Azərbaycanlı milyarder bütün pullarını gizlətdi: "Onlar məndən bublikin dəliyini alacaqlar..."
Oxunub: 1937
15 May 2017 | 21:05
Azərbaycanlı milyarder bütün pullarını gizlətdi:
Azərbaycanlı milyarder, Rusiya Federasiya Şurasının keçmiş üzvü Fərhad Əhmədovun 2000-ci ildə rəsmən boşandığı keçmiş arvadının  iddiası əsasında London məhkəməsinin çıxardığı məxfi qərar barədə yeni nüanslar məlum olub.

Moderator.az Virtualaz.org-a istinadən xəbər verir ki, biznesmenin keçmiş arvadı Tatyana Əhmədova hələ ötən il dekabrın 17-də çıxarılmış bu qərardan sonra 6 ay ərzində məsələni məxfi saxlayıb, vəkilləri vasitəsilə dünyanın hər yerində Fərhad Əhmədovun aktivlərini axtararaq onların hansının Britaniyanın yuridiksiyası altına düşdüyünü müəyyənləşdirməyə çalışıb. Lakin ələ keçirmək üçün heç bir aktiv tapılmayanda bu məhkəmə qərarı barədə məlumat Britaniya KİV-lərinə sızdırılıb.

Xəbər verdiyimiz kimi London məhkəməsinin çıxardığı qərara əsasən Fərhad Əhmədov keçmiş arvadına rekord məbləğdə-600 milyon dollara yaxın boşanma təzminatı ödəməyə məhkum edilib. Bu, Britaniya məhkəmələrinin indiyədək çıxardığı ən yüksək təzminat məbləğidir. Qərar Fərhad Əhmədovun və vəkillərinin iştirakı olmadan çıxarılıb. Çünki biznesmen keçmiş arvadı ilə məsələni barışıq yolu ilə həll etmək barədə boşa çıxan səylərindən sonra məhkəmə ilə əməkdaşlığı dayandırıb.

Virtualaz.org bundan əvvəl Fərhad Əhmədovun vəkillərinin məhkəməyə göndərdiyi məxfi bəyanatın mətnini əldə etmişdi və oradan bəlli olurdu ki, biznesmen 17 il bundan əvvəl arvadının Londonda yaşadığı malikanədə ona dəfələrlə xəyanət etdiyini öyrənəndən sonra Moskvada boşanma iddiası qaldırıb. Məhkəmə cütlüyü boşayıb. Həmin vaxtdan etibarən biznesmen keçmiş arvadının Londonda lüks həyatı üçün ona hər il milyonlarla dollar pul verib, 20 milyon funt sterlinq dəyərində mülklə təmin edib, "Mercedes McLaren”, "Maybach” kimi dəbdəbəli avtomobillər bağışlayıb. Buna baxmayaraq Tatyana Əhmədova 2012-ci ildə keçmiş ərinin ona məxsus "Nortgaz” şirkətini sataraq 1.3 milyard dollar əldə etdiyini bilən kimi gizlicə London məhkəməsində təzminat iddiası qaldırıb.

Virtualaz.org araşdırıb ki, London məhkəməsinin ötən ilin dekabrında çıxardığı məxfi qərardan F.Əhmədov gec  xəbər tutub. Hansı ki, məhkəmənin qərarına əsasən cavabdeh tərəf 21 gün ərzində, yəni bu il yanvarın 11-nə kimi məhkəmənin hesabına təzminat kimi 450 min funtu ödəməliydi. Yalnız bundan sonra qərardan 21 gün ərzində apellyasiya verə bilərdi. Nəticədə biznesmen Milad bayramı tətili günlərinə görə hətta apellyasiya vermək şansına malik olmayıb. Başqa sözlə, məhkəmənin qərarı milyarderin sərvətinin keçmiş arvadı tərəfindən reyderliklə ələ keçirilməsi səylərinə xidmət edib.

Lakin London Yüksək Məhkəməsinin qərarı İngiltərə və Uels ərazisində qüvvədə olduğundan nə Tatyana, nə onun vəkilləri Fərhad Əhmədovun pullarına çıxış tapa bilməyiblər. Çünki hazırda biznesmenin İngiltərə və Uelsdə aktivləri yoxdur. Aktivlər çoxdan onun Tatyanadan olan oğlanlarının adına keçirilib. Biznesmen özü isə Böyük Britaniyada yaşamır, bu ölkə vətəndaşı deyil və artıq bildirib ki, iki Rusiya vətəndaşının ailə məsələsi ilə bağlı London məhkəməsinin çıxardığı qərarı tanımır.

Lakin Tatyana Əhmədova və onun vəkilləri azərbaycanlı biznesmenin pullarını təkcə İngiltərə və Uelsdə deyil, dünyanın hər yerində axtarırlar. Vəkillər dünyanın hər yerinə məktublar göndərərək Əhmədovun pullarını tapmağı tələb edirlər. Məktublarda hədələyirlər ki, bu işə kömək etməyənlər məhkəmə iddiaları, təqiblər və cərimələrlə üzləşə bilərlər. O cümlədən əməkdaşlıq qarşılığında sanballı mükafat da vəd edirlər. Və bu proses London məhkəməsinin çıxardığı təzminat qərarı barədə məlumatın Britaniya mətbuatına sızdırılmasından əvvəl az qala 6 ay ərzində davam edib.

Bəs nədən bu məlumatı sızdırmağı qərara alıblar? Belə görünür ki, Tatyana və vəkillərinin planları düz getməyib, axı onlar heç nə tapa bilməyiblər. Vəkillər isə qonorar və Əhmədovun ödəməyə məhkum edildiyi təzminatdan faiz gözləyirlər. Və indi məlumatı sızdırmaqla qalmaqal yaratmağa çalışıblar. "Pul isə yoxdur, olmayacaq! Nə qədər axtarırlarsa, axtarsınlar. Onlar ən yaxşı halda bublikin ortasındakı dəliyi ala bilərlər”-Fərhad Əhmədov məhkəmənin qərarına belə yanaşır.

Bəs cənab Əhmədov London məhkəməsinin təzminat iddiası üzrə qərar çıxarmasına bir neçə həftə qalmış məhkəmə ilə əməkdaşlığı niyə kəsib? Virtualaz.org bu sualı Fərhad Əhmədova ünvanlayıb. Biznesmenin cavabı belə olub ki, o, həmin vaxt "Nortgaz” şirkətinə dair kommersiya və digər mühüm sənədləri yad ölkənin məhkəməsinə təqdim etmək istəməyib. Axı söhbət onun vətəndaşı olduğu Rusiyanın iqtisadi maraqlarından gedir.

Lakin keçmiş arvadı biznesmenin seyfindən həmin sənədləri xəlvəti götürərək məhkəməyə ötürüb. F.Əhmədov bunu həm də Rusiya vətəndaşı olan keçmiş arvadı tərəfindən "xəyanət” kimi qiymətləndirib.

Əhmədov deyir ki, keçmiş arvadının 2000-ci ildəki boşanmadan sonra onun biznesinə hər hansı qatqısının olmadığını sübut edən həmin sənədləri məhkəməyə təqdim etsəydi həmin məbləğdə təzminat qərarı verilə bilməzdi. Çünki məhkəmə təzminat barədə iddialara baxarkən üç əsas məsələni  nəzərə alır: Birinci, boşanmanın səbəbi. Hansı ki, biznesmenin keçmiş arvadının Londonda pozğun həyat tərzi keçirməsi  boşanmanın səbəbidir. İkincisi, birgə yaşayış zamanı qazanılan sərvətdəki rolu.  Və biznesmenin keçmiş arvadı nəinki onun sərvətinə sərvət qatıb, əksinə, qazandıqlarını sağa-sola səpməklə məşğul olub. Nəhayət birgə qazanılan sərvətin bərabər bölgüsü. Hansı ki, F.Əhmədov bu sərvəti Rusiyada qazanıb və Britaniya vətəndaşı olan keçmiş arvadı həmin pulların qazanılmasında hər hansı rola malik olmayıb.

"İndi London məhkəməsi sadəlövhcəsinə hesab edir ki, o, Britaniya vətəndaşı olaraq mənim vaxtilə Sibirin 50 dərəcə şaxtasında qazandığım pullara töhfə verib? Özü də rəsmən boşanandan sonra? Digər tərəfdən mən ona boşanandan sonra kifayət qədər böyük məbləğlərdə pul, əmlak vermişəm. İndi isə onun hansısa təzminata iddia etmək haqqı yoxdur, çünki himayəsində yetkinlik yaşına çatmayan uşaqlar yoxdur. Mənim həmin nigahdan olan iki oğlumun hazırda 21 və 23 yaşları var, onlar müstəqil, təmin olunmuş, təhsilli adamlardır. ”-biznesmen bildirib.

F.Əhmədov bildirir ki, keçmiş arvadına Rusiyada boşanma və təzminat iddiası qaldırmaq sərf etmirdi, onun əsas məqsədi Britaniya qanunlarından sui-istifadə edərək pulları ələ keçirmək idi.  Bu baxımdan biznesmen London məhkəməsinin qərarının onun üçün "tualet kağızı qədər də dəyər daşımadığını” vurğulayıb. "Onlar üçün isə bu qərar tərqibən 1 milyon funt sterlinqə başa gəlib”-biznesmen əlavə edib.

Vəkillər üçün qonorarın bu qədər yüksək olması isə təəcüblü deyil. Axı Tatyana keçmiş ərinin sərvətinin yarısını ələ keçirmək üçün vaxtilə Çarlz və Pol Makkartninin boşanma prosesində maraqlarını müdafiə edən məşhur vəkil baronessa Şekltonun hüquqşünaslar komandası ilə anlaşmışdı.

F.Əhmədovun hüquqşüanslarından aldığımız məlumata görə indiki halda Tatyana Əhmədovanın vəkilləri nəticəyə, yəni təzminatın alınıb biznesmenin keçmiş arvadına ödənilməsinə görə məsuliyyət daşımırlar. Lakin təzminatın ödənilməsi baş tutsaydı Tatyananın vəkilləri məbləğin 1 faizinə ümid edə bilərdi.

Biznesmen bu məhkəmə çəkişməsi ilə bağlı daha bir maraqlı faktı açıqlayıb. Məlum olub ki, London məhkəməsi təzminat barədə qərarı çıxarmaq ərəfəsində-dekabrın 16-da F.Əhmədovun maraqlarını müdafiə edən vəkili polisin köməyi ilə zorla ifadəyə cəlb edib. Onu vəkillik lisenziyasını almaqla və həbslə hədələyərək biznesmenin bank hesabları barədə informasiyaları ondan alıb. Sanki söhbət London Yüksə Məhkəməsindən deyil, hansısa üçüncü dünya ölkəsinin korrupsiyalaşmış ədliyyə sistemindən gedir.

Belə məlum olur ki, F.Əhmədov keçmiş arvadının onun pullarını ələ keçirmək üçün məkrli planları barədə əvvəlcədən duyuq düşərək Britaniyadakı bütün aktivlərini çxarıb. Çünki o, Federasiya Şurasının üzvü kimi 5 il ərzində yuxarı palatanın məhkəmə-hüquq komitəsində çalışıb və qanunları yaxşı bilirdi.

"Görünür Tatyana və vəkilləri unudublar ki, mən "Qazprom” kimi nəhənglə ən əlverişsiz şərtlərlə apardığım korporativ döyüşü udmuşam. İndi onlar hesab edir ki, mən belə asanlıqla halal pullarımın yarısını heç bir haqqı çatmadığı halda ona verəcəyəm? Yuxularında görərlər! Onların yuridikasiyasından asanlıqla yan keçmişəm və aktivlərimi üçqat zirehlə qoruyuram”-Fərhad Əhmədov bildirib.

Biznesmen şübhələnir ki, bu məsələdə London məhkəməsinin də öz maraqları ola bilər-onun pullarını Britaniya iqtisadiyyatına yönəltmək. "Onlar nə vaxt lazım olsa öz maraqları üçün hərəkət ediblər və edəcəklər. Britaniya məhkəmələri həmişə zəngin ərlərin keçmiş arvadlarının tərəfini tuturlar ki, onlar təzminat kimi qopardıqları pulları bu ölkədə xərcləsinlər. Lakin mənimlə bağlı bu iş keçməyəcək!”-biznesmen qeyd edib.

Məhkəmə qərar verərkən Fərhad Əhmədovun hazırda başqa nigahdan olan 3 övlad böyütdüyünü, Rusiya və Azərbaycanda göstərdiyi xeyriyyəçilik fəaliyyətini, onun xeyrinə olan bütün digər amilləri nəyə görəsə nəzərə almayıb. Və rekord məbləğdə təzminat barədə qərar çıxarıb.

 Bəs biznesmenin Tatyanadan olan iki oğlu bu məsələyə necə yanaşır? F.Əhmədova bu sualla da müraciət etdik. Biznesmenin bildirdiyinə görə, övladları bu məsələdə onun tərəfindədirlər və analarının həm vaxtilə evli olduğu vaxtlarda ona xəyanətinə, həm ayrılandan sonra onun hesabına lüks həyat yaşamasına baxmayaraq təzminat barədə iddia qaldırmasına üzülürlər. F.Əhmədovun böyük oğlu Teymur Əhmədov sosial şəbəkələr üzərindən ötən gün məhkəmə qərarı barədə mətbuata sızdırılan informasiyaya münasibətini bildirib və atalarının tərəfində olduğunu, onun ailəni qorumaq üçün çox səylər göstərdiyini ifadə edib...
Oxşar xəbərlər
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
GÜNLÜK
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 10:51
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
04 May 2024 | 10:45
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
04 May 2024 | 10:50
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
04 May 2024 | 10:47
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
04 May 2024 | 10:38
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 11:31
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
04 May 2024 | 10:55
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 10:51
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
04 May 2024 | 10:45
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
04 May 2024 | 10:50
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
04 May 2024 | 10:47
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
04 May 2024 | 10:38
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 11:31
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
04 May 2024 | 10:55
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)