Adnan Oktar: "Mənim üçün türk bayrağı nədirsə, Azərbaycan bayrağı da odur"
Oxunub: 1685
16 Sep 2017 | 14:32
Adnan Oktar:
Tanınmış ilahiyatçı, Harun Yəhya ləqəbi ilə tanınan Adnan Oktar daima gündəmdədir. Moderator.az Oxu.Az-a istinadən daima açıqlamaları ilə maraq doğuran Adnan Oktarla müsahibəni təqdim edir:

 - Studiyanızda həmişə Azərbaycan bayrağını görürük. Sizin üçün Azərbaycan bayrağı nə deməkdir?

- Mənim üçün Azərbaycan və Türkiyə bayrağı arasında fərq yoxdur. Biz eyni millətdən olduğumuz üçün eyni insanlarıq, yalnız dövlətlərimiz ayrıdır. Türk bayrağı Azərbaycan üçün nə deməkdirsə, Azərbaycan bayrağı da bir türk üçün o deməkdir. Çox dəyərli, müqəddəsdir.

- Azərbaycan türkləri ilə Osmanlı türkləri arasında bir çox ümumi cəhətlər var. Sizin bu barədə fikriniz nədir? Bizi ayıran və fərqləndirən bir şey varmı?

- Biz eyni millətik, ancaq bir çoxları Azərbaycan və Türkiyə birliyini istəmir. Çünki Azərbaycanla Türkiyə birləşəndə ”‹”‹Qazaxıstan, Türkmənistan, Özbəkistan birləşir və Türkiyə Birliyi formalaşır. Bunun üçün Ermənistanı hərəkətə gətirdilər. Məqsəd birliyimizi dayandırmaq idi. Ermənistanı silahla təmin edib, Azərbaycan torpaqlarını işğal etdilər, bununla Türkiyə ilə Azərbaycanın arasını bir xətt kimi kəsdilər. Bizim fikrimiz bu oyunu kökündən dağıtmaq, Ermənistanla Türkiyə və Azərbaycanı birləşdirməkdir. Ermənilərin Azərbaycandan aldıqları  torpaqları geri qaytarmaq, azərbaycanlı qardaşlarımızı qətlə yetirib, şəhid edənləri ağır şəkildə cəzalandırmaqdır. Çünki adi erməninin günahı yoxdur, bu cinayəti törədənlərin günahı var.

Azərbaycanın ərazisini işğal edənlər cinayət törədiblər. Bu torpaqların dərhal Azərbaycana qaytarılmasını təmin edək. Bu, ən ağlabatan və düzgün olanıdır. İkinci mərhələdə qatilləri hökm edək. Cəzaları nədirsə, çəksinlər. Üçüncü mərhələdə Türkiyə, İran, Azərbaycan birləşsin və Ermənistanla birlikdə əsaslı qüvvə meydana gəlsin. Sonrakı mərhələlərdə bu birliyə Rusiya və türk dövlətləri də daxil olacaq. O zaman Azərbaycan, Türkiyə və türk dövlətlərinin qarşısında heç kim dura bilməz. Bu təzyiqin pozulmasında isə Ermənistan açar rolunu oynayır. Ermənistan məsələsi həll olunmasa, Türkiyə Birliyinin formalaşması çox çətin olacaq. Təcili olan, iki dövlət, bir millət olaraq Azərbaycan və Türkiyənin birləşməsidir. Bu, iki qardaş xalqın haqqıdır, hətta prosesin  bu qədər uzanması təəccüblüdür. Biz çoxdan birləşməli idik. Azərbaycanın bizdən ayrılması, Konya, Ərzurumun Türkiyədən  ayrılması ilə eyni şeydir. Bakının Azərbaycandan ayrılması, İstanbulun Türkiyədən ayrılması deməkdir. Biz Azərbaycanın ürəyi, Azərbaycan da bizim ürəyimizdir.

- Türk Dünyası Birliyini zəruri heab edirsinizmi? Məsələn, müasir dünyada dövlətləri birləşdirmək artıq çətindir. Zorla birləşdirsələr də, bu qüvvə artıq dağılmağa məhkumdur. Başqa sözlə, bütün Avropa birləşir, lakin hələ də problemlər var. Türk dünyası necə birləşə bilər?

- İndi Avropa Birliyinin (AB) birləşdiyini görürük. İngilislərin AB-dən çıxarılması kimi hadisələr bir oyundur. Avropa Birliyi kimi, Türk Birliyinin də formalaşması olduqca ağlabatan və məntiqlidir. Hətta Atatürk də “Türk Birliyinin olacağını görürəm” deyib. Bu sosioloji zərurət və məntiqi bir vəziyyətdir.

Sosioloq Ziya Gökalpın fikirləri də bu istiqamətdə idi. “Bir gün mütləq Türk Birliyi qurulacaq” deyirdi. Dövlət bu birliyin formalaşması ilə mövcud olmağa davam edəcək, lakin millət bir olacaq. Biz türk millətiyik. Azərbaycan Türkmənistan, Qazaxıstan, Tacikistan, Özbəkistan ”“ hamısı türklərdir. Əlbəttə, müstəqil, güclü, ayrı dövlətlər olacaq, mexanizm baxımından da bu zərururidir.

Güclü iqtisadi və hərbi birlik olan Türk NATO-su, Türk-İslam NATO-su qurulmalıdır. Bu NATO-nun özəlliyi terror və anarxiyaya qarşı olmaqdır. Yəni, ölkələrin terrorizm, daxili və xarici anarxistlərdən qorunmasıdır. Məsələn, Myanmada dövlət terroru var. Belə bir vəziyyətdə Türk-İslam aləminin dərhal hərəkətə keçməsi lazımdır. Amma vurğulamaq lazımdır ki, türk cəmiyyətinin birliyi sosiologiya elmi baxımından bütün dünya tərəfindən qəbul edilən bir gerçəkdir. Bu, məntiqli, məqbul, tamamilə vacibdir. Yəni Konya, Ərzurum, Əskişehir bizim tərkib hissəmizdən ayrılarsa, bunun məntiqi nədir? Biz desək ki, bir araya gəlmək bizim üçün çox çətindir, necə olacaq? Heç bir məntiq yoxdur, əlbəttə ki, birləşəcək.

Eyni şəkildə, Azərbaycanla qonşu olmağımıza, eyni qan və candan olmağımıza baxmayaraq, ayrı olmağımız fəlakətdir, heç bir məna yoxdur. Biz Azərbaycana Ankaraya getdiyimiz kimi getməliyik. Azərbaycandan olanlar da İstanbula gedərkən, Bakıya getdikləri kimi getməlidirlər. Azərbaycanda dövlət strukturu gözəldir; Atatürkçü anlayışa bənzəyən, milli problemlərə milli səviyyədə yaxınlaşan, rasional, intellektual və fundamentalist yanaşan, Avropasayağı, mütərəqqi, real hökumət və dövlət quruluşu var.

Bu da çox böyük nemətdir. Fanatizmə yol vermirlər. Bu, Allahın verdiyi bir xeyir və gözəllikdir. Ona görə də bu gözəlliyi ilk Azərbaycandan başlamalıyıq. Şükürlər olsun ki, keçmiş illərdə bu birliyə hazırlıqları etmişik. Bu Birlik yaranmaq üzrə idi. Hətta bu Birliyə Ermənistanı da qatacaqdıq. Ermənistanın lideri buraya gəldi.

Futbol oyununda təxribat baş verdi və qardaşlıq qırıldı. Ancaq biz Azərbaycanla birləşsək və Ermənistanın bu Birlikdə olduğunu göstərsək, Ermənistan işğal etdiyi əraziləri dərhal Azərbaycana geri qaytaracaq və qatillərin mühakimə olunmasını təmin edəcəkdik. Bunun ardınca, Rusiya, İran, Türkiyə və Azərbaycan birləşsə, o zaman dünyanın ən böyük gücü meydana gələcək. Əks halda, aradakı bu uzaqlıq bəzi qüvvələrin işinə yarayır. Onlar Azərbaycan və Türkiyəyə ayrı-ayrılıqda təzyiq göstərməyə çalışırlar. Ancaq belə bir Birlik super gücdür və buna qarşı heç kim mübarizə apara bilməz.  Tayyip hocamın bu mövzuda müsbət rəyi vardı, gözəl atak edildi, ancaq yarımçıq qaldı, indi yarısını tamamlayaq.

- Ermənistanın Türkiyə və Azərbaycandan torpaq almaq iddiası var. Bu iddianı düşündüyünüz zaman, Türkiyənin Ermənistanla birləşməsi nə dərəcədə gerçəkdir? Əsrlər boyu ermənilər“Erməni soyqırımı baş verdi, türklər bizi asdı, kəsdi, öldürdü" deyərək nifrət bəsləyirlər. O cəmiyyət “Türk bizim düşmənimizdir” tərbiyəsi ilə böyüyürsə, yaxın gələcəkdə bu cür birləşmə necə həyata keçirilə bilər?

- Bunu iddia edən erməni diasporunun bir hissəsidir. Yəni, Ermənistanın xaricində və ingilis dərin dövlətinin təsiri altında olan bəzi ermənilərdir. Ermənistanda ermənilər həm kasıb, həm də narahatdırlar, özlərini təhlükəsiz şəraitdə hiss etmirlər. Ancaq Türkiyə ilə birləşdikdə, xarici pasport və viza aradan qaldırıldıqda, hərbi ittifaq da olacaq, buna görə də özlərini təhlükəsiz şəraitdə hiss edəcəklər. Diaspordakı bir qismin iddiası nədir? Türkiyənin torpaqlarını almaq. Türkiyənin torpaqlarını ala bilmək üçün burada 83 milyon insan məhv edilməlidir. 83 milyonun şəhid olacağı təqdirdə, torpaqlarımızın bir hissəsini zəbt etməyə ehtiyac yoxdur, hər yeri alsınlar.

Bir milyon, 500 000 belə qalsaq, bunu bacara bilməzlər. Buna rəğmən, belə bir iddiası olan varmı? Hər ölkənin bu cür yersiz düşünən insanı ola bilər. Ermənistanda da belələri var: “Türkiyəni satın alacağam”, “İranı alacağam, dünyanı alacağam”. Buna görə də belə şeylərə baş qoşub, dostluğumuzu, birliyimizi əngəlləməyin mənası yoxdur. Əgər biz Ermənistan və Azərbaycanla Türkiyə olaraq birləşsək, ardınca İran, Rusiya ilə birləşsək, dünyaya super güc olduğumuzu elan  etmiş olarıq. Heç bir dövlət artıq Türk İslam dünyasına qarşı çıxa bilməz. Bu, indi Türkiyəyə qarşı olan qüvvələrin sonu deməkdir. Çünki bu Birlik meydana gəldikdə, xristian dövlətini də ora daxil edir,   xoşniyyətli, səmimi, sevən və bağışlayan olduğunu göstərirsən. Ancaq ictimaiyyəti bağışlayırıq, fərd kimi bağışlamırıq.

Cinayət törədən erməniləri, bizim azərbaycanlı qardaşlarımızı şəhid edənlərin hər birini qanuni yollarla cəzalandıracağıq. Azərbaycanın bütün ərazisini geri alacağıq. Amma biz Azərbaycan və Ermənistanı qardaş edəcəyik. Çünki günahsız insanlarla bizim işimiz yoxdur. Yəni, məsum erməni gənc qızı və ya erməni uşağı günahkar deyil.

Amma bu birləşməni təxirə salmağın  mənası yoxdur. Biz müvəqqəti gözləmə müddətindəyik. Azərbaycan və Türkiyəni bir millət, iki dövlət kimi birləşdirəcək və Ermənistanı da bura daxil edəcəkdik. Xarici pasportu və vizanı aradan qaldıracaqdıq. Ermənilər istədikləri yerdə gəlib işləyəcək, biz gedib orada istədiyimiz kimi obyektlər qurub və ticarət əlaqələri yaradacaqdıq. Azərbaycanla bir parça olacaqdıq. Azərbaycanın inkişafı, töhfəsi və modernləşdirilməsini təmin etmək üçün çox sayda işçimiz var. Bizim iş adamlarımız işə can atırlar. Biz Azərbaycanı Paris, Londondan da daha gözəl, daha zərif edə bilərik. Qardaşlarımızın rahatlıqla yaşayışını təmin edə bilərik. Amma bunu üçün atak və həyəcana ehtiyac var.

- Bu gün Ermənistan blokada altındadır, yəni sərhədlərinin çıxışı İran, Gürcüstan və Türkiyəyə bağlıdır. Sizin fikrinizcə, Ermənistanın üzərindən bu blokadanın qaldırılması mümkündürmü?

- Zatən o blokadanı mənfur qüvvələr etdirib. Çünki o bölgədən biz Türk - İslam aləminə daxil oluruq, yəni körpü ora idi. Körpünü bağladılar. Məsələ Türk-İslam Birliyini dayandırmaqdır. Bu körpünü müzakirə edib, yenidən açacağıq.

Ermənistan, Türkiyə, Rusiya, İran və Azərbaycan müzakirə masasına oturacaq, “Dostlar, biz bu körpünü açırıq. Bu, Azərbaycanın torpaqlarıdır, geri qaytarırıq” deyecəklər və  bu məsələ həll olunacaq.

İkincisi, “Bu cinayətə qarışan insanların siyahısı budur, lazımlı qanuni qaydaları tətbiq edin”. Ermənistan özü mühakimə etsin və həbsə göndərsin. Bu da baş verə bilər. Əlbəttə ki, tətbiq edilib-edilməməsi yoxlanılacaq. Bu qədər, bunu istəyirik. Bəzi qüvvələrin Türk-İslam Birliyini kilidləmək kimi dərdi var. Bağladıqları körpünü açacağıq, Ermənistanla razılığa gəlib, məsələni Azərbaycan və İranla qardaş olaraq həll edəcəyik. O zaman PKK deyilən bir problem sıfır olacaq. Onda həmin qüvvələr psixoloji olaraq tamamilə çökər. Azərbaycan Avropanın ən qüdrətli dövləti olar. Ultramodern ölkəyə çevrilər. Bu, inanılmaz bir iqtisadi inkişaf olar. Azərbaycanda hökumət və dövlət quruluşu idealdır, gözəldir. Bizim istəyimiz modeldədir. Müasirlik çox gözəldir. Fanatizmə tamamilə qarşıdır. İrəliləməni müdafiə edəndir. Buna görə də biz bütün gücümüzlə sizi dəstəkləyirik. Ancaq bu birliyin bir az sürətli olması lazımdır.

Düşünün ki, Azərbaycan və Ermənistan qardaşlığı yaratmısınız, günaha batmamış məsum ermənini bağrınıza basmış, onu qoruyursunuz. Ermənini sevən yəhudiləri, katolik və ortodoksları da sevir. Şiə, ələvi və sünni mövzusu da ortadan qaldırılır. Beləliklə, hər şey həll olunur. Məsələnin həllini asanlaşdırmaq lazımdır.

- Mənim bildiyim bir şey var: “Türkün türkdən başqa dostu yoxdur”. Bu haqda nə düşünürsünüz?

-  Bu, məntiqli söz deyil. Hər millət və ölkənin içində yaxşı insanlar olduğu kimi, pisləri də var. Məsələn, 15 iyulda hücum edən təcavüzkarlar da türklərdir və bunlar xarici qüvvələrin idarəçiliyi ilə millətinə hücum etdi. Buna görə həmin söz məntiqli deyil. Xristian, yəhudi, müsəlman bir-birinin dostudur. Hamısı bir-birini qoruyar, müdafiə edər, təki Allahdan qorxsun və sevsin. Yaxşı, türklər bir-birini sevir, qoruyur, müdafiə edirlər. Biz də yəhudi, pravoslav, vahabi, şiə, buddistləri, Allahın bütün xidmətçilərini sevirik. Yetər ki, dost, xoşniyyətli olsun. Əlbəttə ki, burada gözəl islam əxlaqı, fəziləti, şəfqəti və mərhəməti əsasdır. Bu, şərtdir.

- Siz bu bölgədəki dövlətlərin birləşməsinin tərəfdarısınz?

- Bəli.

- Buradan azərbaycanlılara, Azərbaycan türklərinə nə ismarış göndərmək istəyirsiniz, onlara sözünüz nədir?

- Türkiyədə Azərbaycana qarşı türk milləti, dövləti və ordusunun ayrı sevgisi var. Ata övladları içərisindən birini daha çox sevər, Türkiyənin  də Azərbaycan sevgisi elədir. Məsələn, türk ordusu üçün azərilər önəmlidir. Türk siyasəti, milli kəşfiyyat təşkilatı, dövlət üçün də çox vacibdir. Ancaq bizim üçün çox-çox lazımdır. Biz azərbaycanlıları canımız kimi sevirik. Onlar bizim ürəyimiz, qardaşımızdır. Ruhumuzu təmsil edirlər. Ayrı olmağımız bizi narahat edir və yorur. Bunu ən qısa müddətdə həll edib, azərbaycanlı qardaşlarımızın gözəl əxlaq, şəfqət, dürüstlük və təmizliyini bütün dünyaya göstərmək, bu dostluğun daima yaşamasını istəyirik. Hamıya salam deyirəm, sizi sevirəm. Qəlbiniz çox rahat olsun. Sona qədər yanınızdayıq. Dostluq bağlarımızı gücləndirək, sevgimizi daha da artıraq.
Oxşar xəbərlər
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:41, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb - YENİLƏNİB + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Avropa çempionu olan həmyerlimizə mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar