Dinlərarası münasibətlərin perspektivləri dünya üçün nələr vəd edir?- II Hissə
Cəmiyyət
Oxunub: 1228
18 Jan 2017 | 18:08
Dinlərarası münasibətlərin perspektivləri dünya üçün nələr vəd edir?- II Hissə



Moderator.az AMEA Fəlsəfə İnstitutunun Dinşünaslıq və mədəniyyətin fəlsəfi
problemləri şöbəsinin elmi işçisi, fəlsəfə doktoru Şölət Zeynalovun yazısını təqdim edir: 


1989-cu ildə beynəlxalq fəlsəfi konfransda müasir dövrün bir sıra filosofları yekun olaraq belə bir qənaətə gəlmişdilər ki, Qərb və Şərq dəyərlərini sintez etmək üçün elə bir mədəni-neytral əsas tapa bilmədiklərinə görə onlar bir-birinə uyğun deyildirlər. Bu konfransdakı çıxışlarda Çin fəlsəfəsinin və dilinin, o cümlədən bütövlükdə Şərqin “unikallığı” vurğulanmaqla yanaşı hətta bu “unikallığa” görə Asiyanın Qərb (yunan) irsindən total şəkildə fərqli olduğu dəfələrlə diqqətə çatdırılmışdır. 

Burada tədqiqatçılar çıxışlarında göstərmişlər ki, Çin fəlsəfəsində yunan fəlsəfəsində olan “varlıq” anlayışı, subyekt-obyekt dualizmi və s. yoxdur. Hətta ayrı-ayrı sivilizasiyalarda Tanrı, Dao, Brəhmən, Ruh kimi transendent anlayışların izahı və ifadə edilmələrinin özünün belə müxtəlif tarixi və sosial-psixoloji faktorlarla əlaqəli olduğu əsaslandırılmışdır. 

Düzdür, bu konfransda Qərbin fəlsəfi problemləri və əlahiddəliyi əslində təkcə müsəlman Şərqi ilə deyil, Asiyanın geniş hüdudları ilə, hind fəlsəfəsi, xüsusən də Çin dilindəki terminlərin unikallığı və onların fəlsəfi özəllikləri ilə müqayisə edildiyindən Qərb konsepsiyalarının onlardan fərqli olduqlarını vurğulamaqla sona çatsa da, bu dialoqların dünya üçün əhəmiyyəti məhz “dialoqa cəhd” platforması kontekstində xüsusi önəm daşımaqdadır. Yaxud başqa formada desək, hətta fəlsəfi və mədəni özəlliklərin unikallığı “təkrarolunmazlığı” istər Şərq, istərsə Qərb üçün müasir dövrdə sivilizasiyalararası, mədəniyyətlərarası və o cümlədən dinlərarası münasibətləri qətiyyən inkar etməyə əsaslar verə bilmədiyindən bu münasibətlərin perspektivdə daha da iç-içə gəlməsini, bir-birini tamamlamasını, qarşılıqlı mübadiləsini tələb etməkdədir.

Qeyd edək ki, hər hansı coğrafi, siyasi, ideoloji və hətta fəlsəfi bölgülərə baxmayaraq, müasir dövrün problemlərinin analizi bizə belə bir fikri təlqin edir: dinlərarası münasibətlər nə bir dinin digərinə qarşı təzyiqi ruhunda baş tutmalı, nə də ki, həyata keçirilməlidir. İnkar yalnız bəlkə də, o halda mümkün ola bilər ki, hər hansı təsisat öz məzmununa söykənərək dialektik inkarın mümkünlüyünü dini-fəlsəfi kontekstdən başqalarının başa düşə biləcəyi formada izah edərək əsaslandıra bilsin. Bu proseslər isə, həqiqətən də, son dərəcə mürəkkəb və dərin bir problem, hətta bəzilərinə görə əbədi “həllolunmaz” xarakterli problem hesab edildiyindən, fikrimcə, ortaq bir məxrəc, sekulyar yaşam, paralel mövcudluq və müharibəsiz dünya naminə dialoq, tolerantlıq və multikulturalizm anlayışı bir paradiqma kimi, həm dinlərin və təriqətlərin öz daxillərində, həm də din-dövlət münasibətlərində istənilən modelin ən fundamental aktoru kimi çıxış etməlidir (Azərbaycan multikulturalizmində olduğu kimi). Çünki müasir qlobal təhlükələr və təhdidlər bütövlükdə dinlərarası dialoqların həm müxtəlif sivilizasiyasiyalar arasında, həm də istənilən ölkənin daxilindəki böhran şəraitində vacibliyini qaçılmaz şərt və hadisə kimi aktual etməkdədir.

Qeyd olunmalı vacib məqamlardan biri də odur ki, hazırda qloballaşan epoxada ən aktual hadisələrindən olan “dinlərin qlobal dirçəlişinin” baş verdiyi şəraitdə sivilizasiyaların müxtəlifliyinin, bəşəriyyətin eyni bir monotonluqdan ibarət olmadığının, müxtəlifliyin əslində ilahi bir zərurət olduğunun dünyada təqdim, təbliğ və təlqin edilməsi çox vacib şərtdir. Başqa sözlə, müxtəlif təsisatlar tərəfindən necə qiymətləndirilməsindən asılı olmayaraq, dözümlülük, tolerantlıq və bir sıra humanizm anlayışlarının ümumi olaraq dini dialoqların baş tutması üçün vacib aktor kimi, müxtəlif mədəniyyətlərin ortaq dəyərlər naminə bir masa ətrafında iştirakına ilkin möhkəm zəmin yaradan bir postulat olduğu artıq heç kimdə şübhə doğurmamalıdır. Başqa sözlə tolerantlıq və dözümlülük “universiumun” ən əsas tərkibi kimi həssas şəkildə olsa belə, istənilən dinlərin daxili aktorları timsalında bu və ya digər şəkildə həmişə, tarixən olduğu kimi, orada vardır. Ona görə də nüvə təhlükəsinin, aclıq və qarşıdurmaların ümumdünya iqtisadi və siyasi böhranların bütünlüklə bəşəriyyəti təhdid etdiyi bir şəraitdə dinlərarası dialoqlar zamanın ən aktual və vacib suallarından biri hesab edilməlidir. Qeyd edək ki, dinlər tarixin bütün dönəmlərində müəyyən ziddiyyətlərə baxmayaraq, son anda həmişə öz məzmunlarından çıxış edərək tolerantlıq, dözümlülük, humanizm, sülh və vəhdət amillərinə hörmətlə yanaşmışlar. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, “tolerantlıq, dözümlülük çox geniş anlayışlardır. O, həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir... O, təkcə dinlərin bir-birinə dözümlülüyünü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir”.

Həmçinin qeyd etməliyik ki, hazırda dünyada dinlərarası dialoqların aparılmasında ideal, dəqiq, səhvsiz və qüsursuz bir həll sxemi mövcud olmadığından bu dialoqun həyata keçirilməsi bütövlükdə bəzən çətinliklərlə, müəyyən təpkilərlə qarşılansa da, hər halda müasir zəkanın bu istiqamətdəki cəhdləri təqdirəlayiq hadisələrdən hesab edilməlidir. Dinlərarası dialoqlar zamanı müxtəlif sivilizasiyalara aid dünya dinlərinin qarşılıqlı olaraq öyrənilməsi dünyada mövcud olan dini, mədəni, milli müxtəlifliyin başa düşülməsinə gətirib çıxarır, bu da dinlərarası dialoqların daha geniş aspektdə dərk edilərək qəbul edilməsini şərtləndirir. Başqa sözlə, bütövlükdə dialoq, o cümlədən dinlərarası dialoqlar, məntiqi zərurət kimi, dünyanı universal bir vəhdətə aparan yolda müasir terrorizmdən və qarşıdurmalardan “sarsılmış epoxa” üçün bir resept rolunu oynaya bilər. Paralel olaraq, biz bir həqiqəti də dərk edirik ki, “dialoq zərurəti bərabərsizliyin, yaxud rəqabətin məkrini ləğv etmir” və yaxud dialoq onu tamamilə aradan qaldırmaq imkanını özündə ehtiva edən möcüzəli bir eliksir də deyildir. Ancaq bütün bununla yanaşı, bir daha onu xüsusilə vurğulamaq yerinə düşərdi ki, dünyanın ən “unikal”, ən “ekzotik”, ən “təkrarsız” mədəniyyətinin, müstəsna dininin, fəlsəfəsinin və hətta dünyagörüşlərinin özəlliklərinə baxmayaraq, onların öyrənilməsi və qarşılıqlı mübadiləsinin əndişəsiz və asan yolu sağlam mübadilələrə açıq olmaqda, münasibətlərdə sağlam təfəkkürə apelyasiyada, tolerantlıq, humanizm və multikulturalizm perspektivinə doğru istiqamətlənmiş münasibətlərdədir. Bunsuz dünyanın perspektivlərini düşünmək çox qorxuludur.

Əlbəttə, bütövlükdə dini dünyagörüşdə dialoq və əməkdaşlıq məsələləri bir çox hallarda təəssüf ki, mürəkkəb, bəzən də ziddiyyətli proses hesab edilir. Bu anlamda müasir qloballaşan dünyada dialoqların normal təşkili və inkişafı üçün aşağıdakıları nəzərə almaq məqsədəuyğundur:

1) Dinlərarası dialoq və əməkdaşlıq sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm tərkib hissəsi kimi daima nəzəri fikrin diqqət mərkəzində olmalıdır.

2) Bu problematika tarixi varislik hüququndan bəhrələnsə də onu müasirliyin ən həssas problemi kimi daima fəlsəfi və dini-fəlsəfi aspektdən tədqiqata cəlb etmək vacib şərtdir;

3) Dini dünyagörüşdə dialoq və əməkdaşlıq məsələsi təkcə dinlərarası problem olmayıb, həmçinin tarixi inkişaf prosesində və perspektivdə hər bir dini sistemdaxili münaqişə və fikir ayrılığını aradan qaldırmaq üçün başlıca şərtdir;

4) Dini dünyagörüşləri daxilindəki ifrat təəssübkeşlik və fanatizm hallarını aradan qaldırmaq, həmçinin bir din mənsublarının başqa din mənsubları ilə dialoq və əməkdaşlıq mühitini təmin etmək üçün dözümlülük, tolerantlıq və multikulturalizm platforması başlıca şərtdir;

5) Dinlərarası dialoq və əməkdaşlıq sekulyar əsaslarla dünyada vəhdət, humanizm, ümumbəşəri mənəvi birliyə dəvət səciyyəsi daşımalıdır.

Son olaraq qeyd edək ki, müxtəlif aspektlərdə dünyada baş tutan dialoqların mahiyyətinə uyğun olaraq, dinlər arasında həyata keçirilən dialoqlar mütərəqqi bir qurucu proses kimi, birinin digərinə etimadına, başqasının dininin, əslində, özününkünün məzmunca oxşarı, formaca fərqli olan zəruri alternativi kimi qəbul və dərk edilməsinə gətirib çıxara bilər. Bu isə nəticə etibarilə tarixən sivilizasiyalar, millətlər və xalqlar arasında arzulanan, lakin bəzən spekulyativ səbəblərdən, yaxud tarixi şəraitdən asılı olaraq ziqzaqlara, təbəddülatlara uğradılan dialoqların həyata keçirilməsinin məntiqi davamı olaraq sülhə və əməkdaşlığa töhfə kimi qiymətləndirilməlidir. Yaxud perspektivdə ümid edilən “Omeqa nöqtəsinin” böyük fəthi dialoq və əməkdaşlıqdan keçir. Bunsuz dünyanın gələcəyini təsəvvür etmək yanlışlıqdır. Başqa sözlə, alman filosofu İ.Kantın “fəlsəfə necə mümkün ola bilər”? tezisini biz dəyişərək, müasir dünyanın gələcək taleyi dialoqsuz və multikulturalizmdən kənar necə ola bilər” formasında nəzəri cəhətdən konstruksiya etsək, dünyanın gələcəyi dialoq və mültikulturalizm perspektivindən kənarda cox təhlükəli və dərkedilməzdir. 



Oxşar xəbərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı