“Kəbə ətrafında fırlanarkən Allah mənə bir möcüzə göstərdi”- MÜSAHİBƏ
Oxunub: 9558
09 May 2017 | 00:56
“Kəbə ətrafında fırlanarkən Allah mənə bir möcüzə göstərdi”-     MÜSAHİBƏ



Mahir qaboy ustası, Xalq artisti Kamil Cəlilov uzun müddətdir ki, mediada, televiziya proqramlarında görünmür. Özünün də dediyi kimi, istər keçmişdən, istər gələcəkdən danışmaq istədikləri, bildikləri, xatirələri çoxdur. Təbii ki, onların hamısını bir müsahibəyə yerləşdirmək olmaz. Amma yenə də nəyəsə cəhd etdik. 

Beləliklə, Moderator.az xarici musiqi aləti olan qaboyda ilk dəfə muğam ifa etməklə yeni tərzin əsasını qoyan sənətkarla geniş müsahibəni təqdim edir. Hələ sualı səsləndirməmişdən özü maraqlı bir məqama toxunur:

-Təzə-təzə qaboyda ifa etməyə başlayanda mənim üçün çox ayaq döydülər. Dedilər, bu bizim alət deyil. Bunda ifa etmək olmaz. Sonradan hamı qulağıma gəlib çatdı. Amma mən muğamları da ifa etdim, bəstəkar musiqilərini də, klassik dünya simfoniyalarını da... Əvvəllər çox əziyyət çəkdim. Amma iradəli, prinsipial insan olduğum üçün dayandım. Hamısına sübut etdim.

-Kamil müəllim, söhbətə fərqli məcradan başlamalı olduq. Deyəsən, vaxtikən sizə mane olmaq istəyənlər çox olub...

-Bizim xalqda elə şeylər, yəni paxıllıq yoxdu, sadəcə, bəzi adamlar var ki, onlar kiminsə yeni, orijinal nəsə etdiyini görəndə qəbul edə bilmirlər. Ağız büzürlər, “bu nədi, bizim alət deyil”, deyirlər. Amma mən çoxlarına sübut etdim ki, nəinki Azərbaycan bəstəkarlarının əsərlərini, hətta muğamlarımızı da qaboyda ifa edə bilərəm. Azərbaycan musiqisi o qədər genişdir ki, onu hər xalqın musiqi alətində ifa etmək olar. Mən Moskvada dirijor Nikolay Nekrasovun  rəhbərlik etdiyi məşhur orkestrlə hələ sovet vaxtında cəngini ifa etmişəm. Bütün dünya klassiklərinin də əsərlərini səsləndirmişəm. Vallarım, video yazılarım-hamısı var. Çox prinsipial adamam. Mənə azacıq təzyiqlər olanda bu, xeyrimə işləyir. Çünki təzyiqlər olunca öz üzərimdə daha çox işləyirdim. Gecə-gündüz yatmayıb, axtarışlar edirdim.

-Kamil müəllim, bir neçə dəfə bu yolda çox əziyyətlər gördüyünüzü dediniz. Qaboy sizə nə kimi əziyyətləri yaşadıb?

-Oğlum, qaboy başqa alətlər kimi deyil, çox mürəkkəbdi. O klarnet, balaban, qara zurna deyil, tar-kamança deyil, qaboy tam fərqli alətdi. Dediyim alətlərdə müəllimin bir neçə dərsindən sonra tələbənin ürəyi, musiqi duyumu varsa, ən əsası Allah ona istedad veribsə,  o, öz üzərində işləyib nə zamansa yaxşı ifa edir.  Qaboyda isə gərək, daha çox əziyyət çəkəsən. Mən də bu aləti seçdim. 13-14 yaşımdan ta bugünə qədər də mənimlədir. Uşaqlığım əziyyət içində keçib. Atam 1945-ci ildə müharibədən şikəst qayıtdı. Heç bir ayağı işləmirdi. Həmçinin, müharibədən qalma başqa problemləri də var idi. Amma bu halı ilə belə yenə də  mənə imkan vermirdi ki, evdə işləyim. O vaxt qammaları, notları öyrənmək üçün evdə məşq edərdim. Deyərdi, ay bala, bu nə alətdi, gedib haradan tapdım onu? Atam gəzə bilmirdi, onu bəzən, qucağımda gəzdirmişəm. Dövlət ona əlillər üçün xüsusi üççarxlı “kolyaska” vermişdi. Onunla hərəkət edərdi. Bu səbəbdən bütün günü evdə olardı. Mənə də  imkan verməzdi ki, qaboyda nəsə öyrənim. “Mən xəstə adamam, başıma düşür”, deyərdi. Dediyim odur ki, bu çətinliklərlə bərabər, aləti yerə qoymadım. Allah-talla elə bil mənə bildirdi ki, bu sənindi, onu sən yaşatmalısan. 

- Şəxsi fikrimdir,  qaboyda yalnız sizin adınız bilinir. Bu alətin mürrəkkəbliyi səbəbindəndir? Nə yaxşı öz metodunuzu, ifa tərzinizi kiməsə öyrətmirsiniz?

-Tələbələrim də olub, simfonik orkestrdə çalıblar. Amma yalnız notla səsləndirə bilirlər, özü də ancaq dünya bəstəkarlarının simfonik əsərlərini... Bircə dənə Azərbaycan bəstəkarının əsərini ifa etmirlər. Hələ muğamı demirəm.  Amma  Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı, Arif Məlikov və başqalarının əsərlərini mən səsləndirmişəm. Onlar indi də “Qızıl fond”da qalır. Məndən əvvəl də qaboy çalan olub, indi də var, məndən sonra da olacaq. Amma mənim yol-yolağam fərqlidir. Bir neçə nəfərə dedim ki, ay bala, gəl, öz ifa etdiyim muğamları sənə də öyrədim. Öz ifa özəlliyimdən bəzi sirləri sənə də deyim. Amma heç biri istəmədi. Onlarınki ancaq nota baxıb ifa etməkdir.

-Maraqlı yerə gəldik: siz qaboy alətindəki hansı yeniliklər etdiniz? Onu simfonik orkestrdən çıxarıb, “muğam alətinə” necə çevirə bildiniz?

-Vaxt olub ki, bu sənəti tərk etmək, alətdən uzaqlaşmaq istəmişəm. Amma Allah mənə imkan verməyib ki, sənətdən gedəm. Allah bunu mənə bəxş edib. Bəxş edib ki, bu işi həyata keçirəm, Azərbaycan musiqilərini, muğamlarını qaboyda dilləndirəm. Cəsarətlə deyirəm, bunu elə mən də bacardım!
Bununla belə klassik musiqini də ifa edirdim. Hamı təəccüblənirdi. Deyirdilər ki, necə olur ki, sən həm muğam, milli musiqi, həm də çətin partiyaları, klassik əsərləri ifa edirsən? Bu sualın cavabını özüm də bilmirdim. Nazim Rzayevin orkestri ilə Qara Qarayevin bir simfonik muğamı səsləndirdik. Mən orada birinci qaboyçalan idim. Çətin partiyalarla bərabər, “Segah”, “Zəminxarə”, “Bayatı-kürd”, “Şur” , “Çahargah” kimi muğamları da səsləndirmişəm. 1965-ci ildə Əhməd Bakıxanovun ansamblı ilə “Bayatı-kürdü” yazdıq. Bu gün də “Qızıl fond”da var. Ən çox mənə Moskvada heyrət edirdilər. Deyirdilər ki, bildiyimiz qaboyda fərqli musiqiləri necə səsləndirmək olardı. İnanın, onlara cavab verə bilmirdim. 

-Kamil müəllim, necə olurdu ki, Qərb aləti olan qaboyda misal üçün, “Zəminxarə”nin notlarını tapırdız?

-Hərdən elə olur ki, gecə saat üçdə, dörddə, yuxuda ikən  musiqi mənə vəhy kimi gəlirdi. İfamdakı bəzi xırdalıqları, əlavələri həmin “vəhy”lərə borcluyam. Əvvəllər də balaca bir maqentafonum var idi.  Ã–zümdə yaratdığım musiqini, kəşf etdiyim xırdalıqları səsləndirib, həmin maqentafona köçürürdüm. Sonra başlayırdım onların üstündə işləməyə. Bu çox çətin prosesdir. Məsələn, görsəm ki, mənim ifamda hansısa xal başqasına məxsusdu, onun ifasını xatırladır, o saat həmin hissəni rədd edirəm. Çünki o mənim deyil. Mən öz musiqimdə özüm olmalıyam. Hər zaman bu cür olmuşam, bu cür də olacağam. İkinci Kamil Cililov olmayacaq. Mənim “Zəminxarə”mi, “Bayatı-kürd”ümü, “Segah”ımı kim ifa edə bilər?! Həmçinin, mən də başqasını təkrar edə bilmərəm. Hər adam gərək özü olsun.  Ulu Öndər Heydər Əliyevə həsr etdiyim “Azərbaycan təranələri”ni dörd ilə hazrılamışam. Çoxları elə bilir ki, bu asan işdi. Çıxdın, “Tərəkəmə” çaldın, qurtardı. Xeyr, bunun çox dərin incəlikləri var.  

-Maraqlıdır, yuxarıda dediyiniz paxılları bir kənara qoyaq, bəs, böyük musiqiçilər bunu necə qarşılayırdılar?

-Maestro Niyazi mənim ifama çox vurğun idi. Həm özü dinləmişdi, həm də başqa yoldaşlardan haqqımda eşitmişdi. Bir gün Filarmoniyaya gedəsi idim. Gördüm, Maestro Niyazi orada dayanıb, maşın gözləyir- bir qara maşın var idi ki,  hər dəfə gəlib onu evinə aparırdı- məni görən kimi çağırdı. Barmağı ilə içarə etdi: “Cəlilov, yaxına gəl”. Gəlib onunla və yoldaşlarla görüşdüm. Hələ təzə-təzə başladığım vaxtlar idi. Dedi, yenə qaboyda muğam çalırsan. Dedim, bəli. Sual verdi ki, axı sən bunu necə bacarırsan?! Necə olur ki, “Zəminxarə”dən həmən sonra Motsarta keçirsən. Dedim, bilmirəm. Onda oradakı yoldaşlara tərəd dönərək dedi: “Cəlilovun sadəliyi kövrəlkliyi onun çalığılarında da öz əksini tapır. Kamil o qədər sadədir ki, özü də bilmir onda nə cür böyüklük var. Bu böyüklükdən xəbərsiz olduğuna görə sənət zirvəsinə yüksələ bilib”. 

-Doğrudanmı, musiqiçinin ifası onun daxili aləminin güzgüsüdür? 

-Mən uşaq kimi sadə, saf bir adamam. Həkimlərim çoxdu. Həm onlarla, həm başqa dostlarla, lap elə tanımadığım, ilk dəfə rastlaşdığım biri ilə görüşəndə deyirlər ki, Kamil müəllim, siz dahi sənətkarsız. Deyirəm, dahi-zad deyiləm. Mən öz işimi görürəm. Mənim yanımda toyuq başı da kəssələr, imkan vermərəm. Hacc ziyarətində də olmuşam. Sən bilsən, orada necə möcüzə yaşadım?! Kəbənin ətrafında yeddi dəfə fırlanmaq lazımdır. Yəqin,  bilirsən, orada o qədər adam var ki, gərək qarışqa addımları ilə yeriyəsən. Çox tündlük idi. Milyonlarla insan eyni anda Kəbənin ətrafında dövr edir. Ürəyim çox sıxıldı. Gördüm boğuluram, üzümü göyə tutub, Allaha yalvardım. Desəm, inanmazsan, o elə vaxt, göydən üz-gözümə 5-6 damcı su töküldü. Təsəvvür elə, milyonlarla admaın içində ancaq mənim... Özümə gəldim, sərinlədim, Allaha şükür etdim. 

(ardı var)

Elmin Nuri

Oxşar xəbərlər
01:04, Bu gün
UEFA Çempionlar Liqası: "Real" "Bavariya" üzərində əzmkar qələbə qazanıb
00:22, Bu gün
Putin Paşinyanla görüşdü
00:17, Bu gün
"Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz" - Özgür Özəl
00:16, Bu gün
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
00:16, Bu gün
Faşizm üzərində qələbədən 79 il ötür
00:13, Bu gün
CHP-nin sədri Azərbaycana səfər edəcək
08 May 2024 | 23:51
Qubada çörək sexində YANĞIN - FOTO
08 May 2024 | 23:42
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
08 May 2024 | 23:40
İsveç daxili sərhədində müvəqqəti sərhəd nəzarətini noyabr ayına qədər uzadıb
08 May 2024 | 23:22
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTO
08 May 2024 | 22:59
Gürcüstanda güclü yağışlar ağır fəsadlarla nəticələndi: Kəndlər su altında qaldı - FOTO
08 May 2024 | 22:39
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var
08 May 2024 | 22:38
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
08 May 2024 | 22:36
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 22:25
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
08 May 2024 | 22:20
Tanınmış jurnalistə vəzifə verildi
08 May 2024 | 22:00
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
08 May 2024 | 21:59
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
08 May 2024 | 21:56
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
08 May 2024 | 21:34
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
08 May 2024 | 21:31
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
08 May 2024 | 21:29
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
08 May 2024 | 21:24
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
08 May 2024 | 21:22
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
08 May 2024 | 21:22
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
08 May 2024 | 21:16
Kim Çen In lideri kədər içindədir...
08 May 2024 | 21:14
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
08 May 2024 | 21:07
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
08 May 2024 | 20:56
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
08 May 2024 | 20:55
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
08 May 2024 | 20:21
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
08 May 2024 | 20:03
10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...
08 May 2024 | 19:54
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
08 May 2024 | 19:52
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
08 May 2024 | 19:51
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
08 May 2024 | 19:41
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
08 May 2024 | 19:39
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
08 May 2024 | 19:30
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
08 May 2024 | 19:17
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
08 May 2024 | 19:14
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
08 May 2024 | 18:59
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
08 May 2024 | 18:48
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
08 May 2024 | 18:37
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
08 May 2024 | 18:35
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
08 May 2024 | 18:35
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
08 May 2024 | 18:21
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
08 May 2024 | 18:06
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
08 May 2024 | 18:04
İstidən sərinləmək üçün suya girdi
08 May 2024 | 17:59
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
08 May 2024 | 17:56
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
08 May 2024 | 17:56
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
08 May 2024 | 17:53
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
08 May 2024 | 17:49
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
08 May 2024 | 17:45
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
08 May 2024 | 17:43
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
08 May 2024 | 17:40
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
08 May 2024 | 17:36
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
08 May 2024 | 17:33
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
08 May 2024 | 17:28
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
08 May 2024 | 17:24
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
08 May 2024 | 17:23
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
08 May 2024 | 17:19
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
08 May 2024 | 17:13
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
08 May 2024 | 17:10
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 17:07
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
08 May 2024 | 17:05
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
08 May 2024 | 17:00
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
08 May 2024 | 16:56
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 May 2024 | 16:55
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
08 May 2024 | 16:51
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
08 May 2024 | 16:46
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
08 May 2024 | 16:43
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
08 May 2024 | 16:40
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
08 May 2024 | 16:37
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
08 May 2024 | 16:35
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
08 May 2024 | 16:32
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
08 May 2024 | 16:26
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
08 May 2024 | 16:21
Bu taksi şirkəti qiymətləri ARTIRDI
08 May 2024 | 16:15
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
08 May 2024 | 16:15
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
08 May 2024 | 16:10
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
08 May 2024 | 16:07
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
08 May 2024 | 16:05
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
08 May 2024 | 16:02
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
08 May 2024 | 16:00
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
08 May 2024 | 15:58
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
08 May 2024 | 15:55
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
08 May 2024 | 15:52
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
08 May 2024 | 15:49
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
08 May 2024 | 15:46
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
08 May 2024 | 15:35
Peskov Putin və Paşinyanın görüşündən danışdı
08 May 2024 | 15:31
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
08 May 2024 | 15:25
Eddi İsrafilov “Neftçi”dən ayrılır
08 May 2024 | 15:20
Bakıda bərbərxanada FACİƏ: ölən var
08 May 2024 | 15:16
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
08 May 2024 | 15:12
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
08 May 2024 | 15:08
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 15:05
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
08 May 2024 | 14:59
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
GÜNLÜK
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır