"Əldə beş barmaq olduğu kimi, dövlətin idarəçiliyi də beş yerə bölünməlidir"
Oxunub: 2452
08 Feb 2017 | 18:21

Yazıçı-psixoloq Paşa Yaqub yeni yazdığı “Elmi-lədun işığında” kitabını nəşrə hazırlayıb. Kitabın “Dövlət və korrupsiya” bölümünü  moderator.az saytının oxucularına təqdim edirik.
(əvvəlki hissəni bu linkdən oxuya bilərsiniz: moderator.az/news/167895.html )  


Bu gün dünya ölkələrinin böyük əksəriyyətində insanlar korrupsiya bataqlığında boğulmaqdadırlar. Millətlərin içərisində olan az sayda ağıl sahibləri bu bataqlıqdan xilas yollarını düşünməkdədirlər. Bunu nəzərə alıb, elmi-lədun yolu ilə bizə öyrədilmiş dövət quruluşu sistemini paylaşırıq ki, xalqlar gələcəkdə bu sistemi öz ölkələrində tətbiq etməklə elə dövlət qursunlar ki, o quruluşda (məmurlar istəsələr belə) korrupsiyaya qurşanmaq mümkün olmasın.

Öncə qeyd edək ki, ən qədim dövrlərdən başlayaraq korrupsiya dövlətlərin idarəetmə sisteminin kökünü zədələmiş, mütəşəkkil cinayətkarlığa yol açmış, cinayətkar qruplaşmaların yaranmasına səbəb olmuş və bu qrupların əsas strategiyasına və taktikasına çevrilmişdir. Məmur özbaşınalığı, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə etmə halları, rüşvətxorluq, dövlət əmlakının talan edilməsi, maliyyə fırıldaqları və bu kimi başqa cinayət əməllərinin kökündə məhz korrupsiya durur.
 Bu gün dünyadakı bir çox korrupsioner rəhbərlərin əsas amalı bunlardır: dövlət büdcəsini dağıtmaq, gənclərin mənəviyyatını pozmaq, həkimlərin, müəllimlərin və başqa peşə sahiblərinin vasitəsi ilə xalqı məhv etmək, seçkilərin nəticələrini saxtalaşdırmaq, xüsusi mülkiyyəti məhv etmək, ekoloji tarazlığı pozmaq, insan və vətəndaşların əsas azadlığını məhv etmək, mətbuatı yaltaq jurnalistlərlə bəzəmək, azad sözü boğmaq və ən əsası dövlət hakimiyyətindən öz şəxsi məqsədləri üçün sui-istifadı etmək.

Korrupsiya hüquqi aktların və dövlətin inkarı deməkdir. Korrupsiya zülmü, zorakılığı, özbaşınalığı və s. bu kimi alçaq və rəzil xüsusiyyətləri özündə ehtiva edən çox zərərli bir əməldir. Korrupsiya fahişəlik qədər qədim bir əməldir. Rüşvət alan hakimin orqanı alınıb Dövlət orqan bankına təhvil verilməlidir ki, o, belə əməldən çəkinsin. Göydə uçan quşun hara  gedəcəyi məlum olmadığı kimi, pis dövlət başçısının da nə edəcəyi məlum olmaz.
 Korrupsioner rəhbərlər elə edərlər ki, korrupsiya əməli pis hal kimi deyil, dolanışıq halı kimi qələmə verilsin. Hüquqi aktların işləməməsi korrupsiyanın əsas səbəblərindən biri kimi göstərilməlidir. Korrupsiyanın qarşısını almaq üçün məmurun maaşı artırılmalı və göstərdiyi xidmətə uyğun bonus əlavə edilməlidir.

Məhkəmə hakimiyyətində korrupsiyanın olmasının əsas səbəbləri bunlardır: hakimlərə ciddi cəza nəzərdə tutulmaması, hüquqi aktlardakı qeyri-müəyyən nitq hissələrindən istifadənin çox olması (hüquqi aktlarda boşluqların yaranmasına səbəb olur), ictimai nəzarətin olmaması, nəzarətedici orqanın olmaması, cəzasızlıq sindromu, sahibkarların azad olmaması, hüquqi aktların işləməməsi, hakimlərin şəffaf seçilməməsi və s. 

Korrupsiyanın nəticələri bunlardır: kölgə iqtisadiyyatı yaranır, monopolistlər iri vəzifə sahibləri olur və onların sayı artır, təhsil və səhiyyə çökür, əsgər və zabitlərdə qələbəyə inam ölür, elmin inkişafı ləngidilir, xalqın milli mənəviyyat hissi ölür; yaltaq ziyalılar sinfi meydana gəlir, beyinlər kütləşir, dövlətin içindəki mafioz qruplar biznesmenləri sıxır, yoxsulluq artır, hakimiyyətə inam azalır, xarici sərmayəçilərin etibar və inamı itdiyindən yatırımlar azalır, hüquq-mühafizə orqanları konkret şəxslərə və ailələrə işləyir, tayfa klan hakimiyyətləri yaranır və sifarişli məhkəmələr və s. 

Hansı xalq ki, korrupsiyaya hörmət kimi baxır, o, xalq şübhəsiz məhvə məhkumdur. Korrupsiyanın əcdadı mənəvi pozğunluqdur. Rüşvət alan məmura ilk öncə xəbərdarlıq edin və onun iş yerini dəyişin. Əgər o ikinci dəfə bu hərəkəti etsə o zaman onun bütün əmlakı dövlət tərəfindən alınsın, hərracda satılsın və ehtiyacı olanlara əvəzsiz verilsin . Yaradan insana var dövləti ona görə verir ki, insan onu xoş niyyətlər üçün istifadə etsin və ehtiyacı olana yardım etsin.

Ey insanlar, sizin ən böyük amalınız zülm və istibdaddan, qorxu və ehtiyacdan azad bir dövlətdə asudə və rahat yaşamaqdır. 
Ey insanlar, bilin və agah olun ki, insanın insana qarşı törətdiyi cinayətin kökündə şübhəsiz, varlanmaq ehtirası dayanır. Varlı olmaq və ya yaxşı yaşamaq hamının istəyi olsa da, başqasının hesabına varlanmaq hər adamın arzusu deyil. Hər bir insan öz zəhməti hesabına varlanmalı, yalnız haqqı olan maddi nemətlərlə kifayətlənməlidir. 
Ey insanlar, bilin və agah olun ki, var dövlət toplamaq insanın ən böyük missiyası olsaydı, təbii ki, bunu peyğəmbərlər, filosoflar hamıya dəfələrlə bəyan edərdilər. İnsanın ən böyük missiyası xeyir əməl sahibi olmaq və elmlənməkdir. Şübhəsiz, insanın ən böyük amalı bəşəriyyəti maarifləndirmək, əhəmiyyətli ideyalar irəli sürmək və həyatı dərk etməkdir.

Ey rəhbərlər! İşçilərnizə inanın, amma, daima onları yoxlayın. Hər şeyə şübhə ilə yanaşmaq olar, amma hər şeyə inamsızlıq göstərmək olmaz. 
Müharibələrin özü insan acgözlüyünün, hərisliyinin ən yüksək səviyyəsi deyilmi? İnsan qətlləri, üsyanlar hakimiyyət ehtirasının nəticəsi deyildirmi? Bəzi şəxslər deyərlər ki, dünya fanidir, vəfasızdır. Əslində fani də, vəfasız da tamahkar insanın özüdür. Bir insanın təminatı yoxdursa, öz evində acından ölürsə, onun ölümündə kimdir günahkar: insan, dünya, yoxsa dövlət? Məgər dövlət elə insan deyilmi? Dövlətin başında duran kimdir: dünya, yoxsa insan? 

Əl idarəçiliyin simvoludur; məgər insanlar bunu bilmirlərmi? Əldə beş barmaq olduğu kimi, dövlətin idarəçiliyi də beş yerə bölünməlidir:

1)Baş barmaq məhkəmə hakimiyyətini;
2) İşarə barmağı nəzarət edici hakimiyyəti; 
3)Orta barmaq imtahanları təşkil edən hakimiyyətin bir qolunu;
4) Üzük barmağı qanunverici hakimiyyəti;
5) Kiçik barmaq isə, icraedici hakimiyyəti bildirir. 



Quracağınız dövlətdə  hakimiyyətin bu qolları qarşılıqlı fəaliyyət göstərməli və öz səlahiyyətləri daxilində müstəqil olmalıdırlar.
Məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək üçün hakimliyə namizədlər ilk olaraq imtahan versinlər. (İmtahanları vahid qurum təşkil etməlidir.) Sonra isə, hakimlər yüksək bal toplayan namizədlər arasından  xalq tərəfindən seçki yolu ilə seçilsinlər. 
Məhkəmələr Cinayət, Mülki, İnzibati, İqtisadi, Apellyasiya və Ali məhkəmələrə bölünsünlər.

 Məhkəmə qərarlarının icrasına “Nəzarət edici orqan” nəzarət etsin. Nəzarət edici orqanı “Baş Senzorluq” adlandırın. Senzorun rəhbəri “Baş senzor” adlansın. Senzorluq ölkədə bütün hüquqi aktaların icrasına nəzarət etsin. Senzorun işçiləri Ali hüquq təhsilli olmalı və işə imtahan verərək seçilməlidirlər.
 Baş Senzor senzorlar arasından stajı, biliyi və təcrübəsi nəzərə alınmaqla, püşk atma yolu ilə 7 il müddətinə seçilsin və bir daha bu vəzifəni tuta bilməsin. Keçmiş Baş Senzor seçilmiş şəxs səlahiyyət müddəti bitdikdə birbaşa Dövlət Şurasının üzvü sayılsın .
Dövlət Şurasının üzvləri insan hüquq və azadlıqlarına ziyan verəcək hər bir qərara veto qoymaq hüququna malik olsunlar və onlar toxunulmaz sayılsınlar. 

İmtahan Şurası ən savadlı, bilikli, elm adamlarından ibarət tərkibdə yaradılsın və şuranın əsas məqsədi dövləti savadlı kadrlarla təmin etmək olsun.
 
Qanunverici hakimiyyət isə, Hüquqi aktların ekspertiza şurasıdır. Şura bütün hüquqi aktlar qəbul edilməmişdən əvvəl onun ekspertizasını həyata keçirsin və şuranın işçiləri ən savadlı hüquqşunas, iqtisadçı və digər peşə sahiblərindən ibarət olsun. Şurada qanunvericilik təşəbbüsünü hər bir vətəndaş elektron və yazılı formada bildirə bilər. Şurada millət vəkilləri olmasın. Şurada ancaq ekspert və mütəxəssislər təkliflər hazırlasınlar. Təkliflər ümumi bəşəri dəyərlərə zidd olmamalıdır. Şurada hazırlanmış qanunları (və onlara vaxtaşırı edilən dəyişiklikləri) ümumxalq referendumu ilə qəbul edin.

İcraedici hakimiyyətinizin başçısını Strateq adlandırın. Strateq öz icra səlahiyyətlərini həyata keçirmək üçün ixtisaslaşmış qurumlara rəhbərləri Baş senzorluq və İmtahan şurası ilə razılaşdırmaqla təyin etsin. Strateq 7 il müddətinə seçilsin. Strateq seçilmiş şəxs bir daha yenidən strateq seçilə bilməz. Əvvəllər strateq seçilmiş şəxs səlahiyyət müddəti bitdikdən sonra birbaşa Dövlət Şurasının üzvü olsun. 
Strateq ölkəni aşağıdakı xalq tribunları vasitəsi ilə idarə etsin:
 
1)Hərbi işlər üzrə xalq tribunu ”“ bütün silahlı qüvvələrə, hərbi sənayeyə və hərbi xidmətə çağırışa nəzarət etsin. 
2) Maliyyə işləri üzrə xalq tribunu  ”“  dövlətdə işləyən işçiləri və işləməyən vətəndaşları sosial müavinət və pensiya alan şəxsləri hər ay vaxtlı-vaxtında pulla təmin etsin.
 
3) Daxili işlər üzrə xalq tribunu  ”“   bu vəzifə həm  də vitse-strateq sayılsın. Daxili işlər üzrə xalq tribunu ölkənin miqrasiya, vergi, gömrük siyasətinə, fövqəladə hallara və türmələrə nəzarəti həyata keçirsin.  Bu qurum həm də ölkədəki bütün təhqiqat və istintaqları aparsın. Bu quruma rəhbərlik edən şəxs  dövlətin bütün qubernatorlarının başçısı sayılsın.
 
4) Qubernatorlar İmtahan şurasının təşkil etdiyi imtahanları müvəffəqiyyətlə verən şəxslərdən ən çox bal toplamış şəxs seçilsin.  Əgər iki və daha artıq ən çox bal toplamış şəxs olarsa,  onda qubernatoru onlar arasından püşkatma yolu ilə seçin.
 Qubernatorlar öz ərazilərində qeydiyyat idarələrinə, təhsilə, səhiyyəyə, ekologiya idarələrinə... tam nəzarət etsinlər. 

5)Mədəniyyət işləri üzrə xalq tribunu  ”“  turizmə,  idmana, tikinti və bərpa işlərinə nəzarət etsin və tikintilərə icazə versin. 
 
6)Yüksək texnologiyalar və Nəqliyyat işləri üzrə xalq tribunu  ”“ su, quru, dəmir yolu, hava, kosmosdakı işlərə nəzarəti və aidiyyatı yerlərdəki təmir bərpa işlərinə nəzarəti həyata keçirsin. 

7)Xarici işlər üzrə xalq tribunu  ”“  ölkənizin xarici siyasətini müəyyən etsin.
 
İnsan və Dövlətin mühafizəsinin təşkili üzrə xalq tribunu  ”“ dövlətinizin və vətəndaşlarınızın təhlükəsizliyini təmin etsin.

9)İqtisadi inkişaf üzrə xalq tribunu ”“  kənd təsərrüfatı və digər dövlət inkişafı üçün müxtəlif proqramları hazırlasın və onları icra etsin. 

10)Bütün Banklar dövlətin müstəsna mülkiyyətində olsun. Sələmi haram elan edin. Bank işçiləri maaşlarını dövlətdən alsınlar.  

Xalq tribunları və qubernatorlarınızın səlahiyyət müddəti beş il olsun və bir şəxs  yalnız bir dəfə həmin vəzifələri tuta bilsin. 

Bu gün dünyada olan  xalqların böyük əksəriyyəti korrupsiyalaşmış dövlət qurumlarının əsarətində qalmışlar və çıxış yolu axtarırlar. Yuxarıda göstərdiyimiz dövlət quruluşu sistemi bəşəriyyətə bir model olaraq təklif edilir. Əgər sizlər həqiqətən də korrupsiya ilə mübarizə aparıb, onun kökünü kəsmək istəyirsinizsə, onda öz ölkələrinizdə bu modeli tətbiq etməyniz təklif olunur. 
 

(ardı var)
Oxşar xəbərlər
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”