“İkinci Qarabağ müharibəsi qaçılmazdır”
Oxunub: 1532
11 Aug 2017 | 10:30
“İkinci Qarabağ müharibəsi qaçılmazdır”
Rusiya böyük hərbi toqquşmada maraqlıdırmı? Ekspert: “Moskvanın bu prosesdə tərəf kimi iştirak edə biləcəyini düşünmürəm...”

Rusiyanın Azərbaycanla Ermənistan arasında ikinci Qarabağ savaşının baş verməsində maraqlı olub-olmadığı barədə daim səslənən fikirlər çoxalmağa başlayıb. Xüsusilə də son günlər təmas xəttində artan erməni təxribatları fonunda yenidən “rus barmağı”ndan danışılmağa başlayıb.


Kremlin müharibədə maraqlı olduğunu deyənlər də var, əksini iddia edənlər də. Bəzi təhlilçilərə görə, Ermənistanın Azərbaycanla müharibə aparmaq iqtidarının olmadığı, eləcə də Qərbin sanksiyalarının getdikdə artdığı bir dönəmdə Rusiyanın savaşın baş verməsində maraqlı olmaması daha inandırıcıdır. Şübhəsiz ki, heç bir dövlət yerləşdiyi regionda müharibənin olmasını istəməz. Ən azı o səbəbə ki, bu zaman regiona xarici təsirlər artır. 


Bu baxımdan Qərb ölkələrinin Cənubi Qafqaza girməsinə hər vəchlə mane olmağa çalışan Rusiyanın regionda proseslərin gərginləşməsini istəməməsini söyləmək mümkündür. Hərgah, Moskvanın Azərbaycan-Ermənistan arasında müharibənin baş verməsində maraqlı olduğuna da haradasa inanmaq mümkündür. Çünki Cənubi Qafqaz dövlətlərinin sürətlə Qərbə doğru getdiklərini görən şimal qonşumuz bu yolla onların qarşısını almağı hədəfləyə bilər...


Politoloq Elçin Mirzəbəyli hər iki mövqe ilə tanış olduğunu bildirdi: “Amma təəssüf ki, tərəflərin heç biri öz fikirlərini əsaslandırmağa çalışmır. Axı çox sadə bir suala cavab tapmaq lazımdır. Qeyd edim ki, istənilən mövqe konkret davranışlarla, hərəkətlərlə müşayiət olunmalıdır. Yəni ”əgər Rusiya Qarabağda müharibənin yenidən alovlanmasını istəmirsə, bunun üçün hansı addımları atır" sualına cavab tapılmalıdır. Zənnimcə, ortalıqda bu mövqeni əsaslandıran hər hansı hərəkət yoxdur. O zaman Rusiyanın Qarabağda yeni müharibə istəməməsini əsaslandırmaq olardı ki, Moskva Ermənistana “İsgəndər” zenit-raket kompleksini verməsin, bu ölkə ilə birgə hərbi birləşmə yaratmasın, bu hərbi birləşmənin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postuna ermənini gətirməsin və s. Təbii, iddia oluna bilər ki, Rusiya bu addımları Azərbaycanla hərbi balans yaratmaq və müharibənin baş verməməsi üçün çəkindirici faktor kimi atıb. Amma məsələnin digər tərəfi var: Rusiyanın bu addımları Ermənistanı daha da azğınlaşdırıb və düşmən ölkə Ermənistan-Azərbaycan sərhədində atəşkəsi pozmaqla, mülki əhaliyə zərər verməklə münaqişənin ekskalasiyasına çalışır. Əgər bu hadisələr Azərbaycanın işğal altında olan ərazilərində baş versəydi, o zaman bəlkə də separatçıların təxribatı kimi bəhanə gətirmək olardı. Axı Azərbaycan əraziləri, mülki vətəndaşlar həm də Ermənistan ərazisindən, sərhəddən atəşə tutulur. Sərhədə isə rus əsgərləri nəzarət edir. Zənnimcə, burada bəhanə axtarmağa yer yoxdur.

Mənzərə göz qabağındadır. Bir az praqmatik olmaq lazımdır. Bəzən biz görmək istədiyimizi reallıq kimi qəbul etdirməyə çalışırıq. Bəzi təcrübəli ekspertlərimiz və diplomatlarımız baş verənləri Rusiyanın xarici işlər naziri ilə əlaqələndirirlər. Şübhəsiz ki, Lavrov ermənipərəstdir. Lakin o Rusiyanın xarici işlər naziridir. Və əgər Sergey Lavrov Rusiya dövlətinin maraqlarına qarşı addım atırsa, o zaman bunun qarşısı niyə alınmır. Belə anlaşılır ki, Putin öz komandasına nəzarət edə bilmir. Bütün bunlar mənə inandırıcı görünmür. Söhbət Rusiyanın müharibə istəyib- istəməməsindən getmir. Zənnimcə Rusiya əmindir ki, hərbi əməliyyatları istənilən an dayandıra bilər. Məhz bu amili əsas götürərək Ermənistan vasitəsilə Azərbaycana təzyiq edir. Yəni burada söhbət hərbi əməliyyatların genişləndirilməsindən yox, Azərbaycanın təzyiq altında saxlanılması niyyətindən gedə bilər".

Politoloq hər iki ölkəni təsir dairəsində saxlamaq üçün Rusiyanın Qarabağ problemindən istifadə etdiyini də dilə gətirdi: “Moskva Qarabağ məsələsinin ədalətli həllində maraqlı olsaydı, bunu gerçəkləşdirmək üçün konkret addımlar ata bilərdi. Ermənistanın ən ağır şərtlər altında belə, Qərbə üz tutması mümkün deyil. Ermənistanın daşını daş üstə qoymazlar. Elə ermənilərin öz əliylə. Yəni münaqişənin ədalətli həllinə nail olmaq üçün indi bütün imkanlar var. Amma bu imkanlardan istifadə edilmir. Rusiya hər iki ölkəni təzyiq altında saxlamaq üçün Qarabağ problemindən istifadə edir. Müharibə isə gec-tez olacaq. Zənnimcə, Azərbaycan problemin birdəfəlik həllinə imkan verən zaman kəsiyini düzgün dəyərləndirməyi bacarır. Rusiyaya qarşı sanksiyalar gücləndikcə Ermənistan bundan daha çox ziyan çəkəcək. İrəvanın vəziyyətdən çıxış yolu üçün İrandan başqa alternativi yoxdur. Qənaətimə görə, İran bu dəfə fərqli davranacaq. Çünki nə Azərbaycan 90-cı illərin Azərbaycanıdı, nə də İran. Sanksiyaların təsiri artdıqca Ermənistan dalana dirənəcək və danışıqlar masasına oturmaq, Azərbaycanla və regionun digər dövlətləri ilə münasibətlərini normallaşdırmaq üçün ən müxtəlif yollara əl atacaq. Bax o zaman ATƏT-in Minsk Qrupunun həmsədrləri fəallaşa və Azərbaycana təzyiq yolu tuta bilərlər. Zənnimcə, bu proses hətta ehtimal olaraq 2020-ci ildən tez baş verə bilməz.

Rusiya açıq-aşkar imperiya ambisiyalarından çıxış edir. Moskvanın mövqeyi və davranışları aydındır, Qərb isə simasızdır. Biz neft layihələrinin icrasından sonra bu simasızlığı gördük. Eyni davranışları təbii qaz layihəsinin gerçələşməsindən sonra da görə bilərik. Daha öncə də qeyd etdiyim kimi, müharibə gec-tez baş verəcək. Lakin bu Rusiyanın iradəsindən asılı olmayacaq. Moskvanın bu prosesdə tərəf kimi iştirak edə biləcəyini düşünmürəm. İndiki halda Rusiya müharibənin baş verməməsi üçün önləyici tədbirlərə əl ata, müharibə ehtimalını aradan qaldırmaq üçün siyasi təzyiq və digər vasitələrdən yararlana bilər. Bütün bunlar isə şübhəsiz ki, subyektiv ehtimallardır. İndiki halda bizim üzərimizə düşən vəzifə ölkənin sabitliyinə qarşı təhlükə yaradan bütün amillərə qarşı ayıq-sayıq və amansız olmaq, ölkənin davamlı inkişafını təmin etmək və bu istiqamətdə yürüdülən siyasətə dəstək verməkdir. Bu gün bütün problemlərdən yeganə çıxış yolu güclü olmaqdan ibarətdir. Azərbaycan isə bu yolu çoxdan seçib”.(musavat.com)
Oxşar xəbərlər
14:06, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO