Həbsxananın həyətində bayquş ulayırdı - Şairi öldürmək planı...
Oxunub: 1410
20 Feb 2017 | 10:09
Həbsxananın həyətində bayquş ulayırdı  - Şairi öldürmək planı...

Həbsdə olduğu müddətdə Nazim Hikməti bir neçə dəfə öldürmək istəyiblər. Onlardan bəziləri dəqiq məlumdur, bəziləri isə güman olunur. Türkiyənin böyük yazıçısı Orxan Kamal “Nazim Hikmətlə 3 il yarım” əsərində həmin hadisələri yazıb. 


Əsərdən həmin hissəni təqdim edirik.


***

Yaz gəldi İzzət cəza müddətini başa vurub azadlığa qovuşdu, indi növbə Necatidə idi. Mənim azad olunmağımasa, hələ illər var idi. Baxmayaraq ki, yola getmirdik, İzzətin getməyinə kədərlənmişdim. Necati də “Əmək qanunu”na əsasən digər məhbuslarla düz axşama qədər məhbəsdən kənarda olurdu...

Ta demək olar futbol-zad da oynamırdıq.

Həbsxananın həyətində bayquş ulayırdı. Bizdən əvvəllər də həbsxananın həyətində futbol oynamaq adət imiş. Lakin baş nəzarətçi bəzən mane olur, futbol topu həbsxananın həyətindən çölə düşəndə onu gətirməkçün gedənlərin “gizli narkotik alveri” ehtimalını ”“ hədsiz, mümkünsüz, qeyri-real ehtimal olsa da ”“ bəhanə edib yeganə əyləncəmizi əlimizdən almaq istəyirdi.

Baş nəzarətçinin saqqızını oğurlayıb icazə alanda axşamtərəfi iki komandaya bölünüb həyətə düşərdik. Digər məhbuslar bayram sevinci ilə pəncərələrin dəmir barmaqlıqları arxasına toplaşıb, əsl futbol yarışlarındakı kimi, “yaşa, afərin, vur, dayan” qışqırardılar.

Nazim gəlməmişdən əvvəl biz onsuz da oynayırdıq və şeirdə necədirsə, futbolda da eləcə bir-birimizə rəqib idik. İzzətlə Necati hədsiz gözəl oynayırdılar... İzzət lap qiyamət idi... Mən isə bir vaxtlar futbola görə ”“ bəlkə də ancaq buna görə yox, sadəcə bu da əsaslı bir səbəb idi ”“ məktəbi atmaq fikrinə düşəcək qədər bu oyunun xəstəsi idim.

Mətləbdən uzaqlaşmayaq, bir gün aramıza uzun boy, buruq, sarı saçlı, mavi gözlü bir şair qatıldı. Özü də komandanın ən çətin mövqeyində oyanırdı ”“ yarımmüdafiədə!

Əksərən İzzətlə onun komandasına qarşı oynayırdıq. Mən mərkəzi hücumçu, İzzət sağ yarımmüdafiədə, yaxud da əksinə. Şeirlərindəki qədər usta və geniş nəfəsli olmadığına görə, onu və ona yaxın müdafiəni asanca keçir, onu özündən çıxardardıq. Elə əsəbiləşirdi ki... Boz şapkasının dimdiyini hirslə geriyə çevirib, hücuma keçir və hücumla müdafiə arasında əlaqə qurur, müdafiəni gücləndirir, oyunçuların yerlərini dəyişirdi, amma oyun mərkəzdən başlayandan az sonra İzzətlə “paslaşa-paslaşa”, yenə başlarının üstünü kəsdirərdik və bir də baxardıq ... qol!

Qəzəbindən kəndir çeynəyirdi... Üzü qıpqırmızı, gözləri mavi və üzünün qırmızılığında görünməz olan sarı qaşları... Hələ aldadanda, aldadıb keçsək elə qızışardı ki, meydanda “cərimə” kralına çevrilər, əllə, qolla, təpiklə girişərdi. Bir gün möhkəm bir təpiyinə tuş gəlmişdim, öz aramızdı yaman təpik idi...

Necati də azad olandan sonra artıq futbolla vidalaşmalı olduq. Futbol topumuzun meşini və rezini də dağılmışdı. Hələ üstəlik belə bir soyuq qış düşmüşdü.

Mən ardıcıl olaraq dərslərimi öyrənirdim. Ancaq dərslərin çətinliyi artdıqca və ciddiləşdikcə o daş divarlar arasında ürəyim az qalırdı partlasın. O da eləydi... bir də baxırdım, əlində kitab yatağında kürəyiüstə uzanıb, oxumaqdan bezir, kitabı tolazlamamışdan əvvəl sıxıntının verdiyi əzabı düşünür, kəlmə də kəsmədən sadəcə baxışırdıq. Bir-birimizlə o qədər çox danışmışdıq ki... hələ çöldə göy üzü dolanda, lopa-lopa qar yağanda, yaxud daş divarlar arasında günlər bir az da soyuqlaşanda... sağa baxırsan divar, sola baxırsan divar, qənşərində pəncərə, həminki göy üzü və pəncərədən görünən, sovrulan qar dənəcikləri, qar, dağ, həminki göy üzü, həminki zirvələr... Zülmlü səhər başlayır, elə də günorta düşür, elə də axşam olurdu. Kamera barmaqlıqları çəkilib, çöldən bağlanana qədər həbsxanada uzaqdan gələn, kəsilmək bilməyən o səslər elə hey eşidilər, ta gecəyə qədər nəzarətçinin fit səsi həbsxananın soyuq və lal divarlarında əks-səda verib uğuldayardı...

Kamera pəncərələrindən qaralan zülmət uçurum, əl-ayaq çəkilən həbsxanada “qadınsız kişilərin” həsrət dolu gözlərini yumub yatmaq üçün apardığı mübarizə və nəhayətsiz gecələr...

Gecələri hələ yola vermək olur... Əsas gündüzlərdi... belə gündüzlərə yaxşı bələdəm. Belə günləri təkcə həbsxanada yox, çöldə, “azad küçələr”in avaralığına aludə olduğum zamanlarda belə tamam cansıxıcı, ağır, maqnitli havası ilə məni bir təhər edirdi...

Bir-birimizlə kəlmə də kəsmədən göz-gözə gəldiyimiz vaxtlarda Nazim köks ötürər, sonra nə dediyi tam aydın olmaz, öz-özünə mızıldanardı:

”“ Anasını... Hələ iyirmi il var e!

Və birdən diksinər, yatağından qalxar, müştüyünü axtarıb tapar, amma hələ də qəmli-qəmli, müştüyünə tütün qoyar, odlayar, tez-tez bir qullab alıb, gözlərimə yenə narahat-narahat baxıb deyərdi:

”“ Eh, ay kişi, sən də... Hə, indi fransızca tapşırıqlarını çıxart görüm.

Onun sıxıntısı mənimki kimi ancaq ağır günlərlə bağlı deyildi. Mənim arvadıma və uşaqlarıma baxan atam var idi. Atam sadəcə arvadıma və uşaqlarıma yox, mənə də baxırdı. Bəs o? Onun ana və bacısının elədiyi yardım, özünə güclə çatırdı, o da güc-bəlayla... Halbuki, heç kimdən bir qəpik köməklik görməyən arvadı və dostu Kamal Tahir də vardı.

Ağıllı, daxilən zəngin, çox həssas və hər şeyin yerini bilən qadın olan xanımı Pirayə, son vaxtlar gələn məktubların birində bu qış odun ala və vərəm xəstəsi olduğunu güman etdiyi qızını müalicə etdirə bilməyəcəyi barədə yazırdı.

Pirayə xanımın necə düşüncəli bir insan olduğunu yaxşı bilirdim və Nazimin dilindən onun haqqında ağızdolusu xoş sözlər eşitmişdim və başa düşürdüm ki, Pirayə xanım məhbus ərinə belə bir məktub yazmağa məcbur olacaq qədər acınacaqlı bir vəziyyətdədir.

Nazim günlərlə fikirli, düşüncəli, kefsiz olurdu. Bir dəfə: “...Mən bax bu həbsxanada, bax bu həbsxanada ikinci mərtəbənin betonundan siqaret kötüyü yığmışam, bir tək quru çörəklə səkkiz saat keçinmişəm, ancaq heç vaxt bu qədər sıxıldığımı xatırlamıram” ”“ dedi.

Bir gün Ərtoğrul ”“ kamera yoldaşımız ”“ cibgirlik üstündə tutulmuşdu, oğurladığı pul vur-tut bir neçə yüz liradan çox deyildi, ancaq səkkiz il iki ay iş kəsmişdilər ”“ dedi: Ay ustad, bir fikrim var, ancaq bilmirəm sən necə qarışlayarsan?

Fikri praktik idi: Bir neçə tikiş maşını alıb dərzi atelyesi yaratmaq. Özü də bir neçə gün sonra azad olacaq məhkumun satmaq istədiyi maşınları da var idi.

Əsl vaxtı idi. Nazim çox götür-qoy elədi. Ağzında siqaret Malta dəhlizində o baş-bu baş gəzdi. Yəqin ki, fikri bəyənmişdi deyə, səhəri gün həbsxananın rəisi, katib və müstəntiqlə əlaqə yaratdı, lazım olan icazəni aldı və işə başladı. Bir neçə gün sonra çöldən alınan tikiş maşını və buradakılarla birgə üç maşın hazır vəziyyətə gətirildi. Sap, şəriklərə aid idi deyə, yaddaşım məni aldatmırsa, hər dəzgaha ancaq iki top düşürdü, o da heç bilmirəm hansısa tarixdən kooperativdə qeydiyyatda idi. O tarixdən sonra işləyən maşınlar həmin haqlardan faydalana bilmirdi.

Saplar aldırıldı, atelyedə Nazim keflə müştüyünü tüstülədir, uğurun verdiyi həzdən burun pərləri titrəyirdi və dəzgahlar işləyirdi. Hiss olunurdu ki Nazim yerə-göyə sığmır... “Qamçılı” tikiş maşınlarının fabriki xatırladan səs-küyü içində Nazim sağa-sola, bu dəzgahdan o birinə qaçır, güllə sürətiylə “gedib-gələn” xanalara, eyni zamanda həm əlləri, həm də ayaqları ilə işləyən işçilərə baxır, bəzən çaş-baş qalır, bəzən nələrisə izah edir, bəzən də artıq “istehsaldan” danışırdı.

Bu işinin nə sərmayəsində, nə də yaradılmasında heç bir rolum olmasa da, Nazim mənə də pay ayırmışdı. Bir pay mənə, bir, ya da iki pay Kamal Tahirə, bir pay Ertoğrula, iki pay da Pirayə gəlinbacıya, bir pay da özünə...

Tikilən yataq dəstləri, dəsmallar və parçalar “Tikiş kooperativinə” göndərilir, biz ancaq toxuduğumuzun pulunu alırdıq. Məhsullar kooperativə təhvil verilib, pulu gələn günlərdə Nazim çox ciddi bir mühasibə çevrilirdi. Masa arxasına keçib, əksərən də, eynəyini taxıb, əlində qələm, qarşısında dəftər hesabat aparmağa başlardı... Bir qəpik o yana-bu yan olmazdı, hamının haqqını qəpiyinəcən hesablayar, ilk fürsətdə və ən tez vasitə ilə Pirayə gəlinbacı və Kamal Tahirin pullarını poçtla çatdırardı.

Adını “Müdir” qoymuşduq...

“... ustad, işi böyütdün, ha! Necədi? Hə, gördün... Pul belə şeydir e...”

Belə söhbətlər olurdu.

O belə söz-söhbəti müsbət qarşılayır, gülürdü:

”“ Əlbəttə, əzizim, əlbəttə, mən artıq müdir olmuşam, mən də belə pozuldum” ”“ deyirdi.

”“ Ta sizdən də adama xeyir gəlməz, ”“ deyib sataşırdım.

”“ Hə də, təəssüf belə oldu, məndən ta xeyir gözləmək olmaz. Daha bir köpüklük adam deyiləm mən.

Nazim birgə çalışdığı dostlarının bütün ehtiyacları və problemləri ilə maraqlanırdı. Tikiş maşınlarında parça tikən Qərbi Anadoluların da hörmətini qazanmışdı. Belə olması digər işçiləri nəyə görəsə bərk narahat eləyirdi. Ancaq Nazim onları eyninə də almırdı. Bildiyini eləyir, metr-metr parça toxuyurdu.

Bir ara eşitdik ki, hansısa kənddən bir ağa Nazimin əleyhinə plan qurub, onu bıçaqlatdıracaqmış.

Məsələnin maraqlı tərəfi, pulla ələ alınan bir qaraçı, Nazimin yanına gəlib; danışıb: “Nazim qardaş... Mənə çox şeylər danışdılar, mən onsuz da, eynimə almadım, qardaş... Mən o pullardan çox görmüşəm. Nazim qardaş yazıq deyil, məgər? Axmaq, məni tüfeyli zənn edib. Oğulsansa özün vur da” ”“ bu kimi sözlər söyləyib.

Hələ bir gün başqa bir plandan xəbər tutmuşdum. Nazim həbsxananın həyətində “Məmləkətimdən insan mənzərələri” şeirini yazır, əsas divarın yanında gedib-gəlir, əl-qolunu tərpədir, var-gəl edir, mızıldanır, danışırmış...

Bu vaxt həbsxananın ən yuxarı mərtəbəsindəki təcridxanalardan birində, ayaqlarında zəncir, üç nəfər, ”“ bunlar üç gün əvvəl həbsxanada narkotik alveri üstündə bir adam öldürdükləri üçün ayaqlarına zəncir vurulub təcridxanaya atmışdılar ”“ Nazimə baxa-baxa aşağı-yuxarı, təxminən belə danışıblar:

”“ Bunu görürsənmi, bunu? Bu adamın adı, vallah, tarixə düşəcək...”

”“ Əlbəttə düşəcək, kəlləli adamdı, oxuyub...

”“ Bilirsən ağlıma nə gəlir? Bir dəli şeytan deyir dur, öldür bunu... Hə, nə deyirsən, adam öldürəndə də, gərək, belə adam öldürəsən e... Yoxsa bizim kimi. Bir parabeyni öldürürük, ondan sonra bu qazamatda yat ki, yatasan. Amma bunu öldürsən, bütün dünya qəzetləri də səndən yazacaq, adın tarixə düşəcək.

”“ Yox əşi, ”“ üçüncü deyib ”“ Nazim böyük qardaşımızdı, adamın əli gələr onu vurmağa?

Bunu mənə o hissənin təmizliyinə baxan, bir adəmbaba danışdı:

”“ Amanın günüdü, Kamal qardaş, Nazim qardaşa de ki, ehtiyatlı olsun. Səfehlərin beyni çönüb, özün bilirsən də.

Bu hadisəni Nazim Hikmətə danışanda, gülmüşdü: “Yox əşi? Adı tarixə düşsün deyə, səfeh məni vuracaq... kaş düşə... tarixə düşmək üçün başqa bir iş görmək olmaz?”

Bir faktı da qısaca diqqətinizə çatdırım: Bu üç adam bir neçə gün sonra Anadolunun müxtəlif həbsxanalarına sürgün olundular. Yadımda qalan budur ki, yanılmıramsa, üçü də gedəndən bir neçə gün sonra bıçaqlanıb öldürüldülər... Bu xəbəri eşidəndə ən çox Nazim Hikmət pis olmuş, həbsxana dəhlizində xeyli var-gəl eləmişdi.

Türkiyə türkcəsindən uyğunlaşdıran: Fərid Hüseyn

Həbsxananın
(qafqazinfo)
Oxşar xəbərlər
07:11, Bu gün
Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı  daha böyükdür
06:33, Bu gün
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
06 May 2024 | 07:29
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
06 May 2024 | 09:30
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
06 May 2024 | 09:10
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
06 May 2024 | 07:29
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
06 May 2024 | 09:30
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
06 May 2024 | 09:10
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?