Zeynalabdin Marağayi və Mirzə Əli Möcüzün İmam Hüseyn haqqında fikirləri
Oxunub: 6747
23 Oct 2016 | 12:23
Zeynalabdin Marağayi və Mirzə Əli Möcüzün İmam Hüseyn haqqında fikirləri

Moderator.az “Məhərrəmlik ayı” layihə çərçivəsində növbəti yazını təqdim edir. Bu yazıda Zeynalabdin Marağayi və Mirzə Əli Möcüzün İmam Hüseyn (ə) haqqında fikirləri ilə tanış ola biləcəksiniz. 

Qeyd edək ki, AMEA Fəlsəfə İnstitutunun aparıcı  elmi işçisi, fəlsəfə doktoru Faiq Ələkbərovla birlikdə gerçəkləşdirdiyimiz layihə çərçivəsində Azərbaycanın klassiklərinin, görkəmli mütəfəkkirlərinin Məhərrəmlik ayı ilə bağlı vaxtilə qələmə aldığı fikirləri silsilə şəkildə təqdim edirik.


“Qeyd edək ki, bir çox Şimali Azərbaycan mütəfəkkirləri kimi, Cənubi Azərbaycandan olan ziyalılarımız (Z.Marağayi, M.Ə.Möcüz və b.) da yaradıcılıqlarında məhərrəmlik mərasiminə, o cümlədən Aşura gününə dəfələrlə toxunmuşlar. Onlar da hesab edirdilər ki, İmam Hüseynlə (ə) bağlı həyata keçirilən məhərrəmlik mərasimi islamın ruhuna zidd olmamalıdır.

Bu baxımdan Cənubi Azərbaycanın Marağa şəhərindən olan Zeynalabdin Marağayi də yaradıcılığında məhərrəmlikdə, o cümlədən Aşura günündə həyata keçirilən «Heydər təpmək», Şəbih gəzirmək və sair kimi islamun ruhuna zidd dini oyunları, o cümlədən baş yarmaq, zəncir vurmaq kimi halları tənqid etmişdir. Məsələn, «Heydər təpmək» mərasimində heydərilər və nemətlilər adlanan iki qrup guya, İmam Hüseyn (ə) yolunda bir-birləri ilə dava edirdilər.  Z.Marağiyə görə, əslində hər iki tərəf heç özləri də bilmirdilər ki, Heydər kimdir və yaxud da Nemət. Z.Marağayi yazırdı: «Xüsusilə, insafsız mərsiyəxanlar həmin fitnə alovnu qızışdırır, bu cahilləri təhrik edirlər. İndi millətin cahil kütləsinin qəlbində bu düşmənçilik toxumunu elə dərin səpmişlər ki, heç deməklə qurtaran deyil. Tərəflərin hər biri güman edir ki, o biri tərəfə qarşı nə qədər dərin kin bəsləsə, nə qədər çox düşmənçilik eləsə, dünya və axirətdə o qədər xoşbəxt olacaqdır. Öləndən sonra sorğu-sualsız behiştə gedəcəkdir. Ona görə də bir-birinin acığına mərsiyəxanların kisəsini doldururlar».

Halbuki, Marağayinin fikrincə, bütün bunların hamısı xüsusi riya üzündən olduğuna görə şəriətə ziddir. Marağayi yazırdı ki, məhz ruhanilərin ikiüzlülüyü nəticəsində məscidlərin çoxu xarabdır, hamısını toz basıbdır, qapları çox vaxt bağlı qalır: «Amma bu insafsızlar hər bir millət və əhalinin get-gəl etməyə haqlı olduqları küçə-bazarda, karvansaralarda və yol üstündə rövzəxanalıq dəsgahı açıb, camaata mane olurlar. Hələ pis-pis də öz aləmlərində İmam Hüseyn əleyhissəlamın boynuna əbləhcəsinə böyük bir minnət də qoyurlar. Daha bilmirlər ki, o həzrət şəhadəti öz pak övladının əsarəti müsibətini cəddi-büzürgvarının pak dininə xələl toxunmaması və bidətin aradan götürülməsi  xatirinə qəbul etdi».

Marağayi hesab edirdi ki, məhərrəmlikdə həyata keçirilən bu cür təziyədarlığın vəziyyətindən isə din alimlərinin hamısı xəbərdardırlar. Ancaq onların əksəriyyəti bundan nəinki narazı, əksinə tamamilə razıdırlar. Çünki onlar özləri də məhərrəmliyin bu şəkildə həyata keçirilməsindən mənfəət güdürlər. Belə ki, din alimlərinin bir hissəsi heydərilərin, digəri isə nemətlilərin tərəfini saxlamaqla ciblərini və qarınlarını doldurmuş olurlar. Marağayi yazırdı: «Gərək şəhərin üləması və ağıllı adamları bunları başa salsın. Təəssüflər olsun ki, o insafsızlar da nəinki bunlara nəsihət vermirlər, hətta bu fitnə ocağına odun qoyurlar. Ona görə ki, onların bəzisi heydərilərin, bir parası da nemətilərin tərəfində durur və bu vasitə ilə avam camaat arasında nüfuz qazanırlar».

Daha sonra Marağayi məhərrəmlikdə həyata keçirilən Şabehgərdan, yaxud Şəbih gəzdirmək məsələsinə toxunaraq, bunun da islama zidd olduğunu bəyan etmişdir: «Şabehgərdan adlandırılan başqa bir dəstə də vardır. Daha onların əlindən Allaha pənah aparıram. Onlar da özlərini İmam Hüseynə bağlayıblar. Hər biri başına bir ovuc dələduz toplayıb, hərəsinə də imamın müqəddəs əhli-beytnin kişiləri və ya arvadlarından birinin adını verirlər. Beş quruşluq dünya malı üçün onların nə kimi oyunlardan çıxdıqlarını bilmirsiniz. Allaha and olsun, onların pərdə ardında min fisqü fücura mürtəkib olduqlarını gördükdə hər bir qeyrətli müsəlman həyatından belə bezikir. Təəccüblü burasıdır ki, bu geniş ölkənin bu həyasızların hər bir oyunu və kələyindən xəbərdar olan əhalisi onların bu işlərini üzə vurmurlar. Halbuki bu pozğun ünsürlərin törətdikləri fisqü fücur məhərrəmdən bir neçə ay sonrayadək əyan-əşraf məclislərinin söz-söhbətlərinə çevrilir». Bütün bunlardan sonra mömin müsəlmanın dinindən üz döndərə bilməsi səviyyəsinə qədər çatdığını deyən Marğayi yazırdı ki, kim İmam Hüseyn (ə) yolunda öz başını yarmağı, yaxud da müsəlman qardaşına xəsarət yetirməyi müsəlmançılıq adlandırırsa tamamilə yanılır.

Cənubi Azərbaycanın Şəbüstər şəhərindən olan Mirzə Əli Möcüz də hesab edirdi ki, şiə müsəlmanları İmam Hüseyni (ə) layiqincə yad etmirlər. Belə ki, İmam Hüseyn (ə) Kərbəlada düşmənlə mərdanə cəng etdiyi, ləyaqətlə şəhədatə qovuşduğu halda, özünü onu davamçıları hesab edənlərin əksər qismi öz başını yarıb, bədəninə zəncir vurmağı qəhrəmanlıq hesab edirlər. Halbuki onlar imamı deyil, öz pərişan vəziyyətlərini düşünüb ağlamalıdırlar. Möcüz yazırdı:

Gəh yarırsız başüzi, gəh çərtirsiz,
Bu nədi, qardaş, düşünün bir özüz,
İndi ki, vardır sizin ağlar gözüz,
Ağlayın öz hali-pərişanuza!

Möcüz hesab edirdi ki, müsəlmanların avam və cahillikdən, elmsizlik və biliksizlikdən qurtarmaq, despotik hökmdarlar və ikiüzlü din xadimlərinə qarşı mübarizə aparmaq əvəzinə, başını yarmaqla və yaxud bədəninə zəncir vurmaqla cənnətə gedəcəyinə ümid etməsi nadanlıqdır. Çünki imam yolunda başını yarıb canını ona qurban verməyə hazır olduqlarını deyənlərin əksəriyyəti Hərmələni, ya da Şimrü görsələr fikirlərindən dönəcəklər. Möcüz yazırdı:

İndi bu ki, göydə uçar başyaran,
Başını şəst ilə açar başyaran,
Hərmələni görsə qaçar başyaran,
And ola o kəlleyi-nadanuza!

Möcüzün fikrincə islama, o cümlədən İmam Hüseynin (ə) şəhadətinə zidd olan fikirləri müsəlmanların şüuruna yeridən və onları bu cür əməllərə, yəni baş yarmağa, zəncir vurmağa sövq edənlər isə axundlar, vaizlər, şeyxlər və mollalardır. Belə ki, riyakar ruhanilər müsəlmanlara peyğəmbərin, onun övldalarının doğru yolunu göstərmək əvəzinə, onları əsarətə, cəhalətə və xurafata sürükləyirlər. Halbuki, Möcüzə görə, əsl mömin müsəlman müsəlman qardaşına belə nəsihət verməz, səhv yol göstərməz: 

Dedin sən millətə: «Yar başuvi, aç sinəvün bəndin,
Döşün dəl, mıx və mismar ilə!» Öyrətdin nələr xəlqə?

Və yaxud da:

Vaiz buyurur: Başuva vur, canuvi incit;
Bu barədə təklifi-müsəlman nədi, ya rəb?

Mütəfəkkir yaxşı anlayırdı ki, məhərrəmliyi bu cür islama və imamın şəhadətinə uyğun olmayan şəkildə qeyd edənlərin bunda şəxsi maraqları olmuşdur. Belə ki, riyakar ruhanilər məhərrəmlikdə müxtəlif dini oyunlar təşkil etməklə həm öz ciblərini doldurur, həm də nüfuzlarını artırlar. Bunu nəzərə alaraq Möcüz yazırdı ki, artıq yalançı ruhanilərin məhərrəmlikdə ciblərini doldurmaq məqsədlərini müsəlmanlar anlamalıdırlar:

Bir tərəfdə mərsiyəxan istiri həqqülbəka,
Ağladıb çünki məhərrəmdə məni sübhü məsa,
Hər gün on beş dəfə şagirdi dayanır qapıya,
Səsləri: Ay Kərbalayi, beş min altun ver görax!

Beləliklə, Mirzə Əli riyakar ruhanilərin islama və imamın şəhadətinə uyğun olamyan əməllərinə qarşı çıxaraq deyirdi ki, 20-ci əsrdə öz-özünün başını yarmaq, bədəninə xəsarət yetirmək, üstəlik riyakar ruhanilərin ciblərini pul ilə doldurmaq cahillik və nadanlıqdır. Onun fikrincə, əgər baş yarmaq, zəncir vurmaq xeyirli iş olsaydı ilk növbədə, buna müsəlmanlara təhrik edən riyakar din xadimləri özləri əməl edərdilər. Bu baxımdan məhərrəmlikdən ən çox faydalananlar başlarını yarıb qanını tökənlər deyil, məhz riyakar ruhanilərdir. O ruhanilər ki, müsəlmanlara məhərərmlikdə imamın təziyəsini saxlamağı vacib hesab etdikləri halda, özləri buna qətiyyən əməl etmirlər. Bunu nəzərə alaraq, Möcüz riyakar ruhanilərin dilindən yazırdı:

Sən qılınc vur, kafər öldür, ey ağa,
Mən qoyum saqqalıma rəngü həna.
Vur cidayə sən o küffarin sərin,
Mən edim siğə o kafər qızların.

Ona görə də müsəlmanlar Kərbalada baş verənlərdən doğru nəticə çıxarıb İmam Hüseyn (ə) kimi əqidə yolunda şəhid olmağın mənasını dərk etməlidirlər. Müsəlmanlar anlamalıdırlar ki, insan nə öz sağlamlığına, nə də başqa bir müsəlman qardaşının səhhətinə zərər yetirməklə imamın yolunda ola bilməz. Xüsusilə, islama zidd əməlləri törədərək cənnətə getməyi düşünmək, Möcüzün də təbrincə desək, nadanlıq və cahillikdir”. 


Layihənin müəllifi: Rumiyyə

Oxşar xəbərlər
21:14, Bu gün
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
21:07, Bu gün
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
20:56, Bu gün
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
20:55, Bu gün
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
20:21, Bu gün
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
19:54, Bu gün
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
19:52, Bu gün
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
19:51, Bu gün
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
19:41, Bu gün
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
19:39, Bu gün
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
19:30, Bu gün
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
19:17, Bu gün
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
19:14, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
18:59, Bu gün
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
18:48, Bu gün
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
18:37, Bu gün
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
18:35, Bu gün
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
18:35, Bu gün
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
18:21, Bu gün
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
18:06, Bu gün
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
18:04, Bu gün
İstidən sərinləmək üçün suya girdi
17:59, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
17:56, Bu gün
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
17:56, Bu gün
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
17:53, Bu gün
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
17:49, Bu gün
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
17:45, Bu gün
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
17:43, Bu gün
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
17:40, Bu gün
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
17:36, Bu gün
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
17:33, Bu gün
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
17:28, Bu gün
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
17:24, Bu gün
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
17:23, Bu gün
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
17:19, Bu gün
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
17:13, Bu gün
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
17:10, Bu gün
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
17:07, Bu gün
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
17:05, Bu gün
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
17:00, Bu gün
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
16:56, Bu gün
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
16:55, Bu gün
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
16:51, Bu gün
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
16:46, Bu gün
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
16:43, Bu gün
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
16:40, Bu gün
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
16:37, Bu gün
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16:35, Bu gün
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
16:32, Bu gün
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
16:26, Bu gün
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
16:21, Bu gün
Bu taksi şirkəti qiymətləri ARTIRDI
16:15, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
16:15, Bu gün
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
16:10, Bu gün
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
16:07, Bu gün
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:05, Bu gün
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
16:02, Bu gün
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
16:00, Bu gün
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
15:58, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:55, Bu gün
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
15:52, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
15:46, Bu gün
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:49, Bu gün
"Üçtərəfli bəyanat aktuallığını qoruyur" - Rusiya XİN-dən açıqlama
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
13:51, Bu gün
Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basdı - VİDEO
13:48, Bu gün
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO
13:44, Bu gün
Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”
13:40, Bu gün
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
13:36, Bu gün
Renat Dadaşovun çıxış etdiyi klubun stadionu dövlət tərəfindən müsadirə olunub
13:35, Bu gün
Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”
13:30, Bu gün
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
13:28, Bu gün
Prezident: “Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:26, Bu gün
İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”
13:22, Bu gün
Sabah bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
13:17, Bu gün
Məhkəmə Anar Məmmədlinin vəsatətini təmin etmədi
GÜNLÜK
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub