"Köhnə Qvardiya" labirinti - 14 illik "keçid dövrü" başa çatır...
Oxunub: 26022
19 Jan 2017 | 21:01
Ölkə mediasının əsas mövzusunun nədən ibarət olduğu sualına cavab axtarmalı olsaq təbii ki, xəbər bolluğundan seçim etmək o qədər də asan olmayacaq. Amma heç şübhəsiz, cəmiyyətdə ən çox cavab axtarılan suallardan biri də prezidentin nəhayət 2017-ci ildə gözlənilən kadr islahatlarına gedib-getməyəcəyi ilə bağölıdır. Doğrudur, siyasi texnoloqların məntiqi ilə məsələyə yanaşmalı olsaq, ölkə iqtisadiyyatının hələ post-neft dövrünə hazır olmadığı, hökümətin çaşqınlıq içərisində olduğu, ölkədə tüğyan edən bahalaşma fonunda manatın alıcılıq qabiliyyətinin hər saat aşağı düşməsi radikal kadr islahatlarının bəlli risklər üzündən ən azı daha bir neçə il ertələnəcəyini proqnozlaşdırmalıyıq. Amma təbii ki, Azərbaycanda heç də hər şey siyasi texnologiya meyarlarına uyğun baş vermir və ya yaşanan bir çox proseslər məntiqdən xeyli uzaq olur. Eyni zamanda hökümətin əslində başqa çıxış yolunun da qalmadığı, indiki komanda ilə prezident İlham Əliyevin ölkəni postneft dönəminə asanlıqla kökləyə biləcəyinin də o qədər inandırıcı olmadığı qənaəti ortada. 


Komandadan söz düşmüşkən, hələ 2003-cü ildə İlham Əliyev ilk prezidentliyinə başlayarkən atasından qalan komanda ilə bu yola davam ediləcəyi barədə verdiyi bəyanatla ondan radikal kadr islahatları gözləyən Qərb dünyasını xəyal qırıqlığını uğratmışdı. Amma sonradan regionda baş verən bir sıra gərgin olaylar İlham Əliyevin haqlı olaraq genişmiqyaslı kadr islahatlarını ertələdiyini və obrazlı desək, “Köhnə Qvardiya” ilə işləməyə davam etdiyini isbatlamış oldu. Amma geridə qoyduğumuz 14 il göstərdi ki, artıq “Köhnə Qvardiya”dan qurtulmaq milli təhlükəsizliyimizə bərabər tutulacaq ölüm-qalım məsələsinə çevrilib və dövlət başçısı ölkəni gələcək inkişaf üfüqlərinə daşıya bilmək üçün kresloda yaşlanan, haqlı olaraq mediada “Ahıllar Klubu” adlandırılan komanda üzvlərini fəxri təqaüdə göndərməyə məhkumdur. Çünki ötən 14 ildə bu komandanın müasir dünyanın çağırışlarına cavab vermədiyi dəfələrlə sübut olundu və prezident son iki ildə məcbur qalaraq bir - birinə parallelik təşkil edən bir sıra yeni qurumlar yaratmaqla, o boyda hökümət ola-ola özünə iqtisadi islahatlar üzrə köməkçi təyin etməkdən tutmuş digər kosmetik kadr islahatları aparmaqla vəziyyətə nəzarət etməyə çalışdı... 


Yeri gəlmişkən, ötən ilin yekunlarına həsr olunmuş müşavirədə prezident İlham Əliyevin gözlənilməz ritorikasına, yəni bəzi yerli iqtisadçı ekspertləri “iki ulağın arpasını bölə bilməməkdə” ittiham etməsinə baxmayaraq ölkənin iqtisadi durumunun qənaətbəxş olmadığını hökümət üzvləri və beynəlxalq auditorlar da etiraf edirlər. Doğrudur, vəziyyətin kritik olduğunu iddia etmək də yersiz dramatikləşdirmə cəhdi kimi qəbul oluna bilər, amma məsələ burasındadır ki, neftdənkənar iqtisadiyyatımız dalana dirənib və postneft dövründə ixrac potensiallı yeni zavod-fabriklərin tezliklə işsizlik burulğanında çabalayan məmləkət insanının güzəranını yaxşılaşdıracağını da gözləmək sadəlöhvlük olardı.


Beləliklə, yuxarıda sadalanan bir sıra faktorlar qlobal dünyanın yeni oyun qaydaları ilə ayaqlaşa bilən komandanın formalaşması zərurətini ortaya qoyub və bu baxımdan ilkin mərhələdə ötən ilin 29 sentyabrında keçirilən referendumun nəticələrinə uyğun olaraq vitse-prezidentlik institutunun həyata vəsiqə qazanacağını gözləmək lazımdır. Odur ki, büdcəyə may-iyun aylarında yenidən baxılacağına qədər ən azından prezidentin iqtisadi komandasının formalaşdırılacağını proqnozlaşdıra bilərik. Eyni zamanda bunun ardından yaşı 80-i haqlamış baş nazir və müavinlərinin də istirahətə göndərilməsi aktuallıq kəsb edəcək. Təbii ki, bu zaman yeni komandanın kimlərdən formalaşdırılacağı da mediada dartışılan əsas mövzulardan olacaq. 

Yeri gəlmişkən, Azərbaycan cəmiyyətinin özəlliyi və milli mənsubiyyətimizdən gələn bəzi daşlaşmış ənənələr fonunda “Köhnə Qvardiya"dan birdəfəlik qurtulmanın də ağrılı keçəcəyini, hətta fəsadlarla müşayət olunacağını söyləmək mümkündür. Bu heç də bu gün sadəcə mövcudluğu uğrunda candərdi fəaliyyət göstərən müxalifətin əlinə əlavə arqumentlərin keçə biləcəyi, yaxud istefaya göndərilənlərdən kimlərinsə ortalığı qarışdırmaq üçşün ikibaşlı siyasi ssenarilərə pul buraxacağı anlamına gəlməməlidir. Məsələ burasındadır ki, potensial olaraq istefaya göndəriləcək məmurların özlərinin də illər uzunu komandası formalaşıb və heç şübhəsiz bu komanda da çaxnaşma, qüvvələr nisbətinin dəyişməsi hakimiyyətdaxili diskomfort yarada bilər. Eyni zamanda yeni komandanın tamamilə gənclərdən ibarət formalaşdırılması da riskli addım olardı. Çünki nəzəri biliklərin praktikada tam keçərli olmaması da dəfələrlə sübut olunmuş gerçəklikdir. Odur ki, keçid dövrü üçün ancaq peşəkarlardan ibarət, nəinki geridə qoyduğumuz 26 ildə, hətta sovetlər dönəmində istehsalatda sınaqdan çıxmış, iqtisadiyyatı, onun ehtiyac və risklərini təkcə nəzəri deyil, praktik olaraq bilən keçmiş məmurlardan istifadə etmək heç şübhəsiz iqtisadiyyatın qısa zamanda dirçəldilməsi və postneft dövrünə cavab verməsi baxımından doğru addım olardı. 


Yeri gəlmişkən, iki gün öncə Moderator.az-da gedən bir yazıda maraqlı fakta toxunulub və bu nümunə də gələcək komandanı formalaşdırmaq istəyən ölkə başçısı üçün qərarqəbuletmə məsələsində faydalı ola bilərdi:

“Bilirsiniz, bizdə yarıtmaz məmurlarla bağlı tədbirlər görülür, ancaq yerinə elələri gətirilir ki, gedənin ölüsünə rəhmət oxumalı oluruq. Halbuki Azərbaycanda elə kadrlar var ki, dünyanın ayrı-ayrı ölkələrində onların savadlarından, təcrübələrindən istifadə edilir. Bu məqamda sizə bir faktı danışım, bu hadisə təxminən 6-7 il öncə baş verib. Keçmiş SSRİ-nin "Ural Maş" zavodu olub və orada ağır sənaye sahələri üçün maşınlar istehsal edilib. Həmin zavod Sovet hokumətinin vaxtında iflasa uğrayıb, ancaq Putinin göstərişi ilə  zavodu bərpa etmək istəyiblər. Zavodu yenidən ayağa qaldırmaq üçün müxtəlif şəxslər tapıblar, ancaq heç biri bu işi bacarmayıb. İtalyadan da mütəxəssis gətiriblər və o, zavodu işlədəcəyini boynuna götürüb, ancaq o da bu işi yarıtmayıb. Axırda Putin baş nazirə göstəriş verib ki, SSRİ-nin keçmiş ağır maşınqayırma zavodunun rəhbərini tap və öyrən gör ki, keçmiş SSRİ məkanında kim bu zavoda rəhbərlik edə bilər. Həmin qoca da bir qədər fikirləşdikdən sonra məlumat verib ki, Azərbaycandan Mamed Vəliyev adlı bir nəfər vardı, 27 yaşından Sumqayıt Kompressor zavodunun direktoru olub. Əgər o adam sağdırsa, "Ural Maş" zavodunu da işlədə bilər. Bundan sonra axtarış apararaq tapıblar ki, Mamed Vəliyev 12 il həbs cəzası alıb və 6-7 il həbsdə yatandan sonra prezidentin fərmanı ilə təzəlikcə əfv olunub. Mamed Vəliyevi Moskvaya dəvət ediblər, ona məsələni danışıblar və 5 illik müqavilə bağlayıblar. Mamed Vəliyev ailəsi ilə birlikdə Yekatirinburqa köçüb, 5 il müddətində "Ural Maş" zavoduna rəhbərlik edərək zavodu ayağa qaldırıb. Beş ilin tamamında isə çox yüksək təqaüdlə Azərbaycana qayıdıb. Azərbaycana qaydandan sonra da evini-eşiyini burda qoyub xaricə köçdü, indi də deyəsən İspaniyada yaşayır. 
İndi baxın, Rusiya kadr seçmək üçün keçmişə əl atdı, gəlib Azərbaycandan 65 yaşlı kadr apardı. Ancaq bizdə yaxşıları çıxarıb yerinə uyğun olmayanları təklif edirlər”.


Rusiya kimi nəhəng ölkənin bu təcrübəsindən niyə biz də yeni yaradılan və gələcəkdə yaradılacaq yeni istehsal sahələrinə rəhbər kadrlar təyinatında bəhrələnməyək? Niyə məhz elə iki ulağın arpasını bölə bilməyən damğası ilə ittiham edilənlərdən başqa, məhz bu komandanın vaxtilə üzvü olmuş, yaxud hətta sovetlər dönəmində özünü yaxşı tərəfdən göstərə bilmiş bir sıra tanınmış personaların istehsalat təcrübəsindən müvəqqəti də olsa istifadə etməyək? 

Yaxud niyə baş nazir və müavinlərinin yerinə ötənlərdə özlərini yaxşı tərəfdən göstərə bilmiş peşəkar kadrların təcrübəsindən istifadə etməyək? Adətən bizdə belə bir ənənə formlaşıb ki, hər hansı sahəni böhrandan çıxarmaq üçün kənardan mütəxəssis cəlbi daha doğrudur. Amma əks arqument tərəfdarları da haqlı olaraq iddia edirlər ki, xaricdən gətirilən mütəxəssislər Azərbaycanın mental özəlliyini, bürokratiyanın real miqyasını və sərhədlərini, prosesə necə müdaxilə edərək vəziyyəti nəzarətdə saxlamağın, korrupsiyanı cilovlamağın mümkünlüyünü özümüzünkilər qədər bilə bilməz. Bunları bilmək üçün illərlə bu ölkədə yaşamaq, bu ölkədə yüksək post tutaraq daşlaşmış bu cür idarəetmə çarxlarının hansı mexanizmlə işlədiyini bilmək tələb olunur. 


Bu baxımdan İlham Əliyevin kadr islahatlarına gedəcəyi halda bu reallığı nəzərə alacağını gözləmək lazımdır, əks halda ölkənin düşdüyü labirintdən çıxması üçün hamılıqla hələ çox gözləməyimiz lazım gələcək...
Oxşar xəbərlər
22:27, Bu gün
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
22:18, Bu gün
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
22:14, Bu gün
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
22:13, Bu gün
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
21:57, Bu gün
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
21:27, Bu gün
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
21:25, Bu gün
Təhsil İdarəsində yeni TƏYİNATLAR
21:24, Bu gün
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
21:23, Bu gün
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
21:21, Bu gün
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
20:55, Bu gün
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
20:15, Bu gün
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
19:48, Bu gün
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
19:23, Bu gün
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
19:11, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
19:05, Bu gün
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
18:59, Bu gün
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
18:55, Bu gün
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
18:25, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
18:20, Bu gün
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
18:16, Bu gün
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
18:12, Bu gün
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
18:08, Bu gün
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
18:08, Bu gün
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
18:05, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:03, Bu gün
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
18:00, Bu gün
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
17:59, Bu gün
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
17:55, Bu gün
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
17:50, Bu gün
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
17:45, Bu gün
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
17:40, Bu gün
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
17:35, Bu gün
27 yaşlı oğlan qəfil öldü - FOTO
17:30, Bu gün
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
17:26, Bu gün
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
17:23, Bu gün
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
17:20, Bu gün
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
17:15, Bu gün
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
17:12, Bu gün
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
17:10, Bu gün
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
17:05, Bu gün
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
17:00, Bu gün
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
16:55, Bu gün
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
16:50, Bu gün
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
16:45, Bu gün
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
16:40, Bu gün
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
16:35, Bu gün
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
16:30, Bu gün
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
16:27, Bu gün
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
16:25, Bu gün
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
16:22, Bu gün
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
16:20, Bu gün
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
16:16, Bu gün
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
16:12, Bu gün
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
16:09, Bu gün
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:09, Bu gün
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
16:05, Bu gün
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
16:03, Bu gün
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:00, Bu gün
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
15:57, Bu gün
Keçmiş baş nazir vəzifəsindən azad edildi
15:56, Bu gün
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
15:50, Bu gün
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
15:45, Bu gün
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
15:41, Bu gün
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
15:40, Bu gün
4 terrorçu zərərsizləşdirilib
15:36, Bu gün
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
15:32, Bu gün
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
15:28, Bu gün
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
15:25, Bu gün
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:21, Bu gün
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
15:19, Bu gün
UNEC-in professoru vəfat etdi - FOTO
15:15, Bu gün
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
15:12, Bu gün
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
15:10, Bu gün
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
15:08, Bu gün
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
15:05, Bu gün
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
15:04, Bu gün
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
14:59, Bu gün
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
14:55, Bu gün
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
14:53, Bu gün
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
14:52, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
14:50, Bu gün
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
14:47, Bu gün
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
14:45, Bu gün
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
14:43, Bu gün
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
14:40, Bu gün
Slovakiyanın Baş naziri: “Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq”
14:38, Bu gün
Azərbaycan COP29-un timsalında dünyaya yeni əxlaqi-siyasi mədəniyyət təqdim etdi
14:37, Bu gün
İlham Əliyev: “Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir”
14:34, Bu gün
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
14:31, Bu gün
Prezident: “Slovakiya və Azərbaycan suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”
14:28, Bu gün
İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib
14:26, Bu gün
Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bəyan etdi
14:24, Bu gün
Slovakiya Qərvənd kəndinin yenidən qurulmasında iştirak edəcək
14:20, Bu gün
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin ediləcək - FOTO
14:17, Bu gün
Tarixdə bu gün: 7 May Nasist Almaniyası təslim olur
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
14:15, Bu gün
"Rusiyalılar Putinin Ukraynadakı müharibəsi ilə barışıb" - "Bloomberg"
14:11, Bu gün
Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı AÇIQLANDI
14:08, Bu gün
Xərçəng xəstəsi olan Kral Çarlzın sağlamlıq vəziyyəti ilə bağlı yeni açıqlama
14:07, Bu gün
Azay Quliyev: "Dünyadakı həqiqəti söyləyən, cəsarətli dostlarımızı müdafiə etməliyik"
GÜNLÜK
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib