“Atamı ölümündən sonra yenidən kəşf etdim” ”“ Zəlimxan Yaqubun iş otağından reportaj
Oxunub: 4332
14 Nov 2016 | 17:45
“Atamı ölümündən sonra yenidən kəşf etdim” ”“  Zəlimxan Yaqubun iş otağından reportaj



Moderator.az “Aydın yol” qəzetinə istinadən mərhum xalq şairi Zəlimxan Yaqubun iş otağından hazırladığı reportajı, oğlu Bəhlul Yaqubovla edilən söhbəti təqdim edir:

Müdrik ruh

Bu iş otağında, yazı masasının arxasında şairin övladlarına, ailəsinə, xalqa əmanət qoyduğu Zəlimxan Yaqub ruhu var idi. Oğlu Bəhlul  bizimlə söhbətdə sanki o ruhun pıçıltılarını sözə çevirdi. Yəni biz bir növ, həmin ruhla da ünsiyyətdə olduq. Xalqın milli yaddaş sistemindən, irfani özünüdərkindən şirə çəkərək böyüyən, axırda Zəlimxan Yaqub boyda olan o ruh indi də bu evin ağsaqqalı, yolgöstərənidir. Oğlunu dinləyərkən bunu anlamaq çətin deyil:

-“Şairin böyük oğluyam. İlk övlad idim deyə, atamla aramızda ata-oğul deyil, dostluq münasibəti daha çox oldu. Hər zaman çalışdım ki, ona münasibətdə düz olum. Gənclikdən irəli gələn bəzi xoşagəlməz məqamları da birbaşa özünə deyirdim. Bilirdim ki, elədiyim səhvi deyəndə atam mənə düz istiqamət verəcək. Dəfələrlə olub ki, onun iş otağında, yazı masasının ətrafında ata-oğul dostyana söhbət etmişik, müzakirə aparmışıq. Məndən hər mənada savadlı, təcrübəli olmasına baxmayaraq, bütün fikirlərimə hörmətlə yanaşırdı.

Biz kökə, ruha, türkçülüyə, xalqın milli yaddaşına bağlı ailəyik. Təsadüfi deyil ki, atamıza həmişə “baba” demişik. Bunun da tarixçəsi var: təzə dil açdığım vaxtlar idi. O zaman  Yasamal rayonunda ”Qanlı göl” deyilən ərazidə yaşayırdıq. Gördüm, uşaqların hamısı atalarına “papa” deyir. Mən də evdə atamı o cür çağırdım. Dedi, bir də məni elə çağırma, “papa” rus sözüdür, “baba” de.
Təpədən-dırnağa şair idi, təpədən-dırnağa milli kökə bağlıydı. O, yeni çıxan texnologiyaları sevməzdi. Bircə mobil telefonu var idi ki, onda da “yes”lə “no”dan başqa ayrı şey bilməzdi. Beynini sanki ayrı nə iləsə yormaq istəmirdi. Yaşam tərzinə görə də sırf xalq adamı idi.  Son gününə qədər də xalqın ruhunu yaşatdı. 


Atamla təkcə ona görə fəxr etmirəm ki, o böyük şairdi. Həm də ona görə fəxr edirəm ki, Zəlimxan Yaqub böyük şəxsiyyətdir. Bəzən deyirlər ki, Zəlimxan Yaqubdakı bu hafizə hardandı? Burada təbii ki, Allahın verdiyi fitri istedad var. Amma beynin yaxşı qalması üçün insanın birinci ürəyi təmiz olmalıdı. Əgər paxılsansa, ürəyin xıltla doludursa, beyin heç vaxt zəruri bilgiləri   qəbul etməyəcək. Çünki beyinə gedən yol ürəkdən keçir. 
Artıq 38 yaşım var, özümü biləndən, atamın bircə dəfə də olsun hansısa şair-yazıçı haqqında pis danışdığını eşitmədim. Çünki mənən böyük idi. Biz belə gördük, belə də yaşadıq. Atam içəri daxil olanda hamımız ayağa durardıq. Çalışırdıq ki, övladlarımızı onun yanında qucağımıza almayaq. Həmişə də ailə olaraq çalışdıq ki, atamızın adına ləkə gətirməyək, ona   layiqli övlad olaq”. 

Türküstan qoxulu xatirələr

Oğlundan atasının iş otağı ilə bağlı nə kimi xatirələrinin olduğunu soruşub maraqlı cavab aldıq. Müsahib deyir ki, bu otaq xalq yaddaşından, türk bozqırlarından qopan xatirələrlə doludu. Ölümündən sonra hər dəfə bu qapını açanda bir otaq dolu xatirə adamı qarşılayır:

-Bu iş otağı təkcə müstəqil Azərbaycanın yox, elə türk yaşayan bütün yerlərin-Cənubi Azərbaycan, Türküstan ellərinin rayihəsini, qoxusunu daşıyan xatirələrlə doludur.  Sazlı-sözlü xatirələr o qədərdir ki, hansı birini deyim? Məndən ötrü ən böyük xatirə qapıdan girəndə atamın yazı masasının arxasında ilhamla yazdığı anlardı. O, yazı masasının arxasında işləyəndə sanki Cənubi Azərbaycandan tutmuş Altaya qədər bütün türk dünyasının ruhu bu otaqda dirilirdi. Saz səsi də o dirilişdən qopurdu...

-Şairin yoxluğunda bu otağa daxil olmaq sizlər üçün nə dərəcədə ağırdı?


-Atamın vəfatından sonra onun iş otağına daxil olmaq, yazı masasına yaxınlaşmaq mənim və ailəmiz üçün çox ağırdı. Amma onun böyük kitabxanası, dəyərli əlyazmaları, səliqəli arxivi var ki, atamın söz dünyası onlardadı. Bu gün atamı cismən görməsək də, o böyük dünyanın qorunduğu kitablarından təskinlik tapırıq. Atamı bizə xatırladacaq ən böyük qüvvə onun əsərləri,  bir də xalqın sevgisidi. Hər dəfə ona olan sevginin şahidi olanda sanki atamı yenidən görürəm.
Sağlığında da sözsüz ki, bu böyük məhəbbəti görmüşəm. Təsəvvür edin ki, maşınla yol gedirik, mən sürürəm, atam da yanımda oturub. Maşın işıqforda dayananda pəncərənin şüşəsini aşağı endirib, yazdığı şeiri birbaşa atama oxuyan adamlar olub.

“Yaddaş xəzinəsi” 

Poeziyamızın “yaddaş kartı” sayılan Zəlimxan Yaqub danışanda özü ilə bərabər Dədə Qorqudu, Qurbanini, Pir Sultan Abdalı da dilləndirərdi. “Haqdan dürlü xəbərlər söyləyən” ozanlar ozanı, “gəl, gör məni eşq neylədi”  deyən sufi bu yaddaşda dirilərdi. Amma Zəlimxan Yaqubda sanki başqa irfan yolçuları kimi Haqqdan gələn sirr gizlənirdi. Bəhlul müəllimdən o sirrin qaynağını xəbər alırıq:

-Zəlimxan Yaqubun irfan yolçuluğunu onun  böyüyüb boya-başa çatdığı mühitlə əlaqələndirərdim. Özü deyərdi ki, mən uşaq olanda nənə-babalarımız həmişə ilahilər söyləyərdilər: “o cənnətin irmaqları axar, “Allah” deyə-deyə”. Bu  Yunus Əmrədəndir. Atam etiraf edirdi ki, uzun illərdən sonra ədəbi mühitə gələndə, söz dünyasına varanda, gördüm, nənə-babalarımızın  oxuduqları elə öz ruhum imiş. Beləcə, atam son dəqiqəsinə qədər ancaq öz ruhunu yazdı.


Bir gün Almaniyada olanda mənə dedi ki, bala, çalış, sənə pislik edənə də yaxşılıq et. Soruşdum, ay ata, mənə yamanlıq edənə necə yaxşı olum? Dedi, elə bil, mən Mövlanəyəm, sən də Ələddin (gülür): Mövlanənin oğlu Ələddin onunla heç zaman yola getməzdi. Baxın, adi həyati misalları da irfan dünyasından çəkərdi. Düşünürəm ki, Zəlimxan Yaqub bir Haqq yolçusu kimi də pünhan deyildi. Sufilərin, dərvişlərin yaşam tərzini müəyyən mənada öz həyatına tətbiq etmişdi. Bahalı geyimə, maşına əhəmiyyət verməzdi. Hansısa tədbirə getdiyi zaman təsadüfən görərdin ki, kostyumun ayaq hissəsində nəsə ləkə var. Deyirdim, ay ata, bunu dəyiş. “Kimdi ona fikir verən?” deyib keçərdi.  Elə adam idi. 

Küskün saz 

Şairin yazı masasıyla bərabər, ona həmdərd başqa bir  dostu da saz olub. Bəhlul müəllim atasının saza olan sevgisindən ürəkdolusu danışır, amma...   Şairin ölümündən sonra həmin saz küskün uşaq kimi yazı masasının yerləşdiyi iş otağında dayanıb durur. Ömrünün son illərində xəstələnən şair sazı ölənə qədər dilləndirmədi. Oğlunu dinləyək:


-Acılı-şirinli vaxtlarında saz atamın ən yaxın dostu olub. Dünyaya gələn nəvələri ilk dəfə bu evə gətiriləndə, atam  hamısının beşiyinin üstündə “Ruhani” havası çalıb. Saz, söz, yazı masası ömrünün əsas hissəsi idi.  Amma atamın  sonuncu saz ifasını xatırlamıram. Çünki 2009-cu ildə səhhətində ciddi problemlərin olduğu bilindi və cərrahi yolla böyrəyini çıxardılar. Mətbuatda ilk dəfə sizə deyirəm: ömrünün axırına qədər atamın əsas xəstəliyini ondan gizlətdik. Mətbuat da xəstəliyi səhvən böyrək çatışmazlığı kimi bildi. Amma o, xərçəngdən dünyasını dəyişdi. Özü də son gününə qədər bunu bilmədi. İstər Almaniyada, istərsə də, burada imkan vermədik ki, həqiqəti bilsin. Almaniyada  tərcüməçiyə səhv tərcümə etdirirdim ki, atam  xəstəliyinin nə olduğunu bilməsin. Amma o xəstəliyə tutulandan sonra əlinə saz almadı. Bir dəfə soruşdum ki, ay ata, niyə saz çalmırsan, dedi, hansı günümə çalım? Onun əhvalını son beş ildə yaxşı görmədim. Yəqin, buna görə də əlinə saz almadı. 

Müsahibimizdən şairin ömrünün son günləri barəsində danışmasını xahiş edirik:

-Zəlimxan Yaqub xəstəliyi ilə sona qədər barışa bilmədi. Danışanda zalları lərzəyə gətirən Zəlimxan Yaqub xəstə halı ilə barışmadı. Xəstə olduğu beş il ərzində hər zaman atamla idim. Almaniyaya birgə gedirdik. Axırda bir ay xəstə yatdı. Ölümünə iki gün qalmış çarpayıda oturaraq, hamımızı yanına çağırdı, bircə cümlə işlətdi: “Vətənim, millətim, dövlətim üçün layiqli ömür yaşadım. Sizə də onu arzulayıram”. Axırıncı sözü bu oldu... 


Sonuncu gün vəziyyəti yaxşı deyildi, möhkəm öskürürdü. Ağciyərində də problem var idi deyə,  elə bildim o səbəbdən öskürür. Sən demə, bu əslində son xırıltıları imiş. Gördüm, möhkəm öskürür, qucağıma aldım, başını bir az qaldırdım. Öskürək kəsmədi. Başını astaca yerə qoydum, elə qucağımda keçindi. 

Ömrünün son illərində Almaniyada bir neçə dəfə müalicə olunan şair səfərdə olarkən, “vətən, vətən” deyib kövrəlirmiş:

-Bəzən deyirdi ki, dəftər-qələmi götür, daha işləyə bilmirəm. Amma bir də görürdün, səhər oteldən hospitala gedəndə deyirdi ki, Bəhlul, axşam yaman işləmişəm. Bir gecəyə 12 şeir yazmışdı. Bir Azərbaycandan, bir də nəvələrindən ötrü darıxırdı. Onun Azərbaycanı nə qədər sevdiyini sözlə ifadə edə bilmirəm. 

-Ölümündən sonra Zəlimxan Yaquba olan münasibət şairin ailəsini nə dərəcədə qane edir?

-Ölümündən sonra Zəlimxan Yaqubu yenidən kəşf elədim. İnsan nə qədər düz yaşayarmış? İstər yüksək dairələrin, istərsə də, xalqın sevgisi Zəlimxan Yaqub yaradıcılığına olan diqqətdirSöhbətləşdiyimiz otaq bu gün poeziya ocağıdır. Müxtəlif yerlərdən Azərbaycana gələn söz adamları özlərinə borc bilirlər ki, Zəlimxan Yaqub ocağını, yazı masasını  ziyarət etsinlər. Xalq elə bir qüvvədir ki, onun ürəyinə yol tapdınsa, süzgəcindən keçdinsə, səni heç vaxt unutmayacaq. 

Elmin Nuri






Oxşar xəbərlər
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 08:30
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
04 May 2024 | 06:59
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 08:30
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
04 May 2024 | 06:59
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb