Şəhid anasından Yasamal və Xətainin icra başçılarını bitirəcək İTTİHAM...
Oxunub: 26950
22 Oct 2016 | 23:07
Şəhid anasından Yasamal və Xətainin icra başçılarını bitirəcək  İTTİHAM...

Aprel döyüşlərində qəhrəmancasına həlak olan igidlərimizdən biri də şəhid zabitimiz Baş ”“ leytenant Novruzov Mirzə Sərvər oğludu.

Biz Moderator.az olaraq torpaqlarımızın azadlığı uğrunda şirin canından keçən bütün şəhidlərimizin ruhunun qismən də olsa rahatlıq tapması üçün hər dəfə bir şəhid qapısını döyürük. Bu dəfə şəhid zabitimizin ailəsi ilə görüşmək üçün Yasamal rayonundakı evlərinə yollandıq. Bizi şəhidimizin həyat yoldaşı Əfsanə xanım, oğlu Nihat və qızı Nuray qarşıladı. Söhbətimizə şəhid zabitimizin həyat yoldaşı Əfsanə xanımla başladıq:

Əfsanə xanım:

“Toyumuza üç ”“ dörd saat qalmış Mirzənin atası hamamda dəm qazından boğularaq dünyasını dəyişdi...”


“Danışmağa çox çətinlik çəkirəm, inanın. Onun ölümünü qəbul edə bilmirəm. Elə bilirəm ki, harasa gedib, gələcək. Mirzə ilə 2006 ”“ cı ildə tanış olduq. Onda mən Azərbaycan Neft Akademiyasıda təhsil alırdım. 2006 ”“ cı ilin dekabrın 30 ”“ da toyumuz oldu. Mirzəyə babasının adını qoyublar. Babası da cavan dünyasını dəyişib. 

Toyumuza üç ”“ dörd saat qalmış Mirzənin atası hamamda dəm qazından boğularaq dünyasını dəyişdi. Onda bunu bizdən gizlətdilər. Toyumuz davam elədi, amma toyun axırında bildik ki, bu hadisə olub. Toyda bizə dedilər ki, narahat olmayın, xəstəxanadadı, vəziyyəti yaxşıdı. Sən demə, Mirzənin atası dünyasını dəyişibmiş.


“Sonra Tapqaraqoyunlu kəndində ev kirayələyib bizi də ora apardı...”

2008 ”“ ci ildə oğlum Nihat dünyaya gəldi. İndi üçüncü sinifdə oxuyur. 2011 ”“ ci ildə isə qızım Nuray dünyaya gəldi. Hər ikisi Anadolu liseyində oxuyurlar. Mirzə leytenant kimi işə başlayanda Goranboyun Tapqaraqoyunlu kəndinə yollandı. Sonra Tapqaraqoyunlu kəndində ev kirayələyib bizi də ora apardı. Elə oğlum Nihat birinci sinifə həmin kəndə getdi. Sonra Naftalan rayonunda işə başladı və bizi də götürüb bu dəfə Naftalanda ev kirayələdi. 2006 ”“ cı ildən Mirzə xidmət edirdi. O, topçu idi.


“Paltarını dəyişib uşaqları öpdü və bir az evə pul qoyub getdi...”

Mirzə çox vaxt evə gec gəlirdi. Aprel döyüşlərinə yaxın isə demək olar ki, evə günlərlə gəlmirdi. Atışma səsinə öyrəşmişdik. Çünki hər axşam atışma olurdu. Amma aprel döyüşləri zamanı çox güclü atışma səsləri eşidirdik. Mirzə mənə dedi ki, narahat olma, bizim atdığımız silahların səsidi, məsafə yaxın olduğu üçün çox bərk eşidilir. Aprelin 3 ”“ dən 4 ”“ nə keçən gecə evə gəldi və gördüm ki, suyun içindədi. Paltarları bütün su idi. Paltarını dəyişib uşaqları öpdü və bir az evə pul qoyub getdi. Gördüm ki, bizə qonşularım gəlib. Dedilər ki, Əfsanə, Mirzə yaralanıb, uşaqları da götür Bakıya gedirik. Sonra qaynım Ramil gəlib bizi Bakıya gətirdi. Aprelin 4 ”“ də Mirzənin cənazəsini evə gətirdik. Axşam evdə saxladıq, aprelin 5 ”“ də isə Mirzəni İkinci Fəxri xiyabanda dəfn etdik.


Arzularımız var idi. (Ağlayır) Neçə il idi kirayələrdə qalırdıq. Dedi ki, burda xidmətimi başa vurum Bakıya qayıdarıq orda ev alıb yaşayarıq. Uşaqların gələcəyini qurarıq. Amma çox təəssüf elə olmadı”.

Şəhidimizin oğlu Nihat atasının şəhid olduğunu bilir. Bacısı Nuray isə hələ də elə bilir ki, atası yaralanıb və sağalıb gələcək. Nihat atası haqda bunları deyir:


Oğlu Nihat:

“Atam həmin gecə evdən çıxanda məni öpüb getdi...”

“Atam həmin gecə evdən çıxanda məni öpüb gedib. Mən onda yatmışdım, anam deyir ki, ata səni də öpdü getdi. Atam nə istəsəm bizə alırdı. Vaxt tapanda bizi gəzməyə də aparırdı. İndi bizə çox çətindi. Hər dəfə məzarını da ziyarət edirik. Məktəbimizdə atamın şəhid olduğunu bilmirdilər. O gün məktəbdə ailə haqqında inşa yazanda sinif yoldaşlarım da bildilər ki, mən şəhid Mirzə Novruzovun oğluyam”.


Şəhidimizin anası Rüxsarə xanım özəl klinikalardan birində çalışır. Söhbətimizin bu yerində qapı açılır və Rüxsarə xanım işdən evə gəlir. Söhbətimizə şəhid anası ilə davam edirik:

Rüxsarə xanım:

“Martın 21 ”“ də Naftalana Mirzəgilə qonaq getmişdim...”

“İki oğul anasıyam. Mirzə böyük oğlum idi. Elə uşaqlıqdan məqsədi oxuyub irəli getmək idi. Mirzə 1984 ”“ ci ildə anadan olub. 286 saylı orta məktəbdə təhsil aldı. Dedi ki, zabit olmaq istəyirəm. Biz də etiraz etmədik. Səkkizinci sinifi bitirdikdən sonra sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyə verdi və qəbul oldundu. Üç il orda təhsil alandan sonra sənədlərini verib Hərbi Akademiyaya qəbul olundu. Akademiyanı bitirdikdən sonra Goranboyda və Naftalanda xidmət edib. Özünə çox hörmət qazanmışdı. (Ağlayır) Martın 21 ”“ də Naftalana Mirzəgilə qonaq getmişdim. Nəvəm Nurayın ad günü idi. Onda balalarım bir yerə yığılmışdı. Onda çox ürəyim açıldı.


“Bu xəbəri mənə deyən kimi ürəyim getdi...”

Aprel döyüşlərində biz də eşitdik ki, döyüşlər gedir. Aprelin 3 ”“ də axşam Mirzəyə zəng vurdum. Dedi ki: “Ana, sən məni narahat eləmə. Mən işdəyəm, hər şey yaxşıdı. Sən zəng vur həyat yoldaşımla danış. Mən işdəyəm, danışa bilmirəm”. Aprelin 4 ”“ də mənə baldızım Lalə zəng vurub dedi ki, sən hardasan? Sənin başına daş düşüb e. (Ağlayır) Mən klinikada işdəydim. Bu xəbəri mənə deyən kimi ürəyim getdi. Həkimlər məni ayıldıb təcili tibbi yardım maşınına mindirib evə gətirdilər. Sonra Mirzənin cənazəsini gətirdilər. Mənə deyirdilər ki, yaralanıb, narahat olma. Amma küçəmizdə millət var idi. Evimiz də adamla dolu idi. Yenə özümə təsəlli verirdim ki, Mirzəyə heç nə olmaz.

“Yasamal rayon İcra Hakimiyyəti bizimlə maraqlanmadı...”


Bizə çox diqqətsizlik göstərdilər. Amma biz harasa şikayət etmədik. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Mirzənin dəfn günü iştirak elədi. Qalan vaxt heç kim gəlmədi. Mirzənin ad günündə bizim qapımızı belə açan olmadı. Dəfn günü dedik ki, yolu təmir elətdirin, burda çadır qurulacaq. Bizə dedilər o bizim səlahiyyətimizdə deyil. Məcbur olub özümüz yolu təmir elətdirib yas çadırını qurdurduq. Budur şəhid ailəsinə diqqət və qayğı?

“Xətai rayon İcra hakimiyyəti məni qəbul etmədi...”

Mirzənin ailəsinə ev verdilər. Çünki iki uşaq bir ana küçələrdə qalası deyil ki. Mən cənab prezidentə müraciət etdim və cənab prezidentin göstərişindən sonra Xətai rayonu ərazisindən iki otaqlı ev verildi. Bu evi almaq üçün on dəfə Xətai rayon İcra Hakimiyyətinin qəbuluna getdim. Məni qəbul etmədi. Təsəvvür edirsiniz, bir şəhid anası olaraq bilmirəm oğlumun dərdin çəkim, yoxsa onun uşaqlarını yerbəyer edim. İcra hakimiyyətləri şəhid ailələrinə çox hörmətsizlik edir. Belə hörmətsizliyi bizə də adını çəkdiyim iki icra hakimiyəti etdi. Belə olmaz”.

Söhbətimizə şəhid zabitimizin qardaşı Ramil qoşulur:

Qardaşı Ramil:

“Telefonda danışanda hiss etdim ki, Mirzəyə nəsə olub...”


“Mirzəni 1999 ”“ cu ildən bəri ancaq gec ”“ gec görürdüm. Çünki o, hərbi məktbədə oxuduğu üçün ancaq həftədə bir dəfə görüşürdük. Həmin gün mənə Mirzənin qonşuları zəng vurdu. Telefonda danışanda hiss etdim ki, Mirzəyə nəsə olub. Mən də təcili Naftalana yollandım. Hospitala getdik və orda dedilər ki, ola bilsin Gəncəyə yola salınıb. Dəqiq bir söz deyən olmadı. Mən də Mirzənin ailəsini götürüb Bakıya qayıtdım. Bir neçə yaxın qohumum isə Gəncəyə yola düşdü. Sonra Mirzəni gətirdilər. (Gözləri dolur)

Sonda şəhidimizin ailəsinə Allahdan səbr, bütün şəhidlərimizə isə Allahdan rəhmət diləyib getmək üçün izn istəyirik. Şəhidimizin anası Rüxsarə xanım Mirzəni xatırladığımıza görə bizə minnətdarlıq edir: “Mirzə haqqında yazmağınız mənim üçün çox böyük təsəllidi. Çox sağ olun ki, gəldiniz”.

Vasif Əlihüseyn


Oxşar xəbərlər
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 08:30
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
04 May 2024 | 06:59
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 08:30
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
04 May 2024 | 06:59
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb