Sürgündə ikən ilk Sovet Uran yatağını tapan azərbaycanlı alim...
Cəmiyyət
Oxunub: 7216
29 Jan 2017 | 20:31
Sürgündə ikən ilk Sovet Uran yatağını tapan azərbaycanlı alim...
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti seçilmiş bir qrup tələbəni Qərbi Avropa, Rusiya və Türkiyədə ali təhsil almaq üçün göndərdi. Cəmiyyətin müxtəlif təbəqələrindən təxminən 100 tələbə xaricə göndərilmiş, Təhsil Nazirliyinə isə buna görə 7 milyon rubl təsis edilmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qırmızı Ordunun ölkəyə girişi nəticəsində ölkənin sovetləşməsinə baxmayaraq, tələbələr təhsilini davam etdirmişdir. Təhsilini bitirdikdən sonra tələbələrin əksəriyyəti Azərbaycana dönmüş, zavod rəhbərləri və neft yataqlarının idarəçiləri kimi əhəmiyyətli uğurlar əldə etmişlər. Onların bəziləri hətta Lenin ordeni kimi dövlət mükafatları ilə təltif olunmuşlar. Lakin 1930-cu illərdə tələbələrin bir qismi Azərbaycan müstəqilliyinin bərpa edilməsi yolunda fəaliyyəti və Almaniya üçün casusluq ittihamı ilə NKVD tərəfindən repressiyaya uğramışdır.

Azərbaycana dönənlərin taleyi 

Tələbələrin əksəriyyəti təhsilini bitirdikdən sonra Azərbaycana dönmüş və vətən uğrunda çalışmışlar. Azərbaycanda məzunlar görüşlərini davam etdirmiş, sevinclərini və uğursuzluqlarını öz aralarında bölüşmüşlər. Bu tələbələrdən biri də Almaniyada təhsil almış Cəfər Kazımov olmuşdu. 
Cəfər Kazımov 21 dekabr 1896-cı ildə Bakıda anadan olmuşdur. Bakıda orta məktəbi bitirdikdən sonra 1920-ci ildə Almaniyaya təhsil almağa göndərilir. İlkin olaraq Darmstad texniki ali məktəbində oxumağa başlayır. Sonra təhsilini Frayberq Dağ-mədən Akademiyasında davam etdirir. 27 noyabr 1925-ci ildə təhsilini Dağ-mədən mühəndisi kimi başa vuraraq mühəndis dərəcəsinə layiq görülür.
Cəfər Kazımovun böyük qardaşı - Azərbaycan KP MK Rəyasət heyətinin üzvü, Səhiyyə nazirinin müavini Ağahüseyn Kazımov 1937-ci ildə xalq düşməni kimi həbs edilərək güllələnmişdir. Yeri gəlmişkən, Ağahüseyn Kazımov 1916-cı ildə Kiyev Dövlət Universitetinin Tibb fakültəsini bitirmişdi. I Dünya Müharibəsində həkim kimi iştirak etmişdi. Kommunist ideyalarına sadiq bir insan idi. Azərbaycanda sovet hakimiyyəti qurulan zaman ilk Səhiyyə Komissarı olmuşdur. 1937-ci ildə tam gücü ilə işləyən repressiya maşını onu da "üyütdü". Bəraət alandan sonra 1 N:-li Bakı şəhər poliklinikasına A. Kazımovun adı verildi.

Cəfər Kazımovun isə ən əzablı günləri də məhz həbsdən sonra başladı və bu 1 il 10 ay 15 gün davam etdi. Maraqlıdır ki, müstəntiqlər onun "xalq düşməni" olmasını sübut edəcək heç bir dəlil tapa bilmirdilər. Azərbaycan Xalq Daxili İşlər Komissarının müşaviri 1940-cı ildə Moskvaya ezam olundu və o dövr üçün görünməmiş dərəcədə uzanan bu işə nəhayət ki, yekun vuruldu. Həmin il yanvarın 26-da "xalq düşməni" Cəfər Kazımova 5 il iş kəsilərək Komi MSSR-ə, Uxta şəhərində yerləşən Qütb düşərgəsinə göndərildi. O da digər məhbuslar kimi, çox hissəsi bataqlıqlardan ibarət olan ərazilərdə əsasən meşələrin qırılması və başqa ağır işlərlə məşğul olmuşdu. Hər tərəf buzla, maviyə çalan qarla örtülsə də iş günü 12 saatdan az olmurdu. Belə şəraitdə məhbuslar yorulub əldən düşür, ölümcül vəziyyətdə olurdular. Cəfər Kazımovun milliyyətcə polşalı olan həyat yoldaşı və Bakıda ən hörmətli cərrahlardan biri hesab olunan Mariya xanım ərinə məhbus üçün ən zəruri olan çəkmə, corab, isti paltar və gizli yerdə-çəkmənin dabanında 1000 rubl pul göndərir. Təəssüf ki, Cəfər Kazımov o pulları tapa bilmir... 

"Xalq düşməni" kimi həbs olunmuş insanların içərisində qayğıkeş və rəhmdilli insanlara tez-tez rast gəlinirdi. Onlardan məşhur bakılı geoloq-alim V.Boqaçev və M.Ağamirov  C.Kazımova çox qayğıkeşlik etmiş, mənəvi dayaq olmuşlar.

O zaman həbs düşərgələrində alim və mütəxəssislərə qarşı belə bir ssenari tətbiq olunurdu: - əvvəlcə onları ağır və alçaldıcı işlərə cəlb edir, sonra isə "xüsusi rəhmdillik əlaməti" olaraq həbsə qədər məşğul olduqlarına oxşar işə cəlb edirdilər. Nəhayət ki, Cəfər Kazımova da beləcə "mərhəmət" göstərildi və onu Uxta Kombinatının Mərkəzi elmi-tədqiqat laboratoriyasında elmi əməkdaşlığa keçirdilər və 1945-ci ilin oktyabrınadək orada işlədi. Xoşbəxtlikdən laboratoriya rəisi gənc azərbaycanlı geoloq Rüstəm Vəkilov idi. Sonralar, 60-70-ci illərdə Azərbaycanda yüksək vəzifə tutacaq, əsil-nəcabətli, son dərəcədə ziyalı və ədalətli insan olan R.Vəkilov yeni işçisinə xüsusi qayğıkeşlik göstərir, onunla səmimi rəftar edirdi

1945-ci ilin oktyabrından Uxta Kombinatın Şimalı  Timan  Ekspedisiyasına R.Vəkilovu rəis təyin etdilər. C.Kazımov bu ekspedisiyanın tərkibində uzunmüddətli geoloji axtarış işlərində 2 dəfə  iştirak  etdi;- ilk  dəfə  14  ay,  sonra  isə 9  ay. Ekspedisiyanın  baş geoloqu A.İvanovun verdiyi xasiyyətnaməyə görə C.Kazımov "Tundra şəraitində özünü işgüzar, bacarıqlı və dözümlü bir işçi kimi göstərib. O, vəzifə borclarını həmişə vicdanla, səliqəli və düzgün icra edib".

1947-ci il C.Kazımov üçün çox uğurlu olur. R.Vəkilovun rəhbərliyi altında  ekspedisiya böyük nailiyyət əldə etdi: - Qütbə yaxın yerdə ilk Sovet uranı yatağı tapıldı!  Sovet dövlətinin müdafiə qabiliyyətinin yüksəlməsi yolunda bu kəşfin dəyəri o  dövr  üçün heç bir ölçüyə gəlmirdi. Bu  kəşfin əsas müəllifi şübhəsiz ki, haqlı  olaraq C.Kazımov hesab edilirdi. Düşünmək olardı  ki, bununla da hər şey yoluna qoyuldu.  Böyük zəhmət və gərgin əmək bahasına qazanılmış bu misilsiz nailiyyət C.Kazımovu ruhlandırdı və o, Moskvaya, Sovet rəhbərliyinə müraciət edərək vətənə-Azərbaycana  buraxılmasını xahiş etdi. Təəssüf ki, müsbət cavab ala bilmədi. 

Nəhayət, 1948-ci ilin sonlarında SSRİ-nin Barens dənizi sahilində, Tundrada nəhəng  ehtiyatlara  malik uran yatağının azərbaycanlı fatehinə məzuniyyət götürərək vətənə gəlmək şansı verilir. İlahi, bu möcüzədirmi? “Xalq düşməni”  kimi  Rusiyanın ən ucqarına göndərilən  alim, məhbus, əsil  fateh  kimi  vətənə  dönür". Hətta qızı  Leylaya  Moskvadan qol saatı da almaq istəyir. O, necə də sevinir, nəhayət, sevimli qızını, həyat yoldaşı Mariya xanımı və digər yaxınlarını görəcək. Elə bu zaman dəhşətli bir hadisə baş verir. Sibirin kəsici soyuqlarına, məşəqqətlərlə dolu düşərgə həyatına mətanətlə dözməklə əsil qəhrəmanlıq  nümayiş  etdirmiş insanın - Cəfər Kazımovun bədəninin sağ tərəfi qəflətən iflic olur ki, bu  da onun ömürlük əlil qalmasına səbəb olur. Bu ağır xəbəri onun ömür yoldaşı Mariya xanım Kazımova-Siosinskayaya Cəfər Kazımovun rəisi və yaxın dostu Rüstəm Vəkilov məktubunda ehtiyatla, mənəvi cəhətdən yaralamaqdan ehtiyat edə-edə bildirir. Ağır xəstə olan Cəfər Kazımova nəhayət ki, 1949-cu ildə Azərbaycana qayıtmağa icazə verilir. Onu  Uxtadan  Bakıya həyat yoldaşı  Mariya  xanım ümumi vaqonda gətirməli olur. Maraqlıdır ki, köməksiz heç bir addım belə ata bilməyən insana Bakıda yaşamağa belə icazə vermirlər və o, Şamaxıda məskunlaşmağa məcbur olur. Lakin qayğıkeş və sadiq həyat yoldaşı onu tez-tez gizli olaraq Bakıya gətirirdi. Bəzən, hətta boşboğaz qonşulardan kimsə milisə xəbər verənədək lap aylarla ailəsinin yanında yaşayırdı. O, Bakıya həmişəlik yalnız 1955-ci ildə tam bəraət qazanandan sonra qayıda bildi.

Sovet İttifaqının rəhbəri Nikita  Xruşşovun  gəlişindən  sonra  insanlar "mülayimləşmə" ab-havası hiss edən  zaman o, dəfələrlə təmizə çıxarılmaq ”“ tam  bəraət qazanmaq  üçün  müraciət  etdi  və nəhayət, partiya  sıralarına  da  bərpa olundu.  Fəqət, acı olsa da artıq onun fəal həyat yaşamaq şansı sıfıra enmişdi.

Bakıda məşhur cərrah olan Mariya xanım Cəfər Kazımovun fiziki və mənəvi əzablarının yüngülləşməsi naminə əlindən gələni etdi. Xalqımızın görkəmli oğlu Cəfər Ələsgər oğlu Kazımova 1967-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Qırmızı Əmək Bayrağı  Ordeni verildi.  Bu dövlət təltifi onun xidmətləri və haqsız olaraq çəkdiyi əzabların müqabilində qismən də olsa mənəvi təskinlik idi. 1968-ci ildə Cəfər Kazımov bu amansız dünyaya gözlərini əbədi olaraq yumdu.

Osman Eminov

Oxşar xəbərlər
06:12, Bu gün
Qonşu ölkə silkələndi
01:51, Bu gün
Çində zəlzələ oldu
01:50, Bu gün
Qaradağda ağır yol qəzasında iki nəfər yaralanıb
01:49, Bu gün
Putin müşavirini işdən qovdu
01:24, Bu gün
Fransa Yeni Kaledoniyaya əlavə hərbi qüvvələr göndərir
01:00, Bu gün
Türkiyənin Egey sahillərində kəşf ediləcək məkanlar
00:58, Bu gün
Zaqatala ərazisinə dolu yağıb
00:45, Bu gün
Türkiyə Prezidenti “Avroviziya”nı ailə dəyərlərinə təhlükə adlandırıb
00:39, Bu gün
Qaxda maşın təmiri sexləri yanır
00:04, Bu gün
Rəisiyə hədiyyə edilən üzük meyitin tapılmasında kritik rol oynadı - FOTO
20 May 2024 | 23:47
Ərdoğan: Türkiyə Azərbaycanla Ermənistan arasında davamlı sülhə nail olmaq üçün hər cür səy göstərir
20 May 2024 | 23:27
Çin aprel ayında Rusiyadan neft idxalını azaldıb
20 May 2024 | 23:17
Roza Zərgərli bu fotolarla gündəmə gəldi
20 May 2024 | 23:13
Ərəb şirkəti Avropadan 144 təyyarə alır
20 May 2024 | 22:59
Ədliyyə naziri Tovuzda vətəndaşları qəbul edib
20 May 2024 | 22:57
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 20 nəfər həbs olundu
20 May 2024 | 22:47
ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib
20 May 2024 | 22:46
Muxtar Babayev Tacikistanın sənaye və yeni texnologiyalar naziri ilə görüşdü
20 May 2024 | 22:44
"Estoniya NATO qoşunlarının Ukraynaya göndərilməsinə çağırış edib" - "Financial Times"
20 May 2024 | 22:42
ABŞ İrana helikopter qəzası ilə bağlı yardım etməkdən imtina edib
20 May 2024 | 22:42
Rusiyada azərbaycanlılara məxsus restoran yanıb - VİDEO
20 May 2024 | 22:14
Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz
20 May 2024 | 22:12
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
20 May 2024 | 22:01
Türkiyədə milli matəm elan edildi
20 May 2024 | 21:55
“Süni intellektin tənzimlənməsi - Milli parlamentlərin rolu”
20 May 2024 | 21:54
"Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Netanyahunun həbsinə order verilməsini tələb edir" - CNN
20 May 2024 | 21:53
"İran dostları Rusiyanı Rəisinin dəfninə dəvət etməyib, Moskva isə hüzn içindədir..."
20 May 2024 | 21:50
"Liverpul" klubu yeni baş məşqçisinin adını açıqlayıb
20 May 2024 | 21:49
Pakistandan Türkiyəyə maraqlı təklif
20 May 2024 | 21:07
“O,  daha çox Avropa dəyərlərinə üstünlük verir, Rusiyaya qarşı İngiltərə və Fransa ilə münasibət qururdu...”
20 May 2024 | 21:04
Bakı-Tiflis-Qars xətti üzrə yükdaşımalara start verildi
20 May 2024 | 21:03
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
20 May 2024 | 20:52
Azərbaycan-İran əməkdaşlığı regional iqtisadi inkişafa töhfə verəcək
20 May 2024 | 20:50
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
20 May 2024 | 20:42
İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlandı
20 May 2024 | 20:38
Ərdoğan İlham Əliyevə zəng edib
20 May 2024 | 20:35
Azərbaycanda iki teatrın adı dəyişdirilir, işçilərinin maaşı artırılır
20 May 2024 | 20:22
Rəisinin olduğu helikopterin siqnalı ya sönülü olub, ya da...
20 May 2024 | 20:14
Azərbaycan cüdoçusu dünya çempionu olub
20 May 2024 | 20:04
Ağsuçaydan sel keçir, Şahdağa qar yağır - FAKTİKİ HAVA
20 May 2024 | 19:54
Putin müdafiə nazirinin müavinini işdən çıxardı
20 May 2024 | 19:45
BMT TŞ-nin iclasında İrana görə bir dəqiqəlik sükut elan olunub
20 May 2024 | 19:33
Sarımsağı belə yetişdirin – Alma boyda olacaq
20 May 2024 | 19:26
ABŞ və İran arasında gizli danışıqlar - Təfərrüatlar AÇIQLANDI
20 May 2024 | 19:19
Rəisinin helikopteri fövqəladə vəziyyət siqnalı verməyib? - Türkiyəli nazirdən AÇIQLAMA
20 May 2024 | 19:11
Allahşükür Paşazadə Xameneyiyə başsağlığı verdi
20 May 2024 | 19:00
Bəxt onlardan üz çevirdi: Üç bürc üçün mayın sonu sevindirici olmayacaq
20 May 2024 | 18:53
Mühəndis pilot açıqladı: Helikopterin qalıqları sübut edir ki...
20 May 2024 | 18:44
Cavanşir körpüsünün söküntü işləri bu tarixdə bitəcək
20 May 2024 | 18:37
"Ayrı-ayrılıqda gözəlik, amma tamamlana bilmədik" - FOTO
20 May 2024 | 18:30
Faiq Ələkbərli M.Ə.Rəsulzadə ilə bağlı respublika simpoziumunda iştirak edib - FOTO
20 May 2024 | 18:21
BDU-nun Tələbə Elmi Cəmiyyəti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə seminarlara başlayıb - FOTO
20 May 2024 | 18:02
Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır" - VİDEO
20 May 2024 | 17:57
Əli Əsədov qərar imzaladı
20 May 2024 | 17:54
UNEC-in ev sahibliyi ilə Türk Universitetlər Birliyinin 7-ci Baş Assambleyasının iclası keçirilib - FOTO
20 May 2024 | 17:51
BDU tələbələri üçün “workshop”: “Professional CV necə hazırlanır?”
20 May 2024 | 17:48
“Rusiyada diversiyalar törədən partizanlar arasında tanıdığım ruslar da var...”-Ekspert
20 May 2024 | 17:48
"İsrail öz hərbi əməliyyatlarını siyasi strategiya ilə uzlaşdırmalıdır" - Sallivan
20 May 2024 | 17:46
Rəisinin dəfn tarixi və yeri açıqlandı - YENİLƏNİB
20 May 2024 | 17:45
Fəzail Ağamalı: "Siyasi birliyin milli dövlətçiliyimizdə yeri və rolu"
20 May 2024 | 17:41
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
20 May 2024 | 17:38
Prezident fərman imzaladı
20 May 2024 | 17:37
“İstərdik ki, səmimi olaraq elan etdikləri yolun doğruluğuna inansınlar”
20 May 2024 | 17:35
Türk Dövlətləri Təşkilatının Baş katibi BDU-da - FOTO
20 May 2024 | 17:34
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
20 May 2024 | 17:32
“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqləndi
20 May 2024 | 17:29
Bu mayda yağıntı əvvəlki illərlə müqayisədə daha çox olub
20 May 2024 | 17:26
BDU-nun daha bir tələbəsi İsveçin dövlət təqaüdünün qalibi olub
20 May 2024 | 17:23
Zəngəzur meşələrindən reportaj - VİDEO
20 May 2024 | 17:20
"Azər Axşam mənim üçün heç kimdir"
20 May 2024 | 17:17
BDU-da Heydər Əliyevə həsr edilmiş poeziya gecəsi keçirilib - FOTO
20 May 2024 | 17:13
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
20 May 2024 | 17:11
BDU-da “Şərq filologiyası məsələləri” mövzusunda Respublika elmi konfransı keçirilib - FOTO
20 May 2024 | 17:09
AFFA Hakimlər Komitəsindən sərt QƏRAR
20 May 2024 | 17:05
DJ Fateh BDU-nun tələbə-jurnalistlərinə təlim keçib - FOTO
20 May 2024 | 17:00
Qarabağ Universitetinə rektor təyin edildi
20 May 2024 | 16:55
Sakit okean regionunun institutları Yeni Kaledoniyaya dəstək bəyanatı yayıblar
20 May 2024 | 16:50
Ukrayna Rusiyanın Qara dəniz Donanmasının daha bir gəmisini batırıb
20 May 2024 | 16:45
"Dollar Nizami"yə hökm oxundu
20 May 2024 | 16:40
Deputat: "Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?"
20 May 2024 | 16:35
BDU-da “Könüllülük həftəsi” keçirilir - FOTO
20 May 2024 | 16:29
Xarici dillər üzrə imtahana və əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat aparılır
20 May 2024 | 16:25
Keçən il Azərbaycanda qarşısı alınan erkən nikahların sayı AÇIQLANDI
20 May 2024 | 16:22
Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar
20 May 2024 | 16:20
Hidayət Heydərov dünya çempionatında finala yüksəldi
20 May 2024 | 16:16
Muxtar Babayev Latviya Seyminin sədri ilə görüşdü
20 May 2024 | 16:10
Ötən il Azərbaycanda 74 minə yaxın abort qeydə alınıb - RƏSMİ
20 May 2024 | 16:08
Mədəniyyət Nazirliyinin Teatr sektoruna təyinat olub
20 May 2024 | 16:05
Azərbaycanda neçə nəfər aliment ödəyir?
20 May 2024 | 16:04
TÜRKSOY-un, ADA və ADMİU-nun rəhbərliyi “Əsrə bərabər gün” tamaşasında
20 May 2024 | 16:00
Canlı efirdə QALMAQAL: Dalaşıb efiri tərk etdi - VİDEO
20 May 2024 | 15:55
Qəza olan ərazidə naməlum şəxs göründü - VİDEO
20 May 2024 | 15:49
"Rusiyanın əsl dostu, görkəmli siyasətçi Rəisinin işıqlı xatirəsi həmişə qəlbimdə yaşayacaq" - Putin
20 May 2024 | 15:47
"Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq
20 May 2024 | 15:47
"Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq
20 May 2024 | 15:42
Ötən il 175 nəfər münasibətdə olduğu şəxsin zorakılığına məruz qalıb - HESABAT
20 May 2024 | 15:37
"Bild": "Rəisinin olduğu helikopter uçuşa yararsız idi"
20 May 2024 | 15:32
İran prezidentinin helikopterinin qəzaya uğradığı yerdən yeni görüntülər - VİDEO
20 May 2024 | 15:31
“Azərbaycanın qərb regionlarında icma əsaslı aqroturizmin inkişafı imkanları və perspektivləri” mövzusunda konfrans keçirilib
20 May 2024 | 15:26
Azərbaycanda 9 kişiyə mühafizə orderi verildi
GÜNLÜK
20 May 2024 | 07:33
“Telefonundan siqnal gəldi, ora gedirik” - Helikopterin yeri bilindi
20 May 2024 | 11:23
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
20 May 2024 | 08:09
Artvində azərbaycanlı qadınların başına oyun açdılar: "Sənin işin kişilərlə..."
20 May 2024 | 08:36
İran Prezidenti və heyəti helikopter qəzasında HƏLAK OLUB
20 May 2024 | 15:20
Elmira Rəhimova Mahsun Kırmızıgüllə görüşünün səbəbindən DANIŞDI: "Gözlərinə inanmırdı ki, o mənəm..."
20 May 2024 | 07:47
Xilasedicilər istilik mənbəyinə çatdılar - Əsər-əlamət yoxdur
20 May 2024 | 07:26
İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub
20 May 2024 | 08:49
İran prezidentinin vəzifəsini icra edəcək şəxsin adı BƏLLİ OLDU 
20 May 2024 | 08:17
Helikopterin qəzaya uğradığı yerin ilk FOTOSU
20 May 2024 | 08:28
İranın polis şefinin öldürülməsi haqda xəbərlər yanlışdır...-“Tasnim”
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
20 May 2024 | 07:33
“Telefonundan siqnal gəldi, ora gedirik” - Helikopterin yeri bilindi
20 May 2024 | 11:23
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
20 May 2024 | 08:09
Artvində azərbaycanlı qadınların başına oyun açdılar: "Sənin işin kişilərlə..."
20 May 2024 | 08:36
İran Prezidenti və heyəti helikopter qəzasında HƏLAK OLUB
20 May 2024 | 15:20
Elmira Rəhimova Mahsun Kırmızıgüllə görüşünün səbəbindən DANIŞDI: "Gözlərinə inanmırdı ki, o mənəm..."
20 May 2024 | 07:47
Xilasedicilər istilik mənbəyinə çatdılar - Əsər-əlamət yoxdur
20 May 2024 | 07:26
İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub
20 May 2024 | 08:49
İran prezidentinin vəzifəsini icra edəcək şəxsin adı BƏLLİ OLDU 
20 May 2024 | 08:17
Helikopterin qəzaya uğradığı yerin ilk FOTOSU
20 May 2024 | 08:28
İranın polis şefinin öldürülməsi haqda xəbərlər yanlışdır...-“Tasnim”