“Dünyanın hansı yerində Türk yaşayırsa, o yer mənim vətənimdir!”
Oxunub: 11078
12 Mar 2017 | 16:00
“Dünyanın hansı yerində Türk yaşayırsa, o yer mənim vətənimdir!”

Məkan TRT Avaz, proqram “Azerinle Tek Yürek”, ifa edir Azərbaycanın Xalq artisti Azərin, əsər Neşet Ertaşdan “Neredesin sən”, dinləyir ekran başından Rumiyyə Miraslan.
Yəqin ki, bu təqdimatdan sonra həmin an keçirdiyim hissləri, duyğuları sətirlərə tökməyə ehtiyac qalmadı. Ancaq qısa da olsa anlatmaq istəyirəm: 

Həmin an ruhum uçunub, gözlərim yumulmasa belə artıq görmür, qarşımda möhtəşəm bir mənzərə canlanıb. Möhtəşəm səsin, möhtəşəm yorumun bəxş etdiyi mənzərə o qədər möhtəşəmdir ki, anlatması çox çətindir. Sanki ən uca, bütün dünyanı görə biləcəyim bir zirvədəyəm. Əlimi alnıma qoyub dünyanı seyr edirəm. Ürəyim də köksündən çıxacaqmış kimi döyünür, yox, yox, elə ürəyim də dağa dönüb. Ruhum uçunduqca vücudumun ayaqları da yerdən üzülüb göylərdə pərvaz edir. Bütün neqativliklərdən, pisliklərdən uzaqlaşmışam, gərgin iş gününün gətirdiyi yorğunluq da uçub gedib. Sanki anam məni yeni dünyaya gətirib, süd gölündə üzürəm. Sanki dünya bir məndən bir də o möhtəşəm səsdən ibarətdir. Eynən Azan səsini dinlədikdə keçirdiyim hisslər bürüyüb ruhumu, canımı. Bu səsin təsiriylə dünyadan təcrid olunmuşam sanki. Tanrının dərgahına varmaqdayam...

Bu hissləri davam etdirsəm bəlkə də bir neçə cildlik kitab halına düşər. Çünki mən təkcə həmin an deyil, hər dəfə bu səsi dinlədiyimdə eyni hisslər ruhuma hakim kəsilir. O üzdən çox anlatmaq istəmirəm. Bir tək onu qeyd edim ki, bu səs, bu avaz nədənsə hər dəfəsində mənə Böyük Türkü və Türkün Böyüklüyünü xatırladır. Əgər daha öncələr o səsi eşitməsəydim, dinləməsəydim deyərdim ki, belə hiss etməyimə səbəb o səsin yorumladığı “Çırpınırdı Qara dəniz” əsəri olub. Ancaq belə olmadığını dəqiq bilirəm, çünki bu əsəri başqalarının ifasında da dinləmişəm, ancaq sehirli gəlməyib. Dəqiq bilirəm ki, səbəb bu sehrli səsin sahibin özündədir. Təkcə ifası ilə deyil, əsaləti, mədəniyyəti, hətta geyim tərzi ilə belə təpədən-dırnağadək Türk xanımlığını xatırladan Azərin xanımın özündədir bu sehr. Mən bu səsin sehrinə ona görə düşmüşəm ki, hər zaman Türklüyü təbliğ edib, Türklüyü ilə onur duyub, qürur duyub. Çıxdığı ən mötəbər kürsülərdən Türklüyün Tanrının necə şərəfli bir lütfü olduğunu bəyan edib. Qorxmadan, çəkinmədən, cəsaərtlə Türkün düşmənlərinə, Türkü gözü götürməyənlərə meydan oxuyub. Hər zaman da bəyan edib ki, Türkün Türkdən başqa dostu yoxdur! Türk birləşəndə daha güclü olacaq! Türk birləşəndə TURAN olacaq! Mütləq və mütləq bir gün o TURAN qurulacaq! 

Yaxşı yadımdadır, bir neçə il öncə Azərin xanım TRT Avaz kanalında yayımlanan “Avazdan Esintiler” proqramı ilə bir neçə ölkədə yaşayan milyonlarla Türk tamaşaçısının evlərinə virtual olaraq qonaq gəlirdi. Musiqi proqramı olmasına baxmayaraq, Azərin xanım həmin proqramda Türklüyün bütün özəlliklərindən,  tarixindən, mədəniyyətindən, musiqisindən, adət-ənənlərindən tutmuş mətbəxinə, geyiminə qədər təbliğ edirdi. Həmin proqrama bütün türk dövlətlərindən qonaqlar dəvət olunurdur. Azərin xanım bununla da dünyaya bir mesaj verirdi, Türklərin ayrı-ayrı ölkələrdə yaşamalarına rəğmən bir olduğunu, birlik olduğunu göstərirdi. “Avazdan Esintiler”də Azərbaycandan da çağırılmış qonaqlar iştirak edirdi. Bununla Azərin xanım həm də Azərbaycan Türklərinin sayılıb-seçilən insanlarını, xadimlərini dünyaya tanıdırdı. Bir sözlə, Azərin xanım həm də Azərbaycanın Türk dünyasındakı musiqi, mədəniyyət səfiri missiyasını öz üzərinə götürmüşdü. Bunu da çox məharətlə bacarırdı, çünki o bunu kimlərinsə sifarişi ilə yox, öz qanından, canından gəldiyi üçün edirdi və ona görə də çox uğurlu alınırdı. Azərin xanım demək olar ki, proqramın bütün buraxılışlarında efirdən tamaşaçılarına “Dünyanın hansı yerində Türk yaşayırsa, o yer mənim vətənimdir!” deyə səslənirdi. Və bu ifadəsi də əslində Türk dünyasına, dünyada yaşayan bütün türklərə bir mesaj idi. Azərin xanım bununla Türklərə çatdırırdı ki, bizləri sərhədlər ayırsa da Türklüyümüzü unutmamalıyıq, Türk dövlətlərinə yad dövlət kimi yox, öz vətənimiz kimi yanaşmalıyıq. Bütün türk dövlətlərində özümüzü vətənimizdəymişik kimi hiss etməliyik və bunu həmin dövlətin sakinlərinə də hiss etdirməliyik. Dünyada tək öz dövlətimiz adından yox, Türk milləti adından danışmalıyıq. 







Həmin verilişin buraxılışlarının birində Azərin xanım “Ey Turanım!” əsərini səsləndirmişdi və əsərin girişindəki bu sözlər yatmış hisslərimizi, duyğularımızı, bütün varlığımızı yerindən oynatmışdı: “Ey Türk oğlu, ey Türk qızı, oyan, oyan! Keçmişə bax, kəndinə dön! Daha güclü olmaq üçün, daha böyük olmaq üçün oyan, oyan! Tarix yazan babaların haraylayır, Böyük Turan qurmaq üçün. Oyan, oyan! Ey Turanım, biz səninlə gələcəyə gedəcəyik! Biz səninlə min illərə gedəcəyik! Türkün şanlı tarixinə çox zəfərlər səpəcəyik!” İnanın ki, elə bir möhtəşəm əsər idi ki, dinlədikcə damarımdakı TÜRK qanım cuşa gəlmişdi, “keşkə həmən BÖYÜK TURAN uğrunda mübarizəyə atılaq” deyə arzulamışdım.  

Bu günlərdə Azərin xanımı yenidən TRT Avazda və yeni “Avazdan Esintiler” proqramı ilə aparıcılığa qayıtdığını görəndə sözün əsl mənasında ürəkdən sevindim! Sevindim ki, Türk xalqına, Türk millətinə ləyaqətlə xidmət etməyi özünə missiya seçmiş Azərin xanım yaxşı ki, yenidən bu işə başladı. Mayəsi Türkçülüklə yoğrulmuş bu xanım Türk musiqisinə, Türk dünyasına xidmət etmək üçün yaranıb və Türkün şanlı əsgəri olmağı layiqincə bacarır! 

Fikirlərimi burda yarımçılıq kəsib Azərin xanımla internet üzərindən danışarkən proqramı ilə bağlı dediklərini də diqqətinizə çatdırmaq istəyirəm: 
“Bu proqramın əsas vəzifəsi türk dünyasında birliyin, bərabərliyin möhkəmlənməsidi. Proqramda ana vətənim Azərbaycanın şairlərinin, bəstəkarlarının adlarının səslənməsi, korifey sənətkarlarımızın yaradıcılığından nümunələr verilməsi nəzərdə tutulub. Çəkinmədən deyirəm ki,  Azərbaycan -Türkiyə qardaşlığı üçün çox vacib olan proqramdı. Düzdü musiqi proqramıdı, amma çalışıram ki, musiqi ilə də olsa insanlara önəmli mesajlar verim. Tarixi köklərdən gələn birliyimiz, qardaşlığımız sarsılmasın. Heç bir qüvvənin bu birliyə toxuna bilməyəcəyi mənim üçün önəmlidir. Təbii ki, bu fikirləri çalışıram musiqiyə yansıdım. Həm ölkəmi  çox gözəl şəkildə təmsil edim, Azərbaycan musiqilərini tanıdım, oxudum, öyrədim, həm də birliyinin önəm kəsb etməyini xüsusi vurğulayım”.

Məncə, bu sözlərdən sonra mənim yenə nəsə deməyim uğursuz alınar. O üzdən daha heç nə yazmıram. Azərin xanımı, dəyərli sənətkarımızı, Xalq artistimizi Türk dünyasına açılan TRT Avaz kanalında yayımlanmağa başlamış yeni proqramı münasibətilə ürəkdən təbrik edirəm! İnanıram ki, “Azerinle Tek Yürek” də “Avazdan Esintiler” kimi uğurlu olacaq!


P.S. Türk kimliyimizə qara yaxan bədxahlar, vaxtınız olanda “Azerinle Tek Yürek”i dinləyin! Bəlkə kəndinizə gələ bildiniz!



Oxşar xəbərlər
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:12
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 21:37
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
27 Apr 2024 | 21:32
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 20:54
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 20:31
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
27 Apr 2024 | 20:26
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27 Apr 2024 | 20:25
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
27 Apr 2024 | 20:22
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
27 Apr 2024 | 20:15
Cəlilabadda minik avtomobili yanıb
27 Apr 2024 | 19:59
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:53
Gürcüstan əhalisi azalır
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 19:47
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:37
Kür çayında suyun səviyyəsi azalıb
27 Apr 2024 | 19:35
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:28
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
27 Apr 2024 | 19:19
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
27 Apr 2024 | 19:18
Rəqqasə Fatiməni məhkəməyə verdilər
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 19:03
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
27 Apr 2024 | 18:56
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:47
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
27 Apr 2024 | 18:45
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
27 Apr 2024 | 18:31
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
27 Apr 2024 | 18:27
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
27 Apr 2024 | 18:24
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
27 Apr 2024 | 18:21
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
27 Apr 2024 | 18:17
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
GÜNLÜK
27 Apr 2024 | 13:18
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 14:15
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 13:37
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 13:18
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 14:15
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 13:37
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir