Moderator.az-la "Axırıncı aşırım" - Azərbaycandan görə bilmədiyimiz İğdır...
Araşdırma
Oxunub: 7556
20 Sep 2017 | 15:15
Moderator.az-la
Qardaş Türkiyəyə bu dəfəki səfərimizin məqsədi İğdır şəhərindəki Heydər Əliyev adına parkın baxımsız vəziyyətdə olduğu ilə bağlı bəzi saytlarda verilən xəbərlərin həqiqətə uyğun olub - olmadığını öz gözlərimizlə görmək idi. Bu iftira dolu yazıya ciddi reaksiya verərək Qarsdakı baş konsulumuz Nuru Quliyevi arayıb vəziyyət barədə onu məlumatlandırmağı özümüzə borc bilmiş, fikirlərini öyrənmişdik. Baş konsul yazılanların həqiqəti əks etdirmədiyini saytımıza göndərdiyi fotolarla sübuta yetirmişdi. Bu xəbərə İğdırda nəşr olunan nüfuzlu “Yaşıl İğdır” qəzeti də biganə qalmamış, geniş bir yazı ilə çıxış edərək əslində bu cür yazılarla bulanıq suda balıq tutmaq istəyənləri qınamışdı.

O vaxt  baş verənlərə ilk reaksiya verən yalnız biz olmuşduq. Olayı gündəmə gətirənlərin gerçək niyyətlərinin verə biləcəyi fəsadları götür-qoy edərək məsələyə “yüz eşitməkdənsə, bir dəfə görmək” məntiqi ilə yanaşdıq və İğdırdakı Heydər Əliyev parkının mövcud durumunun nədən ibarət olduğunu öyrənmək, eyni zamanda fürsətdən istifadə edərək bölgənin rəsmiləri ilə fikir mübadiləsi aparmaq qərarına gəldik.


Beləliklə, sentyabrın 13-də axşam saatlarında İğdıra getmək üçün Naxçıvana yollanırıq. Ertəsi gün oradan İğdıra yola düşürük. Sədərək-Dilucu sərhəd-keçid məntəqəsindən İğdıra uzanan yolun müasir standartlara uyğun yenidən qurulması həm qardaş ölkənin sürətli inkişafından, həm də bu yoldan daha çox istifadə edən Azərbaycan vətəndaşlarına olan diqqətindən xəbər verirdi.

Bizi aparan avtomobildə dinlədiyimiz “İğdırım, eşqim mənim” türküsü bu şəhərin gözəlliyini anladırdı:

İğdırım, eşqim mənim
Araz yaşılı elim
Hər səhər gün doğanda
Ağrıyla gülüşən gəlin.

Qarpızı tağda gözəl
Üzümü bağda nəzəl
Yarpızı çay başında
 Maralı dağda gəzər.
   
Leyləyi havada gözəl
Bilirsən bahar gələcək
Qızların qaşı-gözü
Bahardan daha göyçək.
      
Arazın suyu sınır
O tay bu tayı tanır
Xalqları ayırmaqdan
Araz özündən utanır.
     
 Səhər vaxtı şeh düşər
 Yarpaqlar yaşıl gülər
  Gün torpağı öpəndə
 Bülbül gülə dil tökər.
  
İğdırı sanki insanın gözləri önündə canlandıran bu türkünü dinləyə-dinləyə şəhərə çatırıq. 
Hər səhər gün doğanda Ağrı ilə gülüşən şəhər İğdırın ərazisi Sürməli Çuxurundan, Arpaçayın Arazla birləşdiyi Ərgüdərdən başlayıb Türkiyə-İran-Azərbaycan sərhəddinin birləşmə nöqtəsinə qədər uzanır. İğdır vilayətində hazırda 200 min nəfərə, İğdır şəhərində isə 110 min nəfərə yaxın əhali yaşayır. Son illər Türkiyə hökumətinin ciddi yatırımları sayəsində İğdır sürətlə inkişaf edir. Əhali əsasən kənd təsərrüfatı ilə məşğul olur. Odur ki, sənaye müəssisələri də kənd təsərrüfatı yönümlüdür.


Ərazisindən keçən Araz çayı, İğdırın demək olar ki, hər yerindən görünən, Avropanın və Türkiyənin ən böyük dağı olan Ağrı bu bölgəni turizm baxımından daha cazibədar edir. Ağrı dağı 2004-cü ildə milli park elan olunub.
  

6000 min illik tarixi olan İğdırda 65 tarixi yer və abidə vardır. İğdırdakı Korhan yaylasını, Qaraqoyunlu, Asma köy qədim yaşayış yerlərini görməyə dəyər.  

Əlbəttə, İğdırda ilk ziyarət edəcəyimiz ünvan ulu öndər Heydər Əliyevin adını daşıyan parkdır. Parka daxil oluruq. Hər tərəf tər-təmizdir. Parkın ulu öndərin barelyefi qoyulan hissəsinə tərəf gedirik. Ətrafa diqqətlə baxırıq. İnsafən park yazıldığı kimi baxımsız və çirkab içində deyil. Heydər Əliyevin barelyefi qoyulan hissəyə keçmək üçün bir az gözləməli oluruq. Çünki Ağrıdan İğdıra qonaq gələnlər burada fotoşəkil çəkdirirdilər. Aha, deməli bu park İğdıra gələn qonaqların da ziyarət etdiyi və dincəldiyi məkanlardan biridir. Hər gün yüzlərlə İğdırlının və bu şəhərin qonaqlarının istirahət etmək üçün gəldiyi bir park necə baxımsız qoyula bilər? Ancaq onu da qeyd edək ki, parkda yenidənqurma işlərinin aparılmasına ehtiyac var. Bəs bu işlər nə vaxt həyata keçiriləcək? Bir azdan bu sualı İğdır valisinə və şəhərin bələdiyyə başqanına ünvanlayacağıq.
Bizim Azərbaycandan gəldiyimizi və jurnalist olduğumuzu öyrənən İğdırlılar başımıza toplaşır, hər kəs belə xəbərləri yazanları şiddətlə qınadığını dilə gətirir. Qardaşının adı Azər, öz adı Baycan olan İğdırda yaşayan ağsaqqal soydaşımız cibindən Azərbaycanın və Türkiyənin bayraqlarını çıxarır, öpüb gözünün üstünə qoyur və deyir: “Türkiyə ilə Azərbaycan bir millət iki dövlətdir. Bu iki dövlətin qurucuları- Mustafa Kamal Atatürk və Heydər Əliyev həm Türkiyədə, həm də Azərbaycanda sevilir, onlara böyük ehtiram göstərilir. Heydər Əliyevin adını daşıyan bir parkın baxımsız olduğunu iddia etmək könül bulandıran anormallıqdır”.


Söhbətə qoşulan İğdır sakini Mustafa Yeşilbağ deyir ki, bu park şəhərin onların hər gün gəldiyi ən gözəl ünvanlarındandır: 
“Heydər Əliyev parkının əxlaqsızlıq yuvasına çevrildiyini söyləyənlər əminik ki, nə İğdıra, nə də bu parka gəliblər. Onlar burada olsaydılar, parkın İğdırın ən böyük məscidinin yanında yerləşdiyini görərdilər. Əgər bunu görüb də belə yazıblarsa, onda bizim həmin adamların müsəlman və azərbaycanlı olduğundan şübhəmiz var”.
   
Söhbətləşdiyimiz insanlardan ayrılıb parkı gəzirik. İnsanlar öz ailələri ilə burada istirahət edirdilər. Belə bir mənzərəni görəndən sonra bura barədə iftira dolu xəbər yayan həmkarlarımıza deməyə söz qalmır...

İğdır valisi Ənvər Ünlü: “Qarşılıqlı əlaqələri daha da genişləndirməliyik”


Heydər Əliyev parkında bir çay içib əvvəlcədən görüşmək istədiyimizi xahiş etdiyimiz İğdır valisi cənab Ənvər Ünlünün qəbuluna gedirik. Vali bizi çox böyük qonaqpərvərliklə qəbul edir. Söhbətə körpü salan cənab Ənvər Ünlü ilk olaraq Heydər Əliyev parkına gedib getmədiyimizi soruşur. Sonra söhbətinə davam edərək bu park barədə yayılan cəfəng xəbərlərin onları da ciddi narahat etdiyini dilə gətirir. 

Deyir ki, biz Heydər Əliyevi çox sevirik. Qardaş ölkəmizin liderinin adını daşıyan ünvanların onun adına layiq səviyyədə olmasına çalışırıq. Vali yaxın vaxtlarda Heydər Əliyev parkının yerləşdiyi ərazidə yenidənqurma işlərinin aparılacağının anonsunu da verir. Cənab Ənvər Ünlü elə bizim yanımızdan İğdır bələdiyyə başqanını telefonla arayaraq orada yenidənqurma işlərinin sürətləndirilməsinin vacibliyini bildirir. Söhbət zamanı Türkiyənin bu bölgəsi ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı qarşılıqlı əlaqələrdən də danışırıq. İğdır valisi deyir ki, biz iqtisadi əlaqələri daha da genişləndirməliyik. Ona görə də Qars şəhərindən başlayaraq Sədərək-Dilucu sərhəd-keçid məntəqəsinə gedən avtomobil yolu yenidən qurulur. Gediş-gəlişi daha da asanlaşdırmaq, iqtisadi əlaqələri genişləndirmək üçün gələcəkdə sərhəddə ikinci körpünün tikilməsi nəzərdə tutulub.
   
Cənab Ənvər Ünlü humanitar sahədə də əlaqələrin genişləndirilməsinin, həm Naxçıvanda, həm də İğdırda birgə mədəni tədbirlərin, festivalların keçirilməsinin əhəmiyyətindən danışır. Vali bildirir ki, gələn il  Novruz bayramı ərəfəsində İğdırda folklor festivalının keçirilməsi nəzərdə tutulub. Cənab Ənvər Ünlünün iş qrafiki sıx olduğundan onu çox narahat etmək istəmirik. Sonda cənab vali bizə hədiyyələr təqdim edir. Ona həm bizi qəbul etdiyi, həm Azərbaycana və onun liderinə böyük sayğı göstərdiyinə görə minnətdarlıq edib Valilikdən ayrılıb İğdır bələdiyyəsinə yollanırıq..

İğdır bələdiyyə başqanı: “Heydər Əliyev parkının yerləşdiyi ərazidə geniş yenidənqurma işləri aparılacaq, amma...”
  

İğdırın bələdiyyə sədri Murat Yikit də bizi çox səmimiyyətlə qəbul edir. Söhbətə həmin gün valinin ona telefonla zəng etməsi, Heydər Əliyev parkı ilə əlaqədar həssas davranışın vacibliyini bildirməsi ilə başlayan bələdiyyə başqanı da parkla əlaqədar yayılan xəbərlərin həqiqətə uyğun olmadığını vurğulayır. Bələdiyyə sədri bu ilin oktyabr ayında həmin ərazidə yenidənqurma işlərinə başlanılacağını deyir, ancaq daha müasir bir parkın qurulması üçün Azərbaycanın dəstəyinə ehtiyacları olduğunu dilə gətirir.
   
Murat Yikitin dediklərindən: “Heydər Əliyev parkl İğdırın mərkəzində yerləşir. İğdırın nəinki mərkəzinin, hər yerinin təmiz saxlanılması bizim vəzifə borcumuzdur. Azərbaycan xalqının böyük lideri Heydər Əliyevin adını daşıyan parka  isə ikiqat diqqət göstəririk. Bu park şəhərin ən təmiz və səliqəli ünvanıdır”.
  
Bələdiyyə başqanı ilə bu bölgənin qış turizmi imkanları, bunun Azərbaycanda təbliği barədə də fikir mübadiləsi aparırıq. Yüksək intellektə sahib bələdiyyə başqanı ilə söhbət əsnasında İğdır haqqında çox şey öyrənirik. Murat bəyə bizi belə yüksək səviyyədə qəbul etdiyi üçün minnətdarlığımızı bildirir, Daşburuna getmək üçün yola çıxırıq...
   
Yəqin ki, çoxumuz  “Axırıncı aşırım” filminə baxmışıq. O filmdən hər birimizin qəlbini fəth etmiş Kərbəlayi İsmayılın məzarı İğdır vilayətinin Daşburun kəndindədir. İğdıra gəlib də Kərbəlayi İsmayılın məzarını ziyarət etməmək bizim üçün qəbahət olardı. Daşburuna gedərkən yolboyu həmin filmi xatırlayır, Kərbəlayinin ibrətamiz sözlərini yada salır, onun haqqında olan gerçəklərdən danışırıq.


Kərbəlayi İsmayıl 1870-ci ildə Vedibasar mahalının Çimən kəndində anadan olub. 1920-ci ildə Azərbaycanın Rusiya tərəfindən işğalı ilə barışmayanların əksəriyyəti hələ Sovet dönəmində xalqın sevimlisinə çevrilmişdi. Bu gün də haqqında maraqla danışdığımız Kərbəlayi İsmayıl kimi. Kərbəlayi İsmayılın adı daha çox Qərbi Azərbaycanda bolşeviklərə qarşı dirəniş hərəkatı ilə bağlıdır.

Kərbəlayi İsmayıl Qərbi Azərbaycan ərazisində erməni təcavüzü və bolşevik işğalına qarşı mübarizə aparıb. Sonradan Türkiyə tərəfə keçmək məcburiyyətində qalıb. Burada isə onu heç də sakit həyat gözləmirdi. Kərbəlayi İsmayıl 1931-ci ildə qohumları ilə birlikdə Araz çayını keçərək, İğdır vilayətinin Daşburun kəndinə gəlib. Sovet xüsusi xidmət orqanları tərəfindən təqib edilən Kərbəlayi İsmayılı yerli əhali qoruyub. Bu elə bir vaxt idi ki, Ermənistanla sərhəd olan ərazilərdə hələ də daşnaklar at oynadırdı. Az bir zamanda xalqı ətrafında birləşdirən Kərbəlayi İsmayıl ermənilərə qarşı mübarizə aparıb. O, Türkiyədə yaşadığı illərdə doğulduğu Vedibasar elindəki Çimən kəndinin adını özünə soyad kimi götürüb. 1948-ci ildə Daşburun kəndində 78 yaşında vəfat edib.
Kərbəlayi İsmayılın məzarı Azərbaycanın Qarsdakı Baş Konsulluğu və Türkiyədə yaşayan Azərbaycan əsilli iş adamları tərəfindən təmir edilib, həmin məzarlıqda abidə ucaldılıb. Kərbəlayi İsmayılın ruhu şaddır. Çünki onun uğrunda mübarizə apardığı müstəqil Azərbaycanın bayrağı  uyuduğu yerdə dalğalanır.
“Axırıncı aşırım” filmindən fraqmentləri yadımıza sala-sala Daşburuna çatırıq. Kərbəlayi İsmayılın məzarının yanında bir nəfər dayanıb. O, əli ilə yanındakı adamlara tapşırıqlar verir. Bir azdan öyrənirik ki, bu, İğdırda yaşayan soydaşımız, iş adamı  İsaq Yaycılıdır. İsaq bəylə söhbətimizdə məlum olur ki, o, tez-tez Kərbəlayi İsmayılı ziyarətə gəlir, onun uyuduğu yerin abadlığı ilə maraqlanır. İndi o, məzarlıqda abadlıq işlərinin aparılması üçün ustalara tapışırıqlar verir. Belə oğullarımıza əhsən deyir, İsaq bəyə minnətdarlıq edir, Kərbəlayinin məzarı başında ona Allahdan rəhmət diləyirik.
 
Elə həmin gün Türkiyənin Qars şəhərinə yol düşürük.
   
Türkiyənin Qars və Ərzurum şəhərlərində Azərbaycan adına hansı işlər görülüb?  
Qars müqaviləsinin imzalandığı vaqonun yeri niyə dəyişdirilib? 
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Qars şəhəri istiqamətində tikinti işləri necə aparılır? 
Qars valisinin birinci müavini ilə nələri müzakirə etdik? 

Bütün bunlar barədə reportajın davamında oxucularımıza məlumat verəcəyik. Bizi izləyin...
                                                                                                                              
                                                                                            
Zülfüqar Hüseynzadə
Tural Səfərov
Bakı-İğdır-Qars-Ərzurum-Bakı

Oxşar xəbərlər
01:04, Bu gün
UEFA Çempionlar Liqası: "Real" "Bavariya" üzərində əzmkar qələbə qazanıb
00:22, Bu gün
Putin Paşinyanla görüşdü
00:17, Bu gün
"Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz" - Özgür Özəl
00:16, Bu gün
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
00:16, Bu gün
Faşizm üzərində qələbədən 79 il ötür
00:13, Bu gün
CHP-nin sədri Azərbaycana səfər edəcək
08 May 2024 | 23:51
Qubada çörək sexində YANĞIN - FOTO
08 May 2024 | 23:42
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
08 May 2024 | 23:40
İsveç daxili sərhədində müvəqqəti sərhəd nəzarətini noyabr ayına qədər uzadıb
08 May 2024 | 23:22
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTO
08 May 2024 | 22:59
Gürcüstanda güclü yağışlar ağır fəsadlarla nəticələndi: Kəndlər su altında qaldı - FOTO
08 May 2024 | 22:39
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var
08 May 2024 | 22:38
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
08 May 2024 | 22:36
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 22:25
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
08 May 2024 | 22:20
Tanınmış jurnalistə vəzifə verildi
08 May 2024 | 22:00
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
08 May 2024 | 21:59
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
08 May 2024 | 21:56
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
08 May 2024 | 21:34
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
08 May 2024 | 21:31
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
08 May 2024 | 21:29
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
08 May 2024 | 21:24
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
08 May 2024 | 21:22
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
08 May 2024 | 21:22
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
08 May 2024 | 21:16
Kim Çen In lideri kədər içindədir...
08 May 2024 | 21:14
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
08 May 2024 | 21:07
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
08 May 2024 | 20:56
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
08 May 2024 | 20:55
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
08 May 2024 | 20:21
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
08 May 2024 | 20:03
10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...
08 May 2024 | 19:54
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
08 May 2024 | 19:52
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
08 May 2024 | 19:51
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
08 May 2024 | 19:41
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
08 May 2024 | 19:39
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
08 May 2024 | 19:30
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
08 May 2024 | 19:17
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
08 May 2024 | 19:14
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
08 May 2024 | 18:59
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
08 May 2024 | 18:48
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
08 May 2024 | 18:37
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
08 May 2024 | 18:35
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
08 May 2024 | 18:35
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
08 May 2024 | 18:21
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
08 May 2024 | 18:06
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
08 May 2024 | 18:04
İstidən sərinləmək üçün suya girdi
08 May 2024 | 17:59
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
08 May 2024 | 17:56
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
08 May 2024 | 17:56
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
08 May 2024 | 17:53
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
08 May 2024 | 17:49
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
08 May 2024 | 17:45
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
08 May 2024 | 17:43
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
08 May 2024 | 17:40
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
08 May 2024 | 17:36
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
08 May 2024 | 17:33
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
08 May 2024 | 17:28
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
08 May 2024 | 17:24
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
08 May 2024 | 17:23
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
08 May 2024 | 17:19
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
08 May 2024 | 17:13
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
08 May 2024 | 17:10
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 17:07
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
08 May 2024 | 17:05
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
08 May 2024 | 17:00
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
08 May 2024 | 16:56
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 May 2024 | 16:55
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
08 May 2024 | 16:51
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
08 May 2024 | 16:46
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
08 May 2024 | 16:43
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
08 May 2024 | 16:40
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
08 May 2024 | 16:37
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
08 May 2024 | 16:35
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
08 May 2024 | 16:32
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
08 May 2024 | 16:26
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
08 May 2024 | 16:21
Bu taksi şirkəti qiymətləri ARTIRDI
08 May 2024 | 16:15
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
08 May 2024 | 16:15
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
08 May 2024 | 16:10
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
08 May 2024 | 16:07
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
08 May 2024 | 16:05
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
08 May 2024 | 16:02
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
08 May 2024 | 16:00
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
08 May 2024 | 15:58
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
08 May 2024 | 15:55
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
08 May 2024 | 15:52
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
08 May 2024 | 15:49
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
08 May 2024 | 15:46
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
08 May 2024 | 15:35
Peskov Putin və Paşinyanın görüşündən danışdı
08 May 2024 | 15:31
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
08 May 2024 | 15:25
Eddi İsrafilov “Neftçi”dən ayrılır
08 May 2024 | 15:20
Bakıda bərbərxanada FACİƏ: ölən var
08 May 2024 | 15:16
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
08 May 2024 | 15:12
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
08 May 2024 | 15:08
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 15:05
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
08 May 2024 | 14:59
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
GÜNLÜK
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır