“Lapşin hadisəsi Azərbaycannın digər ölkələrlə münasibətlərinə xələl gətirməyəcək”
Oxunub: 1561
15 Feb 2017 | 16:16
“Lapşin hadisəsi Azərbaycannın digər ölkələrlə münasibətlərinə xələl gətirməyəcək”

Ötən ilin iyun ayında isə Aleksandr Lapşin Ukrayna pasportu ilə Gürcüstan ərazisindən Azərbaycana daxil olub. Lapşinin gömrük nəzarətindən keçərək Bakıya gəlməyə nail olmasına səbəb Ukrayna pasportunda onun adının Aleksandr deyil, Ukrayna dilində Oleksandr yazılması olub. Azərbaycan, "Dövlət sərhədi haqqında" qanunu və AR-nın Miqrasiya Məcəlləsini pozduğuna görə, Lapşinlə bağlı beynəlxalq axtarış elan edib. Lapşinlə bağlı AR Cinayət Məcəlləsinin 2 maddəsi ilə - 281.2 (dövlət əleyhinə açıq çağırışlar) və 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi açılıb.

AR CM-nin 281.2 maddəsinə görə, dövlətçilik əleyhinə ictimai çağırışlara görə, 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. CM-nin 318.2-ci maddəsinə görə isə Azərbaycan Respublikasının sərhədini qanunsuz olaraq keçmək 5 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. Azərbaycanın prosessual qanunvericiliyinə görə, maddələrdə göstərilmiş müddətə görə cəza verilərkən, cəza müddətləri üst-üstə gəlinmir və cəzanın maksimal müddəti götürülür.

Lapşin Belarusda MDB çərçivəsində Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il Kişinyov Konvensiyası əsasında saxlanılıb. Baş prokurorluğun əməkdaşlarının müşayiəti ilə Belarusdan ekstradisiya olunan Rusiya-İsrail bloqçusu Aleksandr Lapşin Heydər Əliyev Beynəlxalq Hava limanına gətirilib. Belarus Baş Prokurorluğu bu ilin yanvarında Lapşini Azərbaycana vermək barədə qərar qəbul edib. Minsk şəhər məhkəməsi Baş prokurorluğun Lapşinin verilməsi barədə qərarını qüvvədə saxlayıb. Qarabağ separatçılarına simpatiya bəsləyən Lapşin rəsmi Bakının icazəsi olmadan dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. O, bununla bağlı hələ 2011-ci ildə Azərbaycan XİN-in "qara siyahı"sına düşüb.

Fevralın 8-də Azərbaycan prezidenti İlham Əliyev Belarus prezidenti Aleksandr Lukaşenkoya telefonla zəng edib. Sputnik Azərbaycan-ın məlumatlına görə, telefon söhbəti zamanı Belarus-Azərbaycan ikitərəfli münasibətlərinin uğurlu inkişafından danışılıb, prezident Lukaşenkonun keçən ilin sonunda Azərbaycana həyata keçirilmiş rəsmi səfəri məmnunluqla xatırlanıb, səfər zamanı əldə olunmuş razılıqların uğurla icra olunduğu qeyd edilib. Siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Dövlət başçıları ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıb, prezidentlər səviyyəsində gələcək görüşlər barəsində danışıblar. İlham Əliyev, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmış Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı ədalətli mövqe və qətiyyətli addım nümayiş etdirildiyinə görə Belarus tərəfinə və şəxsən prezident Aleksandr Lukaşenkoya minnətdarlıq edib, bu addımı qanun aliliyi və beynəlxalq konvensiyalara əməl olunması, Azərbaycan-Belarus dostluq və strateji tərəfdaşlıq münasibətlərinin təzahürü kimi dəyərləndirib. Aleksandr Lukaşenko minnətdarlığa görə prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Bu və digər məsələlər ətrafında “Bizim Yol”un suallarını Qırğızıstandakı Azərbaycan diasporunun rəhbəri Nüsrət Məmmədov cavablandırıb.

- Nüsrət müəllim, Qarabağ separatçılarına simpatiyası ilə seçilən Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsi hansı tədbirlər nəticəsində mümkün oldu?

- Blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası Azərbaycan diplomatiyasında müsbət haldır. Bildiyimiz kimi Azərbaycanın Baş Prokurorluğu tərəfindən Aleksandr Lapşinə qarşı cinayət işi açılaraq dövlətlərarası axtarış elan edilmişdi. Lapşinin ekstradisiyası o deməkdir ki, bunun üçün Azərbaycanın hüquq mühafizə orqanları  tərəfindən kifayət qədər hüququ əsaslar ortaya qoyulub. Belə olan halda, Lapşinin cinayət məsuliyyətinə cəlb edilməsində qeyri-adi heç nə yoxdur. Onun günahkar olduğu hüquqi əsaslarla müəyyən edilib. Azərbaycan bu əsaslar nəticəsində insanın günahkar olduğunu obyektiv şəkildə sübut etmiş oldu. Çünki, Avropanın hüquq sistemində bunu sübut etmək çox çətindir. Lapşin etdiyi hərəkətin qanunsuz olduğunu və onun hansı nəticələrə gətirib çıxaracağını bilirdi. Çünki, Lapşin özü sosial şəbəkələrdə cinayət etdiyini və bununla qürur duyduğunu etiraf etmişdi. O, cinayətkardır. Cinayətkar qanun qarşısında cavab verməlidir. 

- Lapşinin Azərbaycana verilməsi nə kimi bir diplomatik uğur sayıla bilər?

- Əlbəttə, Aleksandr Lapşinin Azərbaycana qaytarılması Azərbaycan dövlətinin, şəxsən Prezdent İlham Əliyevin yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Həm də bu, Belarusla Azərbaycan arasındakı möhkəm dostluq münasibətlərinə söykənir. Lapşinin Azərbaycana qaytarılması Azərbaycan diplomatiyasının qələbəsidir. İrəvanda da artıq Ermənistanın Azərbaycan diplomatiyasına uduzduğunu etiraf etməyə başlayıblar. Lapşinin Azərbaycana ekstradisiyası və məhz Azərbaycan qanunlarına uyğun mühakimə olunması həm də Azərbaycanın işğal altındakı torpaqlarına qeyri-qanuni səfərlər edən şəxslərə də ciddi bir mesaj oldu. Çünki, bundan sonra kim Azərbaycan dövlətinin rəsmi icazəsi olmadan ölkəmizin ərazisinə daxil olarsa, onları da  Lapşinin taleyi gözləyir. Prezident İlham Əliyev prinsipial, ardıcıl, düşünülmüş siyasət həyata keçirir, beynəlxalq arenada Azərbaycanın mənafelərini cəsarətlə və qətiyyətlə müdafiə edir, öz qərarlarında xalqın tam və hərtərəfli dəstəyinə arxalanır, onların reallaşdırılması üçün ciddi iradə və əzm nümayiş etdirir.

- Lapşin həm Rusiya, həm də İsrail vətəndaşlığı daşıyır. Bundan sonra Azərbaycanın həmin iki ölkə ilə münasibətlərinə zərbə dəyə bilərmi?

- Bu hadisənin digər ölkələrlə münasibətlərə zərbə vuracağını zənn etmirəm. Ayrıca, Rusiyanın Dilqəm Əsgərovla bağlı məsələyə Lapşin qədər diqqət etməməsini də qeyd etmək lazımdır. Rusiya Xarici İşlər Nazirliyi blogger Aleksandr Lapşinin məsələsində ikili standartlara yol verir. Rusiya XİN ona görə ikili standartlara yol verir ki, onlar Rusiya Federasiyasının vətəndaşı olan Dilqəm Əsgərovun ermənilər tərəfdən saxlanılması məsələsini qaldırmırlar. Belarus Ədliyyə Nazirliyi isə borcunu vicdanla yerinə yetirərək Rusiya XİN-ə ölkə vətəndaşlarını qorumaqla bağlı konstitusion vəzifəsini xatırladıb. Lapşinin məsələsinə baxılarkən həm də Dilqəm Əsgərovun məsələsinə baxmaq lazım idi. Bu məsələni siyasiləşdirərək Rusiya ilə Azərbaycan arasındakı münasibətləri korlamağa cəhdlər də olacaq. Buna qətiyyən yol vermək olmaz.
  
- Bu hadisə Ermənistanda necə qarşılanır?

- Mətbuatda verilən məlumatlara görə, Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası və s. kimi hallar Ermənistan və Rusiyanın narahatlığına səbəb olub. Bu, Azərbaycanın düşmən üzərində psixoloji qələbəsi olmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünü qanunsuz keçmək istəyənlərə və əks-təbliğat aparanlara gələcəkdə bu səhvi təkrarlamamaları haqda mesaj idi. Qeyd edək ki, ermənipərəst Aleksandr Lapşin digər ölkədən deyil, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiqi olan Belarusdan ekstradisiyası onu göstərir ki, İrəvan bu ölkə ilə gerçək müttəfiq əlaqələrə malik deyil və təşkilatda fikir ayrılıqları var. Bu, həm də Belarusun Azərbaycana verdiyi siyasi dəstəyin nəticəsidir.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi səviyyəsində ekstradisiyaya etiraz etməsinə baxmayaraq, Belarusun Rusiya vətəndaşı olan A. Lapşini Azərbaycana göndərməsi, həmçinin bu ölkənin Rusiyanın artıq siyasəti ilə barışmadığının bariz nümunəsidir. Son günlər prezident Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinin Şərqi Avropa siyasətinə qarşıdır və bu siyasəti tənqid etməkdədir. Təbii ki, baş verənlər Ermənistanda və Rusiyada qəzəblə qarşılanmaqdadır. Hazırda Azərbaycana qarşı, Moskva-Yerevan-Tehran üçbucağı formalaşıb. Ermənistan Moskva və Tehranın dəstəyindən istifadə edərək, bu təxribatları davam etdirərsə, Azərbaycanın ildırım sürətli hücumuna məruz qalması qaçılmaz olacaq. Məncə Aleksandr Lapşinin Azərbaycana ekstradiyası Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi vəziyyətin gərginləşməsinə də səbəb olacaq.

 Bəzi təhlilçilər iddia edirlər ki, bu məsələ xüsusilə Rusiya ilə münasibətlərdə mənfi izlər buraxacaq. Siz necə düşünürsünüz?

- Əvvəla qeyd edim ki, Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan Aleksandr Lapşinin ekstradisiyası ilə Azərbaycan hökuməti bütün dünyaya “Azərbaycan ərazisinə icazəsiz gələn istənilən şəxsi belə bir aqibət gözləyir” mesajinı verdi. Blogger Aleksandr Lapşindən başqa işğal altındakı ərazilərə qeyri-qanuni səfərlər etmiş və ya bundan sonra edəcək şəxslərin əməllərinə də hüquqi müstəvidə qiymət verilməlidir, onlar da İnterpol xətti ilə axtarılaraq məsuliyyətə cəlb edilməsi yaxşı olardı. 
 
Hər kəs Azərbaycanın qanunlarına hörmətlə yanaşmalıdır. Azərbaycanın qanunları var. Bu ölkə işğal altında olan Dağlıq Qarabağ uğrunda mübarizə aparır. Azərbaycan dövlətinin vəzifələrindən biri Dağlıq Qarabağa gedən əcnəbilərin qanunsuz səfərlərinin qarşısını almaqdır. Hesab edirəm ki, Lapşinlə bağlı baş verən hadisə Dağlıq Qarabağa səfər edənlərə və etmək istəyənlərə dərs olacaq və bu regiona gedənlərin sayı kəskin azalacaq. 

A.Lapşin olayının Moskva ilə Bakı arasındakı münasibətlərə təsir edib-etməyəcəyi məsələsinə  gəlincə,  iki ölkə arasındakı münasibətlər hal-hazırda yüksək səviyyədədir. İnanmıram ki, bu hadisə ikitərəfli münasibətlərə təsir etsin. Əgər Lapşin Azərbaycan həbsxanasında axıra kimi cəzasını çəksə, bu, bəlkə də Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir edə bilər. Mən belə düşünürəm ki, ona hökm oxunandan sonra ya əfv olunacaq, ya da cəzasının qalan hissəsini çəkmək üçün vətəndaşı olduğu Rusiyaya təhvil veriləcək. Azərbaycanın bu addımı isə ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə səbəb olacaq. 

- Ümumiyyətlə, bu hadisə Azərbaycanın başqa dövlətlərlə münasibətlərində hansısa yeni mərhələ yarada bilər?

- Əslində, Azərbaycan bütün beynəlxalq fəaliyyətini və başqa dövlətlərlə münasibətlərini hüquq çərçivəsində qurur. Biz heç vaxt heç kimin haqqına girmirik və kimsənin də bizim haqqımıza girməsinə izn vermərik. Bu mənada Lapşin hadisəsinin beynəlxalq siyasətimizdə ciddi nələrə səbəb olacağını düşünmürəm. Zatən bütün dünya Azərbaycanın hər bir addımını beynəlxalq hüquq və anlaşma çərçivəsində atdığını bilir. Təbii ki, Lapşin məsələsində də rəsmi Bakının davranışı xarici dövlətlər tərəfindən təqdir olunacaq.

- Nüsrət müəllim, bir az xaricdəki Azərbaycan diasporunun vəziyyətindən danışaq. Diaspor təşkilatlarımızın durumu necədir? 

- Əvvəla qeyd edim ki, hazırda bəzi xarici ölkələrdəki diaspor təşkilatlarımızla həmin ölkələrdəki səfirliklərimizin arasında soyuqluq var. Bəzi hallarda səfirliklərin fəaliyyəti diasporları qane etmir və bundan Azərbaycan Prezidentinə şikayətlər olunur. Hesab edirəm ki, xarici ölkələrdəki Azərbaycanın diaspor təşkilatları gücləndirilməlidir. Dövlət ən azından diaspor təşkilatlarına mənəvi dəstək göstərməlidir ki, diasporumuz inkişaf eləsin. Azərbaycanlılarımız arasında elm, mədəniyyət xadimlərinin, böyük iş adamlarının sayı çoxalsın. Bunun Azərbaycana, yalnız xeyri olacaq. Səfirliklərimiz olduqları ölkələrdə Azərbaycan diasporunun nümayəndələri ilə intriqaya girməməli, əksinə onlara dəstək olmalıdır.

Təqdirəlayiq haldır ki, Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanın səfirliklərində ticarət nümayəndəlikləri açılıb. Hələ çox əvvəllər də bütün yazılarımda qeyd etmişdim ki, Azərbaycanın səfirliklərində yerlərdəki diasporlarla işi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri aparmalıdır. Buna qərar verilsə, hər kəs qazanar, ən birinci də Dövlətimiz. 

- Xaricdəki diaspor təşkilatlarımız, ölkəmizin dünyada tanınması, beynəlxalq nüfuzunun güclənməsi və qarşılıqlı əlaqələrin sıxlaşması baxımından hansı addımları atmalıdır?

- Beynəlxalq və xarici təşkilatlarla əlaqələr qurub Azərbaycanın mədəniyyəti, adət-ənənələri, zəngin tarixi irsimizin dünyaya çatdırılması istiqamətində ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının əvəzsiz rolu olmalıdır. Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri, təşkilat və qurumlarının müntəzəm olaraq təşkil etdiyi bu kimi tədbirlər Azərbaycan mədəniyyəti barədə dünya ölkələrində dəqiq, obyektiv təəssürat yaradır. 

- Sizin rəhbərlik etdiyiniz diaspor təşkilatı hansı fəaliyyətləri göstərir?

- Hər şeydən öncə, Qırğızıstanda fəaliyyət göstərən və mənim rəhbəri olduğum Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun gördüyü işlərin təqdirəlayiq olduğunu qeyd etməliyəm. Məlumat üçün deyim ki, Fond müntəzəm olaraq öz şəxsi vəsaiti hesabına Azərbaycanın yazıçı və şairlərinin, tanınmış qələm adamlarının kitablarını rus və qırğız dillərinə tərcümə edərək, onların Qırğızıstanda pulsuz yayımını təşkil edir. 

Rəhbərlik etdiyim təşkilata gəlincə, biz öz prinsiplərimizə sadiq qalaraq kitablar tərcümə etdirib onların nəşrinə nail oluruq. İndiyə qədər 85 kitab tərcümə və nəşr olunaraq pulsuz paylanıb. Qarşıdakı müddətdə də daha bir neçə kitabın tərcümə edilərək nəşr olunması və pulsuz paylanması nəzərdə tutulur. Məqsədimiz mədəniyyətimizi, tariximizi təbliğ etməkdir. Əgər dünyadakı Azərbaycan diaspor təşkilatlarının hərəsi 5 kitabı yaşadıqları dövlətlərin dilinə tərcümə etdirib onların nəşrinə nail olsa və pulsuz yayımını təşkil etsə, Azərbaycan həqiqətlərini ani bir vaxtda dünyaya çatdırmış olarıq. Bu da Prezidentimiz İlham Əliyevin Dünya Azərbaycanlılarının Dördüncü Qurultayında etdiyi tövsiyələri layiqli yerinə yetirməyimiz deməkdir.

- Bundan sonrakı hədəfləriniz nədən ibarətdir?

- Diqqətinizə çatdırım ki, hazırda tərcüməsi olunub nəşrə hazırlanan kitablar da var. Bunlardan biri - Kanıbəy İmanəliyevin müəllifi olduğu "Qırğızlar (vətən haqqında söz)" kitabı Azərbaycan dilində nəşr olunacaq. Artıq kitab hazırdır. Kitabı Azərbaycan dilinə Fondun sifarişi ilə Münisə Dadaşqızı tərcümə edib. Həmçinin Beqaliyevin "1916-cı il qırğız üsyanı" kitabı Azərbaycan dilində işıq üzü görəcək. Qeyd edilən kitab da artıq hazırdır. Kitabı Azərbaycan dilinə Fondun sifarişi ilə Münisə Dadaşqızı tərcümə edib.

Bundan başqa ingilis, rus, türk və qırğız dillərində ali məktəblər üçün dərs vəsaiti olan "Manas" monoqrafiyası hər dildə, ayrıca kitab şəklində hazırlanıb. Türk dilindən qırğız dilinə tərcümə edilmiş "Osmanlı İmperiyası və Türk Cümhuriyyəti" kitabı da artıq hazırdır. Kitab türk dilindən qırğız dilinə Fondun sifarişi ilə Ömürzakov tərəfindən tərcümə olunub. Rus tarixçi alimi Oleq Kuznetsovun "Transmilli erməni terroru" kitabı, Bəxtiyar Tuncayın müəllifi olduğu "Qafqaz albanlarının əlyazma irsi" kitabının 2 cildi rus dilində hazırlanıb. Eyni zamanda qırğız dilində Azərbaycan xalq nağılları hazırlanıb. Kitabı qırğız dilinə Fondun sifarişi ilə Mukan Asanaliyev tərcümə edib. Həmçinin yazıçı-publisist Yunus Oğuzun "Şah arvadı və cadugər" kitabı qırğız dilində, millət vəkili Musa Qasımlının "Anadolu və Cənubi Qafqaz 1724-1920 illərdə tarixi ədalətin axtarışında" kitabı rus dilində və Rəsul Rzanın seçilmiş əsərlərinin ikicildliyinin 1 cildi qırğız dilində (Mukan Asanaliyev və Bakıt Junusaliyevin tərcüməsində), yazıçı Varisin “Bir ovuc torpaq” və başqa kitablar hazırlanıb.
Rəhbəri olduğum Fond təkcə Azərbaycan müəlliflərinin deyil, həm də qazax və qırğız müəlliflərin əsərlərini tərcümə və nəşr etdirib onların pulsuz yayımını təşkil edir. Misal üçün tanınmış qazax şairi Muxtar Şaxanovun "Həqiqət formulu və məhəbbətin Everest zirvəsi" əsəri Azərbaycan dilinə, S. Beqaliyevin “1916 cı il-qırğız üsyanı”, K. İmanaliyevin “Qırğızıstan”, Qırğızıstan xalq şairi Eqemberdi Ermatovun "Məhəmməd Peyğəmbər" dastanı isə türk dilinə tərcümə etdirilib. Tərcümə etdirəcəyimiz kitabların seçimində xalqlarımızın mədəni əlaqələrinin inkişafında oynayacağı rol əsas götürülür.

Qırğızıstan Respublikası Prezidenti yanında dövlət dili komissiyasının sədri, Qırğızıstanın xalq şairi Eqemberdi Ermatovun "Məhəmməd Peyğəmbər" dastanının türk dilinə tərcümə edilməsində isə məqsədimiz İslamın sülhsevər, tolerant bir din olduğunu oxuculara çatdırmaqdır. Bildiyiniz kimi İslam dini adı altında bəzi sektalar yaradılır və terrorla məşğul olurlar. Beləliklə də İslam dininin terrorçu bir din olmasını beyinlərə yeritməyə çalışırlar. E. Ermatovun qələmə aldığı Məhəmməd Peyğəmbərin həyatından bəhs edən bu dastanda İslam dininin nə qədər gözəl din olduğu nəzərə çarpır. Düşünürəm ki, Eqemberdi Ermatovun "Məhəmməd Peyğəmbər" dastanı dünya ədəbiyyatında öz layiqli yerini tapacaq.
Oxşar xəbərlər
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:20, Bu gün
Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirib
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
GÜNLÜK
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq