edilən qəzetlər qoyulur. Müştəri istədiyi qəzeti götürüb oxuya bilir. Kənardan bu çox xoş təsir bağışlayır. Hansı ki, artıq qəzet oxuma tarixə qovuşmaq üzrədir. İnsanlar gündəlik xəbərləri telefonla internet portallarından alır, beləliklə həm vaxtına, həm də puluna qənaət etmiş olur. Lakin Azərbaycanda olduğu kimi, Ankarada da daha çox yaşlı nəsil nümayəndələri qəzet oxuma ənənəsini davam etdirirlər.

Həm “Kızılay” meydanında, həm də Ankaranın digər küçələrində zibil qutularına rast gəlinmir. Yalnız ağaclara və ya dirəklərə asılmış selofan torbalar var. Gecəykən bütün zibil torbaları yığılır, yerinə yeni torbalar asılır. Zibil qutularının selofan torbalarla əvəz olunması bəlkə də qutularda törədilən terror aktları ilə bağlıdır...

Ankaranın gəzməli-görməli yerlərindən biri “Gənclik parkı”dır. Ulusda yerləşən bu park çox böyük əraziyə malikdir. Parkın içərisində kiçik göl də var. Həmçinin burada böyüklərin və kiçiklərin əyləndiyi lunapark, restoran və kafelər var. Lunaparka giriş adambaşı 50 quruş, attraksionlardan istifadə isə 5 lirədir...

Ankaranın ən gəzməli məkanlarından biri də “Hamamönüdür”. Bu şəhərin ən gözəl məkanıdır desəm, yanılmaram. Bəzən bu küçəni bizim “İçərişəhər”lə müqayisə edirlər. Çünki burada da binalar 2-3 mərtəbli, gözəl, yaraşıqlıdır. Binaların əksəriyyəti yenidən qurulsa da, öz qədimiliyini saxlaya bilib. “İçərişəhər”də olduğu kimi burada da qədim əşyalar, əl işi olan suvenirlər, sənət nümunələri satılır. “Hamamönü”ndə yaşayan insanların geyimlərindən, davranışlarından əksəriyyətinin elit təbəqəyə aid olduğu aydın görünür...

Şəhərdə məscidlərin isə sayı-hesabı yoxdur. Az qala hər məhəllədə məscid var. Şəhərin ən böyük və ən məşhur məscidi Prezident Sarayının qarşısında yerləşən “Beştepe Millet Camisi” məscididir. Məscid haqqında bundan öncəki reportajımızda məlumat vermişdik.

Azərbaycanlıların Ankaraya gedən zaman ilk ziyarət etdikləri yer Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin məzarıdır. Məzar “Cebeci Asri” qəbirstanlığında yerləşir. Qəbirstanlığın girişində M.Ə.Rəsulzadənin məzarını soruşan kimi nəzarətçi polis bizə qoşularaq məmnuniyyətlə bələdçilik edir. Və budur, dalğalanan Azərbaycan və Türkiyə bayraqlarının altında uyuyan M.Ə.Rəsulzadənin məzarı...

İlk baxışdan məzarın baxımsız qaldığı, ətrafının ot-alaq basdığı aydın görünür. Lakin məzarın üstündəki yazılar insana bir ruh, təskinlik verir ”“ “Azərbaycan Cümhuriyyətinin qurucusu və ilk dövlət başçısı Məhəmməd Əmin Rəsulzadə”, “İnsanlara Hüriyyət, millətlərə İstiqlal”, “Bir kərə yüksələn bayraq, bir daha enməz”...

Bizə bələdçilik edən polisin sözlərinə görə, məzar daimi olaraq azərbaycanlılar tərəfindən ziyarət olunur. Onların arasında adi vətəndaşlar da, rəsmilər də var: “Amma rəsmiləriniz nədənsə məzarın başında foto çəkdirmək istəmirlər. Bir neçə dəfə soruşduq, dedilər ki, istəmirik, birdən sosial şəbəkələrdə yayılar. Bunun səbəbi nədir? Niyə rəsmiləriniz M.Ə.Rəsulzadənin məzarından çəkinirlər? Məgər M.Ə.Rəsulzadə sizin dövlətinizin qurucusu deyil?”(musavat.com)
Oxşar xəbərlər
22:39, Bu gün
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
22:31, Bu gün
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
22:05, Bu gün
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
22:04, Bu gün
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
22:03, Bu gün
Çində mutant Ebola virusu yaradıldı
22:02, Bu gün
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
21:38, Bu gün
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
21:23, Bu gün
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
21:18, Bu gün
HƏMAS İsraillə atəşkəsə razılaşdı
20:35, Bu gün
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
GÜNLÜK
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi