İntihara cəhd edənlərin sonrakı taleyi - nəzarət və kömək varmı? - ARAŞDIRMA
Oxunub: 1457
12 Sep 2017 | 11:53
İntihara cəhd edənlərin sonrakı taleyi - nəzarət və kömək varmı? -  ARAŞDIRMA
Son illərdə Azərbaycanda intihar edənlərin, eyni zamanda özünü öldürməyə cəhd göstərənlərin sayının artdığı iddia olunur. Bəs özünü öldürmək istəyərkən xilas olunan insanların sonrakı taleyi necə olur?  Ã–lümün kandarından xilas olub qayıdan bu adamları qoyub qaçmaq isədikləri həyat yenidən qəbul edirmi? Dövlət həmin şəxslərin reabilitasiya prosesi üçün hansı şərait yaradıb, bu prosesə hansı qurumlar nəzarət edir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyyə İbrahimova bildirib ki, “Psixiatriya yardımı haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” və "Sosial xidmətlər haqqında" qanunlara əsasən, dövlət intihara cəhd edən, özünü öldürmə həddinə çatdırılan insanlara müəyyən təminatlar verir. Onun sözlərinə görə, Dövlət Komitəsinin nəzdində Monitorinq Qrupu fəaliyyət göstərir: "Dövlət Komitəsinə müraciət daxil olduqda Monitorinq Qrupu nəzarətə götürür, xüsusilə isə məişət zorakılığı ilə bağlı məsələləri... Qrupun tərkibində bütün aidiyyəti orqanların nümayəndələri təmsil olunur. Dövlət Komitəsində Monitorinq Qrupunun yaradılmasında məqsəd dövlət orqanlarının əlaqəli, operativ şəkildə zərərçəkənlərə lazımi yardımlar göstərməsidir. Ola bilsin rayonlarda bu məsələdə bir qədər çətinliklər var”.
Şöbə müdiri qeyd edib ki, yerli icra hakimiyyəti orqanlarında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları da fəaliyyət göstərir.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa deyib ki, intihara cəhd edən insanların sonrakı dövrdə reabilitasiya məsələsi ilə bağlı qanunvericilikdə boşluq var: “Yəni bununla bağlı ayrıca qanun yoxdur. Eyni zamanda, indiyə qədər qəbul olunan qanunlarda bununla bağlı xüsusi müddəa nəzərdə tutulmayıb”.

Deputat “Qanunvericilikdə intihara cəhd edən insanların reabilitasiya ilə bağlı hər hansı dəyişiklik ola bilərmi?” sualına cavab olaraq bildirib ki, bu məsələnin gündəmə gətirilməsi vacibdir: “Bununla bağlı ayrıca qanun qəbul etmək də mümkündür. Milli Məclisin Səhiyyə Komitəsi məsələni həll edə bilər”.
F.Mustafanın sözlərinə görə, intihara cəhd edən insanların sonrakı reabilitasiyası onların özlərindən asılı məsələdir: “Bu məsələyə səhiyyə sistemində xüsusi diqqət yetirmək lazımdır, yəni bu, psixoloji amillərlə bağlı məsələdir. Cəmiyyətdə sosial reabilitasiya məsələsini müvafiq qurumlar, icra hakimiyyətləri nəzarətə götürməlidirlər. İntihar da bir xəstəlik növü kimi götürülür, tək dövlət deyil, cəmiyyət də buna qarşı həssas olmalıdır, onu nəzarətdə saxlamalıdır”.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, 2015-ci ildə səhiyyə nazir Oqtay Şirəliyev Azərbaycanda tibb müəssisələrində klinik psixoloqların fəaliyyəti ilə bağlı əmr imzalayıb: "Həmin əmrdə kliniki psixoloq ştatının açılmalı olduğu səhiyyə müəssisələrinin siyahısı verilib. Bundan sonra kliniki psixoloq vakant yeri üçün müsabiqə elan edildi. Hazırda 18 səhiyyə müəssisəsində kliniki psixoloq ştatı açılıb”.

Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova bildirib ki, Gənclər və İdman Nazirliyində gənclərə mütəxəssislər tərəfindən anonim psixo-sosial dəstək göstərilməsi məqsədi ilə “Krizis telefon xətti” bərpa edilib: “Artıq gənclər 510-66-36 nömrəli telefon nömrələrinə zəng etməklə onları narahat edən sualları mütəxəssislərə ünvanlaya bilərlər. Fəaliyyət göstərən xidmətin əsas məqsədi böhran (krizis) vəziyyətinə düşmüş yeniyetmə və gənclərə ilkin psixososial yardım göstərməkdir. Qeyd edək ki, krizis vəziyyətinə düşmənin müxtəlif səbəbləri ola bilər, onların arasında da gəncə qarşı zorakılıq, yaxın adamın itirilməsi, alkoqola, narkotiklərə aludəçilik, ağır, sağalmaz xəstəlik haqqında diaqnoz, sevdiyi adamla münasibətlərin kəsilməsi, ayrılıq, ailədaxili münaqişələr və s. yer alır. Krizisə vaxtında müdaxilənin edilməməsi gənclər tərəfindən qeyri-adekvat addımların atılmasına gətirib çıxara bilər. Məsələn, başqasına və özünəqəsd, psixoaktiv maddələrdən istifadə və s. buna şamil edilər”.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Oktay Bayramov bildirib ki, intihara cəhd edən adamların xilas edilməsi ilə bağlı nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qrupları “112-Qaynar xətti”nə məlumat daxil olan kimi qeyd olunan ünvana gedirlər: “Nazirliyin bu xidmətində həm qadın, həm də kişi psixoloqlar işləyir. Psixoloqlarımız intihara cəhd edən insanlarla yerində söhbət aparırlar, onlara psixoloji yardım göstərməyə çalışırlar”.
Onun sözlərinə görə, Azərbaycanda son illərdə intihara cəhd hadisələri zamanı Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən onlarla insan xilas edilib: “Onlarla müvafiq söhbətlər aparılıb. Həmin şəxslər xilas edildikdən sonra Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil verilir. Sonrakı mərhələ ilə isə daxili işlər orqanları məşğul olur”.

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin (PSM) direktoru Fuad İsmayılov bildirib ki, Azərbaycanda intihar edən və ya buna cəhd göstərən insanların sayının çoxaldığını demək yalnışdır: “Son zamanlar bəzi mətbu orqanları intiharların çoxaldığını, ölkədə intihar epidemiyasının yayıldığını iddia edir, amma realda belə bir şey yoxdur. Bizdə bununla bağlı olan statistik rəqəmlərə görə 100 min nəfərə 5 intihar düşür. Bu göstəricini başqa ölkələrlə müqayisə edəndə qat-qat azdır. Təbii ki, bir nəfər də intihar etsə, bu, ciddi məsələdir, amma artımın olması yanlış məlumatdır”.

Direktor vurğulayıb ki, intihara cəhd edən insanlar ya Psixi Sağlamlıq Mərkəzinə, ya da başqa xidmətlərə müraciət edəndə onlara ilk olaraq psixoloji yardım göstərilir: “Demək olar ki, bizə hər gün intihara cəhd edən insanlar müraciət edir. Bəzilərinə ambulator şəkildə yardım göstəririk, bəzilərinə isə müalicə təyin olunur, xəstəxanaya yönləndiririk. Bizim qanunvericiliyə əsasən, intihara cəhd edib sonradan yardımdan imtina edən şəxslərə məcburi şəkildə yardım göstərilə bilər. Bu barədə “Psixiatriya yardımı haqqında” qanunun 11-ci maddəsində qeyd olunub, həmin maddədə hansı hallarda insanlara məcburi yardım oluna biləcəyi geniş izah olunub”.

F.İsmayılovun sözlərinə görə, Psixi Sağlamlıq Mərkəzində xidmət tamamilə ödənişsizdir: “Amma bu yaxınlarda ölkədə sığorta sistemi həyata keçiriləcək, bizim üçün çox vacibdir ki, psixatrik yardım da sığorta modelində nəzərdə tutulsun. Çünki bəzi şəxslərə psixoterapiya aparmaq lazımdır, bu isə uzun prosesdir. Avropa ölkələrində bu sistem var”.

O bildirib ki, Azərbaycanda intihara cəhd edən insanların qeydiyyatı sistemi yoxdur: “Bu məsələ konstitusiyaya da ziddir. Ümumiyyətlə, psixi xəstələrin qeydiyyatı aparılmır, onlar cinayətkar deyil. Belə ki, intihara cəhd edən şəxslər mərkəzə könüllü müraciət edə bilər, biz onların müraciətini anonim qəbul edirik. Onların heç bir sənədini tələb etmirik. Amma bəzi şəxslər özəri xahiş edir ki, ona tibbi kart açılsın və qeydiyyata salınsın”.

Direktor həmçinin qeyd edib ki, mərkəzin “İnam” qaynar xətti ”“ 012 566 50 61 fəaliyyət göstərir: “Bu, dövlət qaynar xəttidir. İntihara cəhd etmək istəyən, depressiv vəziyyətdə olan insanlar ödənişsiz olan və anonimliyin qorunduğu bu xidmətə müraciət edə bilərlər".

F.İsmayılov deyib ki, səhiyyə müəssisələrində işləyən kliniki psixoloqlar Psixi Sağlamlıq Mərkəzində bir aylıq təcrübə keçirlər: “Kliniki psixoloqların işi psixoloji problemləri aşkarlamaq və araşdırmaq, test vasitəsilə diaqnostika aparmaq, psixoloji konsultasiya keçirməkdir. Növbəti mərhələdə intihara cəhd edən şəxslərə psixoterapiya göstərilir. Psixoterapiyaya böhrana müdaxilə aiddir. Problemdən asılı olaraq kliniki psixoloqlar pasientləri nəzarətdə saxlayırlar. Psixoloqlar dərman müalicəsinə ehtiyac olanda psixiatrlara müraiət edirlər”. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional mərkəzlərlə iş şöbəsinin əməkdaşı Zülfiyyə Sadıqova “Report”a açıqlamasında bildirib ki, Dövlət Komitəsi icraedici orqan olduğundan intihara cəhd, intihar, özünüöldürmə halına çatdırma kimi hallarla bağlı məlumatlar daxil olanda hər hansı xidmət göstərmir, müvafiq qurumlara yönləndirir: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeçiliyində 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərir. Mərkəzlərin 10-u regionda, 1-i Bakıda yerləşir. Mərkəzlərimizin əməkdaşları qeyd olunan problemi yaşayan ailələrlə psixoloji-sosial iş aparır”.

Onun sözlərinə görə, belə halların qarşısını almaq üçün profilaktik tədbirlər görülməlidir, həmin şəxslər və ailələri ilə psixoloji-sosial iş aparılmalıdır: “Bu tədbirlərin başlanması üçün isə hadisənin səbəbləri araşdırılmalıdır. İnsanlar intihara müxtəlif səbəblərdən əl atırlar: müəyyən yaşantılardan yaxa qurtarmaq, ailədaxili problem, ətrafının diqqətini çəkmək, kimdəsə mərhəmət hissi oyatmaq, kimdənsə qisas almaq, öz dediyini sübut etmək üçün və ya şəxsi həyatında problem yarananda, sosial və mənəvi dəstəyə ehtiyacı olduğu, ancaq onu ala bilmədiyi təqdirdə... İntihara cəhd edən adamlar həyatında tutunacaq yer olmayanda daha da cəsarətlənirlər”.

O, Dövlət Komitəsinin məişət zorakılığı ilə bağlı intihar hadisələrini nəzarətə götürdüyünü deyib: "Məişət zorakılığı məlumat bankı komitənin nəzarətindədir. Bəzən məişət zoraklığı zamanı ailə üzvləri, uşaqlar intihar hadisəsinin şahidi olurlar”.

Z.Sadıqova qeyd edib ki, intihar hadisələrinin araşdırılması üçün Ailə Psixoloqu İnstitutunun yaradılması vacibdir: “Ailə Psixoloqu İnstitutu olsaydı, bu kimi halların bir az yüngülləşməsi üçün həm bu məsələlər araşdırılar, həm də insanlara peşəkar səviyyədə xidmət göstərilə bilərdi”.(Report)
Oxşar xəbərlər
21:18, Bu gün
HƏMAS İsraillə atəşkəsə razılaşdı
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
GÜNLÜK
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq