“Hesab edirəm ki, növbəti parlament seçkilərində depuatatların sayınına azaldılması məsələsinə baxmaq olar”.
Bu təkliflə Moderator.az-a açıqlamasında Qarabağ müharibəsi əlili Firudin Məmmədov çıxış edib. Xalqın həmişə haqlı olduğunu söyləyən qazi diqqətə çatdırıb ki, istəyinə nail olmayan vətəndaşlar seçdiyi deputatı geriyə çağırmaq haqqına da malikdir:
"Əslində, Azərbaycanda deputatların sayı o qədər də çox deyil. Amma əksər deputatımız xalqa faydalı olan heç bir işlə məşğul olmadığına, seçicilərinə dəstək göstərmədiyinə, seçicinin qayğısı ilə maraqlanmadığına görə, heç bir problemini həll etmədiklərinə görə, cəmiyyətdə belə bir rəy formalaşıb ki, 125 deputat çoxdur, onları sayı azaldılsın. Üstəgəl, bəzi millət vəkilləri maaşının azlığından gileylənirlər. Xalqın rifahının yaxşılaşmasına dair ciddi müzakirə aparmırlar. Xalqa xeyri dəyən deputatın sayı 20-25-dir. Elə parlament üzvü var ki, heç onların qəbul günləri yoxdur. Halbuki, onlar seçki ərəfəsində seçicilərə şirin vədlər verirdilər. Regionda qəbul məntəqələri və nümayəndəliklərini yaradacaqlarını deyirdilər. Hazırda hansı deputatın rayonda nümayəndəliyi var? Şəxsən mən bunun şahidi olmamışam. Bu gün əksər deputat verdiyi vədin heç birinə də sadiq qalmır. Ona görə də, vətəndaşlar haqlı olaraq onların sayınına azaldılmasını istəyir".
F.Məmmədov onu da əlavə edib ki, indiki iqtisadi çətinlik dövründə heç bir xidməti olmayan deputata büdcədən pul xərclənməməlidir:
"Onların əksəriyyəti öz bizneslərini qurublar. Böyük bizneslə məşğuldurlar. Xanq onların marağında deyil".
Seymur Əliyev