“Rais Rəsulzadə ömrün yetmiş ilini çox acınacaqlı, lakin mənalı yaşayıb!”
Oxunub: 3670
22 Oct 2016 | 13:17
“Rais Rəsulzadə ömrün yetmiş ilini çox acınacaqlı, lakin mənalı yaşayıb!”


Düşünürdüm ki, bu yazımda babası haqqında - Azərbaycan Xalq Cümhuriyyətinin banisi olan M. Ə. Rəsulzadə ilə bağlı  az məqamlara toxunum. Çünki məqsədim daha çox onun haqqında oxuculara məlumat vermək idi. Lakin sonradan düşündüklərimə bir qədər əlavələr etdim: fikirləşdim ki, o, fərd olaraq necə maraqlı, çətin, əziyyətli, millətə faydalı (bu haqda aşağıda məlumat verəcəyəm) ömür yaşasa da, onu daha çox M. Ə. Rəsulzadənin nəvəsi kimi tanıyırlar. Əslində o, bundan çox da narahat deyil (baxmayaraq ki, onun adı ilə bağlı bütün həyatı məşəqqətlər içində keçib, sürgündə doğulub, orada böyüyüb və s.), lakin bir məqamdan gileylidir ki, özünün çox gözəl bir rəssam və pedaqoq olduğu nədənsə unudulur. Elə indiki 70 yaşı və yubileyi unudulan kimi. Əslində bu məqaləni yubileyindən əvvəl yazıb (onun doğum günü noyabrın 1-dir) ictimaiyyətə çatdırmağımın da başlıca bir səbəbi var: insanlar onu unutmasın, sevsin, dəyərləndirsin və yaşatsın! Ona bu yubileyində hansı mükafatın, ordenin, medalın, fəxri adın veriləcəyi də önəmli deyil (bu, heç o qədər də gözlənilmir), əsas odur ki, onu unutmayaq. O, M. Ə. Rəsulzadənin oğlu Azərin oğludur, böyük bir şəxsiyyətin nəvəsidir və o nəslin son davamçısıdır.

Rais 1946-cı ilin noyabr ayında sürgündə - Qazaxıstanın Alma-Ata vilayətinin, Kirov rayonunun Kirov qəsəbəsində anadan olub. 3 yaşında anası  (Şölə xanım)  dünyasını dəyişib. Uşaqlıq illərindən qardaşı Ramizlə (onun 7 yaşı vardı) anasız qalmağın əzabını çəkib, çətinliklə böyüyüb. Karaqanda şəhərində orta məktəbə gedib və şagirdlər arasında həmişə fərqlənib. Onun yaxşı təhsil almaqla yanaşı, gözəl rəsm əsərləri çəkməyi, məharətlə şahmat oynamağı da vardı. Karaqandada orta məktəbdə oxuyarkən şahmat üzrə məktəb çempionu olmuş, vilayət yarışlarında iştirak etmişdi. Həmin dövrdə Qazaxıstan çempionu Boris Kataumovla da heç-heçə oynamışdı.

O, şahmat üzrə birinci dərəcəli şahmatçıdır.

Rəssamlığa isə hələ uşaq yaşlarından maraq göstərib. Atası Azər Rəsulzadə gözəl rəssam idi və sürgündəki uşaqlara rəsm çəkməyi öyrədirdi (qeyd edim ki, Azər Rəsulzadə ilə 1990-cı ildə Karaqandaya gedib görüşmüş və ondan geniş məlumatlar əldə etmişdim. O, sonralar məşhur “Mixaylo” adı ilə tanınan Mehdi Hüseynzadə ilə Novxanıda bağ qonşusu olmuş, dostluq etmiş, birlikdə rəssamlıq sənətini öyrənmişdilər).

Beləliklə, Rais həm də rəssam ailəsində böyümüşdü. Elə bunun nəticəsi idi ki, orta məktəbdə oxuya-oxuya, paralel şəkildə qiyabi olaraq N. K. Krupskaya adına Ümumittifaq Qiyabi İncəsənət Xalq Universitetində əlavə təhsil alıb. Belə ki, bu universitet Moskvada tələbələrin tez-tez sərgilərini keçirirdi. Onun rəsm əsərləri bu sərgilərdə daima nümayiş etdirilirdi. Çəkdiyi rəsm əsərləri sırasında natrümot, mənzərə, kompozisiya, portret, incəsənət tarixi, rəngkarlıq texnologiyası vardı. Orta məktəbi bitirdikdə onun 50-dən çox diqqəti cəlb edən rəsm əsərləri hazır idi.
1965-1969-cu ildə isə Ə. Əzimzadə adına Dövlət Rəssamlıq məktəbinndə təhsil aldı və oranı bitirdi. Bu illərdə həmin  məktəbin yataqxanasında yaşamışdı. Yataqxanada isə sonralar Azərbaycan mədəniyyətinin tanınmış simaları olan Rasim Balayev, Səməndər Rzayev, Mikayıl Mirzə, müğənni Qədir Rüstəmov da qalırdılar.Onlarla aralarında səmimi münasibət də yaranmışdı. 
Raisin istedadlı rəssam olduğuna aid bir hadisə də vardır. O, Rusiyanın Penza vilayətinin Kuznetsk şəhərində (bu şəhər məşhur inqilabçı-yazıçı Radişşevin vətənidir) əsgəri xidmət keçirdi. Orada 12 hərbi hissə arasında “Hərbi hissənin ən yaxşı tərtibi” mövzusunda müsabiqə keçirilirdi. Xidmət etdiyi hərbi hissə müsabiqənin  qalibi oldu. Bu qalibiyyətdə Raisin rəssamlıq istedadı önəmli rol oynamışdı. Müsabiqədəki uğurundan sonra hərbi hissələrin  Saratovda yerləşən komandiri, polkovnik(albay) Kazantsev onu özü ilə oraya aparmaq istədi. 15 gündən sonra onun Saratova aparılması üçün komandir tərəfindən xüsusi təyyarə göndərildi( bu adi bir sovet əsgərinin yüksək istedadının həm də nümunəsi idi ki, dəyərləndirilirdi). Saratovda, Baş qərargahda general Karakulko ilə onu  tanış etdilər. Bu tanışlıqdan sonra burada o, xüsusi yaradıcı  tapşırıqları yerinə yetirir, monumental əsərlərlə yanaşı, rəngkarlıq əsərlərini də yaradırdı.

Ona təklif etdilər ki, xidmətdən sonra qalıb Saratov Mərkəzində Uşaq bağçasında mozaika işləri aparsın. Hərbi hissənin generalının təkidli tələbinə və xahişinə baxmayaraq o, bundan imtina etdi. Və təbii ki, general bu istedadlı rəssamın Saratovda qalmasını istəyirdi. Çünki bu müddətdə Rais şəhərin bir çox kitabxanalarında portretlər işləmiş, stadionda isə mozaika işləri görmüş və bunlar hamısı bəyənilmişdi.

Onu isə Azərbaycan, Bakı özünə çəkirdi. Bura onun Vətəni idi. Burada onun doğmalarının ruhu yaşayırdı. 1918-ci ildə məhz burada onun babası M. Ə. Rəsulzadə ilk müstəqil Azərbaycan dövlətini qurmuş, xalqın başı üzərində üç rəngli bayrağı dalğalandırmışdı. Burada onun gənc əmisi Rəsul 19 yaşında güllələnmiş, buradan onun bütün ailəsi və qohumları sürgün edilmişdi.
Babası M. Ə. Rəsulzadə haqqında ilk bilgiləri isə atasından öyrənmişdi (orta məktəbdə oxuyanda). M. Ə. Rəsulzadənin ilk fotosunu sonradan ona qohumu, atasının xalası oğlu Oktay Sadıqzadə göstərmişdi.
1971-ci ilin dekabrında Bakıya gəldi. Bakıda havalar soyuq, qarlı-şaxtalı idi. Vətəndə, Bakıda qalmağa yer tapa bilmirdi. 2-3 aya qədər emalatxanalarda, əsasən də qohumu Toğrulun emalatxanasında qaldı.
Bir müddət sonra öyrəndi ki, bir dəfəlik sifarişi yerinə yetirmək üçün qeyri-yaşayış mənzilləri verirlər. İndiki Süleyman Rüstəm küçəsi-10 ünvanda bir zirzəmini də ona verdilər (başqa nə etməli, harada qalmalı idi?).

Həmin zirzəmidən iki maşın zibil təmizlədi. Oranı özü üçün həm yaşayış yeri, həm də  yaradıcılıq emalatxanası etdi. Zirzəmidə elektrik və isitmə sistemi olmadığından bir müddət paltosuna bürünüb oturur, soyuqdan yata bilmirdi (qeyd edim ki, həmin zirzəmini Rais bəy sonradan mənə də göstərmişdi).
Zirzəmidə qonşulardan gizli yaşayırdı. Hamı düşünürdü ki, o, buradan yalnız emalatxana kimi istifadə edir, axşamlar isə evinə gedir. Kimsənin ağlına gəlməzdi ki, belə havasız, rütubətli, qaranlıq zirzəmidə bu dövləti quran şəxsin nəvəsi yaşayır? Hətta burada yaşamaq icazəsi sənədinə  həkim də baxmış və qol çəkməmişdi. On bir pilləkən yerin aşağısında yerləşən zirzəmidə isə o, dayanmadan çalışır, gecə-gündüz işləyirdi. Həmin həyətdə yaşayan bir fotoqraf onun haqqında maraqlı  hekayə də yazmışdı: “Tərki-dünya”.
Həmin fotoqrafın Zeynəb Xanlarova haqqında da bir hekayəsi vardı. Hətta qonşular deyirmiş ki, o, heç kimlə danışmağa, görüşməyə meyl etmir, yalnız “padval”da (zirzəmi) işləyir, yəqin orada “pul” rəsmi çəkir.
Bir dəfə isə “uçastkovı” (sahə təlimatçısı) eşidib buraya gəlmiş və təəccüblə demişdi: “Altı ildir burada işləyirəm, belə yerdə yaşadığına inanmazdım”.
Amma həyat ağır idi və davam edirdi. Zirzəmi həyatı səhhətinə pis təsir edirdi və iki ay bərk xəstələndi də.
Bir dəfə isə ona dərs deyən bir müəllimlə  Qaz idarəsinin rəisi də bu zirzəmiyə gəldilər və vəziyyətlə tanış olduqdan sonra buraya tezliklə qaz xətti çəkdilər. On iki ilə yaxın o, bu zirzəmidə yaşadı. 
1972-ci ildə Xalq rəssamı  Nadir Əbdürrəhmanovun təklifi ilə V. İ. Lenin adına Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun bədii qrafika fakultəsinə daxil oldu və 1977-ci ildə həmin institutu bitirdi.
Rais 1975-ci ildən bir sıra Beynəlxalq, Ümumittifaq və respublika bədii sərgilərinin iştirakçısıdır. 1978-ci ildən keçmiş SSRİ və Azərbaycan Rəssamlar  İttifaqının üzvüdür. 
1978-ci ildə İnstitutu bitirdikdə fəallığını nəzərə alan rəhbərlik onu dərs demək üçün “rəsm, heykəltəraşlıq və boyakarlıq” kafedrasında əvvəl saathesabı müəllim, sonra müəllim vəzifəsinə irəli çəkdi. Hazırda isə o, bu institutun dosenti olaraq işləyir.
Qeyd edim ki, onun rəsm əsərləri Kubada (Havana-1980), Əfqanıstanda (1980-1981), Polşada (1988), ABŞ-da (Hyuston-1989) və başqa şəhərlərdə nümayiş etdirilib. 
Son illərdə isə Azərbaycan Respublikası incəsənətinin Bakıda, Moskvada, İstanbulda  açılmış “Payız”, “Yaz”, “Novruz” sərgilərində iştirak edib. 1994-cü ildə onun I fərdi sərgisi, 1995-ci ildə isə II fərdi sərgisi açılıb.
1992-ci ildə rəssam dostları ilə cəbhə bölgəsinə gedib əsgələrlə görüşdülər, onları ruhlandırdılar.Qayıdandan sonra isə həmin əsgərlərin portretlərini yaratdılar.
2002-ci ildə o, Azərbaycan Respublikasının “Əməkdar Rəssamı” fəxri adına layiq görülüb.
Hazırda o, Azərbaycan mənzərələri çəkməyə üstünlük verir. Tez-tez rayonlara gedir, təbiəti daha da yaxından müşahidə edib, tablolara köçürür.
Tanıyanlar onu çox sevir, çox dəyərləndirirlər. Sənətinə vurğun olan bəzi dostları isə hətta ona şeir də həsr edirlər.
Bir dəfə Almaniyada müalicə olunarkən Raisin yanına getmişdim. Səfirlik əməkdaşından ona diqqətli olmalarını xahiş edəndə bu cavabı eşitdim: “Bilirsiniz, o, elə davranır ki, ona hörmət qoymamaq, onu dəyərləndirməmək mümkün deyil. Olduqca mədəni və səviyyəli insandır”.
Bu sözləri eşidəndə Stalinin onun babası M. Ə. Rəsulzadə haqqında dediklərini xatırladım. (“Stalinlə ixtilal xatirələri kitabı”ndan). M. Ə. Rəsulzadəni burada ölümdən xilas edib özü ilə Moskvaya aparan Stalin ondan heç bir xahişi belə etməyən keçmiş inqilabçı dostu haqqında deyir: “Qəribə insandır, bu Rəsulzadə... Heç bir arzu, heç bir ehtiyac ərz etmir”.
1989-cu ildə onunla professor Murtuz Sadıqovun vasitəsi ilə tanış olmuşdum. O dövrdən 27 il keçir. Biz onunla yaxın dostuq. O, M. Ə. Rəsulzadənin nəvəsidir, mən isə onun tədqiqatçısı. Ancaq onu həm də istedadlı, gözəl rəsm əsərlərinin müəllifi, tələbələrinin sevimli müəllimi olan bir pedaqoq, yüksək mənəviyyatlı dost  kimi də  dəyərləndirirəm. 
Rais Rəsulzadə ömrün yetmiş ilini çox acınacaqlı olsa da, çox da mənalı yaşayıb!


Nəsiman Yaqublu 
tarix elmləri üzrə fəlsəfə doktoru



































Oxşar xəbərlər
22:00, Bu gün
Makron "Avropanı müdafiə etmək üçün" radikal addım atmağa hazırdır
21:55, Bu gün
“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
21:51, Bu gün
Dövlət Komitəsi xalq artisti Əlixan Səmədovu 60 illik yubileyi münasibətilə təbrik edib
21:48, Bu gün
DGKA və BMU-nun təşkilatçılığı ilə “Gənc tədqiqatçıların VIII beynəlxalq elmi konfransı” keçirilib
21:15, Bu gün
“Hər dərdə, təhqirə dözərəm, amma boyuma sataşanın cavabını verərəm”
21:12, Bu gün
İsDB-nin illik toplantısı çərçivəsində "COP29-a doğru" dəyirmi masada müzakirələr aparılıb
21:09, Bu gün
Əməkdar artist dayanacaqlardan şikayət etdi: “Maaşımızın yarısı gedir” - VİDEO
21:06, Bu gün
"İsrail yaxın zamanlarda Rafahda əməliyyata başlayacaq" - Mahmud Abbas
21:01, Bu gün
Qarabağın koloritini yazan yazıçı İsi Məlikzadə - FOTO
20:50, Bu gün
“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
20:49, Bu gün
Tiflisdə müxalifət yenidən mitinq keçirir
20:38, Bu gün
Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan sürücü saxlanılıb
20:33, Bu gün
"Kimsənin Krım körpüsündə şəkil çəkdirmək imkanı olmayıbsa, indi bunun əsl zamanıdır..."
20:30, Bu gün
Paşinyan Blinkenlə delimitasiyanı müzakirə etdi
20:29, Bu gün
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
20:25, Bu gün
Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var 
20:03, Bu gün
Ermənistanda etirazçılar İrana gedən magistral yolu bağlayıblar - VİDEO
19:57, Bu gün
Roma Papası gəncləri mobil telefondan istifadəni məhdudlaşdırmağa çağırıb
19:56, Bu gün
İsrail Baş Qərargah rəisi Qəzzada müharibənin davam etdirilməsi planlarını təsdiqləyib
19:54, Bu gün
"Böyük Britaniya Qəzza bölgəsinə qoşun göndərə bilər" - "The Guardian"
19:52, Bu gün
Neftçalada 46 yaşlı kişi süni göldə batıb - VİDEO
19:51, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
19:50, Bu gün
Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər
18:55, Bu gün
Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
18:49, Bu gün
Ermənistanda delimitasiyaya etiraz edən polkovnik saxlanılıb - YENİLƏNİB
18:44, Bu gün
Ermənistanın Aİ-dəki səfiri: Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır
18:42, Bu gün
"Netanyahunu öldürmək, İsraili yox etmək lazımdır!.."
18:29, Bu gün
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
18:05, Bu gün
"Putin fevralın 16-da Navalnının qətlinə əmr verməyib" - "The Wall Street Journal"
17:50, Bu gün
Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib
17:49, Bu gün
Putinin sözçüsü: Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək
17:43, Bu gün
Azərbaycanda partlayış: 2 nəfər öldü - SON DƏQİQƏ
17:41, Bu gün
“Yuventus”un yeni baş məşqçisi bəlli oldu
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
GÜNLÜK
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO