Yaxın günlərdə Səudiyyə Ərəbistanının müdafiə nazirinin ölkəmizə səfəri gözlənilir. Maraqlıdır, Səudiyyə Ərəbistanı ilə hərbi-texniki əməkdaşlıq ölkəmiz üçün nə dərəcədə mühüm əhəmiyyət kəsb edir?
Moderator.az-a açıqlamasında məsələyə münasibət bildirən millət vəkili, politoloq Elman Nəsirov iki ölkə arasındakı əməkdaşlığın mühüm önəm kəsb etdiyini vurğuladı:
“Azərbaycann xarici siyasətinin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. Azərbaycan prezidenti İlham Əliyev xarici siyasti məhz bu cür müəyyən edb. Ikitərfli münasibətlərimizin yüksək səviyyədə olması üçtərəfli və çoxtərəfli əlaqələrimizin formalaşmasına təkan verən amildir. Bu baxımdan Azərbaycanınn bütün qonşu ölkələr, eləcə də müsəlman ölkələri ilə xüsusi münasibəti var. Təsadüfi deyil ki, Azərbaycan prezidenti 2017-ci ili İslam Həmrəyliyi İlə elan edib. Ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçirildi. Bunlar bir daha təsdiqləyir ki, dövlətimizin müsəlman aləmi ilə münasibəti strateji əhəmiyyət kəsb edir. Bu, həm də müsəlman aləmində birliyin və həmrəyliyin möhkəmlənməsinə hesablanıb. Bu məntiqlə çıxış edərək prezident İlham Əliyev bu günlərdə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ərəb-islam-Amerika sammitinə qatıldı. Bu sammitdə də əsas məqsəd həm islam birliyini təmin etmək, həm də Qərb dünyası, müxtəlif sivilizasiyalar ilə həmrəylik mühitini inkişaf etdirmək idi.
Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında əlaqələr dinamik inkişafa malikdir. Bu, həm ticari-iqtisadi, həm siyasi sahələri əhatə edir. Hərbi-texniki əməkdaşlıq da bu günlərdə aktuallaşmağa başlayıb.
Nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, Azərbaycan müxtəlif dövlətlərlə hərbi əməkdaşlığa xüsusi önəm verəcək. Bu da bizim torpaqlarımızın 20%-nin işğalda olmasından qaynaqlanan bir məsələdir. Bu baxmdan, ölkəmizin Səudiyyə Ərəbistanı ilə hərbi əməkdaşlığa önəm verməsi heç bir üçüncü dövlətə qarşı yönəlməyib. Bu, yalnız Azərbaycanın müdafiə potensialını artırmaq və işğaldakı torpaqlarımızı azad etmək məntiqindən irəli gələn bir məsələdir”.
Seymur Əliyev